Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

 
64 
digər  fərqli  nöqteyi-nəzəri  təsdiq  və  yaxud  inkar  etmək,  çoxluğun 
qərarını  qəbul  etmək,  yaxud  öz  qərarının  üstündə  israr  etmək  və  s. 
xüsusiyyətlərin  formalaşmasına  bilavasitə  kömək  göstərməklə 
təfəkkürün tənqidliyi, müstəqilliyi və çevikliyinə zəmin yaradır.  
Rabitəli  nitqin  inkişafında  interaktiv  təlim  metodundan  istifadə 
edilir. Uşaq bağçasında ana dili təlimi zamanı qarşıya qoyulmuş başlıca 
vəzifələrdən biri də uşaqlara öz fikrini şifahi ifadə etməyi öyrətməkdir. 
Təbii ki, bu təlimin digər vəzifələri ilə qarşılıqlı şəkildə həyata keçirilir. 
Nitqin qabiliyyəti fikrin ardıcıl, məntiqi, dəqiq və məzmunlu olması ilə 
xarakterizə edilir. O, hər şeydən əvvəl məntiqi düşüncə tərzinin nəticəsi 
kimi  meydana  çıxır.  Deməli,  uşaqların  rabitəli  nitqinin  inkişafı  ilk 
növbədə  gerçəkliyi,  hadisələr  əsasında  əlaqəni  qavramaq  və  dil 
normalarına  yiyələnmək  səviyyəsindən  asılıdır.  Kiçik  yaşlı  uşaqların 
ümumi  inkişafının  göstəricilərindən  biri  kimi  çıxış  edən  rabitəli  nitq 
məşğələlərində  aşılanan  əməli  vərdişlər  sistemidir.  Ona  ardıcıl, 
məqsədyönlü  praktik  istiqamətdə  nail  olunması  mövcud  dərslikləri 
məzmunlu,  tərbiyəçilərin  peşəkar  səviyyəsi  və  təlim  metodlarının 
düzgün seçimi ilə sıx bağlıdır.  
Çalışmaların  böyük  əksəriyyəti  orfoqrafik  leksik  və  qrammatik 
məzmunlu rabitəsiz sözlər və cümlələr üzərində qurulmuşdur.  
Çalışmalar elə düşünülməlidir ki, burada mətni əks edən hissələrin 
bərpası  üzərində  iş  aparılsın.  Hər  halda  mövcud  dərsliklər  qənaətbəxş 
deyil.  uşaqlar  eşitdiklərini  öz  sözləri  ilə  ifadə  edirsə,  və  ya  müstəqil 
mühakimə  yürüdürsə,  deməli  mövzunu  mənimsəmişdir.  Uşaqların 
rabitəli  nitqinin  inkişafını  tərbiyəçi  peşəkarlığı  ilə  əlaqələndiririk. 
Tərbiyəçinin  işi  məşğələ  qurması,  uşaqları  istiqamətləndirmə  bacarığı, 
nöqsanları  aradan  qaldıra  bilər.  Ancaq  öz  işini  bilən  məşğələnin 
mərhələləri  arasında  düzgün  əlaqə  yaradan  və  təlim  prosesində  uşağı 
müstəqil,  sərbəst,  yaradıcı  işləməyi  bacaran  müəllim  çox  şeyə  nail  ola 
bilər.  
Tərbiyəçinin  peşəkarlıq  səviyyəsi  dərslik  və  şagirdlə  işləmək 
bacarığı ilə yanaşı, müasir təlim metodlarına hansı səviyyədə bələdliliyi 
ilə ölçülür.  
Qabaqcıl təcrübə göstərir ki, şagird fəallığı, müstəqilliyi əsasında 
tərtib  edilən  bu  metodlar  onların  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan 
təfəkkür və nitq qabiliyyətinin inkişafına yönəlmişdir.  
Müasir  məşğələ  inkişafetdirici  olmalıdır.  O  ümumən  uşaq 
dünyagörüşünün zənginləşməsi ilə yanaşı həyat üçün lazım olan praktik 
vərdişlərin  formalaşmasına  xidmət  etməlidir.  Bu  baxımdan  təlim 


 
65 
metodlarına  real  münasibət  prof.  Y.Kərimov  belə  bir  nəticəyə  gəlir… 
təlim  metodu  tərbiyəçi  və  uşaqların  birgə  fəaliyyətinin,  uşaqların 
bacarıq və vərdişlərinin, dünyagörüşünün formalaşması, qabiliyyətlərin 
inkişafını, həyata hazırlanmasını təmin edən yollardır.  
Beləliklə,  fəal  təlim  metodları  dedikdə,  uşaqları  təlim  prosesinə 
tam  hüquqlu  iştirakçısına  subyektinə  çevrilən  və  onlarda  müstəqilliyə, 
yaradıcılığa,  qarşılıqlı  ünsiyyətə  böyük  maraq  yaradan  praktik  yollar 
nəzərdə tutulur.  Bu  yollar içərisində  fəallaşdırma  məşqi, rollu  oyunlar, 
əqli  hücum,  sorğu  vərəqi,  cütlər  və  qruplar,  zəncirvari  hekayə  və 
şəkillər, müzakirə xarakterli detallar və s. hazırda təlim prosesinə sürətlə 
daxil  olmaqdadır.  Etiraf  etmək  lazımdır  ki,  ilk  mərhələdə  bu  iş 
üsullarının  çoxu  bəzi  tərbiyəçilər  tərəfindən  formal  mənimsənilərək 
konkret məşğələnin qarşısında qoyulmuş məqsədlərlə əlaqələndirilmirdi. 
Bu  qorxulu  tendensiya  formalizmə  aparıb  çıxarır.  Ancaq  yaradıcı 
tərbiyəçilərin  iş  təcrübəsi  göstərir  ki,  fəal  təlim  metodlarından 
məqsədyönlü  istifadə  məşğələni  canlı,  mütəşəkkil  təşkil  olunmuş  bir 
prosesə çevirir. Tərbiyəçinin yalnız istiqamətverici müdaxiləsi müşahidə 
olunan  belə  məşğələlər  eyni  zamanda  uşaqların  rabitəli  nitqinin 
inkişafında mühüm amil olur.  
Təcrübəmə  əsasən  bir  neçə  nümunəni  nəzərinizə  çatdırmaq 
istərdim.  «Yaz  gəlir»  şeiri  interaktiv  təlim  metodu  ilə  keçirilən 
məşğələlər  canlı  keçir.  məhz  bu  canlı  proses  uşaqların  fəal  işini  təmin 
edir, heç kəs məşğələyə biganə qalmır, hərə öz imkanı daxilində ümumi 
nəticənin alınmasına kömək göstərir.  
Rabitəli  nitqin  inkişafında  fəal  təlim  metodlarından  istifadənin 
səmərəliliyi mübahisəsizdir. Lakin ona aludə olmağı düzgün saymıram. 
Müəyyən hazırlıq aparılmadan, uşaqları müvafiq bilik və  məlumatlarla 
silahlandırmadan,  əməli  vərdişlərə  yiyələndirmədən  fəal  təlim 
metodlarından  istifadə  məzmunsuz  bir  formaya  çevrilir.  Fikirsiz  mətn 
söz yığımını xatırladır. Odur ki, fəal təlim metodları məqsədyönlü tətbiq 
edilmişdir.  Biz  tərbiyəçilər  unutmamalıyıq  ki,  interaktiv  təlim  metodu 
nə qədər yeni bir sahədirsə, bir o qədər də vacib və aktualdır. Odur ki, 
mən  interaktiv  təlim  metodlarından  istifadə  təlimin  keyfiyyətinin 
yüksəldilməsinin  mühüm  vasitəsi  olduğunu  bir  daha  açıqlamaq 
istəyirəm.  
Biz uşağı gələcək həyata hazırlamaqla kifayətlənməməli, onun bu 
gününün, uşaqlıq, yeniyetməlik və gənclik illərinin maraqlı qurulmasına 
çalışmalı, uşaqlarla münasibətdə ayrı-seçkiliyə yol verilməməli, onların 
öz  rəylərini  sərbəst  ifadə  etmələrinə,  ideyalar  vermələrinə  şərait 


 
66 
yaratmalıyıq.  Məhz  buna  görə  də  bu  gün  tədris  prosesinin  bütün 
mərhələlərində,  tərbiyəçilərimiz  müasir  məşğələlərin  tələblərinə  yeni 
interaktiv təlim metodlardan istifadəyə əsaslanmalıdırlar.  
Demokratikləşmə  və  ümumiləşmə  prosesində  interaktiv  təlim 
metodunun  dastanlar  özünün  müxtəlif  variantları  vardır  ki,  bunlardan 
biri də konstruktiv təlim metodudur. Bu metodun da fəaliyyəti, məqsədi, 
mənası,  məğzi  uşaqlara  yeni  üsulla  bilik,  bacarıq  və  vərdişləri 
aşılamaqdır. Konstruktiv təlim metodu dedikdə biz bunun mənasını dərk 
etməliyik.  Yığcam  şəkildə  bunu  ortaq  məxrəcə  gəlmək  kimi  başa 
düşmək olar. Konstruktiv təlim isə bu günkü məşğələlərin səviyyəsinin 
yüksəlməsinə geniş yaradıcı və yaradıcı təxəyyülü inkişaf etdirir.                                    
Dünya bankının təhsil üzrə ekspertləri ənənəvi məşğələnin müasir 
məşğələdən  nə  ilə  fərqləndiyini  izah  edərkən  bizdə  və  onlarda  qrup 
otaqlarında  stulların  yerləşdirilməsini  əks  etdirən  iki  sxematik  şəkil 
çəkdilər. Biz ön sırada düzülmüş stullar, üzü tərbiyəçiyə tərəf oturmuş 
uşaqlar, 5-6 nöqtədə qoyulmuş stullar ətrafında üz-üzə oturmuş uşaqlar. 
Təlim  metodları  pedaqoji  texnologiyaların  dili  ilə  yox,  ən  sadə 
sxemlərlə müasirliyi bizə nümayiş etdirir.  
Bəzi tərbiyəçilər frontal sorğuya üstünlük verir, müxtəlif paylama 
materiallarından  istifadə  edir,  yeni  dərsin  izahında  problem  stiuasiyası 
yaradaraq sual-cavabla məşğul olurlar.  
Deməli,  məşğələ  o  zaman  müasir  sayıla  bilər  ki,  hər  bir  uşaq 
ondan faydalana bilsin. Bu tələblərin reallaşması məhz interaktiv təlim 
metodlarının tətbiqi ilə mümkündür.  
İnteraktiv terminini dialoqu əlaqədə fəaliyyət göstərmək kimi izah 
olunur.  İnteraktiv  təlim  metodlarının  tətbiqi  tədris  prosesini 
intensivləşdirir,  onu  hər  bir  uşaq  üçün  daha  əhəmiyyətli  və  maraqlı 
fəaliyyət  sahəsinə  çevirir,  məşğələdə  fəaliyyətin  maksimum  artmasına 
zəmin yaradır, təlimin inkişafetdirici aspektini gücləndirir.  
İnteraktiv təlim metodlarını nəzərdən keçirək: 
1.Rollu oyunlar-bu uşaqlar tərəfindən oynanılan kiçik pyesdir.  
2.Cütlər  və  qruplar  –  uşaqlar  arasında  qısamüddətli  hər  hansı 
məsələ ilə bağlı fikir mübadiləsi aparmaqdır.  
3.Əqli hücum  –hər hansı suala cavab axtarılması zamanı istifadə 
olunur.  
4.Söz  assosiasiyaları-tərbiyəçi  mövzunun  əsasını  təşkil  edən  bir 
sözü  sinfə  təklif  edir,  uşaqlar  həmin  sözlə  əlaqədar  assosiativ  şəkildə 
xatırladıqları sözləri bir-iki dəqiqə ərzində yazırlar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə