İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

Birdən  kişinin  gözlərinə  ağ  paltarda  hərlənən  kölgə  göründü.  Bu  kölgə  qəbrin 
başına  fırlandı.  Əli  ilə  torpağı  sığalladı.  Sonra  da  sinə  daşını  qucaqlayıb  xeyli 
tərpənməz oldu. Ömər koxa yerindən tərpənə bilmədi. İstədi atın cilovunu çəksin. 
Sonra başa düşdü ki, at yerindədi, onu heç minməmişdi. Kişinin gözünə bir qaraltı 
da göründü. Bu qaraltı insana bənzəmirdi. Ömər koxa doğrudan da vahimələndi, 
"Allah sən saxla, bu nə işdir mənim başıma gəlir" dedi və dilinə kəlmeyi-şəhadət 
gətirdi, "Bəlkə bu Əzrayıldır, məni qəbiristanlığa çəkib gətirib". 
Birdən qəbrin üstündəki qaraltı Ömər koxaya doğru yüyürdü. Kişi gələn qaraltının 
şeytanmı,  itmi  olduğunu  ayırd  edə  bilmədi.  Amma  it  onun  qarşısında  gəlib 
dayananda,  quyruğunu  tərpədib  şırvananda  ani  olaraq  astadan  "Alan"  deyə 
pıçıldadı.  İt  öz  adını  eşidib  çömbəltmə  oturdu.  Ömər  koxa  özünə  gəlib  qəbrə 
yaxınlaşdı.  Bu  dəfə  qız  vahiməyə  düşüb  kənara  sıçradı  və  qəbiristanlıq  uzunu 
qaçmağa başladı. Ömər koxa nə qədər çağırdısa, dayanmadı. 
- 2 - 
Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, 
barmaqları  bədəninə  dəymişdi.  İlin-ayın  axır  çərşənbəsi  idi.  Qızlar  Qaratelgilə 
toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən 
atılmışdılar.  Oğlanlar  görmədən  düzəltdikləri  lopaya  od  vurmuşdular.  Həyət  bir 
anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə 
atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpız böcəkləri 
səpələnmişdi.  İşığın  biri  yanıb  biri  sönürdü.  Sonra  qızlar  içəri  keçdilər,  plov 
yedilər,  şirni  paylarını  götürüb  qağıldaşa-qağıldaşa  ortaya  sulu  bir  qab  qoyub 
iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: 
ilin- ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən 
Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya  -  Kürə tökülüşərdilər. 
Su  bumbuz  olub  adamı  qılınc  kimi  kəssə  də,  çimişər,  ağırlıqlarını-uğurluqlarını 
yuyar,  təzə  ilə  tərtəmiz  gələrdilər.  Bu  dəfə  də  elə  oldu.  Qızlar  Kürün  sahilinə 
gələndə  artıq  dan  yerinə  səda  düşmüşdü.  Kənd  xoruzları  banlayırdı.  Göyün  üzü 
yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün 
downloaded from KitabYurdu.org


üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, 
gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsddən örtmək, 
mələk  kimi  uçub  çimməyə  gələn  qızların  bədənlərini  yad  gözlərdən  qorumağa 
çalışırdı. 
Qaratelgilin  dəstəsi  sahildəki  saçaqlı  söyüd  ağacının  yanında  dayandı.  Əvvəlcə 
ehtiyatla  ətrafa  boylandılar,  yaxında  heç  kəsin  olmadığını  yəqin  etdikdən  sonra 
paltarlarını soyunub Kürə atıldılar. Su bumbuz idi. Amma səslərini çıxartmadılar. 
Xısın-xısın danışıb güldülər, bir-birlərini çimdiklədilər, döş-başlarını əlləşdirdilər. 
Suda çox qalmaq olmazdı. Dişləri dişlərinə dəyirdi. Tezcə sahilə çıxıb paltarlarını 
geyinməyi  qərara  aldılar.  Hərə  öz  geyimini  götürdü.  Tələm-tələsik  donlarını 
başlarından keçirdilər. Bədənləri azacıq istiləndi. Amma Qaratel paltarını qoyduğu 
yerdə tapmadı. Qızlardan soruşdu, gördüm deyən olmadı. Qaratel ağacların dibini, 
yarğanların  qaşını nə  qədər  axtardısa,  bir şey  tapmadı.  Qızlar  paltarlırını  geyinib 
gülə-gülə sahildən uzaqlaşdılar: 
- Ay qız, Qaratel, daha sən bizimlə gedə bilməzsən. Sənin paltarına bəni-insan əli 
dəyib. Sən uçub gələn göyərçin bacılardan biri kimi burda qalmalısan. 
Qızlar gülə-gülə sahildən uzaqlaşdılar. Qaratel həm soyuqdan, həm də vahimədən 
titrəməyə  başladı.  "Mənim  paltarım  necə  oldu?  Onu  kim  götürdü?  İndi  mən  el 
içinə necə çıxacam?". Heç yerdən səs gəlmədiyini görüncə oturub hönkür-hönkür 
ağladı. Elə bu vaxt yarğanın qaş tərəfindən səs gəldi. 

Ağlama, paltarın məndədi. 
Bu  sözləri  deyən  adam  səsinə  nə  qədər  mehribanlıq  versə  də,  Qarateli  elə  bil 
ildırım vurdu. 
16 
Büzüşüb yumağa döndü, bilmədi hara girsin, harda gizlənsin. Oğlanın qabağında 
diz  çöküb  yalvardı:"Sən  qağayın  canı,  kimi  çox  istəyirsən  onun  canı,  mənə  əl 
vurma. Əyər bir şey eləsən, özümü Kürə atıb boğaram". 
-  Özünü  niyə  boğursan,  ay  dəli.  Nağıllardan  eşitməmisənmi,  üç  göyərçin  bacının 
birinin paltarına əl dəyəndə heç yana gedə bilmir, qalır ordaca. İndi sənin paltarına 
downloaded from KitabYurdu.org


mənim əlim dəyib, heç yana gedə bilməzsən. Qalacaqsan mənim yanımda. 
Qaratel  bu  dəfə  doğrudan  qorxuya  düşdü.  Dönüb  Kürə  doğru  baxdı.  Onun 
fikrindən keçənləri elə bil oğlan başa düşdü: 
- Əlini mənə ver, - Bu sözü deməyi ilə qızı dartıb yarğandan çıxarmağı bir oldu. - 
Mən  sənin  sorağını  çoxdan  almışdım.  İndi  də  rastlaşdıq.  Qorxma,  bizim  nəsildə 
namərd adam tapılmaz. 
Mən  Ömər  koxanın  nəvəsiyəm.  Adım  da  Ələddindi.  Al  paltarını  gey.  Gömgöy 
olubsan. 
Qaratel paltarı götürüb bir göz qırpımında donunu başına keçirdi. Amma qorxusu 
hələ getməmişdi. 
Həm  soyuqdan, həm  də  həyadan  tir-tir  əsirdi.  Ələddin  onun  qaşlarına  sığal  çəkib 
uzaqlaşdı. 

Elçilərimi gözlə. 
Qaratel donub qalmışdı. Bilmirdi yuxu görür, yoxsa doğrudan da oğlana rast gəlib. 
O, xeyli Ələddinin arxasınca baxdı. 
Artıq dan yeri ağarmışdı. Yfüqlər çəhrayı rəngə boyanmışdı. Səhər tezdən Kürün 
üstünə  çöküb,  gah  yarğanlara,  gah  da  meşəyə  doğru  sürünən  duman  da  yox 
olmuşdu. Daşqını hələ ötüb keçməyən Kürün suları ilə çiləkənlərdən atlarını Kürə 
tökən kənd cavanları aydınca görünürdü. Yaqut rəngli bir səhər başlayırdı. 

3 - 
Ələddin  sözünə  düz  çıxdı.  On  gündən  bəri  gecəsi-gündüzü  bir-birinə  qarışan, 
qorxusundan  gözünə  yuxu  getməyən  Qaratelin  həyəcanlı  günləri  qurtardı.  Qızlar 
ona  axır  vaxtlar  bir  cür  baxırdılar.  Onu  görən  kimi  qaş-gözlərini  oynadır,  fürsət 
düşəndə  bir-birlərinə  him-cim  edirdilər.  Əvvəlki  kimi  onunla  açıq  danışmırdılar. 
Elə  bil  nəyi  isə  gizlədir,  hansı  sirrinsə  açılacağından  qorxurdular.  Qaratel  başa 
düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyinsə 
baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara-daşlara 
getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının 
hansını  inandıracaqsan  ki,  heç  nə  olmayıb,  mən  gül  kim  tər-təmizəm".  Qaratel 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə