Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   26

 
74 
İnteraktiv  təlim  metodu  kimi  suallardan  da  geniş  istifadə  edilir. 
Uşaqlara düşündürücü suallara müraciət olunur. Onların bu və ya digər 
hadisə  haqqında  düşünmələrinə,  onu  təhlil  edib  nəticə  çıxarmalarını 
imkan  yaradılır.  Bədii  ədəbiyyat  məşğələsində  xeyirxahlığa  dair 
oxuduğu hekayə üzrə belə bir sual vermək olar: 
--Uşaqlar,  əgər  sizin  istənilən  bir  arzunuzun  yerinə  yetirilməsi 
imkanınız olsaydı, nə arzulayardınız? 
Uşaqlar çox zaman öz şəxsi arzularını həyata keçirmək istəyirlər. 
Belə bir halda onları başqaları haqda da düşünməyi öyrətmək  məqsədi 
ilə deyir: «Əgər mənim belə bir imkanım olsaydı mən arzulayardım ki, 
sizin  heç  biriniz  heç  vaxt  xəstələnməyəsiniz».  Bundan  sonra  uşaqların 
cavabı müxtəlif olur. Mən istəyirəm ki, çoxlu yağış yağsın. Ona görə ki, 
çoxlu meyvə yetişsin və hamıya çatsın. Uşaqların növbəti cavabları onu 
göstərir ki, onlar istiqamətverici sözlərinə biganə qalmırlar. Onlar arzu 
edirlər ki, valideynləri heç vaxt dalaşmasın, heç vaxt müharibə olmasın, 
hər  yerdə  çoxlu  gül-çiçək  olsun.  Tez-tez  uşaqlarla  oxunmuş  müəyyən 
əsər  üzrə  müzakirələr  keçirilir.  Bunun  üçün  problem  stiuasiyalı  bədii 
əsər  seçilir.  Tolstoyun  «sınmış  fincan»  hekayəsi  üzrə  müzakirə 
keçirərkən  «Niyə  uşaq  fincanı  sındırdığını  boynuna  alırdı?»  sualına 
uşaqlar  belə  cavab  verirlər:  «Ona  görə  ki,  atası  onu  cəzalandırmasın. 
Böyük məktəbəqədər yaşlı uşaqlar yalan danışmağın pis aadət olduğunu 
soruşduqda onu adətən, cəzalandırmaqla əlaqələndirirlər».  
Əgər cəzalandırmasa, onda necə? Sualına cavab verməkdə çətinlik 
çəkirlər. Təbii ki, xeyirxahlıq, düzlük, doğruçuluq, qorxu hissindən irəli 
gəlməməlidir.  
Uşaqlara izah edilməlidir ki, yalan başqalarına böhtan atılmasına, 
onların  pis  vəziyyətdə  qalmasına  səbəb  olur,  onu  eşidənlər  aldanırlar. 
Yalan danışsan adamı cəzalandırırlar. İnsanın yalan danışmasını heç kəs 
bilməsə də o yalan danışanda özü-özündən utanır.  


 
75 
Oxunmuş  müəyyən  əsər  üzrə  müzakirə  keçirdikdə  biz  uşaqların 
hissələrin  fəallaşdırır,  təfəkkürünün  müstəqilliyini    inkişaf  etdirmiş 
oluruq. Məlumdur ki, qrupdakı 20 uşaqdan yalnız 5-6 uşaq məşğələlərdə 
fəal  olurlar  və  onlar  müstəqil  öyrənmə  qabiliyyətinə  malik  olurlar. 
Qalan uşaqları – məşğələyə cəlb etmək, onlarda öyrənməyə maraq hissi 
oyatmaq  üçün  təlimin  səmərəliliyini  artırmaq  məqsədi  ilə  biz  mənəvi 
izahedici  illustrativ  metoddan  əsaslı  surətdə  fərqlənən  qrupda  təlim 
formasından istifadə edirik.  
Üzləşdiyimiz  maddi  çətinliklər  hər  məşğələdə  qruplarla  iş 
üsulundan  istifadə  etməyə  imkan  vermir,  lakin  biz  çalışırıq  ki,  heç 
olmasa  ayda  bir  dəfə  də  olsa  məşğələlərimizi  bu  iş  üsulundan  istifadə 
etməklə  quraq.  Məsələn,  riyaziyyat  məşğələlərində  uşaqları  dörd 
nəfərdən  ibarət  qruplarda  birləşdirir,  hər  qrupa  məşğələ  yerinə 
yetirilməsi  nəzərdə  tutulan  eyni  proqramın  məzmunu  üzrə  tapşırıqlar 
verilir.  Əşyaların  sayını  müəyyənləşdirmək    və  rəqəmlər  arasında  bu 
rəqəmi  dairəyə  almaq,  eyni  həndəsi  fiqurları  tapmaq.  Hansı  rəqəmin 
yazılmadığını  müəyyənləşdirmək,  neçə  əşyanın  üstünlüyünü  gözəyarı 
müəyyən  etmək.  Qrupları  uşaqların  intellektual  səviyəsini  nəzərə 
almaqla da təşkil etmək olar. Bu təlim forması zamanı uşaqlar çalışırlar 
ki, problemi birgə həll etsinlər. Hər uşaq öz fikrini söyləsin.  
Eyni  zamanda  dinlənilmiş  olsun.  bu  cür  təlim  forması  bütün 
uşaqlara  öz  imkanlarını  həyata  keçirməyə,  müstəqil  öyrənmə 
qabiliyyətinin  inkişafına  və  təlimin  fərdiləşdirilməsinə  şərait  yaradır. 
Düşünmək  bilik  və  bacarığın  yaradıcısı,  prosesin  vacib  amilləridir. 
Təəssüf  ki,  uşaqlarımızda  bilik  və  bacarıq  düşünməkdən  daha  çox 
üstünlük  təşkil  edir.  Bu  baxımdan  təlim  prosesində  uşaqlarda  ilk 
növbədə  yaradıcı  qabiliyyətləri,  təfəkkürü,  müstəqilliyi  inkişaf 
etdirməyə çalışırıq. Bütün bunlar isə uşaqlara bilik əldə etməyə, bacarıq 
və  vərdişlər  qazanmağa  kömək  edir.  Biz  çalışırıq  ki,  təlim  prosesini 


 
76 
təcrübə və  araşdırma işləri ilə paralel aparaq, çünki dərk edərək yadda 
saxlama, yaradıcı fəaliyyət prosesində qazanılmış biliklər daha möhkəm 
və dərin olur.                  


 
77 
TARĠX ÜZRƏ ĠNTERAKTĠV DƏRSLƏRĠN MÜXTƏLĠF 
MODELLƏRĠ 
 
MƏNBƏLƏRĠN ÖYRƏNĠLMƏSĠ ÜZRƏ DƏRSLƏR 
Mənbələrin  öyrənilməsi  və  onlar  əsasında  tarixi  vəziyyətin 
göstərilməsi  olduqca  vacib  əhəmiyyətə  malikdir.  Mənbələrin 
öyrənilməsi  üzrə  dərs  müxtəlif  bilik  mənbələri  ilə  (müəllimin  şifahi 
hekayəti, yazılı mətni, illüstrasiyalar, xəritələr, videomateriallar və s.) işi 
təşkil  etməyə,  şagirdlərə  tarixi  faktların  təhlili,  təsnifatı  və 
sistemləşdirilməsi  üsullarını,  onların  ümumiləş-dirilməsini  və  öz 
mövqeyini  əsaslandırmasını  öyrənməyə  imkan  verir.  Belə      dərslər 
şagirdlərin tədqiqat fəaliyyətini stimullaşdırır. Şagirdlərin müstəqil təhlil 
işini müxtəlif  dərs formalarının köməyi ilə təşkil etmək olar.  
 
A) «BĠLĠK MÜBADĠLƏSĠ» MODELĠ. DƏRSĠN SXEMĠ 
1.Təlimatlandırma. Müəllim dərsin ümumi mövzusu çərçivəsində 
bir  neçə  eyni  mənalı  sual  seçir.  Sinif  müvafiq  olaraq  suallardan  birini 
öyrənmək  üçün  kiçik  qruplara  bölünür.  Hər  qrupa  öz  «mənbələr 
paketi»ni və tapşırığını alır.  
2.Tədqiqat. hər qrup öz sualını mənbələr üzrə tədqiq edir və bütün 
sinif üçün izahat hazırlayır. 
3.Bilik  mübadiləsi. Qruplar növbə ilə çıxış edir və sinif işlərinin 
nəticələri ilə tanış edir. Hər qrupun cavabına diqqəti fəallaşdırmaq üçün, 
bütün sinf ümumi tapşırıq verilməsi olduqca vacibdir. Bu problemi sual, 
ümumiləşdirilmiş və müqayisəli cədvəllərin doldurulması və s. ola bilər.  
 
B)«NÖMRƏLƏNMĠġ ĠġTĠRAKÇILAR» MODELĠ. DƏRSĠN 
SXEMĠ  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə