İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

apardılar. 
Qönçə xanım alaqaranlıqda güclə görünən qayınanasına yaxınlaşdı. Qabağında diz 
çöküb  əlindən  öpdü. Arvad  gəlinin  ürək  döyüntülərini  sinəsinin  titrəyişindən  hiss 
etdi.  Qönçə  xanım  yaşla  dolub-boşalan  qızarmış  gözlərini  qayınanasının  üzünə 
zillədi.  Güllü  xanım  gördü  ki,  gəlinin  nəbzi  boyun  damarlarında  vurur. 
Qulaqlarındakı yumru, iri qızıl sırğalar titrəyir. 

Yoxsa Çıraqlıların çırağı sönüb, ay ana, mənə düzünü de. 
Arvad  onun  başını  sinəsinə  sıxdı.  Qönçə  xanım  hıçqırdı,  uşaq  kimi  içini  çəkdi. 
Qayınanasının  iri  əli  xeyli  onun  başını  sığalladı,  saçını  tumarladı.  Qönçə  xanım 
hiss etdi ki, qayınanası da titrəyir. Qəhər boğduğundan dinə bilmir. 
-  Adam  başına  iş  gələr,  qızım,  özünə  toxtaqlıq  ver.  Ölən  də  bizimdi,  öldürən  də. 
Olacağa çarə 
11 
yoxdu, hamısı fələyin işidi. 
Qönçə  xanımın  bulaq  kimi  qaynamağa  hazır  olan  göz  yaşı  elə  bil  birdən  qurudu. 
Saçını yolub üzünü cırmaq, dizlərinə döymək və beləliklə dərdini yüngülləşdirmək 
istəyi  yoxa  çıxdı.  Hönkürtüsünü  boğmaq  üçün  başını  arvadın  sinəsinə  daha 
möhkəm sıxdı, onu qucaqladı. Güllü xanım gəlinin saçından öpdü. 

Sən kişi qızısan, gərək özünü kişi qızı kimi aparasan! 

6 - 
Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilər. Ocaq qaladılar, su qaynatdılar, 
meyidi  yuyub  kəfənlədilər.  İşıqlaşanda  üstünə  qırmızı  kəlağay  örtülmüş  cənazəni 
eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib 
qabağa  düşdü.  Gün  xeyli  qalxandan  sonra  cənazəni  yerdən  qaldırdılar. 
Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək 
istədilər.  Güllü  xanım  qoymadı;  "Əli  yalın  gedəcəyik,  -  dedi  -  düşmən  üstünə  ha 
yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş 
-  Həsən  ağa  ilə  Şəmistan  ağa  öndə,  qalanları  arxada  cənazəni  çiyinlərinə  aldılar. 
Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız-gəlinləri dinməz-söyləməz cənazənin 
downloaded from KitabYurdu.org


ardınca  irəlilədilər.  Matəm  karvanı  doqqazdan  çıxıb,  kəndarası  yolla  Çıraqlılar 
tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardı. 
Heç  kəs  heç  nə  başa  düşmürdü.  Cənazəni  aparanlar  kəndin  ortasındakı  təpənin 
yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez 
ayağa  durub  tüfəngi  götürdü.  Yaşı  yüzü  haqlasa  da,  hələ  at  minəndə  üzəngisini 
basdırmayan,  gözünün  nurunu  itirməyən  Ömər  koxa  oğlunun  təlaşını  görəndə 
həyəcanlandı.  Əsasını  götürdü  və  ondan  qabaq  eyvana  çıxdı.  Əslinə  baxsan,  o 
bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı. 
Cənazəni  gətirən  dəstə  doqqazda,  darvazanın  arxasında  dayandı.  Şamil  eyvandan 
aşağı endi. 

A bala, ayaq saxla! 
Atasının səsi onu toxtatdı. 
Darvazanı  açdılar.  Ömər  koxa  aşağı  düşüb,  bir  xeyli  həyətin  ortasında  dayandı. 
Güllü  xanım  qabağa  yeridi.  Ömər  koxanın  bərabərinə  çatanda  əyilib  kişinin 
əlindən  öpdü.  Hamı  susdu.  Çiynində  cənazə  darvazanın  ağzında  dayananlar  da, 
həyətə  toplaşan  arvad-uşaq  da,  cınqırını  çəkmədilər.  Güllü  xanım  dikəldi. 
Yaşarmış  gözlərini  kişinin  zəhmli  sifətinə  zillədi.  Onlar  uzaq  uşaqlıq  illərindən 
sonra  ilk  dəfə  idi  ki,  belə  yaxından  qarşılaşırdılar.  Ömər  koxanın  dodağı  səyridi. 
Dümağ pilə kimi saqqalı titrədi. İndi hər şey onun bircə işarəsindən asılı idi. Ömər 
koxa geri qanrılıb boğuq səslə dilləndi. 

A bala, yer hazırlayın! 
Bayaqdan lal-dinməz dayanan Şamil tərpəndi. Darvazaya yaxınlaşıb cənazənin bir 
tərəfini çiyninə aldı. Şəmistan ağa ilə yanaşı addımladılar. 
Çıraqlıların  qaydası  idi.  Evə  yas  düşəndə  vay-şüvən  salmazdılar.  "Dost  var, 
düşmən var, adam özünü sındırmaz" deyərdilər. İndi də elə oldu. 
Ömər koxa evin yuxarı başında, döşəkçə üstündə əyləşdi. Güllü xanımı da yanında 
oturtdu.  Şəmistan  ağa  ilə  Şamil  yasa  gələnləri  qarşıladılar.  Elə  həmin  gün 
günortadan  gün  əyiləndə  bütün  kənd  camaatı  yığıldı,  Ələddini  qədim  dədə-baba 
qəbiristanlığında  dəfn  etdilər.  Düz  bir  həftə,  mərhumun  yeddisi  çıxana  qədər 
downloaded from KitabYurdu.org


Çıraqlılarla Alqazaxlılar bir yerdə oldular... 
Ömər  koxa  üzə  salmasa  da,  içəridən  qovrulurdu.  Bu  yaşa  gəlmişdi  hələ  heç  bir 
diləyi ürəyində qalmamışdı. Onun son arzusu Ələddini evləndirmək idi. Bir balaca 
başı ağrıyanda, ya da soyuq dəyib özünü küpədəndə, hor-hoyuş suyunda çimib isti 
yorğan-döşəkdə tərləyə-tərləyə yatanda özünə ürək-dirək verirdi:"Yox, elə bir şey 
yoxdu, Ömər koxa, bərk dur, Ələddinə toy eləməmiş can vermə, allahdan möhlət 
istə, qoy ömrünü bir az uzatsın. Bə indi? Fələyin nə yaman oyunları varmış, belə 
də  zülm  olarmı?  Şıvırtı  kimi  bir  oğlanı  nə  tez  torpağın  altına  apardı,  bu  rəhminə 
qurban  olduğum  tanrı?  Ölüm  mənim  idi,  balam  getdi.  Görünür  düz  deyirlərmiş; 
kötük üstündə neçə çırpılar doğranarmış". 
Kişi  yorğan-döşəkdə  uzansa  da,  gözünə  yuxu  getmirdi.  Tavana  baxa-baxa  səhəri 
açırdı.  "Görəsən,  Həsən  ağa  namərdlik  etməyib  ki?  Bilirəm  Alqazax  uşağı  qan 
çanağıdır,  nahaq  yerə  onlara  "Dəli  Alqazaxlılar"  demirlər.  Amma  bu  yaşa 
gəlmişəm, onlardan namərdlik görməmişəm. 
12 
Düşmənlə  düşməndirlər,  dostla  dost.  Əllərindən  xata  çıxıb,  amma  namərd 
olmayıblar".  Çıraqlılarla  Alqazaxlılar  həm  qohum  idilər,  həm  düşmən.  Ömər 
koxanın yaxşı yadında idi: uşaq vaxtı Kürün sahilində at otarırdılar. Alqazaxlıların 
da  uşaqları  öz  ilxılarını  Kürdə  çimizdirirdilər.  İpə-sapa  yatmayan  erkək  atı  isə 
çəmənliyə  örükləmişdilər.  Birdən  ilxıya  çaxnaşma  düşdü.  Uşaqlar  gözlərini 
yumub-açınca gördülər ki, at örüyünü qopardıb ilxıya tərəf gəlir, ilxıdakı erkək at 
da  şahə  qalxıb  kişnəyir.  Bir  göz  qırpımında  kəhərlər  qarşılaşdılar.  Erkəklik  və 
ilxıya sahib olmaq ehtirası onları əjdahaya döndərmişdi. Döş-döşə gəldilər, çəçik-
çəçiyə qalxdılar, bir- birilərinin yalından yapışıb gəmirişdilər. Təpik, nal şaqqıltısı, 
kişnərti  bir-birinə  qarışdı.  Gah  o  bunun  dizini  yerə  gətirdi,  gah  bu onun.  Torpaq 
eşim-eşim  oldu,  ot  xıncım-xıncım.  Uşaqlar  nə  qədər  çalışdılarsa,  onları  ayıra 
bilmədilər.  Belə  getsəydi,  atlar  bir-birini  gəmirib  şikəst  edəcək,  ya  da  qızıl  qana 
bulayıb  öldürəcəkdilər.  Birdən  hardansa  peyda  olan  nökərlərdən  biri  atın 
irəşməsindən  yapışıb  onları  aralamaq  istədi.  Ömər  koxagilin  kəhəri  kömək 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə