İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   25   26   27   28   29   30   31   32   ...   41


Narahat  olmayın,  yoldaşlar!  Səhər  tezdən  şəhəri  toplardan  atəşə  tutarıq, 
səslərini  kəsərlər.  Mən  müsəlmanları  yaxşı  tanıyıram.  Onlarda  döyüş  qabiliyyəti 
yoxdur. Onların sənəti qaçaqçılıq, quldurluqdur. 
-  Səhv  edirsiniz.  Bu  quldurlar  bir  anın  içində  əsgərlərimizi  həbs  edib  şəhəri  ələ 
keçiriblər, - deyə komendant yarıhirsli ona cavab verdi. 

Bakıya mə'lumat vermisinizmi? 

Hələ yox. 

Əgər  öz  gücümüz  çatmasa,  Bakıya  bildirəcəyik  və  onlardan  kömək 
istəyəcəyik. 

Müsəlmanların  bir  məsəli  var:  "Ehtiyat  igidin  yaraşığıdır".  Əvvəlcədən 
tədbir görmək lazımdır. Bolşevik komandirləri dərhal qüvvələri səfərbərliyə almaq 
üçün hissələrə adamlar göndərdilər. Lakin hər yerdə vahimə və başıpozuqluğa rast 
gəldilər.  Onlar  dəmiryol  vağzalında  tə'cili  qərargah  düzəltdilər  və  səhərə  yaxın 
azacıq mürgülədilər. Mayın 26-da səhər tezdən dəmiryol vağzalının başı üzərində 
şrapnel mərmiləri şappıldadı və çarpanalar dolu kimi  ətrafa səpələndi. Alayuxulu 
və özlərinə arxayın olan rus-bolşevik zabitləri özlərinə gəlincə üsyançıların süvari 
dəstələri  ətrafı  üzüm  bağları  və  dirrik  olan  yol  ilə  gələrək  bir  göz  qırpımında 
vağzalı tutdular. Və onlar axşama qədər dəmiryolunu əldə saxladılar. Lakin 20-ci 
diviziyanın  komandiri  Velikanovun  Qazaxdan  gətirdiyi  zirehli  qatarların  köməyi 
ilə bolşeviklər stansiyanı yenidən ələ keçirdilər. Çayın sağ sahilində gecə yarıdan 
keçmiş  canlanma  başladı.  Ordunun  süvari  və  piyada  hissələri,  nizami  erməni 
qoşunları və erməni başıpozuqları birləşərək körpüyə doğru hərəkət etdilər. Onlar 
səhər açılanda gözlənilmədən çayı keçib, şəhərin üsyan etmiş müsəlman hissəsini 
qəfildən yaxalamaq və yuxulu camaatı qılıncdan keçirmək istəyirdilər. Üsyançılar 
isə  çayın  sol  sahilində  səngərlər  qazmış  və  ayıq  dayanmışdılar.  Üsyan  başçıları, 
generallar,  zabitlər  və  əsgərlər  sahil  boyu  ehtiyatla  gəzinirdilər.  Şəhərin  erməni 
hissəsində balaca bir hərəkət olan kimi qərargaha xəbər verirdilər. 
Əmrah özünü qərargaha yetirdi və general Cavad bəyə xəbər verdi ki, Gəncənin 2-
ci hissəsində  nəsə bir  hərəkət var. Yavərin  dediyi  bu sözləri  eşidən  Cahangir bəy 
downloaded from KitabYurdu.org


də  dərhal  sıçrayıb  ayağa  qalxdı  və  onlar  bir  göz  qırpımında  həyətə  çıxıb  atlarına 
mindilər və başa düşdülər ki, bu il çayın suyu həddindən artıq daşqın olduğundan 
yeganə keçid ancaq körpüdən ola bilər. Dağlardan baş alıb gələn çayın qıjqoy suyu 
sahilləri yalayırdı. 
Cavad bəy Əmraha əmr etdi zabitlərə çatdırsın ki, hazır olsunlar. 
Dan  yeri  qızarıb  günəşin  ilk  şəfəqləri  pəncərələrdə  oynarkən  körpünün  üstündə 
hücum  edənlərlə  üsyançılar  qarşılaşdılar.  Qılınclar  havada  oynadı.  Səngərlərdən 
pulemyotların şaqqıltısı eşidildi. Hər iki tərəfin süvariləri döş-döşə gəldi. Aradan 
yarım saat keçməmiş körpünün üstü, çayın axarı insan cəsədləri ilə doldu. Aldığı 
yaradan, yaxud müvazinətini saxlaya bilmədiyindən körpünün məhəccərindən suya 
düşən  atların  kişnərtisi  bir-birinə  qarışdı.  Qılınc  cingiltisi  və  güllə  səslərindən 
qulaq  tutuldu.  Körpünü  ortaya  qədər  gələn  düşmənlərin  önündə  Əmrah  da  at 
belində 
42 
qılıncla çarpışırdı. 
Onun  körpünün  üstünə  nə  vaxt  gəlməsindən,  qılıncını  sıyırıb  nə  vaxt  vuruşmağa 
başlamasından xəbəri yox idi. Gözlərini qan örtdüyündən heç nə görmürdü. Bircə 
onu bilirdi ki, qılıncı havada fırlanır, nəyəsə dəyir, nəyisə doğrayır. 
Birdən Əmrahın önündə at belində az qala bütün körpünü tutacaq qıllı papaqlı, enli 
bir kürək göründü və bu kürəyin qılıncı havada parıldadı. Əmrahın atı şaxə qalxıb 
kişnədi.  Əmrah  da  qılıncını  hərlədi.  Nə  qədər  çarpışdıqlarını  bilmədi.  Bir  o 
yadında qaldı ki, alnında kəskin ağrı hiss etdi, üz-gözünü qan bürüdü. Onu da dərk 
etdi  ki,  son  anda  qılıncı  nəyi  isə  xırçıltı  ilə  kəsdi,  onun  gözünün  qabağında 
dayanan  qıllı  papaqlı  sifət  dığırlanıb  suya  düşdü,  qarşısını  kəsən  at  da,  adam  da 
yoxa çıxdı. 
Gözünü açanda özünü bir ağacın dibində başı sarıqlı gördü. Bir də onu öyrəndi ki, 
düşmən geri oturdulmuş, körpü üsyançıların əlindədir. 
Bundan  sonra  üsyançılarla  bolşeviklərin  ciddi  və  qanlı  döyüşləri  başladı. 
Üsyançılar  üzüm  bağlarına  doluşan  və  şəhərin  ucqar  dar  küçələriylə  irəliləmək 
downloaded from KitabYurdu.org


istəyən  bolşevikləri  əzərək  geri  oturtdular.  Beləliklə,  mayın  25-dən  30-dək  qanlı 
çarpışmalar davam etdi və şəhər üsyançıların ixtiyarında oldu. 
Bolşeviklər  vəziyyətin  ciddiliyini  və  ağırlığını  görərək  Bakıdan,  Gürcüstan 
sərhədlərindən, hətta Ermənistandan öz hərbi qüvvələrini Gəncəyə çəkib gətirdilər. 
Bakıdan yeni zirehli qatar və canlı qüvvə, P.V.Kurışkonun komandası altında 18-ci 
süvari  diviziya,  Gürcüstan  sərhəddindən  qaubiçnı  divizion  və  daha  dörd  zirehli 
qatar,  Ermənistan  sərhəddindənsə  daha  bir  polk  -  179-cu  polk  gətirildi.  Ən 
dəhşətlisi  isə,  Gəncəyə  hücum  edən  mütəşəkkil  rus-bolşevik  ordusuna  yenə  də 
bolşevik  bayrağı  altında  çıxış  edən  3000  nəfərlik  nizami  daşnak  hərbi 
birləşməsinin və onlara qatılmış ətraf və Gəncə ermənilərinin qoşulması idi. Bütün 
qüvvələr  Gəncədəki  20-ci diviziyanın komandiri  Velikanova  tabe  edildi. Düşmən 
şəhərin  ətrafla  əlaqəsini  kəsmək  üçün  Xaçbulaq  yolundakı  Balçılı  kəndinin 
həndəvərindəki  yeganə  keçidi  Kurışkonun  18-ci  süvari  diviziyasının  köməyi  ilə 
qanlı  döyüşlərdən  sonra  tutdu.  Və  mayın  29-da  şəhərə  növbəti  hücum  başladı. 
Günortadan sonra  şimaldan  və  şimal-qərb  səmtindən hücum  edən 178 və 179-cu 
atıcı polklar şəhərin ucqar küçələrinə daxil oldular və qanlı küçə döyüşləri başladı. 
Lakin az sonra həmin polklar gəncəlilərin qabağında duruş gətirməyib geriyə - öz 
əvvəlki  mövqelərinə  çəkildilər.  Onlar  belə  müqavimətlə  üzləşəcəklərini 
gözləmirdilər.  Şəhərin  erməni  hissəsindən  hücum  edən  birləşmələrin  də  burnu 
ovuldu.  Üsyançılar  onları  suları  seldən  qabarmış,  qıjıltı  ilə  axan  Gəncə  çayını 
keçməyə qoymadılar. Kurışkonun cənub və cənub- qərbdən şəhərə soxulmağa can 
atan  süvari  birləşmələri  də  böyük  itkilər  verərək  geriyə  sürükdü.  İki  günlük 
hücumun  başa  çıxmasını  görən,  əsgərlərinin  sayı  Gəncə  əhalisi  qədər  olan  və 
yüksək döyüş texnikası ilə təchiz olunmuş rus-bolşevik işğalçıları Voytsexovskinin 
komandası altında yenə də Gürcüstan sərhədlərindən tərkibində 175 və 176-cı atıcı 
polklar olmaqla daha bir briqadanı, bir yüngül artilleriya divizionunu və Bakıdan 
zirehli  avtomobil  divizionu  ilə  nizami  erməni  dağ  batareyasını  da  tə'cili  Gəncəyə 
gətirdilər. Düşmən son hücuma hazırdı. Onun beş piyada polku, 6 süvari polku, 7 
xüsusi birləşməsi, 2 zirehli avtodivizionu, 8 zirehli qatarı, 57 ağır topu və nizami 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə