İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

körpələrin başını tumarladı. Hamı gedəndən sonra Şamilə qapını bağlatdı: 
-  Qaranlıq  qarışmamışdan  gedin,  gəlini  gətirin.  Oğul,  indi  də  zəhmət  olmasa, 
yönümü qibləyə çevir. 
Doğrudan da qaranlıq qarışanda Ömər koxa oğlu Şamilin gözü qabağında elə bil 
yuxuya  getdi.  Şamil  yorğan-döşəkdə  yatan  bu  pilə  saqqallı,  bəyaz  sifətli  kişinin 
atasımı, yoxsa müqəddəs bir məxluqmu olduğunu xeyli müddət ayırd edə bilmədi. 
Bayırda,  xırmanda  isə  lopaları  yandırmışdılar.  Bu  lopaların  işıqları  pəncərə 
şüşələrindən 
21 
süzülərək rahat yuxuya gedən nurani qocanın sifətində, saqqalında oynayırdı. 
Zurna  zilə  çəkmişdi.  Kənd  gözəlləri,  kənd  cavanları  qoşa-qoşa  oynayırdılar. 
Dəfçinin səsi gəldi:" Sağ olsun, oynayanlar nişanlılarıynan!". 
- 4 - 
Qarateli  sakitcə,  səs-səmir  salmadan,  qaş-qabaqları  turşumuş  halda,  burunlarını 
astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. 
Gərdəyin yanında oturtdular. 
Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq 
idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. 
Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar. 
Bunların heç biri Qarateli maraqlandırmırdı. Onun fikri uzaqlarda, Kür sahilində, 
Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri 
girəcəyini  belə  unutmuşdu.  Elə  bil  yuxuda  idi.  Heç  nə  onu  maraqlandırmırdı. 
Birdən  əli  gərdəyə  toxundu.  İpək  və  atlasdan  düzəldilmiş  gərdəyin  örtükləri 
xışıldadı..  Qız  diksindi,  əvvəlcə  ayağa  durub  qapıya  doğru  qaçmaq  istədi.  Sonra 
gərdəyin  dalında  heç  kəsin  olmadığını  yəqin  edib,  qorxa-qorxa  astaca  addımlarla 
geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, 
qızların  üz  ağını bilmək  və  qapıda  pusquda  dayanan  yengəyə,  səhəri  isə  qonum-
qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, 
gərdək  çoxdan  hazırlanmışdı,  lap  çoxdan.  Bu  gərdək  Ələddinin  gərdəyi  idi. 
downloaded from KitabYurdu.org


Ələddin  Qarateli  bu  gərdəyin  arxasında  görməli  idi.  Qız  havalanan  kimi  oldu. 
Gərdəyə  yaxınlaşıb  ipək,  qumaş  pərdələri,  təmiz  yorğan-döşəyi,  qu  tükündən 
düzəldilmiş  iri  yastığı  qucaqlayıb  öpməyə  başladı.  Elə  bil  Ələddinin  qoxusunu 
bunlardan  almaq  istədi.  O  özünü  unutmuşdu.  Gah  hıçqırıb  ağlayır,  gah  da  məst 
olmuş  kimi  gülümsünürdü.  "Məni  niyə  tək  qoyub  getdin,  dərdin  alım.  Sənə  kim 
qıydı,  sənə  kim  əl  qaldırdı,  a  gözlərinə  qurban  olum.  Sənki  heç  kəsə  bir  pislik 
eləməmişdin,  bir  adamın  itinə,  toyuğuna  daş  atmamışdın.  Yenicə  muraz  üstündə 
idin.  Dilim  də  gəlmir  ki,  səni  vurana  qarğış  eləyim.  Tanrı  özü  bilən  yaxşıdı.  Ey 
yeri göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan". Qız yenidən hıçqırdı 
və ona elə gəldi ki, onun dərdinə şərik olanlar səsinə səs verib ağlaşma qurublar. 
Astadan  dil deyib  hönkürüşürdülər.  Qız  şəkləndi.  Gərdəyin  dalından  çıxıb  qonşu 
otağı  dinşədi.  Doğrudan  da  ağlaşırdılar.  "Bu  nə  idi?  Toyla  yas  bir-birinəmi 
qarışmışdı?".  Qız  qulaq  kəsildi.  Arada  uşaqların  "Baba,  Ömər  baba"  deyib 
hönkürtülərini  eşitdi.  Başa  düşdü  ki,  açıb  ağartmasalar  da,  evdə  yas  var.  Ölən  - 
evin kötüyü, elin-günün ağsaqqalı o nurani kişi idi. 
Qaratel xəyallardan, şirin arzulardan ayılan kimi oldu. Elə bil onu bürümüş tüstü-
dumanı  qovurmuş  kimi  başını  silkələdi.  Duvağı  üzündən  götürüb  atdı.  Bilmədi 
neyləsin. Bir  xeyli  beləcə  ildırım  vurmuş  kimi  oturdu. "El-oba  buna  nə  deyəcək? 
Kənd  arasında  arvadlar,  qız-gəlinlər  onu  görəndə  vahimə  içində  geri 
çəkilməyəcəklərmi? Sabah-sabah bu uğursuz qara daban hardan qabağımıza çıxdı, 
deməyəcəklərmi? Həmişə onu Kür qırağına suya çağıran, toy-düyünə aparan qızlar 
onu  görəndə  gözdən  yayınmağa  çalışmayacaqlarmı?  Balaca  da,  böyük  də  qaçın, 
qara  daban  gəlir,  deməyəcəklərmi?  Bəlkə  elə  doğrudan  da  qara  dabanam?  Toy 
olmamış  nişanlım  öldürüldü.  Yasın  birindən  çıxmamış  o  biri  başladı.  Mən  evə 
ayaq basan kimi bu kişi rəhmətə getdi. Bu, qara dabanlıq deyil, bəs nədir? Haraya 
ayaq  basıram  bədbəxtlik  gətirirəm.  Görünür,  tanrı  özü  mənə  qarğış  eləyib.  Yüz 
min təbib neyləyər bir tanrı qarğımışa?". 
Qaratel  yavaşca  ayağa  durdu.  Evdəkilərin  başının  qarışdığını  görüb  dal  qapıdan 
eyvana  çıxdı.  Nəzərə  çarpmadan  hasarın  dibinə  endi,  sinə-sinə  darvazaya 
downloaded from KitabYurdu.org


yaxınlaşdı,  açıq  qapıdan  bayıra  çıxdı.  Alanın  çəpərin  yanında  şöngüyüb 
oturduğunu görmədi.  Nəfəsi tıxana-tıxana  birbaş  Kürün  sahilinə,  hündür  yarğana 
doğru getdi. Ancaq burda ayaq saxlayıb nəfəsini dərdi. 
Kür yenə əvvəlki kimi qıjıldayıb axırdı. O taydakı meşə aylı gecədə mürgüləyirdi. 
Suyun ortasındakı adacıqlar, cələlər elə bil yuxuya getmişdi. Gündüzlər qaynayıb-
qarışan  haylı-haraylı  Kür  vadisi  elə  bil  dincəlib  nəfəs  alırdı.  Arabir  yarğanların 
harasındasa özünə məskən salmış bayquşların səsi eşidilirdi. 
Qaratel ciyərləri dolusu nəfəs aldı və elə bu vaxt Alanı gördü. İt Qarateldən bir-iki 
addım  aralıda  biləklərinin  üstünə  uzanıb  zingildəyirdi.  Qaratel  aşağı  əyilib  itin 
başını  sinəsinə  sıxdı.  Onun  gözlərinə  baxdı.  Heyvanın  qonur  gözlərindəki 
məhsunluğu ay işığında aydınca gördü. "Deyəsən 
22 
təkcə  sən  məndən  qaçmayacaqsan,  Alan?  Məni  son  mənzilə  də  sən  yola 
salacaqsan". İt bu mehriban səsdən riqqətə gəldi. Bir az da irəli sürünüb zingiltisini 
artırdı. 
Qaratel itin gözlərindən öpüb qamətini düzəltdi. Ətrafı dinşədi. Hər şey zümzümə 
edirdi. 
Təbiətin bu gözəlliyini Qaratel yalnız bircə anlığına duydu. "Mənə bunları çoxmu 
gördün,  ey  yeri-göyü  yaradan  Tanrı?"  deyib  gözlərini  yumdu.  Alan  özünə  gələnə 
qədər  qız  yoxa  çıxdı.  İt  yarğanın  dibində  şappıltı  eşitdi  və  özünü  Kürə  atdı.  Bir 
azdan  yarğanın  aşağı  tərəfindən  Qarateli  sürüyüb  sahilə  çıxartdı.  Çınqıl  daşların 
üstünə  uzatdı.  Dan  yeri  qızarana  qədər  qızın  başına  fırlandı.  Başdan-ayağa, 
ayaqdan-başa  dönə-dönə  imsilədi,  üz-gözünü,  saçını,  əllərini  yaladı.  Nəfəsini 
sinəsinə verdi. Elə bildi ki, bu nəvazişləri ilə qızı ayağa qaldıracaq. Ancaq dan yeri 
qızaranda  ehtiyatla burnunu  Qaratelin üzünə  yaxınlaşdırdı  və  diksinib geri  atıldı. 
Qızın  bədəni  bumbuz  idi.  Alan  ağzını  göyə  tutub oyanmaqda olan  təbiəti  elə bil 
köməyə çağırdı. Meşələrə, cələlərə, yarğanlara, dərələrə, dağlara, axar sulara, çox 
nakamları qurban aparan Kürə haray saldı. Acı-acı uladı. 
IY fəsil - 1 - 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə