İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   15   16   17   18   19   20   21   22   ...   41


Sözümü kəsmə! 
Elə  bil  kişini  birdən-birə  dəyişdilər.  Quyruğunun  üstünə  qalxıb  fısıldayan  ilana 
döndü. 
- Qanacağın olsun, böyük danışanda kiçik qulaq asar. Hələ bu kənddə mənə cavab 
qaytaran olmayıb. Yadında saxla. Mənə Çapıq Əmrah deyərlər. 

Buyurun, sözünüzü deyin, qulaq asıram. 

Əvvəla, bu gündən o qrammofonu oxutma. Hardan almısan qoy yerinə! 

Burda nə var ki, musiqidi qulaq asırıq. 
- Dedim ki, sözümü kəsmə! - Kişinin əli belindəki xəncərin dəstəyinə uzandı. - Sən 
bizi nə  hesab  edirsən?  Hər səhər  eyvanda qrammofon  oxutdurub  suya  gedən  qız-
gəlinə sataşırsan, biz də durub baxacayıq? Yoxsa uşağın biri bizi xoşqeyrət hesab 
edir?  Ağır  otur,  batman  gəl.  Yoxsa  iri  tikəni  qulağın  boyda  eləyərlər.  Kənddəki 
zümzümələri eşitməmisən? 
-  Mən  nə  eləyim,  mənim  nə  günahım  var?  Sizin  kəndin  adamları  sazlı-sözlü 
camaatdı. 

Çalış adın o saza-sözə düşməsin, bildinmi? Bir də teatr-zad çıxartmaqdan əl 
çək. Bax, bu mənim axırıncı sözlərimdi. Eşitməsən, öz bəxtindən küs. 
Uçitel atlıları görüb həyətə çıxdı. Salam verdi. Və ehtiyatla soruşdu: 

Xeyirdimi, a Əmrah? Nə əcəb sizdən? 
Əmrah dabanı üstdə fırlanıb Uçitelə köntöy cavab verdi: 
- Bu müəllim uşaqdır, ağlı bir şey kəsmir. Bəs sənə nə olub? Mən sözümü dedim. 
İndi ona de ki, ağlını başına yığsın. 
O,  quş  kimi  sıçrayıb  atın  belinə  qalxdı.  Dəstə  bir  göz  qırpımında  məktəbdən 
uzaqlaşdı. 
27 
Uçitel gecə kurslarından və kəndə yayılan zümzümələrdən sonra səksəkəli idi. O, 
belə  bir  hadisənin  olacağından  qorxurdu.  Mürsəlin  xəbəri  olmadan  onu  gözdən 
qoymur,  duruşuna,  oturuşuna  fikir  verirdi.  Hətta  bir-iki  dəfə  qəsdlənmişdi  ki, 
onunla  söhbət  etsin,  bə'zi  məsələləri  ona  başa  salsın.  Ancaq  onun  bir  gənclik 
downloaded from KitabYurdu.org


ehtirası  ilə  məktəbə  vurulduğunu  görəndə  qəlbinə  dəyməmişdi.  İndi  Əmrahın 
məktəbə gəlməsi onun sümüyünü çaxnaşdırmış və ürəyinə qorxu salmışdı. Mürsəl 
də  çaşıb  qalmışdı.  Uçitel  bu  cavan  oğlanın  sir-sifətindəki  qəzəb  qarışıq  kədəri, 
şaşqınlığı  görüb  onu  acı  düşüncələrdən  ayırmaq  istədi.  Əvvəlcə  özünə  toxtaxlıq 
verib gülümsündü, sonra Mürsəlin qolundan yapışdı. 

Gəl içəri gedək, bala, yaman üşüdüm. Deyəsən, hava soyudu. Mina xalanın 
təzəcə  dəmlədiyi  samovar  çayından  bir-iki  stəkan  içib  qızışaq.  Ağzımıza  bir-iki 
tikə çörək alaq. Fikir eləmə. Belə sözləri çox eşitmişik və çox da eşidəcəyik. 
Mürsəl  özünə  gəlməmiş  Uçitel  bir  ata  kimi  onun  qolundan  yapışıb  içəri  apardı. 
Mürsəl sakitcə çayını içdi, iştəhası olmasa da, bir-iki tikə çörək kəsdi. Uçitel gördü 
ki, onun fikri uzaqlardadır, çox uzaqlarda. O nə isə düşünür, nəyi isə ölçüb-biçir və 
vəziyyəti  aydınlaşdırmağa  çalışırdı.  O,  isti  məxməri  çaydan  bir  stəkan  da  içib 
üzünü Uçitelə tutdu. 
- Bəs nə olsun, onların qabağından qaçaq? Onlar meydanda at oynatsınlar, biz də 
durub baxaq? Bəlkə boynumuzu büküb qabaqlarında diz çökək? 
Uçitel gülümsünüb əlini onun çiyninə qoydu. 
- Tələsmə, oğlum, hər şeyin vaxtı var. Zorakılıqnan heç nə olmaz. Atalar deyib ki, 
saxla samanı, gələr zamanı. 
-  Zamanı  çox  gözləmək  olmaz.  Ona  təkan  vermək  lazımdı.  İnqilab  yaratmaq 
lazımdır.  Eşitməmiş  olmazsınız,  dahilər  deyib  ki,  inqilab  zamanın  əvəzçisidir. 
Zorakılıq olmasa, uşaq dünyaya gəlməz. 
- Yarımçıq doğulan uşaq da çox yaşamaz: ya anadan olan kimi ölər, ya da ağıldan 
naqis  olar.  Təbiətin  də,  cəmiyyətin  də  öz  əbədi  və  əzəli  dəyişməz  qanunları  var. 
Yaz  qışı,  yay  yazı,  payız  da  yayı  əvəz  etdiyi  kimi  cəmiyyət  də  embrioloji 
mərhələlər  keçməlidir.  Əvvəlcə  insanların  zehnində  kamillik  yaranmalı,  təkamül 
yolunu  keçib  inqilaba  gəlməlidir.  Yoxsa  uşağı  6-7  aylığında  ala-  yarımçıq  halda 
dünyaya gətirmək olmaz. 

Olar, Uçitel, olar. Bəs tarixi dahilər yaratmırmı? 
Uçitel özünə bir stəkan da çay süzdü. Gülümsəyərək Mürsələ baxdı. 
downloaded from KitabYurdu.org



Dahi kimə deyirsən? 

Cəmiyyətin istiqamətini dəyişən adamlara. 

Onlar  cəmiyyətin  istiqamətini  dəyişdirə  bilməzlər.  Cəmiyyət  özü  öz 
istiqamətini dəyişdirir. 

Bəs elə isə dahilər nə edir? 

Bax,  məsələ  də  elə  bundadı.  Xəstə  cəmiyyətin  yaraları  göynəyir,  əzab-
əziyyət  verir  və  nəhayət,  yetişir;  bədəndə  olan  çiban  kimi.  O  çibanların  deşilmə 
mərhələsi gəlib çatır. Kim cəmiyyətin bu vəziyyətə düşməsini əvvəlcədən görürsə 
və  neştəri  götürüb  hamıdan  əvvəl  yaranı  kəsirsə,  dahiyə  çevrilir.  Yenə  deyirəm, 
əslində, cəmiyyət özü dəyişir, təzələnmək istəyir. Dahilər isə qabağa düşüb bu işi 
sür'ətləndirirlər.  İndi,  Mürsəl  bala,  tələsmək  olmaz.  Hər  şeyin  vaxtı-və'dəsi  var. 
Bundan başqa, yaşadığın cəmiyyətin qanunlarını gərək öyrənib özünü qorumağı da 
bacarasan.  Süfrəyə  xörək  gətirdilər.  Uçitel  Mürsəlin  boşqabını  yağlı  plovla 
doldurdu və söhbətinə davam etdi. 

Yadındadırmı,  iki  ay  bundan  əvvəl  bizi  kəndin  yuxarı  hissəsinə  iclasa 
çağırmışdılar. Axşamüstü gedəsi olduq. Mənim qoşalülə  tüfəngimi sən götürdün. 
Arxayınca  çağırılan  yerə  getdik.  Biz  mühazirə  oxumalı  idik.  Amma  heç  kəs 
gəlməmişdi. Qaranlıq isə qarışmışdı. Sən sakit idin. Mənim isə ürəyimə damdı ki, 
burda  bir  qurğu  var.  Bizi  buraya  pis  niyyətlə  çağırıblar.  Azacıq  sonra  kəndin 
işıqları yandı, itlər zəncirdən açıldılar. Birdən-birə kəndi iki yerə ayıran dərəyə zil 
qaranlıq  çökdü.  Elə  qaranlıq  ki,  göz-gözü  görmədi.  Biz  qayıdası  olduq.  Tüfəngi 
mən  götürdüm.  Qabağa  düşdüm.  Bilirsənmi  niyə?  Fikirləşdim  ki,  əgər  yolumuzu 
kəsən olsa, çaş-baş qalsınlar. Gedəndə tüfəng səndə idi, indi onlar ehtiyat edəcək, 
bilməyəcəkdilər ki, tüfəng qabaqda gedəndədir, ya arxada qalanda. Geri qayıdanda 
da  gəldiyimiz  yolla  yox,  ayrı  bir  cığırla  qayıtdıq.  Məndən  sənə  əmanət  heç  vaxt 
getdiyin yolla geri qayıtma, çalış izini itir, düşmən sənin haradan 
28 
gəlib  hara  getdiyini  bilməsin.  Sən  fikir  verdinmi,  mən  çığırla  yox,  cığırın 
kənarındakı  kələ-kötür  yerlə  gedirdim.  Özü  də  elə  bil  nəyinsə  üstünə  cumurdum. 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə