İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

erməni  birləşmələrindən  başqa  üç  mindən  çox  erməni  başıpozuğu  vardı. 
Bolşeviklərin  növbəti  hücumu  mayın  31-də  səhər  tezdən  başlandı.  Onlar  iki 
eşelonla,  güclü  top  atəşinin  köməkliyi  ilə,  dar  küçə  və  dalanlara  girməkdən 
çəkinərək,  geniş  küçələrdə  döyüş  texnikasından  istifadə  etməklə  irəliləməyə 
çalışdılar.  Dörd  tərəfdən  hücuma  keçsələr  də,  bolşeviklər  ağır  itkilər  verir  və  bu 
həmlələri  də  gözlədikləri  nəticəni  vermirdi.  Və  belə  bir  vaxtda  Bakıdan  xüsusi 
tapşırıqla  Gəncəyə  gələn  Azərbaycan  Kommunist  Partiyasının  fövqəl'adə 
komissarları  Həmid  Sultanov  və  Sultan  Məcid  Əfəndiyev  3-cü  briqadanın 
komandiri  Şirmaxerin  dəstəsi  və  bir  neçə  yerli  bolşevikin  köməyi  ilə  azsaylı 
gözətçiləri  tərk-silah  edərək  Gəncə  qalasında  saxlanılan  2000  rus  soldatını, 
komandirləri  və  qərargah  işçilərini  azad  etdilər.  Onlar  da  yaxınlıqdakı  silah 
anbarında  silahlanıb  şəhərin  müdafiəçilərinə  arxadan  zərbə  endirərək  küçə 
döyüşlərinə  girişdilər.  Bunu  gözləməyən  üsyançılar  təşvişə  düşdülər.  Xainlik  öz 
işini gördü. Üsyançıların ölüm-dirim mübarizəsi aparmalarına baxmayaraq düşmən 
hər  tərəfdən  şəhərə  doluşurdu.  Atışma  həyətlərdə,  damlarda,  evlərdə  gedirdi. 
Mayın 31-də şər qarışanda adda-budda 
43 
yerlərdə atışma getsə də, Gəncə artıq düşmən tapdağında idi... 
...Çapıq  Əmrah  bütün  bunları  yadına  saldıqda  üşürgələndi.  Büzüşərək  buxarıya 
yaxınlaşdı  və  əlindəki  odunları  ocağa  atdı.  Buxarı  qorlanıb  alovlandı.  Şəhər 
alındıqdan sonra üç gün aparılan talanı, Qoşqar çayını keçmək istərkən suya qərq 
olanları gözünün qabağına gətirdi. Selləmə yağış altında aşıb-daşan Gəncə çayında 
gördüyü  bir  mənzərə  indi  də  onu  dəhşətə  gətirdi.  Çay  sahildəki  ağaclardan  birini 
kökündən  qoparıb  suya  salmışdı.  Ağacın  düşdüyü  yerdə  su  lillənib  burulğana 
çevrilmişdi. Bu burulğanda iki meyit fırlanırdı. Biri qarayanız, biri sarışın. Onlar 
bir-  birinin  çiynindən  möhkəm  yapışmışdılar.  Əmrah  xeyli  onlara  baxdı  və  ayırd 
edə bilmədi ki, bunlar son anda bir-birlərini boğub suya batırmaq istəmişlər, yoxsa 
bir-birlərinə  köməyə  çalışmışlar.  İndi  də  bir-birlərini  buraxmırdılar.  Burulğan  isə 
onları gah suyun dibinə çəkir, gah da üzə çıxardıb fırladırdı. 
downloaded from KitabYurdu.org


O,  yenə  odun  götürüb  ocağa  atdı  və  birdən  pəncərədən  kəndin  yollarında  və 
məktəbin həyətində ora-bura qaçışan, qucaqlarında ot daşıyan zülləpapaq əsgərləri 
gördü. 
VIII FƏSİL - 1 - 
Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin üstünə ay 
doğmuş  və  hər  yeri  işıqlandırmışdı.  Bu,  Çapıq  Əmrahın  xoşuna  gəlmədi.  Beləcə 
qarlı günlərdə hər qaraltı aydınca seçilirdi. 
O,  sakitcə  tövləyə  endi.  İçəri  püş  səpilmişdi.  Baca  basdırılmışdı.  Malların 
nəfəslərinin  hənirtisi  içərini  isitmişdi.  Çapıq  Əmrahın  bədəni  qızışdı,  sümüyü 
açıldı.  Ondan  olsaydı,  burdan  heç  yana  getməzdi.  Atına  yaxınlaşdı.  Həmişə 
yəhərli-yüyənli  saxladığı  kəhərin  telini  sığalladı,  üzənginin  və  dal  tapcırlarının 
möhkəmliyini  yoxladı.  Əlini  atın  sağrısına  çəkdi,  boynunu,  üzünü  sığalladı  və 
sonra gözlərindən öpdü. Bir xeyli beləcə, üzü atın üzündə dayandı. Kəhər sahibinin 
bu  mehribanlığından  riqqətə  gəldi.  Qabaq  ayağını  tərpədib  astaca  oxrandı.  Çapıq 
Əmrah  toxtaqlıq  verib  atı  həyətə  çəkdi.  Tüfəngini  götürdü,  xəncərini  bağladı  və 
yapıncısını çiyninə saldı. Ağ yun başlığını papağının üstündən geyindi. Pəncərədən 
sakitcə  boylanan  arvad-uşağına  üzünü  belə  çevirmədən  quş  kimi  sıçrayıb  yəhərə 
qalxdı. Onun məqsədi xəlvəti yollarla gözə görünmədən kənddən çıxmaq və qonşu 
obaya getmək idi. Dərə ilə İncə çayının sahilinə endi. Ağacların arxasından sivişib 
keçdi  və  azacıq  sonra  kəndin  yuxarı  başındakı  dikdirdə  göründü  və  elə  zənn  etdi 
ki,  aradan  çıxmışdır.  Azacıq  nəfəsini  dərdi  və  ətrafı  dinşədi.  Qarın  üstündə 
tərpənən qaraltıları görəndə isə başa düşdü ki, yollar, bənd-bərələr kəsilmiş, kənd 
mühasirəyə alınmışdır. At da bunu hiss etdi. Dayanıb irəli getmək istəmədi. Əmrah 
bilirdi  ki,  onun  atı  qabaqda  bir  qaraltı  görəndə,  qorxu  hiss  edəndə  qulaqlarını 
şəkləyib ətrafı dinşəyir və bədəni titrəyirdi. O bununla sahibinə bildirmək istəyirdi 
ki,  yol  xatalıdır.  Əmrah  atın  boynunu  sığalladı  və  yalına  yatdı.  At 
qulaqlarını yapıxdırdı və hiss etdi ki, yolu kəsən qaraltıların yanından güllə kimi 
keçib  sahibini  dardan  qurtarmaq  lazımdır.  Yerindən  götürüldü.  Keşikçilərin 
yanından  yel  kimi  keçdi.  Onu  arxadan  harayladılar.  "Dayan!"  -  dedilər  və 
downloaded from KitabYurdu.org


çaxmaxlar şaqqıldadı. At sür'ətini bir az da artırdı. Əmrah aradan çıxdığına sevindi 
və "Ağrın alım, a kəhərim, bir azca da tərpənsən, dardan təmiz qurtararıq", - deyə 
ürəyindən keçirdi. Elə bu vaxt at büdrədi, dal ayaqları üstə şaxə qalxdı və birdən 
arxası üstə yerə sərildi. Əmrah ayağını üzəngidən çıxara bilmədi. Onun qılçası atın 
altında  qaldı.  Gözünü  yumub-açınca  buynuzlu  əsgərlərin  süngüləri  sinəsinə 
dirəndi. Keşikçilərin yarımkürk geyinmiş, uzun qılınclı komandirləri də at belində 
gəldi. Çapıq Əmrahı dartıb əyağa qaldırdılar. Tüfəngini aldılar, xəncərini belindən 
açdılar.  Komandir  atın  belindən  əyilərək  onun  yapıncısını  götürdü  və  öz  çiyninə 
saldı.  Başlığı  da  boynuna  doladı.  "Necədi,  əsil  Qafqaz  igidinə  oxşayırammı?"  - 
deyə əsgərlərə müraciət etdi. Gülüşdülər, sonra da Çapıq Əmrahı qabaqlarına qatıb 
kəndə gətirdilər. 
- 2 - 
Yoldaş  Fətullayev  kənd  şura  sədri  Mustafa  kişinin  isti  otağında  əyləşmişdi. 
Döşəməyə  gəbələr  salınmışdı.  Divardan  da  gəbələr  asılmışdı.  Küncdəki  nikelli 
çarpayının  üstünə  təzə  ipək  yorğan-  döşək  düzülmüşdü.  Evin  ortasındakı  dəmir 
soba gurha-gurnan yanırdı. Ocaq azca öləziyən kimi 
44 
Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin 
üstünü  qış  aldığını,  bayırda  qar-boran  olduğunu  adam  heç  ağlına  gətirə  bilmirdi. 
Bura Mustafa kişinin qonaq otağı idi. Qəza  mərkəzindən gələn hörmətli adamlar 
burada  çörək  yeyər,  burada  da  yatardılar.  Fətullayev  mizin  arxasında  oturub 
həmişə  özü  ilə  gəzdirdiyi  yan  çantasını  açmış  və  kağızları  stolun  üstünə 
səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə 
nəzərdən  keçirir,  dönə-dönə  yoxlayırdı.  O  özünün  və  rus  əsgərlərinin  buraya  nə 
üçün  gəldiyini  hələ  heç  kəsə  deməmişdi.  Mustafa  kişi  də  qorxusundan 
soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra 
əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və 
keşik çəkirdilər. 
Gecədən  xeyli  keçmiş  yoldaş  Fətullayev  kağızlarını  yığışdırdı  və  üzünü  Mustafa 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə