İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

kürəyə verib bir təhər qızışırdılar. Qar adamın gözünü qamaşdırırdı. 
Yoldaş  Fətullayev  yenidən  hasarın  üstündə  göründü.  Yenidən  eyni  sözləri  təkrar 
etdi: 

Camaat, silahlarınızı gətirin, yoxsa qurban verəcəksiniz. 
Yerindən  tərpənən  olmadı.  Yoldaş  Fətullayev  hasardan  endi.  Məscidin  ətrafında 
züllə  papaq  əsgərlər  iki  cərgə  düzülmüşdü.  İndi  bir  cərgə  də  gəldi.  Yanlarından 
uzun qılınc sallanan yarımkürk geyinmiş komandirlər də çoxaldı. Onlar qılınclarını 
qınından  siyirib  çıxartdılar.  Qışın  istilik  gətirməyən  zəif  günəşi  qılıncların  ağ 
tiyəsində  parıldadı.  Arvadların  arasına  çaxnaşma  düşdü.  Üz-gözlərini  cırıb 
saçlarını  yoldular.  Dizlərinə,  sinələrinə  döydülər.  Hıçqırıq  səsi  ətrafı  bürüdü. 
Məscidin həyətindəki kişilər də həyacanlandılar. 
Çapıq Əmrahı gətirdilər. Qabaqda iki, yanlarda iki, arxada da iki keşikçi var idi. 
Züllə papaq əsgərlər çaxmaqları hərləyib gülləni lüləyə vermişdilər. Az qalırdı ki, 
süngü  ilə  kişini  dəlik-deşik  etsinlər.  Çapıq  Əmrah  gödəkcəsinin  yaxasını 
düymələdi, papağını qaşının üstünə endirdi. 
Hərəkət etməzdən əvvəl qışın şaxtalı havasını sinəsinə doldurdu. Doymurmuş kimi 
dalbadal  nəfəs  aldı.  Sonra  bir  qırğı  baxışı  ilə  kəndi  nəzərdən  keçirdi.  Yollara, 
həyətlərə,  dağların  ətəyinə  qədər  gedən  təpəliklərə  və  göyün  üzündə  işıldayan 
günəşə  baxdı.  Elə  bil  vidalaşırdı.  Ürəyinə  dammışdı  ki,  bu  dünyanı  bir  daha 
görməyəcək. 
Əlini  cibinə  saldı,  gümüş  papiros  qutusunu  çıxartdı.  İri  bir  cığala  kağızı  götürüb 
arasını  sarı  saçaqlı  tütünlə  doldurdu  və  eşdi.  Papirosun  tüstüsünü  də  hərisliklə 
sümürdü. Birdən geri döndü. Mustafa kişi ilə nəzərləri çarpazlaşdı. Şura sədri bir-
iki addım geri çəkilib əsgərlərin arasında gizlənmək istədi. Bunu görən Fətullayev 
sinəsini  qabağa  verdi.  Ancaq  birdən  sarsıldı.  Ona  elə  gəldi  ki,  Çapıq  Əmrahın 
gözlərində  şimşək  çaxdı  və  Fətullayevi  ildırım  kimi  vurdu.  Çapıq  Əmrah  acı-acı 
gülümsündü  və  ağlaşan  arvad-uşağın  içində  öz  arvadının  səsini  də  eşitdi,  üzünü 
onlara tutub səsini ucaltdı: 
-  Ağlamayın,  kişi  qızı  kimi  mərd  olun!  Dost  var,  düşmən  var,  özünüzü 
downloaded from KitabYurdu.org


sındırmayın.  Ağlaşmanı  sonra  qurarsınız.  Paltar-palazımı  ortaya  sərib  dil 
deyərsiniz,  ürəyinizi  boşaldarsınız.  -  Sonra  da  üzünü  camaata  tutdu.  Papağını 
çıxardıb baş endirdi. - Salamat qalın. Mən sizin yolunuzda qurban gedirəm. Əyər 
yanınızda bir günahım varsa, məni halal eləyin. 
Papirosunu son dəfə sümürüb kötüyünü yerə atdı. Ətrafdakı komandirlər, onun nə 
danışdığını başa düşməsələr də, sakitcə dayanıb gözləyirdilər. 
Çapıq  Əmrah  camaata  bir  daha  baş  əydi  və  qabağa  yeridi.  Komandirlərdən  biri 
arxa tərəfdən irəli çıxdı. Əlindəki naqanın lüləsini onun kürəyinə zillədi. Tapança 
açılanda Çapıq Əmrah azca təngildədi və yıxılmamaq üçün özünü tarazlayıb geri 
döndü. Əlində naqan dayanan rusun üstünə yeridi. 

Adamı arxadan vurmazlar, ay namərd. 
Əlində  naqan  olan  komandir  Çapıq  Əmrahın  baxışlarına  dözə  bilmədi  və  bir-iki 
addım  geri  çəkilib  dalbadal  atəş  açdı.  Əmrah  hiss  elədi  ki,  gözlərinə  qaranlıq 
çökür, dizləri bükülür. Bir azca da keçsə, dizi üstə çökəcək. Beyni, ürəyi və bütün 
varlığı ölümlə dirim arasında vuruşan Əmrah dumanlı şəkildə dərk etdi ki, düşmən 
önündə  əyilmək,  onun  qarşısında  diz  çökmək  olmaz.  Əmrahın  sinəsindən  qan 
şoralanırdı.  Hələ  də  ayaq  üstə  təngildəyən  və  az  qala  irəli  yeriyəcəyindən 
vahiməyə düşən komandir qorxusundan bir güllə də atdı. Çapıq Əmrah kökündən 
kəsilmiş  nəhəng  ağac  kimi  arxası  üstə  yerə  sərildi.  Onun  qolundan  yapışıb 
sürüdülər 
48 
və  hasarın  böyrünə  uzatdılar.  Ağ  xalatlı  iki  həkim  gəldi.  Ölünün  gözlərinə, 
sinəsinə,  ürəyinə,  qulaq  asdılar.  Onların  göstərişi  ilə  Çapıq  Əmrahın  alnına  iki 
güllə də sıxdılar... 

5 - 
Gün  əyilmişdi.  Yenidən  sazaq  başlayırdı.  Kimsə  hasarın  dibinə  yaxınlaşdı  və 
tüfəngini  gətirmək  üçün  icazə  istədi.  Onu  iki  rus  əsgəri  süngünün  qabağına  salıb 
evinə  apardı.  Oğlan  tövlənin  axurunda  gizlətdiyi  tüfəngi  götürdü  və  əsgərlərə 
verdi.  Onu  buraxdılar.  Bundan  sonra  camaat  irdələndi,  silahlarını  gətirib  təhvil 
downloaded from KitabYurdu.org


verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı. 
Uzun  qılınclı  atlı  komandirlər  qonşu  kənddən  gətirdikləri  dustaqları  məktəbin 
həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca 
güllələyəcəklər.  Amma  onlara  dəymədilər.  Aradan  bir  az  keçəndən  sonra 
Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar. 
Siyirmə qılınc dayanan atlılar, kalafanın dörd yanını kəsdirdilər və dustaqları başa 
saldılar  ki,  onlar  yolboyu  deyilənlərə  danışıqsız  qulaq  asmalı,  keşikçilərin 
sözündən  çıxmamalıdırlar.  Kim  bu  şərtləri  pozsa,  yerindəcə  güllələnəcəkdir. 
Dustaqlar yola düşmək istərkən arxadan bir qadın səsi gəldi: 
-  Dərdin  alım,  ev  sarıdan  narahat  olma.  Ocağını  sönməyə,  çırağını  ölməyə 
qoymaram. Bir hörüyümü ağ, bir hörüyümü qara hörəcəm, balalarını saxlayacam. 
Kişilər  elə  bil  ürəkləndilər.  Siyirmə  qılınc  altında  yola  çıxdılar.  Azacıq  sonra 
kəndin aşağıdakı döngəsində gözdən itdilər. 
Camaat  səhər  yuxudan  ayılıb,  pəncərədən  boylananda  kəndi  boş  gördü.  Rus 
əsgərləri  gecə  ikən  çıxıb  getmişdilər.  O  gündən  sonra  qız-gəlin  səhər-səhər  suya 
gedəndə təzə ipək paltar geyinmədilər. Zinyət taxıb sığallanmadılar. Heç kəsə, heç 
kimə qımqımı qoşmadılar, zümzümə etmədilər. 
IX FƏSİL 

1 - 
Qəza mərkəzindən yola düşən fayton Acı Dərəyə çatanda atlı milislər tüfənglərini 
çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa keçdilər. Yarğana 
yaxınlaşıb, qaçaq-quldurun  pusquda  dayana biləcəyi  yerləri tapmaq  və  yol  kəsən 
varsa,  qəfildən  üstlərini  almaq  üçün  hazır  dayandılar.  Bir  xeyli  səssiz-səmirsiz 
ətrafı dinşədilər. Nə gəlib-gedən vardı, nə də bir hənirti eşidilirdi. Təkcə dərənin 
dibi  ilə  axan  su  şırıldayırdı.  Bir  az  da  gözlədilər.  Sonra  milislərdən  ikisi  dərəyə 
enib,  torpaq  yolla  aşağı  düşdü.  Qalanları  isə  barmaqları  tətikdə  qolpunlara, 
yarğanlara  göz  qoydular.  Dərəyə  enən  atların  əvvəl  ayaq  tappıltısı,  sonra  da  nal 
şaqqıltısı eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, 
çınqıllı-daşlı  çayı  keçdilər.  Bir  azdan  isə  yoxuşu  qalxıb  qarşıdakı  dikdirdə 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə