İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

Molla  fala  baxırmış  kimi  qarşısındakı  Qur'anı  açıb  vərəqlədi,  çiynindən  sürüşüb 
düşməkdə olan əbasını düzəltdi və astaca dilləndi. 

Xəbər verin, qohum-əqrəbasına gəlib meyidi aparsınlar. 
Uçitel təxminən bu cavabı gözləyirdi. Amma cavabı da hazır idi. 
-  Yox,  molla, o bizim  kəndə  qurban  gedib, biz  də  onu dəfn  etməliyik. Gəlmişəm 
siznən məsləhətləşəm və ölünü el adətincə yerdən götürək. 
Mollanın sifətindən güclə seziləcək, incə bir işıltı keçdi. 

Uçitel,  bilmirsənmi,  komsomolu  məsciddən  götürməzlər.  Onun  üstündə 
qur'an oxuyub namaz qılmazlar. İndi ki, onu bizim kənddə dəfn etmək istəyirsiniz, 
aparın edin. Amma ümumi qəbiristanlığa yaxın getməyin. 
Uçitel ayaqqabılarını geyindi və məsciddən bayıra çıxdı. O nə edəcəyini hələ qət'i 
qərarlaşdıra bilməmişdi. Məktəbin  həyətinə  girəndə  allı-güllü parçalardan  bəzəkli 
don  geyinmiş  qız  uşaqlarını,  əllərində  bənövşə  dəstələri  tutan  oğlanları  gördü  və 
başa düşdü ki, bu körpələrin heç nədən xəbəri yoxdur. 
Məktəbin həyətində dayanan kəndlilər Uçitelə yaxınlaşdılar. Onlardan biri qabağa 
yeridi. 
-  Özünüzü  darıxdırmayın,  müəllim,  dünyadı  adamın  başına  iş  gələr.  Müsəlman 
deyilikmi? Ölümüz düşüb, özümüz də müsəlman qaydası ilə yerdən götürərik. 
Uçitel dirçələn kimi oldu. Ətrafındakılara baxıb özünə toxtaxlıq verdi. 
Məktəbin  geri  yanında  evlərdən  kilim  gətirib  daldalanacaq  düzəltdilər.  Qulplu 
qazanları  asıb  su  qaynatdılar.  Meyidi  yuyub  təmizlədilər.  Kimsə  qara  gün  üçün 
yaxdanda  saxladığı  kəfənliyini  gətirdi,  meyidi  kəfənləyib  cənazəyə  qoydular  və 
üstünə  kəlağayı  örtdülər.  Uçitel  əvvəl  istədi  cənazəni  ikinci  mərtəbəyə  eyvana 
qoysun, sonra fikrini dəyişdirib həyətin ortasına gəbə saldırıb meyidi ora qoydu. 
Bayrama  gələn  uşaqlar  yavaş-yavaş  çoxalırdı.  Onlardan  bir  neçəsi  ikinci 
mərtəbəyə  eyvana  çıxmışdı.  Onlar  kənardaca  dayanıb  qorxa-qorxa,  ürkəkliklə 
eyvanın  küncündəki,  qrammofona  baxırdılar.  Uçitel  dəfələrlə  həmin  uşaqların 
Mürsələ  kömək  etdiyini  görmüşdü.  Gah  qrammofonun  tozunu  silir,  gah  dəstəyi 
hərləyir, gah da valları gətirirdilər. Amma indi bilmirdilər 
downloaded from KitabYurdu.org


30 
neyləsinlər. Bunu görən Uçitel üzünü eyvandakı uşaqlara tutdu: 

A bala, qurun maşını, çaldırın, oxutdurun! 
Uşaqlar  elə  bil  bir  şey  sındıracaqlarından  ehtiyat  edirlərmiş  kimi,  astaca 
qrammofonu işə saldılar. Uçitel həyətdəki uşaqlardan iki nəfərini yanına çağırdı: 
-  A  bala,  cəld  qaçın  zurnaçı  Hümmətin  yanına.  Ona  deyin  ki,  Uçitel  gözləyir. 
Yoldaşlarını götürüb tə'cili məktəbə gəlsin. 
Azacıq  keçmiş  Hümmət  dəstəsi  ilə  gəldi  və  cənazəni  görüb  təəccüblə  Uçitelə 
baxdı. 
-  Hümmət  kişi, çıx  ikinci  mərtəbənin  eyvanına, bir  yaxşı  "Səhər  havası"  çal, qoy 
camaat yığışıb gəlsin. 
Zurnaçı Hümmət dərhal eyvana qalxdı, üzünü səhər şəfəqlərinə qərq olmuş üfüqə 
tutdu və özünün dərdini, kədərini də səhər havasına qatıb, kəndi haraya çağırdı... 
Məktəbin  həyətində  tərpənməyə  yer  yox  idi.  Bütün  kənd  camaatı  -  başı  papaqlı 
kişilər,  oğlanlar,  qımqımılı-zümzüməli  qız-gəlinlər  axın-axın  gəlib  meydana 
toplaşmışdılar. Bayaqdan özünü yalqız hiss edən və hardasa qüssələnib kədərlənən 
Uçitel cənazənin yuxarı tərəfinə keçdi. Camaatın tam sakitləşməyini gözlədi, sonra 
astadan sözə başladı. 

Baş  Mollamız  "Komsomolu  məsciddən  götürməzlər"  dedi.  "Onun  üstündə 
qur'an  oxumaq  günahdı.  Gedin,  necə  istəyirsiniz,  elə  də  dəfn  edin".  Mən  də  sizi 
köməyə  çağırdım.  Mürsəl  müəllim  böyük  arzularla  yaşayırdı.  O,  həyata  yenicə 
atılmışdı.  O  özünü  unudan  insanlardan  idi.  O,  istəyirdi  ki,  kəndimizdə  yeni 
məktəb,  yeni  klub  tikilsin.  O,  istəyirdi  kəndimizin  qımqımılı,  zümzüməli 
övladlarının sorağı uzaqlardan gəlsin. Bu həmin Mürsəl müəllim idi ki, bu tərəfdə 
ilk  dəfə  teatr  göstərdi.  Teatrın  nə  olduğunu  sizə  başa  saldı.  O  çox  işlər  görmək 
istəyirdi, amma imkan vermədilər. 
Uçitel əllərində bənövşə dəstələri boyunlarını büküb duran uşaqlara üzünü çevirdi: 

Yaxın  gəlin,  əlinizdəki  çiçəkləri,  bənövşələri  müəlliminizin  cənazəsinin 
üstünə səpin və onu, onun dediklərini heç vaxt unutmayın. 
downloaded from KitabYurdu.org


Cənazəni qaldırdılar. Kəndlilərdən biri Uçitelə yaxınlaşdı. 
-  Narahat  olmayın,  siz  qəbiristanlıqdan  qayıdanacan  hər  şey  hazır  olacaq. 
Müsəlman deyilikmi. 
-  Müsəlmanıq.  Ölümüzü  müsəlman  qaydası  ilə  basdıracağıq.  Yç  də  verəcəyik, 
yeddi də, qırx da. Uçitel cənazənin qabağına keçdi. Yzünü çaşıb qalmış Hümmətə 
çevirdi. 

Ay usta, cəngi çal. 
Hümmət  qabağa  düşüb  zildən  cəngi  çaldı.  Camaat  ömürlərində  ilk  dəfə  belə  şey 
gördüklərinə və heç nə başa düşməmələrinə baxmayaraq sakitcə cənazənin ardınca 
hərəkətə başladı. Elə bil bütöv kənd yerindən tərpəndi. 
Y fəsil 

1 - 
Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını yal 
ilə doldurmuşdu. İtlər əvvəlcə zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, 
Kürün yaxası boyu qaçmış,  sonra da yalaxların üstə cumaraq mırıldaşa-mırıldaşa 
yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq onlara tamaşa edir, tüfəng 
çiynində  həyətdə  hərlənən  oğlu  Həsən  ağanı  gözaltı  süzürdü.  O,  hiss  edirdi  ki, 
Ömər  koxa  rəhmətə  gedəndən  sonra  Həsən  ağa  heç  kəsə  açıb-ağartmasa  da,  çox 
narahatlıq  keçirir.  Tüfəngi  əlindən  yerə  qoymur,  atını  da  çox  vaxt  gecələr  belə 
yəhər altında saxlayır. Arvad fikir vermişdi ki, oğlu gah samanlıqda gecələyir, gah 
tövlədə  qalır,  gah  da  otaqların  birində  mürgüləyir.  O  bir  yerdə  yatmır,  tez-tez 
yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə dayanmır: gah samanlığın, 
gah  tövlənin  belinə  qalxır,  gah  da  ot  tayalarının  yanında  hərlənirdi.  Güllü  xanım 
kəndin  yuxarı  başındakı  səs-küydən,  itlərin  çaxnaşmasından  ehtiyatlanırdı.  O  bu 
gecə nəsə baş verəcəyindən qorxurdu. 
Ömər koxanın sağlığında hər şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa arxayın 
idi  ki,  bu  ağsaqqalın  sözündən  heç  kəs  çıxa  bilməz.  O  hamını  başa  salmışdı  ki, 
Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan salmaq, təzə 
düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza mərkəzindən gələn və 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə