İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

"Nə  üçün  şikayət  eləmirsən?"  -  deyən  hökumət  adamlarını  geri  qaytarmış,  "Ölən 
də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi-qərəzlik 
31 
yoxdur",  -  demişdi.  Ondan  sonra  Həsən  ağaya  dəyib-dolaşan  olmamışdı.  Həsən 
ağa  onu  da  başa  düşürdü  ki,  Ömər  koxanın  oğlu  Şamil  və  Çıraqlılar  onunla 
barışsalar  da,  ürəklərində  kin  var  idi.  Atalarının  sözündən  çıxa  bilməsələr  də, 
içəridən  qovrulub  yanırdılar.  Ona  görə  də,  Həsən  ağa  gözə  az-az  dəyir,  Şamilin, 
Qönçə  xanımın  gözünə  az-az  görünürdü.  Amma  axır  vaxtlar  onu  bir-  iki  dəfə 
idarəyə  çağırmışdılar.  Hətta  bir  dəfə  kənd  şurasının  milisioneri  Keçəl  Xondulu 
zarafata  salıb  demişdi  ki,  "Nə  vaxta  qədər  belə  səksəkəli  dolanacaqsan?  Əlindən 
xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan". 
Keçəl Xondulu Həsən ağagilin rəiyyəti hesab olunurdu. Balacalıqdan anadan yetim 
qalmışdı. Atası ilə qara damın altında tək yaşayırdılar. Baxanı olmadığından başına 
yara düşmüşdü. Məhəllə uşaqları oynamağa, Kürə çimməyə gedəndə onu da özləri 
ilə  aparırdılar,  amma  başı  keçəl  olduğundan  ona  suyun  axarının  aşağısında 
çimməyə icazə verirdilər. Elə özü də suyun axarının yuxarısına getməzdi. 
Bir  gün  səhər  tezdən  Kürün  sahilindən  Xondulunun  ağlamaq  səsi  gəldi.  O,  sahil 
boyu qaçıb atasını axtarırdı. Camaat səsə tökülüb gələndə Xondulu suyun qıjqoy 
yerini göstərib qışqırırdı: 
- Bax, atam burda yoxa çıxdı. Binədən gəlirdik. Birdən-birə su daşdı. Atam məni 
tez  bura  gətirdi,  qolumdan  yapışıb  bura  tulladı,  mən  geri  dönüb  baxanda  gördüm 
ki, yoxdur. 
Kişinin meyidini iki gün sonra Kürün aşağısındakı, qurulamış çiləkənin dibindən 
tapdılar. O gündən sonra Keçəl Xondulu Həsən ağagilin həyətində yaşadı, onlarla 
birlikdə yaylağa köçdü, arana endi... 
Şura  hökuməti  qurulduqdan  sonra  isə  onu  kənd  şurasında  işə  götürdülər,  təzə 
paltar, silah verdilər, at bağışladılar. Xondulu kəndin sayılan adamlarından oldu. 
Həsən ağa ona heç bir pislik eləməmişdi. Amma Xondulu Alqazaxlılara, elə Çıraq 
uşağına da düşmən kimi baxırdı... 
downloaded from KitabYurdu.org



2 - 
Kənd  itlərinin  səs-küyü  azalandan  və  çıraqlar  öləziyib  işıqlar  seyrələndən  sonra 
Həsən  ağa  qardaşı  Şəmiddinin  yanına  getdi.  Onlar  hasara  söykəndilər.  Bir  xeyli 
heç  biri  dinib-danışmadı.  Şəmiddin  başa  düşdü  ki,  qardaşı  nəsə  çox  ağır  bir 
məsələdən  söz  açmaq  istəyir.  Dinmədi.  Gözlədi.  Xeyli  sonra  onun  titrək  səsini 
eşitdi. 

Mən bu gecə getmək istəyirəm. 

Hara? 
-  O  taya.  Meşəyə.  Ordan  da  qaçaqların  yanına.  Çox  fikirləşmişəm.  Bu  gün  də 
olmasa,  sabah  gecənin  birində  üstümüzü  alacaqlar.  Gəlmişəm,  səninlə 
məsləhətləşəm. 
Şəmiddin  ağa  xeyli  susdu.  Görünür  fikrində  dağı  arana,  aranı  dağa  köçürdü  və 
qaranlıqda gözünü qardaşının üzünə zillədi. 

Bəs, ev-eşiyi, arvad-uşağı kimə tapşırırsan? 

Elə bilirəm, bir-iki il bir təhər dolanarlar. Onacan da aralar düzələr, qayıdıb 
gələrəm. Bəs sənin fikrin nədir? 
Şəmiddin ağa dinmədi. Çiynindəki tüfəngin qayışını oynadaraq Həsən ağanı lal bir 
sükutla süzdü. Sonra sakitcə cavab verdi. 
-  Mən  ev-eşiyi,  arvad-uşağı  başsız  qoyub  heç  yana  gedən  deyiləm.  İnsan  anadan 
olanda alnına nə yazılıbsa, o da baş verəcək. 
Həsən ağa qardaşından belə cavab gözləmədiyindən təəccübləndi. 

Mən  gedəndən  sonra  elə  bilirsən  sənə  rahatlıq  verəcəklər?  Gündə  idarəyə 
çağırıb  sorğu-suala  tutacaqlar,  mənim  yerimi  soruşacaqlar,  al  dilindən  yanıma 
göndərəcəklər.  O  yan-bu  yan  olanda  da  atın  döşünə  salıb  şəkərin  qalasına, 
göndərəcəklər.  Gəl  mənim  sözümə  qulaq  as,  əl-ayağını  yığışdır,  arvad-uşağnan 
halallaş, elə bu gecə aradan çıxaq. 
Bayaqdan sallağı oturub qardaşı ilə söhbət edən Şəmiddin ağa ayağa durdu. Həsən 
ağa da ayağa durdu. 
-  Yox,  qardaş,  sən  gedəndən  sonra  bu  arvad-uşağın  içində  bir  başıpapaqlı 
downloaded from KitabYurdu.org


qalmalıdır. 
Onlar qucaqlaşdılar. Ay işığında bir-birinin üzünə baxdılar. Həsən ağa kövrəldi. 
32 
-  Özün  bilən  məsləhətdi.  Ancaq  getsən,  pis  olmazdı,  mən  də  tək  qalmazdım,  sən 
də. 
Bir  də  qucaqlaşdılar.  Səslərini  içəri  salıb  hıçqırdılar.  Sonra  aralanıb  hər  kəs  öz 
evinə getdi. Şəmiddin ağa eyvanda intizarla onun yolunu gözləyən arvadına heç nə 
demədi və dönüb qaranlıqda iki yanını basa-basa ləngər vuran qardaşına baxdı. 
Həsən ağa anası Güllü xanımın yanında ayaq saxladı. Arvadın sərt və xırıltılı səsi 
eşidildi. 

Nə dedi? 

Getmədi. 
- Bilirdim elə də olacaq. Arvadağızın biridir - Güllü xanım eyvanın yuxarı başında 
dayanıb  kəndi  dinşədi.  Sakitlik  idi.  Əl-ayaq  çoxdan  yığşırılmışdı.  Çıraqlar 
sönmüşdü. Ordan-burdan təkəmseyrək işıq gəlirdi. 

Atın hardadı? 

Talvarın altında. 

Yəhər-yüyənini  alma,  uşaqlara  demişəm  xurcunu  palaz-paltar  və  yemək 
şeyləri ilə doldurub atın tərkinə bağlayacaqlar. Sən də tüfəngini, tapancanı götür, 
daraqları güllə ilə doldur, qoltuqaltılarını əynindən çıxartma, özün də get uşaqların 
yanına bir az dincəl. Bir şey olsa, özüm xəbər verəcəm. 
Həsən  ağa  anasının  bu  mehribanlığından  kövrəldi.  Oğlunun  bu  hərəkəti  arvadı 
hirsləndirdi. Onun kəskin səsi eşidildi. 
- Kişi ol. Arvad ha deyilsən, gözün yaşarır. Nə qədər canımda canım var, ev-eşiyə, 
arvad-uşağa qoymaram bir şey olsun. 
Anasının  bu  sözlərindən  sonra  toxtayan  Həsən  ağa  asta  addımlarla  öz  otağına 
getdi. 

3 - 
Keçəl Xondulu öz silahlı dəstəsi ilə şura idarəsinin həyətinə toplaşmışdı. O, qəza 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə