İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

-  Biz  istidən  ölürdük,  sənsə  havanı  havaya  calayıb  oxuyurdun.  Bə  səni  səhnədən 
necə uzaqlaşdırmalı idim. 

3 - 
Kənddə  savadsızlığın  ləğvinə  başlamışdılar.  Qəza  maarif  şö'bəsindən  təliqə 
gəlmişdi:  gecə  kursları  açmaq  və  savadsız  kənd  camaatını  oraya  toplayıb,  yazı-
pozu öyrətmək. Təliqəni aldıqdan sonra Uçitellə Mürsəl xeyli məsləhətləşdilər. 
-  Kişiləri  kurslara  gətirmək  və  onlara  yazı-pozu  öyrətmək  asandır.  Ancaq 
qadınların məktəbə gəlməsi  müşkül işdir, - deyə Uçitel dilləndi. - Hökumətin bu 
qərarı  lap  vaxtında  verilib:  "Ölkədə  bir  nəfər  də  olsun,  savadsız  qalmamalıdır". 
Yaxşıdır, amma görək bunu necə həyata keçirəcəyik. Gərək kənd ağsaqqalları ilə, 
hökumət nümayəndələri ilə məsləhətləşib bir yol tapaq. 
Mürsəl  zehnində  nə  isə  axtarırmış  kimi  fikrə  getdi  və  onun  yanına  oxumağa 
məktub  gətirənləri  xatırladı.  Dustağı,  qəriblikdə  qohumları,  əsgərliyə  gedənləri 
olanlar aldıqları məktubları əziz bir şey kimi qoyunlarında gizlədir və utana-utana 
Mürsəlin yanına gəlirdilər. 
-  A,  müəllim,  üzüm  də  səndən  qara  bizim  uşaq  dustaqlıqdan  kağız  yollayıb.  Bir 
oxuyun görək nə yazıb? 
Mürsəl ata hənirtisi ilə isinmiş məktubu alıb o üz-bu üzünə baxır, sonra zərfi açır 
və  hiss  edirdi  ki,  dustaq  qalada  bu  məktubu  kiməsə  yazdırmışdı.  Gələn 
məktubların hamısı eyni sözlərlə başlayırdı: "Əvvəla qəlbimin ən dərin guşəsində 
bəslədiyim  salamları  səba  nəsiminə  qataraq  sizlərə  göndərirəm".  Lap  axırda  isə 
məktub yazan öz təşəkkürünü bu sözlərlə bitirirdi: "Sağ olsun bu kağızı oxuyan və 
qulaq  asanlar".  Mürsəl  başa  düşürdü  ki,  kənddə  savadlı  adam  yoxdu,  kimisə 
axtarıb tapmalı və ona oxutdurmalı idilər. Arvad-uşağın maraqdan bağrı çatlayır, 
orada  yazılanları  bilmək  istəyirdilər.  Amma  abır-həyalarına  qısılaraq  kişiləri 
məktubla  bərabər  məktəbə,  müəllimlərin  yanına  göndərirdilər.  Evdə  oxuyan 
uşaqları  olsa  da,  onlara  inanmırdılar.  Məktub  yazan  da,  məktub  alan  da  bunları 
yaxşı bilirdi. Ona görə də mütləq yazının sonunda "Sağ olsun bu məktubu oxuyan" 
sözlərini  qeyd  edirdilər.  Mürsəl  xeyli  fikirdən  sonra,  -  "Uçitel,  -  dedi  -  olmazmı, 
downloaded from KitabYurdu.org


uşaqlara tapşıraq analarının, bacılarının, bibi və xalalarının əlindən tutub məktəbə 
gətirsinlər". 

Ağıllı fikirdi. 
Bu cür təliqədən kənd şura sədrinə və firqə özək katibinə də göndərmişdilər. 
Məktəbdə  gecə  kursları  açıldı.  Kişilərə  Mürsəl,  arvadlara  isə  Uçitel  dərs  deməyə 
başladı.  Onlara  dəftər,  qələm  payladılar,  düz  bir  həftə  qələmi  necə  tutmağı 
öyrətdilər, sonra isə hərflərə keçdilər. Uçitelin sinfində Zöhrə adlı bir gəlin də var 
idi. O hər axşam, məktəbə gəlməzdən əvvəl, ipək paltar geyinər, təzə ayaqqabısını 
çıxardar, qoşa hörüklərini kürəyinə atar, yanaqlarında qıvrılan saçını burub, yaşıl 
yelənli ağ kəlağayısını örtərdi. Sonra qara məxmərin üstünə tikilmiş üç qatar qızıl 
butalarını  başına  bağlardı.  Kəlağayını  gözünün  üstünə  endirər  və  elə  edərdi  ki, 
qızıllar görünməsin. Gəlin elə bil təzə eşqə düşmüşdü. 
Sığallanmaqdan doymurdu. Onun özü sinfə girməzdən əvvəl ətrinin qoxusu otağa 
dolardı. 
Mürsəl  qonşu  otaqda  hisli  çırağın  solğun  işığında  kişilərə  dərs  keçirdi.  O, tez-tez 
dayanır, aşağıya əyilir, kobudlaşmış barmaqların güclə tutduğu qələmi düzəldir və 
göstəriş verirdi. Zöhrə o, aşağı əyildikdə göz altından oğrunca ona baxırdı. Sonra 
pul  kimi  qızarıb  başını  dəftərin  üstünə  əyirdi.  Gəlinin  bu  hərəkətləri  Uçitelin 
gözündən qaçmamışdı. 
Məşğələ  qurtardıqdan  sonra  hamı  ayağa  durur,  qaranlıq  gecələrdə  əllərinə 
götürdükləri  şaxtaçı  çırağına  bənzər  lampaları  işıldada-işıldada  kənd  yollarına 
səpələnirdilər. Elə bil iri, titrəşən yarpız böcəkləri doqqazlara, həyətlərə doluşurdu. 
Qəribə idi..., başqa vaxtlar zəncirdən açılmış 
26 
kənd  itləri  doqqazda  bir  qaraltı  görən  kimi  atılıb  hücuma  keçir,  az  qalırdı 
qabaqdakını  süpürləyib  basmarlasınlar.  Amma  yanan  çıraqları  görən  kimi  qaçıb 
çəpərin  böyrünə  qısılır  və  qorxudan  zingildəyirdilər.  Mürsəl  isə  adəti  üzrə  gediş-
gəliş kəsilib kənd tamam sakitləşənə qədər eyvanda qrammofon oxutdurardı. 
Beş-on  gündən  sonra  kəndi  yeni  bir  zümzümə  bürüdü.  Həyət-bacalarda,  çay 
downloaded from KitabYurdu.org


qırağında,  doqqazlarda  qımqımı  üstündə  yeni  mahnı  oxumağa  başladılar.  Bu 
zümzümə  və  qımqımılarda  tez-tez  Zöhrənin,  Mürsəlin  adı  çəkilirdi.  Zöhrə  bu 
işlərin nə ilə qurtaracağını bəlkə də əvvəlcədən hiss edirdi, amma qəlbində cücərən 
və  yaz  bənövşəsi  kimi  boynu  bükük  olan  hissin  qarşısını  ala  bilmirdi.  Sümüyü 
çaxnaşsa da, özünü bilməməzliyə qoyurdu. Mürsəlin isə heç nədən xəbəri yox idi. 
Uçitel  də  yaman  təşvişdə  idi.  Aylar,  günlər  dolaşdı.  Gecə  kursları  qurtardı, 
arvadlar kişilər hıqqana-hıqqana yazıb oxumağa başladılar. 

4 - 
Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi 
cilovu  çəkdi,  sonra  qamçısını  çərkəzi  yəhərin  üstündən  aşırıb  yanpörtü  oturdu. 
Onun  uzunboğaz  çəkməsi  azca  palçığa  bulaşmışdı.  Əynində  qalife  şalvar  və 
yarımkürk  var  idi.  Geyimindən  hərbi  adama  oxşayırdı.  O,  əlini  cibinə  salıb  qızıl 
papiros  qutusunu  çıxartdı,  qapağını  açıb  iri  cığala  kağızı  götürdü.  Saçaqlı  sarı 
tütündən arasına doldurub papiros bükdü. Zoğal müşdüyünə taxıb yandırdı. Tüstü-
duman  içində gözlərini qıyıb  məktəbin ikinci  mərtəbəsinə  baxdı. Mürsəl  eyvanda 
dayanmışdı. O, elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy 
üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz əngəlliklərinə baxırdı. Yəhərdə 
qılçasını  qılçasının  üstünə  aşırıb  papiros  çəkən  kişi  xeyli  onun  boy-buxununa 
tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, uca boylu idi. Yenicə qoyduğu və qalınlaşan 
bığı sifətinə yaraşırdı. 
O,  papirosunu  son  dəfə  sümürüb  kötüyü  müştükdən  çıxardı  və  üzünü  Mürsələ 
tutdu. 
- A bala, a müəllim, zəhmət olmasa bir aşağı düş, - dedi. 
Mürsəl təəccüblənsə də, pilləkənləri endi. Atlı sıçrayıb yəhərdən düşdü. Dəstədən 
aralandılar. 
- Oğul, səndən xoşum gəldi, yaxşı adama oxşayırsan. Ona görə də sənə qıymıram. 
Sən bizim kəndin xasiyyətini yaxşı bilmirsən. Çox sözlü-gaplı kənddi. Əllərindən 
nə xəta desən, çıxa bilər. Özünü bir az ağıllı apar. 

Mən nə eləyirəm ki? 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə