İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

kişiyə tutdu: 

Səhər  tezdən  -  işıqlaşan  kimi  adamların  burda  olsun.  Silahlı 
komsomolçularını deyirəm. 
Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. 
Amma elə elə ki, gecə peç sönməsin. 
Yoldaş Fətullayev şinelini, çəkməsini soyundu və paltarlı yorğan-döşəyə girdi. 
Mustafa kişi səhərə qədər yata bilmədi. Tez-tez qalxıb ocağa odun atdı və nə qədər 
fikirləşdisə,  rus  əsgərlərinin  qəfildən  kəndə  gəlmələrinin  səbəbini  aydınlaşdıra 
bilmədi. 
İşıqlaşan kimi axşamdan Mustafa kişidən tapşırıq alan silahlı komsomolçular onun 
evinin qapısını kəsdirdilər. Yoldaş Fətullayev onları başına yığdı. 
- Bu saat dağılışarsınız kəndə. Gedərsiniz evlərə. On beş yaşından yuxarı nə qədər 
başıpapaqlı  varsa,  gətirərsiniz  məscidin  həyətinə.  Dünəndən  baxmışıq  ondan 
münasib yer yoxdur. Həm məscidin özü böyükdü, həm də ətrafı hasarlıdı. 
Bir azdan kəndə hay-haray düşdü. Arvad-uşağın səs-küyünə, ağlamalarına heç kəs 
fikir  vermədi.  Rus  əsgərləri  kişiləri  süngünün  qabağına  salıb  məscidin  həyətinə 
gətirdilər.  Yoldaş  Fətullayev  məscidin  və  həyətin  içinin  dolduğunu  gördü  və 
bundan sonra hasarın üstünə çıxdı. Bayaqdan təşviş içində qalan və öz aralarında 
xısın-xısın  söhbət  edən  kişilər  daş  hasarın  üstünə  çıxan  Fətullayevi  görüncə 
susdular. Fətullayev aralığa sükut çökdükdən sonra amiranə səslə dilləndi. 
-  Camaat,  hökumətin  qərarı  var:  hamı  silahını  könüllü  şəkildə  təhvil  verməlidir. 
Kimin  tüfəngi,  naqanı,  xəncəri  varsa,  gətirməlidir.  Kim  silahını  könüllü  təhvil 
versə,  ona  heç  nə  etməyəcəyik,  buraxacayıq,  gedəcək  evinə.  Amma  inad 
göstərsəniz, qurban verəcəksiniz. Sizə ən uzağı bir gün vaxt verirəm. Silahlarınızı 
gətirin! 
Camaat heç nə başa düşmədi. Təşvişlə bir-birinin üzünə baxdı. Fətullayev hasarın 
üstündən düşüb gedəndən sonra da nə edəcəklərini bilmədilər. 
Əslində onların çoxunun silahı var idi. Rus beşaçılanlarını, naqanları, İran və türk 
tüfənglərini  parçalara  büküb  samanlıqlarda,  tövlələrin  axurlarında,  pərdilərin 
downloaded from KitabYurdu.org


arasında,  ot  tayalarının  altında  gizlətmişdilər.  Heç  kəs  silahı  olduğunu  boynuna 
götürmək istəmirdi. Hamı fikirləşirdi ki, 
"Silahın nə zərəri var? Yüz gün yaraq bir gün gərək". Züllə papaqlı rus əsgərləri 
məscidi  ikiqat  mühasirəyə  aldılar.  Yarımkürklü  və  uzun  qılınclı  komandirlər 
məscidin ətrafında dolaşdılar. Yoldaş Fətullayev iki saatdan sonra bir də gəldi. Daş 
hasarın üstünə bir də çıxıb sözlərini bir də təkrar etdi. Amma camaatdan tərpənən 
olmadı. 
Lopa-lopa  qar  yağırdı.  Məscidin  həyətinə  toplaşanların  hamısı  qar  içində  idi. 
Çoxunun  əynində  isti  paltar  olmadığından  soyuqdan  büzüşmüşdü.  Çoxusu  ac  idi. 
Səhər qoymamışdılar ki, çörək yesinlər. Kənd arvadları məscidin ətrafındakı evlərə 
yığışmış, damların üstünə çıxmışdılar. Onların əllərində bağlamalar, heybələr var 
idi. Kişilərə çörək gətirmişdilər. Amma keşikçilər onları yaxına buraxmırdılar. 
Sözə baxmayıb irəli cuman arvadları süngünün ucunda geri qaytarırdılar. 
Mustafa kişi arvad-uşağın ağlaşmasına dözmədi. Qorxa-qorxa Fətullayevə yanaşdı: 

Camaat acdır. Arvadlar çörək gətiriblər, bəlkə... 
Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu: 

Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var? 
Qaranlıq qarışdı. Amma kişilərdən tərpənən olmadı. 

3 - 
45 
Fətullayev  qəza  mərkəzində  olan  zaman,  ya  da  Gəncəyə,  Bakıya  getdiyi  vaxt 
müəyyən tapşırıqlar alır, kimləri isə axtarır, onların izinə düşürdü. Ətraf qəzalarda 
kəndlərdən  qaçanların  kimlər  olduğunu  öyrənməyə  çalışırdı.  Ona  görə  də,  hər 
söhbətə saymazyana qulaq asır, hər kəndə öz adamlarını göndərir, hətta qaçaqların 
dəstəsinə  də  adam  yollayırdı.  Bu  adamların  çoxu  qaçaqların  e'tibarını  qazanmaq 
üçün cinayət də törədirdilər. 
Yoldaş Fətullayev gizli arxiv sənədlərini də nəzərdən keçirirdi. Mərkəzdən qaçmış 
və gözdən yayınan əksinqilabçıları tapmaq üçün gizli yollar axtarırdı. Onu ən çox 
narahat edən Gəncə üsyanı idi. 
downloaded from KitabYurdu.org


Yoldaş  Fətullayev  yenə  Mustafa  kişinin  isti  qonaq  otağında  əyləşmişdi.  Yenə 
kağızları səpələyib nəyi isə axtarırdı. Mustafa kişi isə sobaya aramsız odun atırdı. 
Yoldaş Fətullayev armudu stəkandakı çayını içdi və üzünü Mustafa kişiyə tutdu: 

Ağlın nə kəsir, sizin camaatın silahı yoxdu? 
-  Meşə  çaqqalsız  olmaz,  yoldaş  Fətullayev,  bir  də  belə  qarışıq  zamanda  silah 
saxlamağın  nə  zərəri  var?  Hürriyyətlik  ilində  hərə  özünə  bir  açılan  tapmışdı  ki, 
özünü  qorusun.  Çox  qarışıq  zəmanəyə  gəlib  çıxmışıq.  Adam  başında  papağını 
güclə saxlayır. 
Fətullayev  ayağa  durdu.  Otaqda  bir  xeyli  gəzindi  və  üzünü  yenə  Mustafa  kişiyə 
tutdu: 
-  İndi  isə  həmin  açılanları  götürüb  meşələrə,  dağlara  çəkilirlər,  hərə  bir  quldur 
dəstəsi  düzəldir.  O  müzür  ünsürlər  şura  hökumətini  yıxmaq  istəyirlər.  Onu 
bilmirlər ki, sinfi düşmənlər qulaqlarının dibini görsələr, onu da görəcəklər. 
Mustafa kişi hiss etdi ki, yoldaş Fətullayev hirslənib. Sözünün dalını demədi. Elə 
bu vaxt qapı astaca aralandı. Mustafa kişi ayağa durdu və əli silahlı komsomolçuya 
yaxınlaşdı. 

Mustafa qağa, Çapıq Əmrahı gətirdilər. 
Mustafa kişidən qabaq yoldaş Fətullayev təəccüb və həyəcanla dilləndi: 

Kimi?! 

Çapıq Əmrahı. 
Bu  ada  yoldaş  Fətullayev  çoxdan  rast  gəlmişdi.  Mərkəzdən  bütün  qəzalara  gizli 
təliqələr göndərilmişdi. Fətullayev də onu axtarırdı, onun izinə düşməyə çalışırdı. 
İndi gözlənilmədən Qaymaqlı kəndində onunla rastlaşırdı. Sevinc və həyəcan hissi 
onu bürüsə də, üzə vurmadı. Sakitcə Mustafa kişidən soruşdu: 

Çapıq Əmrah orduda olubmu? 

Müsavat  hökuməti  vaxtı  zabit  olub.  Bilirsinizmi,  yoldaş  Fətullayev,  hamı 
ona  "paruçik"  deyir.  Elə  bizim  kənddə  də  onu  Əmrah  kimi  tanıyan  azdı.  Ona 
"barcuy" deyirlər. 

İndi o hardadı? 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə