İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

mərkəzindən xüsusi tapşırıq almışdı. Bu gecə Həsən ağa tutulmalı idi. Kəndə tam 
sakitlik  çökdükdən  sonra  Keçəl  Xondulu  atın  belinə  qalxdı.  Yoldaşları  da 
atlandılar. Xondulu yarım pıçıltılı səslə onları başa saldı. 
- Yarınız Alqazax uşağının evinin alt tərəfini, yarınız da üst tərəfini kəsərsiniz. Elə 
edərsiniz  ki,  aradan  bir  quş  da  çıxa  bilməsin.  Həmləni  uzaqdan  götürün  ki,  başa 
düşən olmasın. Evə yaxınlaşanda da, saymazyana yaxınlaşarsınız. Onların üstünü 
beyqafıldan, yatdıqları yerdə almasaq, ələ keçirə bilməyəcəyik. 
Sakitcə üç yerə bölündülər və Alqazaxlılar tərəfə yola düşdülər. 
Otuzluq  çırağın  işığını  aşağı  çəkib  öz  otağında  döşəkcə  üstündə  oturan  Güllü 
xanım  kəndin  yuxarı  başında  hürüşüb  susan  itlərin  səsini  dinşədi  və  astaca 
addımlarla  eyvana  çıxdı.  Atların  ayaq  tappıltısından  başa  düşdü  ki,  onlar  tərəfə 
gələn var. Həsən  ağanın  qapısını  taqqıldatdı. Oğlu  anasının  çağırışını dərhal  başa 
düşdü və yapıncılı-çuxalı eyvana çıxdı. Güllü xanımın titrək səsi eşidildi. 

Əlli tərpən, bala, deyəsən gələn var. 
Güllü xanım oğlunun yanında ömründə ilk dəfə kövrəlib boynunu qucaqladı. 
Həsən ağa eyvandan tullanıb talvarın altına getdi. Yəhərə qalxıb atın üzünü Kürə 
tərəf  çevirdi.  İtlər  evin  ətrafını  kəsən  atlılara  hücuma  keçdilər.  Tüfəng  şaqqıltısı, 
qamçı  səsi  eşidildi.  Hay-küyə  arvad-uşaq  ayıldı.  Şəmiddini  oyadıb  tələm-tələsik 
geyindirdilər.  Qönçə  xanımın  çığırtısına  fikir  vermədilər.  Sonra  Həsən  ağagilin 
eyvanına  çıxdılar.  Güllü  xanım  bu  haylı-küylü  basqına  fikir  vermədən  eyvanda 
dayanıb Kürü dinşəyirdi. 
Keçəl Xondulu onun üstünə acıqlandı. 

Oğlun hardadı? 
Güllü  xanım  əsasına  söykənib  ayağa  durdu  və  atın  döşünə  salınmış  Şəmiddini 
göstərdi. 
Həsən ağa suvadaxdan Kürə enmək istədikdə, atın böyründə dayanan Alanı gördü. 
Cilovu  çəkdi.  İt  bunu  hiss  edib  qabaq  ayaqlarını  yəhərin  üzəngisinə  qoydu  və 
ağlayırmış kimi için-için zingildədi. 
Həsən ağa aşağı əyilib Alanın üz-gözündən öpdü, başını sığalladı və kövrək, titrək 
downloaded from KitabYurdu.org


səslə dilləndi. 
-  Salamat  qal,  Alan,  buraları  sənə  tapşırıb  gedirəm.  Ev-eşikdən  muğayat  ol.  Ya 
qismət, bir də 
33 
görüşəcəyikmi?! Allah bilir!.. 
İt zingildədi və onun əlini yaladı. Həsən ağa atın başını qanırıb Kürə endi. Alan isə 
onun qaraltısı gözdən itincəyə qədər dalınca baxdı. 

Bəs bu kimdi, oğlum deyil? 
Keçəl Xondulu səsini ucaltdı. 

Onu demirəm, Həsən ağa hanı? 
Elə  bu  vaxt  Kürün  o  üzündən  dalbadal  atılan  güllə  səsi  və  Alanın  acı  ulartısı 
eşidildi. Güllü xanımın bayaqdan azca əyilmiş beli düzəldi, elə bil boyu da ucaldı. 

Güllə səsini eşitmirsənmi? O tayda - meşədədi, bacarırsınız, gedin tutun. 
Keçəl Xondulu sərt bir söyüş söyüb eyvandan düşdü və atın belinə qalxdı. 
- Bu dəfə də aradan çıxdı, amma harada olsa, onu tapacam.  - Yzünü yoldaşlarına 
çevirdi. - Tez olun, tərpənin. 
Atlı dəstə kənd itlərini və yuxuya getmiş camaatı oyadaraq Alqazaxlılar tərəfdən 
yola düşdü. 

4 - 
Qəza  mərkəzinə  odun  aparan  arabalar  geri  qayıdırdı.  Hava  isti  iddi.  Çöllər 
yaşıllaşmışdı.  Şirələnmiş  torpağın  sinəsinə  lalələr  səpələnmişdi.  Arabalar  Acı 
Dərənin dikdirində dayandılar. Qabaq arabadakı ağsaqqal kişi o birilərini səslədi. 
- A, bala, arabaları endirin dərəyə çayın qırağına, o başdannan yola çıxdı ğımızdı. 
Həm heyvanlar bir az dincəlsin, həm də biz ağzımıza bir tikə çörək alaq. 
Dikdiri  aşağı  endilər.  Dərəyə  düşən  kimi  suyun  sərinliyi  onları  vurdu.  İncə  çayı 
dupduru  idi.  Yarğanların,  qolpunların  dibindən  poqquldayıb  qaynayan  bulaqların 
suyu çayı daha da şəffaflaşdırırdı. Çayın vadisi dərə boyu  yamyaşıl bir zeh kimi 
uzanıb  gedir  və  yuxarılarda  gözdən  itirdi.  Qara  bulaqların  axarınca  acı  tərələr, 
lilparlar, yarpızlar bitmişdi. Böcəklər vızıltı ilə uçuşur, çiçəkdən-çiçəyə qonurdu. 
downloaded from KitabYurdu.org


Kəlləri,  öküzləri  boyunduruqdan  açdılar.  Heyvanlar  əvvəlcə  gərnəşib  çırpındılar, 
sudan doyunca içdilər və sahil boyu oyxurub cücərən otları otlamağa başladılar. 
Arabaçılar  bir  yerə  yığışıb  balaca  bir  süfrə  açdılar.  Torbadan,  heybədən  süzmə, 
qatıq  çıxarıb  iştəha  ilə  çörək  yeməyə  başladılar.  Dərədəki  güllərin,  çiçəklərin, 
yarpızların  ətri  adamı  məst  edirdi.  Çörək  yedikdən  sonra  arabaçılar  əl-ayaqlarını 
yudular,  soyuq  suyun  təmasından  xumarlanıb  yaşıllığa  uzandılar.  Çayın 
yuxarısında Acı Dərənin uçurum yarğanının üst tərəfində qarğa-quzğun dolaşırdı. 
Ağsaqqal arabaçının gözü bunu aldı və xeyli o tərəfdən nəzərlərini ayırmadı. Sonra 
dirsəklənib oturdu. Yzünü yanındakı cavanlara tutdu. 
- A bala, yuxarıda yaman qarğa-quzğun dolaşır, gedin görün nədir, amma ehtiyatlı 
olun.  Cavanlardan  iki  nəfəri  əllərində  çubuq  asta  addımlarla  çay  yuxarı  getməyə 
başladılar.  Onlar  yarğanın  altından poqquldayıb qaynayan  və yaşıllıq  içində olan 
bulağın  bərabərinə  çatanda  bir  adamın  orada  uzandığını  gördülər,  yaxınlaşmağa 
ehtiyat etdilər. Elə bu vaxt qoca arabaçı da gəlib çıxdı. O, diqqətlə şır-şırnan axan 
bulağın  suyuna,  acı  tərələrə,  ətri  Acı  Dərəni  dolduran  yarpızlara  xeyli  baxdı  və 
sonra üzünü yarğana çevirdi və başa düşdü ki, bu adamı yarğanın qaşında vurub 
dərəyə  tullamışlar.  Bu  adam  bütün  gecə  səhərə  qədər  yaralı  qalmış,  suyun, 
bulaqların  şırıltısını  eşidincə  sinəsi  yanmış,  su  deyə  inildəmişdi.  Sonra  bir  təhər 
sürünərək  bulağın  üstə  enmişdi.  Təpimiş  dodaqlarını  suya  yapışdırıb  közərmiş 
yanğısını söndürmüş, özü də sönmüşdü. 
Yaralı  adama  su  verməzlər.  Burada  isə  kim-kimə  idi?  Onu  güllə  ilə  arxadan 
vurmuşdular. Qoca arabaçı və yoldaşları bir xeyli sakitcə dayandılar. Çayın yaşıl 
vadisinə sükut çökdü. Bircə vızıldaşıb çiçəkdən-çiçəyə qonan böcəklərin səsindən 
başqa  heç  nə  eşidilmədi.  Qoca  arabaçı  aşağı  əyildi.  Hələ  də  əli  və  üzünün  bir 
hissəsi bulaq suyunun içində olan meyidi arxası üstə çevirdi. Onun qan laxtalanmış 
üzünə diqqətlə baxdı. 
- Bu ki, bizim Şəmiddin ağadır, - deyib əllərini gözünün üstünə qoydu və astadan 
hönkürdü. Onun hönkürtüsü bulaqların şırıltısı, böcəklərin uğultusu və çiçəklərin 
ətri içində itib batdı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə