İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

Səfikürdskini qucaqlayır "Artıq geniş səfərbərlik e'lan edə bilərik. İndi hər şeyimiz 
var" deyirdi. Silahları təhvil alanlardan bir neçəsi şəhərin girəcəyində atdan düşüb 
topların  lüləsinə  paçayırma  minib  "ura"  deyə  qışqırırdılar.  Küçə  boyu  düzülən 
camaat onları eyni sevinclə qarşıladı. 
Şəhərin  kənarındakı  dəmir  yolunda  isə  kiprik  boyda  görünən vaqonlar  tüstülənə-
tüstülənə arxayınca, takka-tukla irəliləyirdi. 
VII FƏSİL 

1 - 
Gecədən  xeyli  keçmişdi.  Göyün  üzündəki  ulduzlar  elə  bil  yazın  belə  tez  və  isti 
gəlməsinə sevinib sayrışırdı. Həmişə səksəkəli yatan şəhər bu gecə də narahat idi. 
Küçələrdə  at  ayaqlarının  tappıltısı  eşidilir,  arabir  təkəm-seyrək  gözə  dəyən 
keşikçilər görünürdü. XI rus-bolşevik ordusu bir aya yaxın idi ki, Gəncə şəhərini 
zəbt etmişdi. 
Çay  sahilində  yerləşən  zirzəmilərin  birindən  solğun  işıq  gəlirdi.  İçəri  zabitlərlə 
dolu  idi.  Bakıda  müsavat  hökumətinin  devrilməsindən  sonra  təslim  olmaq 
istəməyən  zabitlər  Gəncədəki  narazı  hərbiçilərlə  birləşmişdi.  İndi  onlar  gizlin 
məşvərətə  yığışmışdılar.  Məşvərətə  Azərbaycan  hökuməti  dövründə  Gəncə  hərbi 
qarnizonun  rəisi  vəzifəsini  icra  edən  Cavad  bəy  Şıxlinski  və  Gəncə  atıcı  alayının 
komandiri polkovnik Cahangir bəy Kazımov rəhbərlik edirdilər. 
O  vaxt  Əmrah  General  Cavad  bəy  Şıxlinskinin  yavəri  idi.  Hər  şey  indiki  kimi 
yadındadır.  General  onu  tez-tez  zabitlərin  arxasınca  göndərirdi.  Əmrah  Cavad 
bəyin  tapşırığı  ilə  keçmiş  şəhər  komendantı  general-mayor  Məmməd  Mirzə 
Qacarı, qaçaq Sarı Ələkbəri, qaçaq Qənbəri, Topalhasanlı Cabbarı tapıb məşvərətə 
gətirdi. Başqa general və yüksək vəzifəli zabitlər də gəldilər. Hamının toplaşdığını 
görən general  Cavad  bəy  zabitlərə  oturmağı təklif  etdi  və  özü də  üstündə  şəhərin 
xəritəsi  olan  yazı  masasının  arxasında  oturdu.  Aralığa  xeyli  sükut  çökdü.  Cavad 
bəy xəyalında nəyi isə ölçüb-biçdikdən sonra sözə başladı: 
-  Ağalar,  XI  Qızıl  Ordunun  bolşevikləri  bizə  yalan  satmışlar.  Xəlil  Paşa  da  bizi 
inandırmışdı ki, rus qoşunları bizim ərazidən keçib Türkiyəyə İstanbulu müdafiəyə 
downloaded from KitabYurdu.org


gedir.  Bosfor,  Dardanel  təhlükə  qarşısındadı.  Biz  bu  ordunun  tezliklə  Türkiyəyə 
getməsinə kömək etməliyik. İndi isə bir aydı ki, Gəncədədirlər. Belə getsə, biz öz 
istiqlaliyyətimizi itirəcəyik. Ona görə də polkovnik Cahangir bəy Kazımovla belə 
qərara  gəlmişik  ki,  Gəncəni  üsyana  qaldıraq.  Sizi  də  bu  məqsədlə 
məsləhətə çağırmışıq. Fikriniz nədir? 
İçəridə  oturan  generallar  və  başqa  hərbiçilər  çiyinlərindən  ağır  yük  götürülmüş 
kimi dərindən nəfəs aldılar. 
39 

Biz bunu çoxdan gözləyirdik. 
-  Elə  isə  vaxt  itirməyək,  -  deyə  Cavad  bəy  sözünə  davam  etdi.  -  Cənab  general 
Məmməd  Mirzə  Qacar,  şəhərin  istehkamlarının  hazırlanması,  müdafiə  xəttlərinin 
möhkəmləndirilməsi,  köhnə  şəhər  komendantı  kimi  məhəllələrin,  küçə  və 
dalanların hazırlanması və istehkama çevrilməsi sizə tapşırılır. 
-  Siz  isə,  -  deyə  general  üzünü  Sarı  Ələkbər  və  Qaçaq  Qənbərə  tutdu.  -  Öz 
dəstənizlə əhalini ayağa qaldırmalı və döyüşə aparmalısınız. Səngərlərin silahlar və 
mərmilərlə tə'min olunmasını isə Topalhasanlı Cabbara tapşırırıq. Bütün bunlardan 
əvvəl  daha  tə'cili  görüləsi  iş  var.  Bu  haqda  polkovnik  Cahangir  bəy  Kazımovun 
sizə sözü var. 
Bayaqdan  deyilənlərə  səbirsizliklə  qulaq  asan  və  vaxtın  itiriləcəyindən  qorxan 
polkovnik dərhal ayağa durub izaha başladı. 
-  Ağalar,  bizim  ordumuzun  1800  nəfəri  bolşevik  ordusu  tərkibindədir.  Rus 
bolşevikləri  Azərbaycan  ordusunu  yenidən  təşkil  etməyə  vaxt  tapmayıblar.  Ona 
görə  də,  milli  ordunun  məşhur  generalı  Məmməd  Mirzə  Qacarı  diviziyanın 
təchizat  şö'bəsi  rəisi  vəzifəsində  saxlayıblar.  Hətta  Mirzə  Qacar  şəhərin 
komendantıdır.  Bu  bizim  xeyrimizədi.  Demək,  bolşevik  ordusu  tərkibində 
tərəfdarımız  var.  İndi  mayın  23-də  Bakıdan  XI  Ordunun  Gəncəyə  göndərdiyi 
komanda  hey'əti  şəhərə  gələrək  dərhal  hərbi  hissələri  yenidən  təşkil  etməyə 
başlamışdır. Onlar komanda hissəsini tamamilə təzələyirlər. Bütün köhnə zabitləri 
işdən götürür və yenisi ilə əvəz edirlər. Bir sözlə, rus ordusunun tərkibində bu saat 
downloaded from KitabYurdu.org


böyük hərc-mərclik və başsızlıq var. İndi əsl fürsətdir. Ona görə də, elə bu gecə, bu 
saat işə başlamaq lazımdır. Hamıya əmr edirəm, tə'cili olaraq öz hissələrinizi ayağa 
qaldırıb nəzərə çarpmadan bolşeviklərin kazarmasını ələ keçirmək və şəxsi hey'əti 
həbs etmək lazımdır. 

2 - 
Gəncə çayı selləmə gəldiyindən onun qıjıltısı şəhəri başına götürmüşdü. Bu qıjıltı 
o qədər güclü idi ki, küçələrdə, yollarda edilən hərəkətlər sezilmirdi. Başqa vaxtlar 
şəhərin  2-ci  hissəsində  körpünün  yanındakı  kilsə  saatının  səsi  şəhərin  ucqar 
küçələrində  belə  eşidilirdi.  İndi  isə  beş  addımlıqdan  heç  nə  eşitmək  mümkün 
deyildi. 
XI Ordunun əsgərləri ac və yorğun olduqlarından axşamdan kazarmaya doluşmuş 
və yatışırdılar. Keşikçilər kazarmanın ətrafında dolaşır, yorğun-yorğun əsnəyir və 
növbələrinin  haçan  qurtaracağını  gözləyirdilər.  Onlardan  divara  söykənib 
mürgüləyənlər də var idi. 
Üsyançılar  dəstəsi  körpünü  keçib  kazarmaya  yaxınlaşdı.  Qaçaqlar  isə  öz  atlı 
dəstələri  ilə  arxa tərəfdən  gələrək  əsgərlərin  yataq  yerlərini  əhatə  etdilər. General 
Cavad  bəy  və  polkovnik  Cahangir  bəyin  başçılıq  etdiyi  dəstə  bir  göz  qırpımında 
irəli  cumdu,  keşikçilər  özlərinə  gələnə  qədər  onları  sıradan  çıxartdı  və  əsgərlərin 
üstünü  aldı.  Əsgərlərdən  silah  götürmək  və  atəş  açmaq  istəyənlərə  imkan 
vermədilər. 
Üsyançılar tərk-silah etdikləri rus əsgərlərini cərgəyə düzüb qabaqlarına saldılar və 
birbaş Gəncə qalasına gətirdilər... 
Cavad  bəy  Cahangir  bəylə  birlikdə  qalanın  keşikçi  dəstəsini  möhkəmlətdikdən 
sonra  qərargaha  qayıtdılar.  Onların  üzləri  gülürdü.  İlk  əməliyyatları  uğurlu 
keçmişdi. Zirzəmidə bir qədər oturdular və nəfəslərini dərdilər. Sonra Cavad bəyin 
yavəri Əmrahın gətirdiyi çayı içdilər. General Cavad bəy kəşfiyyatın ona gətirdiyi 
mə'lumatı  yazı  masasının  üstünə  qoydu  və  polkovniklə  birlikdə  oxumağa 
başladılar.  "Şəhərin  strateji  əhəmiyyəti  olan  xeyli  hissəsi  rus  qoşunlarının  əlində 
idi.  20-ci  atıcı  diviziyanın  178-ci  və  180-ci  atıcı  polkları  çayın  sağ  sahilində, 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə