İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

zəncirdən  sallanan  gümüş  millə  qəlyanının  közünü  deşib  hərisliklə  sümürdü. 
Otaqda  yenidən  tüstü  laylandı.  Kişi  gözünün  altından  bu  laylar  arxasından  sifəti 
güclə görünən oğluna baxdı. Onun dodaqları kip bağlanmışdı. Həmişə sığallı olan 
dən düşmüş bığı codlaşmışdı. Dişini-dişinə sıxdığından çənəsi kilidlənmiş kimi idi. 
Alın  qırışları  sıxlaşmışdı.  Çuxura  düşən  gözlərinə  qan  sağılmışdı.  Əli  xəncərin 
dəstəyində idi. Özünün də xəbəri olmadan tiyəni tez-tez qınından çıxardırdı. Ömər 
koxa başa  düşdü ki, oğlu  bir  himə  bənddir,  əgər  ona  bir  balaca  işarə  etsə,  bütün 
Çıraqlıları ayağa qaldırar və qan su yerinə axar. 
-  Qanı  qanla  yumazlar,  oğul,  bir  də  sənin  qızın  onların  ocağının  başındadı,  qan-
qana, süd-südə qarışıb. 

Məsləhətin nədi, ata, uşağın qanı batsın? 

Səbr  elə,  bala,  nahaq  qan  yerdə  qalmaz.  Əgər  Ələddin  bir  xətanın 
qurbanıdısa, allah Həsən ağanın günahından keçər. Əgər namərdlik eləyibsə, allah 
özü bəlasını verəcək, sən ayrı fikrə düşmə. O, əlini qana bulayıb, sən bulama. Gec-
tez haqq öz yerini tapacaq. 
Bu  sözlərdən  sonra  kişi  elə  bil  yüngülləşdi.  Amma  Şamil  qurğuşun  yükü 
daşıyırmış  kimi  əyildi.  Dodağı  səyridi,  əlləri  əsdi.  Bu,  Ömər  koxanın  gözündən 
yayınmadı. 

Birdən divan-dərə gəlib çıxsa? 
14 
Kişi sərtləşdi. 

Divan-dərənin nə işi var?! 
Qəlyanını tez-tez sümürüb közərtdi. Səsi yumşaldı. 
- Dur get. Uşaqları da başa sal, farağat otursunlar. 
Şamil  beli  qırılmış  kimi  əllərini  dizinə  söykəyib  güclə  ayağa  qalxdı.  Ağır-ağır 
qapıya yaxınlaşdı. O, gedəndən xeyli sonra Ömər koxanın hönkürtüsü eşidildi. 
III fəsil 

1 - 
Son  vaxtlar  Ömər  Koxanın  yuxusu  ərşə  çəkilmişdi.  Mal-qara  tövləyə,  xalxala 
downloaded from KitabYurdu.org


salındıqdan,  əl-  ayaq  yığışdırılıb  kənd  camaatı  qapı-bacasına  çəkildikdən  sonra 
eyvanda  xeyli  oturardı.  Qapı-  bacılarda  ləngiyən  mal-qarının  mələşməsinə  qulaq 
asar,  Kürün  bəri  üzündəki  tülkülərin,  çaqqalların  vaqqıltısını  dinləyərdi.  Çaqqal-
tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və 
kəndə  doluşmağa  hazırlaşırdılar.  Ömər  koxa  onlara  sakitcə  qulaq  asır  və  görürdü 
ki,  kənd  itləri  nəyisə  qabaqlarına  qatıb  cələyə  qədər  qovurdular.  "Bu  qırılmışlar 
yaman  çoxalıb.  Az  qalırlar  evlərə  doluşsunlar.  Eh,  zamana  yaman  dəyişib. 
Əvvəllər  bizim  kəndin  həndəvərində  ağzı  qanlı  canavarlar  dolaşardı.  İndi  də 
çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək". 
Ömər  koxa  qaratikan  kolundan  düzəldilmiş  gümüş  örtüklü  qəlyanını  közərdir, 
fikrində dağı arana, aranı da dağa köçürürdü. 
Ələddinin  ölümü  onu  yaman  sarsıtmışdı.  Özünə  nə  qədər  təskinlik  versə  də, 
ürəyində  dərd  çəkirdi.  Onun  dünyada  ən  çox  qorxduğu  şey  aldanmaq  idi. 
Nəvəsinin qəfil öldürülməsində xəyanətin olub-olmadığını bilməyə çalışırdı. Həm 
də  qorxurdu  ki,  məsələnin  qəsdən  olunduğu  bilinsə,  araya  qan  düşər  və  iki  nəsil 
bir-birini qırıb qurtarardı. 
Böyük  gəlin  ağzında  yaşmaq  qayınatasına  yaxınlaşdı  və  qalaylanmış  mis  sinini 
ortalığa qoydu. Kişi buğlanan çaya, bal qatılmış qaymağa, motal pendirinə və sacın 
üstündən yenicə götürülmüş isti ağ fətirə gözucu nəzər saldı. Bir oturuma quzunun 
şaqqasını sarımsaqlı qatıqla yeyib üstündən bir cəm bal içən Ömər koxanın iştahı 
yox  idi.  O,  candərdi  çörəkdən  bir  parça  kəsib  dürmək  elədi,  çayı  bir-iki  hortuma 
içib geri itələdi. Gəlin dərhal yaxınlaşıb sinini götürdü. 
Kəndin  səs-səmiri  azaldı.  Görünür,  adamlar  yatmağa  hazırlaşırdı.  Elə  Ömər 
koxanın da həyətinə sükut çökdü. Mal-qaranı sağıb qurtardılar, inəkləri, camışları 
xalxala  doldurdular,  uşaqların  da  səs-səmiri  kəsildi.  Bircə  gəlinlər  kölgə  kimi 
ortada hərlənir, qapıları astaca örtüb açırdılar. 
Ömər  koxa  yavaşca  ayağa  durdu.  Asta  addımlarla  öz  otağına  getdi.  Onun  yerini 
salmışdılar.  Tavandan  asılmış  otuzluq  çırağın  piltəsini  aşağı  çəkmişdilər.  Otaq 
yarımqaranlıq  idi.  Ömər  koxa  çuxasını,  arxalığını  soyundu.  Belindəki  gümüş 
downloaded from KitabYurdu.org


dəstəkli  xəncərini  yastığın  altına  qoydu.  Yatmazdan  əvvəl  üzünü  qibləyə  çevirib 
dua elədi. Sonra səksəkəli halda, qorxa-qorxa yorğanı qaldırıb arasına girdi. 
Düz  on  gün  idi  ki,  bir  səs  onu  yatmağa  qoymurdu.  Ömər  koxa  kənd  tam  sükuta 
qərq  olandan  sonra,  Kürün  qıjıltısına  qulaq  asmağı  elə  uşaqlıqdan  sevirdi.  Onun 
gah  ucalıb,  gah  da  alçalan  səsində  bir  mehribanlıq  duyardı.  Elə  çox  vaxtı  suyun 
qıjıltısı altında yuxuya gedərdi. Amma son günlər Kürün qıj ıltısı ona layla çalıb 
yuxuya  aparan  vaxt,  kişi  gözünü  yumar-yummaz  qulağına  gələn  bir  səs  onu 
diksindirib  yerindən  qaldırardı.  Ömər  koxa  bu  səsin  haradan  gəldiyini  və  kimin 
olduğunu  bilmək  istəyirdi.  Uşaqlarından  gecələr  qulağına  gələn  bu  səsin  nə  səs 
olduğunu öyrənmək istəsə də, fikrindən daşınmışdı. Qorxmuşdu ki, "Kişi deyəsən 
havalanıb" deyə ondan şübhələsinlər. Amma hər gecə səs gəlirdi. Özü də apaydın. 
Ömər  koxa  təxmin  etmişdi  ki,  bu  səs  qəbiristanlıq  tərəfdən  gəlir.  Kişini  həm 
vahimə  basmış,  həm  də  məsələni  öyrənmək  marağı  daha  da  artmışdı.  O,  qərara 
almışdı  ki,  əgər  bu  gecə  də  səs  gəlsə,  mütləq  o  tərəfə  gedəcək  və  bu 
qəbiristanlıqdakı səsin sahibinin nə canlı-cinli olacağını biləcəkdi. Elə ona görə də 
atın yəhərini almamış, tövlədəcə hazır saxlamışdı. 
Ömər  koxa  yerin  içində  bir  xeyli  qurcalandı,  gözünü  tavana  zilləyib  Kürün 
qıjıltısına qulaq asdı. Sakitlik idi. Meşənin ağacları da susmuşdu, meşədəki çaqqal-
çuqqal  da.  Kənd  sükuta  qərq  olmuşdu.  Birdən  kəndin  yuxarı  tərəfindən  vaxtsız 
banlayan  xoruz  səsi  gəldi.  Onun  ardınca  fəryada  oxşar  həmin  səs  eşidildi.  Ömər 
koxa dik atıldı. Tələsik paltarını geyindi, xəncərini 
15 
bağladı,  tövləyə  keçib  atı  çıxartdı.  Heç  kəsə  sezdirmədən  darvazadan  keçib 
qəbiristanlığa doğru yollandı. 
Qəbir  daşları  başbaşa  vermişdi.  Lap  yuxarı  tərəfdə  Ələddinin  qəbrindən  bir  az 
arxada üç  uca  qəbir  daşı  görünürdü. Hündürlüyü  az  qala  üç  metrə  çatan  bu  qəbir 
daşlarına gözəl naxışlar vurulmuşdu. Camaat arasında nədənsə bu qəbirlərə oğuz 
qəbirləri  deyirdilər.  Amma  Ömər  koxanın  yadındadır  ki,  onun  babası  hərdən-bir 
uşaqları başına yığıb bu qəbirlərin tarixindən danışardı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə