İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

gözündən yayınmadı və başa düşdü ki, oğlu ona bir şey deməsə də, bu iş ürəyindən 
deyil... 
Neçə gündən sonra arvadlar Qarateli qəbrin üstündə tapdılar. 
Həmişəki  kimi  axşamın  ala-qaranlığında  Alan  da  yanında,  baş  daşına  söykənib 
hıçqırırdı.  Onları  görəndə  hürkdü.  Tez  aralanmaq  istədi.  Amma  Şamilin  arvadı 
qolundan tutub saxladı. 
- Özünü üzmə, qızım, olacağa çarə yoxdur. Görünür qismət bu imiş. 
Qız hönkürdü. 

Mən fələyə nə etmişdim ki, murazımı gözümdə qoydu. 
- Təkcə sənin ha murazını gözündə qoymadı. Elə hamımızın murazı gözündə qaldı. 
Sənə nə olub cavan qızsan. Qoy biz dərd çəkək ki, oğul itirdik. 

Mənim də tanrı nişanlımı əlimdən aldı. 
-  Sən  mənim  gəlinimsən.  Elə  Ömər  baban  da  belə  deyir.  Səni  yad  qapısına 
qoymarıq. Əvvəl-axır öz qapımıza gələcəksən. Şükür allaha, nə olub, oğlumuzmu 
yoxdur!!! 
Qızın  göz  yaşı  qurudu.  Başını  qaldırıb  ala-qaranlıqda  arvadın  üzünə  baxdı. 
Kəlağayısını  irəli  çəkdi.  Onun  fikrindən  keçənləri  başa  düşdü  və  bir  göz 
qırpımında  qəbiristanlıqdan  uzaqlaşdı.  İşə  Ömər  koxa  özü  qarışmalı  oldu.  Onun 
sözünü yerə salmadılar. 
Ömər koxa hamının gözündən yayınaraq tövləyə getdi. At onu görən kimi oxrandı. 
Sahibini imsilədi, ayağını yavaşca yerə döydü. Kişi əlini atın sağrısına çəkdi, yalını 
sığalladı.  Sonra  gözündən  öpdü.  At  bu  mehribanlıqdan  sakitləşib  lap  quzuya 
döndü.  O,  həmişə  atın  yanında,  axurda  saxladığı  yəhəri  götürdü.  Qolu  ilə  tozunu 
silib  atın  belinə  qoydu.  Gümüş  sinəbəndini  taxdı,  qarınaltı  qayışlarını  bağladı, 
yüyəni  başına  keçirdi.  Bir  də  atın  ətrafına  dolandı.  Kəhər  elə  bil  harayasa 
gedəcəyini başa düşdü. Kişinin əli yalına, sağrısına dəyəndə bədəni səyridi. 
Ömər kişi atı sakitcə tövlədən çıxartdı. Tayaların arxasına keçdi. Oradan da çığırla 
Kürə doğru endi. Heç kəs onu görmədi. Camaatın başı toya qarışmışdı. Qara zurna 
zilə çəkirdi. Cavanlar dirə-döymə oynayırdılar. 
downloaded from KitabYurdu.org


Bu  kənd  cavanlarının  qəribə  xasiyyəti  vardı.  Axşamdan  ala  çatıları  istağa 
qoyurdular.  Səhər,  gün  xeyli  qalxandan  və  zurnaçılar  damın  üstünə  çıxıb  səhər 
havasını çalandan sonra dəstə-dəstə gəlib xırman yerinə toplaşırdılar. Böyük dairə 
çəkirdilər. Sonra da haley gəlib beş-beş iki yerə bölünürdülər. Yalaq düzəldib ala 
çatıları  ora  qoyurdular.  Oynayanlardan  beş  nəfəri  həmin  çatıların  -  dairənin 
üstündə dayanırdı, beş nəfəri isə dairəvi cızıqdan kənarda dayanırdı. Oyunun şərti 
belə  idi:  kənarda  dayanan  beş  nəfər  çalışırdı  ki,  dairənin  içində  dirələrin  üstündə 
dayananlardan  birinin  ayağının  altından  çatını  götürsün.  Əgər  götürə  bilsələr, 
çatıları alır, dirələrin üstündə dayananları dairənin içinə salır və əllərindəki çatı ilə 
onları döyürdülər. O vaxta qədər ki, döyülənlərdən biri döyənlərdən birini dairənin 
içində təpiklə vura bilsin. Belə olanda oyun təzədən başlayırdı. Döyənlər dairənin 
içində  dirələrin  üstündə  dayanır,  döyülənlər  isə  onlara  hücuma  keçirdilər.  Bu, 
adicə  oyun  deyildi,  tamaşa  idi.  Doğrudan  da  kənd  camaatı:  qocalar,  cavanlar, 
gəlinlər,  qızlar  dövrə  vurub  tamaşa  edirdilər.  Qara  zurna  zilə  çəkirdi.  Oyunçuları 
həm  qara  zurnanın  səsi,  həm  də  qız-gəlin  baxışları  pələngə  döndərirdi.  Bir  də 
görürdün  papaqlarını  astar  üzünə  çevirib  toza  bulayır  və  iki  nəfər  dirə  üstündə 
dayananlardan  birinin  üstünə  düşürdü.  Papaqla  ağzının  üstünə  vurur,  təpik  atır, 
arxa  tərəfə  keçir  və  onu  təntidib  çatını  əlindən  almaq  istəyirdilər.  Ystü  kəsilən 
adam həm özünü qorumalı, həm də arxadan gələn varsa, onu hiss etməli idi. O biri 
yoldaşlar da ağzı kəsiləni gözdən qoymurdular. Təpik, qışqırıq, ağzıüstə dəyən və 
gözdən  od  çıxardan  toza  bulanmış  astar  papaqların  şappıltısı  bir-birinə  qarışırdı. 
Bir də görürdün hücum edənlərdən biri pişik cəldliyi ilə meydanın ortasına girir və 
quş  kim  sıçrayıb  ağzı  kəsilən  oyunçunun  kürəyinə  təpik  vururdu.  Onu  ya  yolda 
qabaqlayıb  təpiklə  vurur,  ya  da  əldən  çıxıb  "düşməninən"  cumulurdu.  Kürəyinə 
təpik  dəyən  təngildəsə  də,  yıxılmır,  vuransa  onun  çiyninin  üstə  qalxıb  kənara 
sıçrayırdı. Bu oyuna hər adam girişə bilməzdi... 
Ömər  koxanın  həyətində  düz  iki  gün  idi  toy  vurulurdu.  Axşamlar  ismar  olurdu, 
gündüzlər cıdır - dirə-döymə. Ömər koxa düz iki gün idi ki, bunlara tamaşa edirdi. 
Hər yerdə də gözləri ilə nəvəsi Ələddini axtarırdı. Onu cıdıra çıxanlar, dirə-döymə 
downloaded from KitabYurdu.org


oynayanlar arasında görməyəndə korun- korun qovşurulurdu. Nə qədər çalışsa da, 
nakam balasını unuda bilmirdi. 
19 
Dərəyə  enəndə  atı  saxladı.  Ayağını  üzəngiyə  qoyub  yəhərə  qalxmaq  istədi  və 
ömründə  ilk  dəfə  bədəni  ağırlıq  elədi.  Ata  minə  bilmədi.  Kişini  elə  bil  ildırım 
vurdu. Başını atın böyrünə söykədi. At oxrandı, sonra qanrılıb dodaqlarını kişinin 
boynunda,  sifətində  gəzdirdi.  Elə  bil  atın  bu  hərəkətindən  kişi  ürəkləndi.  Başını 
qaldırıb ayağını üzəngiyə qoydu və cavanlıq illərində olduğu kimi sıçrayıb yəhərə 
qalxdı. Sahibini belində hiss edən kəhər kişnədi və cığırla birbaş sahilə endi. 
Kür coşmuşdu. Bu tərəfdə yarğanla silələnmişdi, o biri tərəfdə isə meşəni ağzına 
almışdı. Ömər koxa sahilə çatanda özünü suya atmaq istəyən atın cilovunu dartdı 
və boynunu qanırıb yarğanın qaşı boyu ağaran cığıra saldı. 
"Eh,  gidi  dünya,  -  deyə  düşünməyə  başladı.  -  Deyəsən  köçümü  sürürəm. 
Sümüklərim  ağırlaşıb.  Gör  işin  nə  yeridi  ki,  atın  belinə  qalxa  bilmirəm.  Atın 
yalından  yapışıb  Kürü  bir  nəfəsə  o  üzə  keçən  Ömər  koxa  indi  ayağını  üzəngiyə 
güclə qoyur. Hanı at oynatdığım qarda, boranda?" 
Gəmi qayanın dikdirinə çıxanda atın cilovunu dartdı. Gözünü o taya - Qarayazıya 
zillədi.  Meşə  qalınlaşmışdı.  İri  qovaqlar  baş-başa  verib  elə  bil  sahil  boyu  çəpər 
çəkmişdilər. Kür qol-budağa ayrılmışdı. Bu qolların bə'ziləri adaya çevrilmiş kiçik 
cələlərin  başına  dolanır,  bə'ziləri  burula-  burula  cələlərin  üstündən  aşır,  bə'ziləri 
şütüyüb meşəyə axır, bə'ziləri də yarğanlara çırpılırdı. Ömər koxa xeyli uzaqlara, 
Qarayazının o tayında bozaran Ceyran çölün boz dağlarına, üfüqdə göyün üzünə 
səpələnmiş topa-topa ağ buludlara baxdı. Sonra nəzərlərini hərləyib Kürün üstünə 
yeriyən  və  sahildə  sularla  əlbəyaxa  olan  meşəyə  baxdı.  Kür  yatağını  xeyli 
dəyişmişdi. İndi Kürün vadisinə çevrilmiş yerlərdə çəmənlik vardı. Həmin yerlərdə 
mal-qara  otlayar,  at  kişnəyər,  buğa  heykirərdi.  Səhər  tezdən,  ya  da  axşamüstü 
marallar meşədən çıxıb sürü ilə Kürə, su içməyə gələrdilər. Nədənsə onların ayağı 
kəsilmişdi.  Ömər  koxa  çoxdandı  onları  görmürdü.  Gecələr  də  oturub  ətrafı 
dinşəmişdi.  Nə  maral  buğası  heykirirdi,  nə  də  düyələr  mələşirdi.  Amma  çaqqal- 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə