İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

tülkü  vaqqıltısından  qulaq  tutulurdu.  Meşədəki  cələdən  azıb-tazıb  gələn  bu 
murdarlar  az  qalırdı  kəndin  içinə  dolsunlar.  Kişinin  xəyalından  çox  şeylər  gəlib 
keçdi. Qarayazıdakı binələr, yaylağa qalxan üstü düyəli kənd arabaları, mal-qoyun 
sürüsü,  ilxılar,  at  çapan,  tüfəng  atan  neçə  igidi  yadına  saldı.  Qarayazıda  binədə 
olan  kənd  camaatı  yaylağa  qalxmazdan  əvvəl  Gəmi  qaya  ilə  üzbəüz  meşədə 
dayanardılar.  Burada  gəmi  işləyərdi.  Ömər  koxa  yadına saldı ki, həmin  gəmi  iri, 
nəhəng  qovaq  ağacından  düzəldilmişdi.  Düzəldilmişdi  deyəndə,  ağacı  havaxtsa, 
kimsə kəsmiş, onun içini təknə kimi ovmuş, burun tərəfini naziltmiş, arxa tərəfini 
isə  enli  eləmişdi.  Bu  gəmi  böyük  və  tutumlu  idi.  Onun  içinə  iki-üç  araba  sürür, 
qoyun-quzu doldururdular. Gəmini on-on beş adam dartıb çay yuxarı aparır, orada 
girmədə gəmiçi uzun çəplə gəmini arxadan itələyirdi. Gəmi nə qədər ağır olsa da, 
şütüyüb  suyun  ortasına  gəlirdi.  Ömər  koxa  o  günləri  yada  saldı.  Özü  gəmiyə 
oturub atın yalından yapışdığını və atını gəminin böyrü ilə qarşı sahilə çıxardığını 
xatırladı.  Köksünü  ötürdü.  İllər  Kürün  suları  kimi  çoxdan  axıb  getmişdi,  lap 
çoxdan. 
O  tayda  Kürün  qolu  torpağı  yarıb  özünə  yol  açmışdı.  İri,  qollu-budaqlı,  uca  bir 
qovaq  ağacı  təklənmişdi.  Sular  onun  ətrafında  burulur,  ayaq  tərəfdən  qovağı 
yalayırdı. Ömər koxanın gözü bunu aldı. Sular ilan kimi qıvrılır, ağacın  ətrafında 
burulur  və  ağacın  kökü  işləmiş  torpağı  yuyurdu.  Qovaq  bu  həmlələrdən 
vahimələnmiş  kimi  titrəsə  də,  əyilmirdi.  Elə  bil  boz-bulanıq  sular  bundan 
qəzəblənib  ağacın  kökünü  qurd  kimi  eşirdi.  Ağac  titrədi,  silkələndi  və  birdən 
yerindən oynamış dağ kimi nərilti ilə suya sərildi. Ömər koxa diksindi, at da ayağı 
ilə  yeri  eşib  kişnədi.  Sular  qovağı  bürüb-büküb  qabağına  aldı,  fırlada-fırlada 
ortaya,  Kürün  dərin  yerinə  gətirdilər.  Ömər  koxa  atın  başını  qanırdı  və  gəldiyi 
yolla geri qayıtdı. Heç yerə dönmədi, heç yerə qanrılmadı. Birbaş evlərinə gəldi. 
Atı tövləyə bağladı, yəhərini aldı. 
Axşam  sərini  düşmüşdü.  Cavanlar  xırmanı  dövrələmişdilər.  Zurnaçılar  indi  də 
oyun  havası  çalırdılar.  Oynayanlar  qoşalaşmışdılar.  Ömər  koxa  ayaq  saxladı.  Bir 
xeyli qol qaldırıb süzən kəlağayılı qızlara, çərkəzi paltarlı oğlanlara baxdı. Tez-tez 
downloaded from KitabYurdu.org


şabaş verirdilər. Dəfçinin alnına pul yapışdırıb qulağına nəsə deyirdilər. Dəfçi isə 
cuşa  gəlib  çomağı  dəfə  daha  bərk  vurub  ucadan  qışqırırdı:"Yaşasın  oynayan 
qardaşıynan", "Oynayanın nişanlısı sağ olsun". 
Ömər koxa gülümsündü və nəzərə çarpmadan eyvana qalxıb otağına keçdi. Gəlini 
çağırdı. 
- A bala, tez elə, taxtın üstündə mənim yerimi sal. 
Gəlin sürüşmüş yaşmağını yuxarı qaldırdı və təəccüblə qayınatasına baxdı. Gözləri 
kişinin 
20 
gözlərinə  sataşanda  yenə  səssizcə  bayıra  çıxdı.  Yenicə  yuyulmuş  dümağ  tuman-
köynəklə geri qayıtdı. Ömər koxa gözaltı paltara baxdı. 

Aftafa-ləyən, isti su, bir də qayçı gətir. 
Gəlin bu dəfə də heç nə demədi. Bayıra çıxmağı ilə geri qayıtmağı bir oldu. Elə bil 
hər şey əvvəlcədən hazır imiş. 
Ləyəni  ilıq  su  ilə  doldurdu.  Kişinin  ayaqlarını  soyundurdu.  Suya  salıb  sabunladı. 
Barmaqlarını,  topuğunu  ovxaladı.  Dizinə  qədər  tər-təmiz  yudu.  Sonra  qayçını 
götürüb qayınatasının dırnaqlarını tutdu. Quruladı. Kişinin fikrindən keçənləri başa 
düşüb,  sarı,  iri  lüləli  aftafanı  götürdü.  Ömər  koxa  aşağı  əyildi.  Dəstəmaz  alırmış 
kimi qollarını dirsəyə qədər yudu. Gəlin su tökdü. Boynunu, üzünü, qırxıq başını 
da tər-təmiz yudu. Dəsmalla quruladı. 

Günün ağ olsun, qızım. İndi get paltarımı dəyişim. 
Gəlin  aftafa-ləyəni  götürüb  otaqdan  çıxdı.  Geri  qayıdanda  gördü  ki,  qayınatası 
yorğan-döşəkdə uzanıb. 
- İndi get, Şamili yanıma çağır. Amma elə elə ki, heç kəs duyuq düşməsin. 
Gəlin  yenə  aşağı  sürüşmüş  yaşmağını  yuxarı  çəkdi.  Amma  bu  dəfə  otaqdan 
çıxmazdan  əvvəl  qayınatasının  üzünə  baxdı.  Gördü  ki,  kişi  pəncərədən  bayıra, 
çalıb-oynayanlara baxır. 
Şamil  içəri  girəndə  mat  qaldı.  Kişi  dümağ  köynəkdə,  təmiz  yorğan-döşəkdə 
uzanmışdı. Sinəsinə yayılmış uzun, ağ, pilə kimi saqqalı köynəyindən seçilmirdi. 
downloaded from KitabYurdu.org


Şamil  atasının  ömründə  günün  bu  vaxtı  yorğan-döşəyə  girməsini  görməmişdi. 
Dinmədi. Gözlədi ki, atası gözlərini pəncərədən çəksin. 
Ömər koxa yavaş-yavaş yönünü oğluna tərəf çevirdi. 

Gəldinmi, bala, yaxın otur. 
Şamil yorğanın ucunu qaldırıb kişinin böyründə oturmaq istədi. 
- Yox, bala, elə otur ki, gözüm səni görsün. 
Şamil yerini dəyişdi və atası ilə üzbəüz oturdu. 
Ömər  koxa  xeyli  dinmədi.  Gözünü  tavanda,  divarlarda  gəzdirdi.  Sonra  oğlunun 
üzünə  baxdı.  Şamil  ömründə  ilk  dəfə  onun  gözündə  yaş  gördü.  Təntidi.  Kişi 
oğlunun kövrəldiyini başa düşdü. 
-  Toxtaq  ol,  bala,  mən  dövranımı  çoxdan  sürmüşəm.  Tay-tuşlar  da  çoxdan  haqq 
dünyadadılar. Tək qalmışam. Əslinə baxsan, mən bu dünyada ləngimişəm. 

Tək niyə olursan, ata! 

Mən nə dediyimi bilirəm, oğul, köçümü sürmək vaxtı yetişib. 

Bu nə sözdü, maşallah sənə nə olub? 
-  Sözümü  kəsmə.  Bilirəm.  Yuxumu  da  görmüşəm.  Mən  bir  azdan,  şər  qarışanda 
haqq  dünyasına  qarışacam.  Sənə  iki  vəsiyyətim  var.  Biri  odur  ki,  mən  öləndən 
sonra  çalış,  araya  qan  düşməsin.  Onsuz  da  dünya  qana  çalxalanır.  Belə  getsə, 
deyəsən,  adamları  bir-birinin  üstünə  qaldırıb  üz-göz  edəcəklər.  Araya  qırğın 
salacaqlar.  Divan-dərəyə  lotu-potular  yığılıb,  bala,  ehtiyatlı  olun.  Bir-  birinizdən 
göz-qulaq olun. - Kişi nəfəsini dərdi. - İkinci vəsiyyətim də, odur ki, toyu yarımçıq 
qoymayın.  Ta  gəlin  evə  gələnədək  heç  kəs  bunu  bilməməlidi.  Dost  var,  düşmən 
var. Elə elə ki, mənim ölümümə nə sevinən olsun, nə ağlayan. 

Ata! 
Ömər koxa əlini yavaşca yuxarı qaldırıb oğlunun sözünü kəsdi. 
- Di get, uşaqları bir-bir çağır halallaşım. Vaxtıma az qalıb. Amma elə elə ki, heç 
kəs heç nə başa düşməsin. 
Bir  azdan  kişinin  yatdığı  otağın  qapısı  açılıb-örtüldü.  Ömər  koxanın  övladları, 
gəlinləri, nəvə- nəticələri babalarının yanına gəldilər, onun əlini öpsünlər. Qoca isə 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə