İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

göründülər.  Hamı:  bəri  üzdə  keşik  çəkən  atlı  milislər  də,  faytondakılar  da 
nəfəslərini  dərdilər.  Yol  salamatlıq  idi.  Əgər  qaçaq-quldur  olsaydı,  çoxdan 
meydana çıxmışdılar. 
Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə 
endilər. Kələ-  kötür yolda  silkələnə-silkələnə, hər  şıqqıltıdan  diksinə-diksinə  çayı 
keçdilər. Dikdirə qalxdılar və tezcə də sağa burulub xır yoluna çıxdılar. 
Faytonun  küncünə  çəkilən  yoldaş  Fətullayev  kəndə  yaxınlaşanda  onaçılanı  taxta 
qoburuna  qoydu.  Faytonun  irəli  çəkilmiş  günlüyünü  geri  qatladı.  Küncdən  çıxıb 
qabağa gəldi və yan tərəfə dirsəkləndi. 
Çöllər  cücərmək  istəyirdi.  Torpaq  şirələşmişdi,  quzeylərdə  ala-tala  qar  ağarırdı. 
Kənd evlərinin bacalarından burula-burula qalxan tüstülər azalmışdı. Fayton kəndə 
yaxınlaşdı və ikimərtəbəli evin qarşısında dayandı, milislər atdan düşdülər. Yoldaş 
Fətullayev ayağa qalxdı. 
Elə  faytonun  içindəcə  uzun  şinelinin  üstündən  bağladığı  onaçılanı  yana  çəkdi. 
Aşırmasını  düzəltdi.  Ulduzlu  papağını  qaşının  üstünə  endirdi.  Elə  bil  kəndə 
gəlməyini hamıya bildirmək, boy-buxununu göstərmək istəyirdi. 
Əyninə  rəngi  solmuş,  qara  rəngli  nimdaş  dəri  pencək,  dabanı  və  burnu  didilmiş 
çəkmə geyinən və özü-özünə müraciət edəndə belə, "yoldaş Fətullayev" deyən bu 
adam  qəza  mərkəzində,  idarələrdə  özünü  yoxsul,  işgüzar  və  inqilabçı  komissar 
halına salırdı. Kəndlərə çıxanda isə 
49 
görkəmini tamamilə dəyişir və istəyirdi ki, camaatı vahimələndirsin. 
Onu  kənd  şura  sədri  pilləkənin  başında  qarşıladı.  İki  əli  ilə  görüşdü,  yol  verdi. 
Əvvəlcə yoldaş Fətullayev, sonra şura sədri idarəyə keçdilər. İçəri ala-toran idi. Üç 
pəncərəli  bu  evin  iki  pəncərəsinin  dal  taxtaları  qapalı  idi.  Şura  sədri  öz  yazı 
masasını  küncə  qoymuşdu.  Elə  eləmişdi  ki,  bayırdan  içəri  girəndə  onun  harada 
oturduğunu görmək mümkün olmasın. 
Yoldaş  Fətullayev  keçib  sədrin  yerində  oturdu.  Gözü  qaranlığa  alışana  qədər 
susdu.  Sonra  qırıq  divana,  bir  də  divar  boyu  düzülmüş  sınıq-salxaq  oturacaqlara 
downloaded from KitabYurdu.org


baxdı. Gözünü hərləyib his basmış tavana, qaralmış divarlara nəzər saldı. Masanın 
üstündəki  çırağın  şüşəsi  də,  dəmir  sobanın  trubası  yerləşdirilmiş  divar  da 
qaralmışdı.  Yoldaş  Fətullayev  qanrılıb  geri,  arxa  tərəfdəki  divara  baxdı.  Leninin 
parçada toxunulmuş şəklini də his basmışdı. Qaş-qabağı turşaldı. Şura sədri elə bil 
onun ürəyindən keçəni başa düşdü. 
-  Yoldaş  Fətullayev,  ehtiyat  iyidin  yaraşığıdır.  Belə  qaranlıq  eləmişəm  ki,  içəri 
girən məni görməsin, amma mən onu görüm. 
-  Çox  da  qorxaq  olma,  a  kişi,  dur  pəncərələrin  taxtasını  aç.  Qoy  içərinin  havası 
dəyişsin. 
- Xətrimə dəyirsən, yoldaş Fətullayev, mən qorxaq deyiləm. Gecələr hamı yuxuya 
gedəndə yarğanların dibində, cərələrdə qaçaq-quldur axtarıram. 

Yaxşı-yaxşı, incimə. Gəl yaxın otur. 
Qaybalı kişi stul çəkib oturdu və diqqətlə Fətullayevin üzünə baxdı. 
Fətullayev yan çantasını açdı və möhürlü kağızlardan birini götürüb, xeyli diqqətlə 
baxdı və sonra itirdiyini sətirlərin arasından tapmış kimi dilləndi: 

Çoban Kərəməli sizin kənddəndirmi? 
- Xeyr, yoldaş Fətullayev, bizim kənddə elə adam yoxdu. 

Bəs, aşıq Qarnet necə? 

Evdə olar. Dustaqlıqdan yenicə qayıdıb, - deyə Xondulu tələsik cavab verdi. 

Get, onu bura çağır. 
Xondulu  dərhal  ayağa  durdu.  Bir  azdan  aşığı  qabağına  salıb  gətirdi.  Fətullayev 
onun  səliqəli  nimdaş  paltarına  baxdı.  Kişi  qaladan  buraxılandan  sonra  xeyli 
yaxşılaşmışdı. Fətullayev ilan kimi onun üstünə fısqırdı: 

Yenə qaçaqlara saz çalırsan? 

Çalanda nə olar. 
Fətullayev kişinin ətrafında fırlandı və istehza ilə gülümsündü. 
-  Keçən  dəfə  yaxanı  qurtardın,  amma  bu  dəfə  əlimdən  heç  yana  qaça 
bilməyəcəksən. - Fətullayev birdən-birə ciddiləşdi və aşığın üstünə qabardı. - Səni 
kim qaçırtdı? 
downloaded from KitabYurdu.org


Qarnet ağa diksindi. Əlini köynəyinin cibinə salıb, qatlanmış bir kağız çıxartdı. 

Mən qaçmamışam, məni buraxıblar. 

Kim? 

Kəsəmənli. Bu da mənim azadlıq kağızımdı. 
Yoldaş Fətullayev aşığın əlindəki kağızı götürdü, diqqətlə o üzünə, bu üzünə baxdı 
və sonra çantasına qoydu. 

Yoxlayarıq. Öyrənərik. Sonra sənə cavab verərik. 
Yoldaş Fətullayev aşığın keçirdiyi həyacanlardan, onun təzədən qalaya düşməkdən 
qorxduğundan elə bil zövq alırdı. Gah gülümsünür, gah da ovçu hərisliyi ilə kişinin 
üst-başını, boyun-buxununu gözdən keçirirdi. 
- Deyəsən, evdə sənə yaxşı baxırlar. Göbək-zad bağlamısan. 
Aşıq ilan çalmış kimi dik atıldı, başı toppuza oxşar yumru ağacını havada oynatdı. 

Kimliyinə  baxmaram,  başını  əzərəm.  Mənim  göbəyimdə  sənin  nə  işin  var? 
Oğraş!!! 
Fətullayev kağız kimi ağardı və əlini onaçılanın qoburuna uzatdı. Onun heybətli və 
vahiməli səsi divarda cingildədi. 

Aparın, Acı Dərəyə qədər. Onda ağlı başına gələr. 
Yoldaş Fətullayevin əlləri əsdi. Ayağa durub pəncərənin önündə dayandı. Xondulu 
aşığı aparandan sonra da xeyli özünə gələ bilmədi. O bu tərəfin camaatının sərt və 
köntöylüyünü bilirdi. Bilirdi ki, bunlar yeri gələndə sözlərindən dönmür, ölümdən 
belə çəkinmirlər. 
50 
Keçən  il  bu  kəndə  gələndə  Ömər  Koxanı  yanına  -  idarəyə  çağırtdırmışdı. 
Xondulunu  onun  dalınca  göndərmişdi.  Ömər  Koxa  demişdi  ki,  böyük  kiçiyin 
ayağına getməz, kiçik böyüyün ayağına gedər. Nə olar mərkəzdən gələndə. Yoldaş 
Fətullayev məcbur olub qocanın ayağına getmişdi. 
Ömər  Koxa  eyvanda  taxtın  üstündə  oturub  çay  içirdi.  Fətullayev  içəri  girəndə 
yerindən  tərpənmədi.  Taxtın  aşağı  tərəfində  ona  yer  göstərdi.  Yoldaş  Fətullayev 
birbaşa mətləbə keçdi. 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə