İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   33   34   35   36   37   38   39   40   41

Qatar  hərdən-bir  hardasa  dayananda  belə  qapını  açmayan  əsgərlər  hirslənib 
tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də 
açırdılar. 
Bir  həftədən  sonra  Güllü  xanımgil  başa  düşdülər  ki,  heç  yerdə  vaqonlar 
dayanmayacaq və abır- həya itəcəkdi. 
Vaqonun  ortasından  pərdə  çəkdilər.  Uşaqlar,  elə  böyüklər  də  küncə  iri  qazan 
qoyub, utana-utana, hətta ağlaya-ağlaya təbii ehtiyaclarını ödədilər. 
Vaqonun havasından baş çatlamağa başladı. Bayırdan isə bircə səs eşidilirdi. "Ne 
polojeno", dalınca da it hürməsi... 
Bir gün gəlin körpəsini qucağına alıb, ağzında yaşmaq qayınanasının yanına gəldi. 
Uşağı  Güllü  xanıma  görsətdi.  Nənə  nəvəsinin  xumar  gözlərinə,  qımışan 
dodaqlarına,  çatmaqaşlı  bəyaz  sifətinə  diqqətlə  və  fərəhlə  baxdı.  Gəlin 
qayınanasının dodaqlarında ömründə ilk dəfə təbəssümə bənzər bir şey gördü. Bir 
az da ürəkləndi. 

Ana, gəlsənə bu uşağın adını Əvəz qoyaq. 
Güllü  xanımın  dodağındakı  təbəssüm  yoxa  çıxdı.  Qaş-qabağı  töküldü  və  sifətini 
sərt bir ifadə bürüdü. Onun səsində də bir sərtlik hiss olundu. 
- Bu ad hardan ağlına gəldi? Onun atasına nə olub ki, adını Əvəz qoyuruq. Mənzil 
başına çatarıq, özüm ona ad da qoyacam, qurban da kəsəcəm. 
Gəlin kor-peşiman geri qayıtdı. 
Həmişə  anasının  qoynunda  mışıl-mışıl  yatan  uşaq  bir  gecə  səhərə  qədər  ağladı. 
Gəlin  nə  qədər  layla  çaldı,  uşağı  sinəsinə  sıxdısa  da,  sakitləşdirə  bilmədi.  Güllü 
xanım başa düşdü ki, körpəyə nəsə olmuşdu. 
Uşağın zağıltısı getdikcə çoxalır və səsi vaqonu başına götürürdü. Bu səs aradan 
xeyli keçəndən sonra güclə nəfəs alan körpənin hıçqırığına çevrildi və səhərə yaxın 
tamam  kəsildi.  Gəlin  də  uşağı  qucağına  sıxıb  onun  üzünə  tamaşa  edib  sakitləşdi. 
Güllü xanım da azacıq rahatlandı. 
Hava açıldı, gün xeyli qalxdı. Vaqonun içi işıqlandı. Ancaq nə mürgüləyən gəlinin 
səsi  gəldi,  nə  də  uşağın.  Güllü  xanım  ehmalca  ayağa  durub  onlara  yaxınlaşdı  və 
downloaded from KitabYurdu.org


gördü ki, uşağın gözləri 
55 
hərəkətsiz halda tavana zillənmişdi və ağzı azca aralanmışdı. Dünya görmüş arvad 
başa düşdü ki, körpə anasının qucağında canını çoxdan tapşırmışdı. 
Heç kəsə sezdirmədən, sakitcə, için-için ağladı, göz yaşlarını sinəsinə axıtdı. Bir az 
özünü  toxtatdıqdan  sonra  əyilib  uşağı  gəlinin  qucağından  aldı.  Gəlin  diksinib 
yuxudan  ayıldı  və  körpəsini  qayınanasının  qucağından  götürmək  istədi.  Güllü 
xanım uşağı anasına verməzdən əvvəl gəlininin sifətinə elə bir ifadə ilə baxdı ki, 
arvad  sarsıldı.  Gözünü  zilləyib  uşağa  və  sifəti  tunc  kimi  bozarmış  qayınanasına 
baxdı və başa düşdü ki, balası yoxdu. Əlini uzadıb saçını yolmaq, üzünü cırmaq və 
haray salıb dünyanı başına yığıb, hamını dərdinə şərik etmək istədi. Amma Güllü 
xanımın sərt sifətini və sərt baxışlarını gördü. 

Kişi qızı ol, dost var, düşmən var! 
Vaqonun  küncünə  döşəkçə  saldılar.  Uşağı  ora  uzatdılar.  Bütün  yolboyu  ehtiyatla 
işlətdikləri suyun qalığı ilə yudular və kəfənlədilər. Bundan sonra vaqondakılar  - 
Alqazax və  Çıraq  uşağının  adamları körpənin üstündə için-için  ağlaşdılar. Qapını 
içəridən  döydülər.  Bayırdan  eyni  səs  eşidildi.  "Ne  polojeno".  Sonra  da  vaqonu 
cırmaqlayan it hürdü. İçəridən bir təhər başa saldılar ki, adam ölmüşdü. 
Aradan xeyli keçdi. Qatarın sür'əti azacıq azaldı. Qapı aralandı. Dərddən keyimiş 
gəlin daş kimi quruyub yerində qalmışdı. 
Güllü xanım meyiti qucağına alıb azacıq aralanmış qapıya yaxınlaşdı və elə zənn 
etdi ki, vaqon dayanacaq, onlar yerə töküləcək və uşağı öz əlləri ilə basdıracaqlar. 
Ancaq  uşağın  meyitini  onun  əlindən  aldılar,  qapı  dərhal  örtüldü  və  tanış  səs 
eşidildi: "Ne polojeno"... 
Güllü xanım iki gün yatmadı. Gəlinini gözdən qoymadı. Gəlin elə bil keyikmişdi. 
Deyəsən, başına hava gəlmişdi. Güllü xanım gördü ki, gəlini əlinə keçən parçaları 
bürələyib  bükdü,  uşağın  paltarını  ona  geyindirdi  və  qundaq  kimi  qucağına  alıb 
sinəsinə sıxdı. 
Gəlin  uşaqla  oynayır,  gülür  və  ona  aramsız  layla  çalırdı.  Onun  oxuduğu  şirin 
downloaded from KitabYurdu.org


oxşamalar Güllü xanımın sinəsini deşik-deşik edirdi. 
"Balama qurban alçalar, balam havaxt əl çalar. 
Balama qurban inəklər, balam nə vaxt iməklər". 
Güllü  xanım  gəlininin  səhərəcən  eyni  laylaları,  oxşamaları  dediyindən 
vaqondakıların da yata bilmədiyini görür və gəlininə sakitcə öyüd-nəsihət verirdi: 
"Qızım, səs salma, qoy uşaq yatsın. Görmürsənmi, tifil yenicə yuxuya gedib". 
Qayınanasının bu sözlərindən sonra gəlin əskidən düzəltdiyi uşağı sinəsinə basıb 
mürgüləyirdi. Bir gün Güllü xanım gördü ki, gəlinin də səsi gəlmir. Həmişə səhər 
tezdən oyanan və "körpə"sinə layla çalan gəlin tərpənmir. Arvadın ürəyi titrədi və 
gördü ki, gəlin "körpə"sini bağrına basaraq keçinmişdi... 
Yolun harasındasa qatarı dayandırdılar, yanlarında boynu zəncirli it olan keşikçilər 
vaqona  yaxınlaşdılar.  Qapını  açıb  cənazəni  götürdülər.  Vaqondakılar  meyitin 
dalınca  düşmək  istədikdə  qapı  şaqqıltı  ilə  örtüldü  və  eyni  tanış  söz  eşidildi:  "Ne 
polojeno". 
Güllü xanımın yadında qalın, ucsuz-bucaqsız meşəlik, bir də gəlininin züllə papaq 
əsgərlərin sürüyüb vaqondan saldıqları meyiti qaldı. 

5 - 
Onları  meşə  kənarındakı  ucqar  bir  stansiyada  vaqondan  düşürdüb,  dörd  təkər 
arabalara  doldurdular  və  meşənin  dərinliyinə  gətirdilər.  Burada  ətrafı  tikanlı 
məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər. 
X FƏSİL 

1 - 
Kəsəm ənlinin atlı dəstəsi Naltökən yaylağına qalxırdı. O, bilirdi ki, bu il də kənd 
camaatı  Noylu  bulağın  üstündə  dəyələrini  qurmuşlar.  Onun  məqsədi  həmin 
dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi qaçıb meşələrdə daldalanan 
qaçaqların başçısı Halay bəylə görüşmək idi. 
Halay  bəy  heç  kəsə  dəyib-toxunmadığından  özündən  arxayın  idi  və  binələrin 
ətrafında başını 
56 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə