İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

Qəza  mərkəzindəki  müəllimlər  seminariyasını  yenicə  bitirən  Mürsəli  Qaymaqlı 
kəndinə işləməyə göndərdilər. O iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən 
bir  faytonla  Şıxlı  kəndinə  yola  düşdü,  ordan  da  bir  at  tapıb  Qaymaqlıya  gəldi. 
Kəndin  ortasındakı  ikimərtəbəli  məktəb  binasında  ona  balaca  bir  otaq  verdilər. 
Mürsəl  yorğan-döşəyini  pilləkənin  üst  tərəfindəki  otağın  küncünə  yığdı,  gecələr 
üstü naxışlı taxta çemodanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi 
var idi. Biri  Qori  müəllimlər  seminariyasını bitirmişdi. O da  ailəsi ilə birlikdə alt 
mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış Ömər 
koxanın evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı 
var  idi.  Kənd  ətəyi  kiçik  təpələrlə  örtülü  olan  iki  dağın  ortasında  yerləşmişdi. 
Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, 
o  biri  ucu  isə  yuxarıdakı  şenliyə  gedirdi.  Çəpərlərin,  həyətlərin,  təpəlikdəki 
məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, 
kəndin  torpağı  dəmyə  idi.  Qapılarda  bağ-bağça  yox  idi.  Məktəbin  eyvanından 
baxanda  evlərin  həyət-bacası,  qapı-pəncərəsi,  evə  girib  çıxan  arvad-uşaq  aydınca 
görünürdü. 
Mürsəl  bir  həftə  qəribsədi;  yaman  qəribsədi.  Nə  uşaqlara  alışa  bildi,  nə  də 
məktəbə.  Ancaq  sonradan  hər  şeyə  isinişdi.  Eyvanın  küncündə  dayanıb  səhər-
axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı 
başından  zurna  səsi  gəlir.  Zurnaçılar  şövq  ilə  havadan  havaya  keçir,  gah  dəmdə 
çalır,  gah  da  zilə  çəkirdilər.  Dəfin  sümüyə  düşən  ahəngdar  tappıltısı  getdikcə 
güclənir, evlərin üstünə yayılır, hələ bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl 
elə  bildi  ki,  kənddə  toy  var,  kimisə  evləndirirlər.  Onun  ürəyi  atlandı,  az  qaldı 
eyvandan  düşüb  məclisə  getsin.  Axı  o,  ömründə  kənd  toyu  görməmişdi.  Ancaq 
sonradan  öyrəndi  ki,  bu  dəstə  zurnaçı  Hümmətin  dəstəsidir.  Onlar  havacad 
öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun 
dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə 
iki  dəstə  zurnaçı  var.  Onlar  bir-birinin  bəhsinə  yeni  havalar  çalır,  səhər-axşam 
kənd cavanlarının, qız-gəlinin ürəyini atlandırırdılar. 
downloaded from KitabYurdu.org


Bir gün səhər "uçitel" onu aşağı çağırdı. 
-  Gəl  bir  tikə  çörək  yeyək,  -  dedi.  Mürsəl  getmək  istəmədi  "toxam"  dedi.  Uçitel 
bilirdi ki, Mürsəl  ac qalmır. Danışmışdılar, hər səhər  ona isti çörək, süd, qaymaq 
gətirirdilər. 
Uçitel  onun  qolundan  yapışıb  evə  apardı.  Süfrə  hazır  idi.  Ağ  samovar  astadan 
zümzümə edir, tərtəmiz silinmiş stəkan-nəlbəki parıldayırdı. 
Uçitel  Mürsəlin  ciblərinin  düyməsi  parıldayan  köynəyinə,  çiyin  qayışına  və  enli 
kəmərinə  baxdı.  Onun  üzünə  yenicə  ülgüc  dəymişdi.  Telini  yana  daramışdı. 
Gözləri həm utancaqlıq, həm də mehribanlıqla dolu idi. 
Stəkanlara qənd saldılar. Salma çayla pendir-çörək yeməyə başladılar. Mürsəl neçə 
gündən bəri ürəyində dolandırdığı və öyrənmək istədiyi məsələlərdən söz açdı. 

Müəllim, heç bilmirəm sizə necə müraciət edim? 

Hamı uçitel deyir, sən də de. 

Bu kəndin nə qəribə adətləri var. 
23 
Uçitel çayına ara verib gülümsündü. 
-  Sən  bu  kəndin  qız-gəlininin  suya  getməyini  görmüsənmi?  Yox.  Onda  səhər 
tezdən xoruzun ilk banı yuxudan dur, eyvana çıx və tamaşa elə. Onda görəcəksən 
ki, kəndin qarıları, gəlinləri və sənəyi yerdən güclə qaldıra bilən qızları qatarlaşıb 
yola səpələnir və kəndin kənarındakı dərəyə - İncə çayının sahilinə enirlər. Dərənin 
dərinliyi  yarım  verstdən  çoxdur.  Arvadlar  gün  doğana  qədər  2-3  dəfə  bu  dərəyə 
enib  evlərinə  su  gətirirlər.  Kənd  dəmyədədir.  Özündə  su  yoxdur.  Amma  məsələ 
onda  deyil.  Kəndin  arvadları  suya  getməzdən  əvvəl  yaxtanlarını,  çemodanlarını 
açıb  təzə  ipək qumaş  paltarlarını geyirlər.  Bilərziklərini,  sırğalarını taxırlar.  Əziz 
bir şey kimi saxladıqları saç yağı ilə tellərini sığallayıb bururlar. Sonradan ətirlənib 
kəlağaylarını  örtürlər.  Sənəyi  götürüb  bayıra  çıxmazdan  əvvəl  divardan  asdıqları 
balaca  güzgünün  qabağında  bir  də  fırlanır,  bellərindəki  gümüş  kəmərə  bir  də 
baxırlar. Bax, qəribəlik burasındadı. Axı niyə suya gedəndə onlar bu cür bəzənib-
düzənirlər? - Kişi sözünə ara verdi. Çayları təzələdi və gözündən gülərək söhbətinə 
downloaded from KitabYurdu.org


davam elədi. - Hə, Mürsəl müəllim, kəndin bir adəti də var. O da zümzümədir. 

Nə? 

Zümzümə, qımqımı. Bu kəndə zümzüməli, qımqımılı kənd deyirlər. Kəndə 
təzə  bir  adam  gələn  kimi  ona  şe'r  qoşurlar.  Ertəsi  günü  bütün  gəlinlər-qızlar  bu 
şe'ri  dodaqaltı  qımqımı  kimi  oxuyur  və  kəndə  bir  zümzümə  yayılır.  Elə  bil  yaz 
fəsli  meşədə  böcəklər  vızıldaşır,  arabir  də  bülbül  şaqqanaq  çəkir.  Qəribə-qəribə 
sözlər  tapırlar.  Məsələn,  "Boy-boy,  arvadın  ölsün,  səni  dul  qalasan,  ay  gədə,  ay 
gədə". 
Hələ  sənə  şe'r  qoşmayıblar?!  Qoşmamış  olmazlar.  Amma  özünü  gözlə.  Allah 
göstərməsin,  dilə-  dişə  düşsən,  axırı  yaxşı  olmaz.  -  Söhbəti  zarafatla  başlayan 
Uçitel  ciddiyyətlə  qurtardı.  -  Bu  kəndin  qız-gəlinləri  deyib-gülən,  adama 
sataşandılar. Kişiləri isə yaman əzazildi. 
Ertəsi gün Mürsəl xoruzun ilk banı pencəyini çiyninə salıb eyvana çıxdı və gördü 
ki,  cığırlardan,  əyri-üyrü  dar  yollardan  qatarlaşıb  gələn  qız-gəlin  mərkəzi  yolda 
birləşib  Uçitelin  dediyi  dərə  ilə  çaya  enirlər. Onların  pıçıltısı  və  qəhqəhəsi  kəndə 
yayılır. Mürsəl elə bil sehrli bir aləmə düşmüşdü. 

2 - 
Bir  gün  Mürsəl  məktəbin  xəritə,  qlobus  və  köhnə  kitablar  yığılmış  basırıq 
otağından  bir  qrammofon  tapdı.  Görünür,  ev  sahibi  Ömər  Koxanın  imiş.  Onu 
götürüb  tozunu  sildi,  trubasını  təmizlədi.  İki  də  köhnə,  lap  köhnə,  çalınmaqdan 
üzləri  cızıq-cızıq  olmuş  val  tapdı.  Tələsik  qrammofonun  dəstəyini  hərlədi,  iynəni 
keçirib  oxutmağa  başladı.  Cabbar  Qaryağdı  oğlunun,  Keçəçi  oğlu  İslamın  səsi 
otağı bürüdü. Mürsəl sevincindən bilmirdi neyləsin. O balaca bir qabaq stolu tapıb 
eyvanın  küncünə  qoydu.  Qrammofonu  stolun  üstündə  rahatladı.  Səs  borusunun 
ağzını  yola  tərəf  çevirdi.  Suya  gedən  və  zümzümə  edən  qız-gəlinlərin  gurlaşdığı 
vaxt  dəstəyi  fırlayıb  qrammofonu  oxutdu.  Yoldakılar  bir  anlığına  dayanıb, 
məktəbin eyvanına tərəf boylandılar, qrammofona qulaq asdılar və dirəyə söykənib 
onlara  tamaşa  edən  Mürsələ  baxdılar.  Sonra  şaqqanaq  çəkib,  gülə-gülə  yollarına 
davam etdilər. Ertəsi günü bütün kənd zümzüməyə qərq oldu. Mürsəlin adı qızların 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə