İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

bə'zən özü də özündən  şübhələnirdi. Gecələr  yerinə  qor dolmuş kimi  yata  bilmir, 
səhərə kimi qıvrılırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə 
onlara  gəldi.  Qız  özünü  itirdiyindən  hər  şeyi  unudaraq  eyvana  çıxdı;  özü  də 
bilmədən  qapıları  açıb-örtdü,  samovara  od  saldı.  Sarı  lüləli  aftafa-  ləyəni  su  ilə 
doldurub  hazır  qoydu.  Donunun  yaxasındakı  muncuqlar,  qızıl  pullar  cingildədi. 
Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss 
etmişdi ki, qonaqlar xeyirliyə gəliblər. 
Elçilər  getdilər.  Bir  həftədən  sonra  qıza  nişan  gəldi.  Bunu  eşidən  kənd  qızları 
Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər. 
Qaratel  yerə-göyə  sığmırdı,  hər  yerdə  :doqqazda,  çəpərlərin  töngəsində,  Kürün 
sahilində,  yarğanların  qaşında  Ələddini  görürdü.  Evlərinin  yanından  bir 
başıpapaqlı keçəndə elə bilirdi ki, Ələddindi, ürəyi çırpınırdı. Boş vaxtlarda evdə 
oturub  yanı  işləməli  dəsmal  tikir,  naxışlı  corablar  toxuyurdu.  Xəyalında  bunları 
Ələddinə  bağışlayır,  corabların  bəzəyinə  özü  də  heyran  qalırdı.  Getdikcə  qız 
Ələddinə  daha  çox  bağlanır,  onun  mərdliyinə  heyran  qalırdı.  Bircə  kəlmə  söz 
demiş və sözünün üstündə də kişi kimi dayanmışdı. 
Qaratel  bu  cür  şirin  xülyaların  içində  xumarlandığı  vaxt,  bu  gün-sabah  toy 
olacağını gözlədiyi anda qəfil acı xəbər eşitdi: Ələddin yox idi, onu vurmuşdular, 
onu öldürmüşdülər. Elə bil göy şaqqıldadı, dünyanın altı üstünə qarışdı, hər yana 
zülmət  qaranlıq  çökdü.  Qaratel  evdə  iki  gün  bilmədi  yerin  altındadı,  ya  üstündə. 
İçəridən göynədi, xısın-xısın ağladı. Dəfnə gedə bilmədi. Bu yerlərdə adət deyildi. 
Nişanlı qızın camaatla birlikdə qəbiristanlığa getməyi görünməmiş iş idi. 
O,  uzaqdan  Çıraqlılar  tərəfdən  meyidin  götürülməsinə,  dəstənin  qəbiristanlığa 
yaxınlaşmasına  tamaşa  etdi.  Ağlayan  arvadların  üz-başlarını  cırıb,  sinələrini 
döyməsinə, dil  deyib  səs-səsə  vermələrinə  qulaq  asdı.  Xısın-xısın,  hıçqıra-hıçqıra 
divara qısılıb ağladı. 
17 
Bir  gecə,  Ələddinin  qırxı  çıxandan  sonra,  hamını  yuxuya  verib  qəbiristanlığa 
yollandı; qorxu içində, vahimələnə-vahimələnə. O, nəinki gecə vaxtı, hətta günün-
downloaded from KitabYurdu.org


günorta çağı qəbiristanlıq tərəfə hərlənməkdən qorxardı, amma indi onu bir qüvvə 
çəkib  aparırdı.  Qaratel  çala-çuxur  qəbirlərin  yanından  ehtiyatla  keçdi,  dilinə 
kəlmeyi-şəhadət  gətirdi.  Hər  şıqqıltıdan  diksinə-  diksinə  ucqardakı  qəbrə 
yaxınlaşdı. Bir neçə kərə "Bissimillah" dedi. Sonra baş daşına söykənib hıçqırdı. 
Əyilib qəbrin torpağını sığalladı. Düz iki gün beləcə, gizlincə qəbiristanlığa gəldi. 
Yçüncü  gün  baş  daşına  söykənib  hıçqıranda  gözlənilmədən  yanında  bir  hənirti 
duydu.  Diksindi.  Qorxusundan  yerindən  tərpənə  bilmədi.  Mat-məəttəl  yanında 
çömbəltmə  oturmuş  itə  bənzər  məxluqa  baxdı.  Yə'qin  etdi  ki,  bu  gələn  şeytandı. 
Titrəyə-titrəyə  bir-iki  dəfə  "Bissimillah"  dedi.  Sonra  dili  tutuldu.  Kəlmələri  bir-
birinə  qarışdırdı.  İt  bunları  duymuş  kimi  qıza  yaxınlaşdı.  Astadan  zingildəyib, 
sanki  nəsə  demək  istədi.  İtin  zingiltisi  qızı  özünə  gətirən  kimi  oldu.  Dili  əsə-əsə 
"Alan, Alan" dedi. İt adını eşidən kimi qulaqlarını şəklədi və qızın əlini yalamağa 
başladı.  Qaratel  ehtiyatla  əlini  itin  başına  çəkdi.  "Mənim  Alanım,  mənim 
Ələddinimin Alanı", - deyə hıçqırdı. 
O gündən Alan ilə dost oldular. Qaratel qəbiristanlığa gələndə Alanı orda görürdü. 
İt  qızı  gözləyirdi.  Bu  sirri  dünənə  kimi  heç  kəs  bilmirdi.  Dünən  isə  Ömər  koxa 
qəbiristanlıqda peyda olmuşdu. 
Düz  bir  həftə  Ömər  koxa  qəbiristanlıq  tərəfi  dinşədi.  Hər  dəfə  acı-acı  ulayan 
Alanın səsini eşidir və qovşurulurdu. Aradan bir həftə də keçdi. Bir səhər oğlunu 
yanına çağırdı. Şamil içəri girdi. Qapının ağzında ayaqqabılarını çıxardıb cütlədi. 
Atası ona yanında yer göstərdi. Şamil bardaş qurub gəbənin üstündə oturdu. 
Ömər  koxa  gümüş  dəstəkli  qəlyanını  tənbəki  ilə  doldurdu.  Kibrit  çəkib  yandırdı, 
otağa ağ tüstü qatları laylandı. 

Gecələr qəbiristanlıq tərəfə fikir vermisənmi? 

Yox, necə bəyəm? 
Kişi oğlunun təşfiq dolu baxışlarını üzündə hiss etdi. 

Qız uşağın qəbrinin üstündən əl çəkmir. 
Aralığa sükut çökdü. Tüstü layları tavana qalxıb bürülüb-büküldü və birdən aşağı 
enib açıq pəncərədən sürünüb bayıra çıxdı. 
downloaded from KitabYurdu.org



Fikrin nədir? 

Məsləhət səninkidir, ata. 
Ömər  koxa  yenidən  susdu.  Harayasa  uzaqlara  getmiş  fikirlərini  cilovlayıb 
cəmləşdirdi. Kişinin səsi titrədi. 
-  Bilmirəm,  qocalıqdandı,  nədəndi,  ay  bala,  sümüyüm  yaman  köyrəlib  heç  uzun 
saçlının ahına dözə bilmirəm. 

Neyləmək olar, ay ata, allahın işidir, bizdə nə taqsır var. 

Elə olmasına elədi, amma ahu-naləyə ürəyim dözmür. 
Şamil dinmədi. Atası da susdu. Yenə tüstü layları tavana qalxdı. 

Gəlsənə son beşimiyizi evləndirək! 
Şamil söhbətin bura gəlib çıxmasını gözləmirdi. Diksinən kimi oldu. 
- Çox fikirləşmişəm, oğul, o qız tanrının bizə göndərdiyi qismətdir. Bizim ocağın 
gəlini  olmalıdır.  Ələddindən  sonra  onun  başqa  qapıda  gəlin  olmasını  ürəyim 
götürməz. 
Şamil başını aşağı saldı. Əli ilə gəbənin ilgələrini didişdirdi. Ələddinin nişanlısını 
kiçik  oğluna  almağı  heç  ağlına  belə  gətirməmişdi.  Qonum-qonşunun  buna  nə 
deyəcəyini,  elə  evdə  arvad-  uşağın  bu  işə  necə  baxacağını  belə  fikirləşməmişdi. 
Hələ  qız  evinin  adamlarının  da  fikirlərini  bilmək  lazım  idi.  Qız  heç,  onu  dilə 
tutmaq  olardı,  böyüklərin  sözündən  çıxmazdı.  Elə  gədənin  özünü  də  bu  işə  razı 
salmaq  lazım  idi.  Şamil  əslində  belə  işlərə  bir  cür  baxırdı.  Nə  çox  idi  kənddə 
gözəl-göyçək  durna  boğaz  qızlar.  Amma  atasının  da  xasiyyətini  bilirdi.  Bir  şeyi 
ölçüb-biçməmiş ortalığa söz atmazdı. Sözü də dedimi, geri durmazdı. 
Ömər koxa elə bil oğlunun fikrindən keçənləri duydu. 
-  Sən  əvvəlcə  evdəkilərin  ağzını  ara.  Sonra  əl  altından  arvadlar  gedib,  qızı  su 
yolunda,  Kürdə  tapıb  fikrini  öyrənsinlər.  Özün  də  kişilərlə  söhbət  elə.  İşi  dağ 
eləyəndən sonra mənə deyərsən. 
18 
Əgər xəm-xom eləsələr, onlarnan özüm danışaram. Sənin işin olmasın. 
Şamil  yerindən  ağır  durdu.  Qapıya  da  ağır-ağır  yaxınlaşdı.  Bunlar  kişinin 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə