İxtisasın adı: Kənd təsərrüfatı Modulun adı: Torpaqşünaslıq Modulun nömrəsi


TƏLIM NƏTICƏLƏRININ QIYMƏTLƏNDIRILMƏSI



Yüklə 0,58 Mb.
səhifə17/19
tarix27.04.2018
ölçüsü0,58 Mb.
#40278
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19

TƏLIM NƏTICƏLƏRININ QIYMƏTLƏNDIRILMƏSI

  1. Nəzəri biliklərin qiymətləndirilməsi


Aşağıda verilən suallara cavab verərək mövzü üzrə biliklərinizi qiymətləndirin:

1) Bu regionda əsasən şorlaşmış torpaqlar yayılmışdır.

A) Kür-Araz ovalığı B) Şəki-Zaqatala C) Naxçıvan MR D) Gəncə-Qazax

2) Eroziya sözünün latın dilindən tərcüməsi- ...... deməkdir

3) Rekultivasiya sözünün mənası....... deməkdir

4) Eroziyanın belə növü yoxdur

A) Səth eroziyası B) Bioloji eroziya C) Geoloji eroziya D) Xətti eroziya

5) Sürətli eroziya hansıdır

A) Mailli sahələrdə torpağın üst qatının yağış və qar suları tərəfindən yuyulması

B) Küləyin təsiri altında dağılmasına

C) Təbii bitki örtüyünün məhv edilməsi və torpaqdan düzgün olmayan istifadə ilə əlaqədardır, eroziya tempinin artmasıdır.

D) Suyun təsiri altında torpağın dağılmasına

6) Otlaq eroziyasının qarşısını almaq üçün nə etmək lazımdır

A) Otarma normasına nəzarət B) Növbəli otarma

C) otlaqların gübrələnməsi D) Hamısı

  1. Praktiki bacarıqların qiymətləndirilməsi


Bu hissədə mövzu üzrə praktiki bacarıqlarınızı yoxlamaq üçün tapşırığın icrasının nəticəsilə bağlı sualları cavablandırın.

Qiymətləndirmə

Qiymətləndirmə kriteryaları

Bəli

Xeyr

Qeyd edilən təssərrüfata getdinizmi?







Torpaqların eroziya drumunu qiymətləndirə bildinizmi?







Vahid sahədə bitki örtüyü müəyyən edə bildinizmi?







Mulça və nəvbəli əkin üzrə məsləhət verə bildinizmi?







Eroziya qarşı mübarizə təbirlərini sadalaya bildinizmi?









  1. TƏLİMİN NƏTİCƏSİ VI.


Tədrisin nəticəsinin təsviri: Torpağın analizi üçün torpaq nümunələri götürə və analizin nəticələrini qiymətləndirə bilir.
Sərbəst iş üçün tapşırıqlar

Regonda müxtəlif torpaqlarda becərilən fərqli bitkilər və onların məhsuldarlığı haqda məlumat toplamaq.


8.1 Torpağın qida maddələri ilə təminatının öyrənilməsinin vacibliyi


QİDA MADDƏLƏRİ – bitki həyatı üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Qida maddələri makroelementlərə və mikroelementlərə bölünür.

MAKROELEMENTLƏR – Bitki tərəfindən çoxlu miqdarda mənimsənilən kimyəvi elementlər. Canlı orqanizmdə öz kütləsinin 0,001-dən 60%-ə kimi təşkil edir. (O, H, C, N, P, Ca, S, Mg, Na, Ce, Fe və b.) M-dən orqanogen elementlər (orqanogenlər) ayırırlar. (O, C, H, N) onlardan əsasən üzvi maddələr – zülallar, yağlar, karbohidrogenlər, fermentlər, harmonlar, vitaminlər və onların çevrilmə məhsulları alınır.

MİKROELEMENTLƏR – orqanizmdə az miqdarda (adətən 0,001% və daha az) təsadüf edilən kimyəvi elementlər. Müasir məlumata əsasən bitki və heyvan orqanizmlərində, həmçinin torpaqda 70-dən artıq mikroelement tapılmışdır. Mikroelementlərə bor, mis, kobalt, yod, manqan, molibden, dəmir, alüminium, brom, gümüş, nikkel və s. daxildir.

Bitkinin qida kimi istifadə etdiyi və ya məhsul şəklində torpaqdan aparılan maddələr gübrələr vasitəsi liə torpağa qaytarılmalıdır. Bu qanunun pozulması torpaq münbitliyinin itirilməsinə gətirib çıxarır. Yəni nəticə olaraq torpaq gücdən düşər və torpaq istifadəçisi istədiyi məhsulu istənilən keyfiyyətdə və kəmiyyətdə əldə edə bilməz. Kənd təsərrüfatı bitkilərinin qida maddələrinə tələbatı, bir qayda olaraq, onların məhsulla aparılmasım və ya təsərrüfat aparılmasını xarakterizə edir. Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin məhsulla torpaqdan apardığı qida maddələrinin miqdarı və onların nisbəti bitkinin növündən (hətta sortundan), onun kimyəyi tərkibindən, məhsuldarlığın səviyyəsindən və strukturundan asılıdır (cədvəl 6.4).



Cədvəl 6.4

Bitkilərinin məhsulla torpaqdan apardığı qida maddələrinin miqdan

Bitkilər

Məhsuldarlıq, sen/ha

Məhsulla torpaqdan aparılan maddələr, kq/ha

N

p2o5

k2O

1

2

3

4

5

Dənli

30-35

90-110

30-40

60-90

Dənli-paxlalı

25-30

100-150

35-45

50-80

Kartof

200-300

120-200

40-60

180-300

Şəkər çuğunduru

400-500

180-250

55-80

250-400

Qarğıdalı (yaşıl kütlə)

500-700

150-180

50-60

180-250

Kələm

500-700

160-230

65-90

220-320

Pambıq

30-40

160-220

50-70

180-240

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı artdıqca torpaqdan aparılan qida maddələrinin də miqdarı artır. Bu da onların yüksək dozada (gübrələmə vasitəsilə) torpağa qaytarılmasını tələb edir.

Torpağın gücünü qoruyuq saxlamaq üçün mütamadi olaraq becərilən torpaqlar analiz olunmalı əkiləcək bitkinin istəyinə və torpağın mövcud potensialına uyğun gübrələmə (üzvi və mineral gübrələmə birlikdə) aparılmalıdır. Torpaqların analizi üçün isə mütləq torpaq sahəsində nümunənin götürülmə yeri, zamanı, miqdarı, kəsimin qoyulma metodunu və s bilmək lazımdır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə