Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   26

 
93 
Qrupların  işləri  təhlil  olunur,  bu  işlərdə  eyni  bəndlərin  altından 
xətt çəkilir. 
Bu mərhələnin məqsədi – «Himn» anlayışını formalaşdırmaq. 
4-cü mərhələ. 
Müəllim    «himn»  anlayışının  tərifi  yazılmış  mətnləri  qruplara 
paylayır: 
Himn – 1) Dövlət və ya sosial birliyin rəmzi kimi qəbul olunmuş  
təntənəli mahnıdır; 2) Mədhedici mahnıdır, musiqi əsəridir. 
Müəllim şagirdlərə təklif edir ki, mətni oxusunlar və onu qrupların 
qeydləri ilə müqayisə etsinlər. 
Bu  mərhələ  şagirdlərin  «himn»  anlayışı  haqqında  biliklərini 
ümumiləşdirməyə və genişləndirməyə kömək edir. 
Müəllim  şagirdlərə  deyir  ki,    hər  hansı  dövlətin  mühüm  əlaməti 
onun  atributları,  rəmzləridir.  Bunlar  gerb,  bayraq  və  himndir.  Dövlət 
rəmzləri müqəddəs, toxunulmaz sayılır. Bütün zamanlarda öz bayrağını 
düşmən  qarşısında  yerə  tullamaq,  öz  ölkəsinin  himnini  əyləşmiş  halda 
dinləmək rüsvayçılıq sayılmalıdır. 
Bu yerdə müəllim sinfə belə bir suallar müraciət edə bilər: 
-Nə üçün himni ayaq üstə dinləmək qaydası qəbul olunmuşdur? 
Müəllim  şagirdlərə  belə  bir  nəticə  çıxarmaqda  kömək  edir  ki, 
himnə,  dövlət  rəmzlərinə  göstərilən  hörmət  dövlətə,  ölkəyə  hörmət 
deməkdir. 
5-ci mərhələ. 
Bu  mərhələdə  qabaqcadan  hazırlanmış  şagird  «Azərbaycan 
Respublikası Himninin yaranma tarixindən» mövzusunda aşağıdakı plan 
üzrə məlumat verir.  
1) Azərbaycan Respublkiasının himni hansı ildə yaradılmışdır? 
2) Himnin yaradıldığı tarixi şəraitin xarakteristikası. 
3) Himnin sözlərinin və musiqisinin müəllifləri 


 
94 
Məlumat təhlil olunur 
Bu  mərhələnin  məqsədi  şagirdlərə  tarixi  materiallarla  işləməyi 
öyrətmək,  Azərbaycan  Respublikası  himninin  yaradılması  tarixinə  dair 
məlumatlar əldə etməkdir. 
6-cı mərhələ 
Azərbaycan Respublikası himninin kollektiv şəkildə ifa edilməsi. 
Bu öz dövlətinin himninə hörmət, Vətənə məhəbbət, onunla fəxr etmək 
hissləri oyadır. 
Şagirdlərin qiymətləndirilməsi 
 


 
95 
Azərbaycan tarixi, XI sinif 
 
MÖVZU: NEFT-SUVEREN AZƏRBAYCAN 
RESPUBLĠKASININ MĠLLĠ SƏRVƏTĠDĠR 
Vaxt: 45 dəqiqə 
Məqsəd:  1.  Azərbaycan  Reəpublikasının  neft  strategiyasının 
qiymətləndirilməsi üçün neft sahəsində müxtəlif mülkiyyət formalarının 
üstünlük və çatışmazlıqlarının açılması. 
2. Şagirdlərdə: 
-çətin  və  birmənalı  olmayan  vəziyyətlərdə  –  neft  üzərində 
mülkiyyətin müxtəlif formalarının təhlili zamanı – düşünülmüş qərarlar 
qəbul etmək; 
-tarix  və  iqtisadiyyat  dərslərində  əldə  edilmiş  bilikləri  bu 
problemin həllinə tətbiq etmək bacarıqlarını formalaşdırmaq. 
3.  Öz  ölkəsinin  milli  sərvəti  üçün  qürur  hissi  və  mühüm 
məsələlərin həlli zamanı məsuliyyət hissi tərbiyə etmək. 
Təchizat: 
- «Azərbaycan hansı təbii ehtiyatlarla zəngindir?» plakatı; 
- 4 ədəd cədvəli vatman kağızı; markerlər. 
Dərsin gediĢi: 
1-ci mərhələ. Əqli hücum. 
Yazı  taxtasında  plakat  asılır.  Müəllim  şagirdlərə  sual  verir: 
«Azərbaycan hansı təbii sərvətlərlə zəngindir?» Şagirdlərin cavabları bu 
plakata yazılır. 
Asılmış  vərəq  dolanda  müəllim  şagirdlərə  deyir  ki,  bugünkü 
dərsdə söhbət ölkəmizin əsas sərvətindən – neftdən gedəcək. 
Bu  mərhələ  müəllimə  kömək  edəcək  ki,  şagirdlərin  Azərbaycan 
Respublikası  təbii  sərvətlərinə  dair  ümumi  biliklərini  aşkarlasın  və 
dərsin mövzusuna keçsin. 


 
96 
2-ci mərhələ. Qərarlar ağacı. 
Müəllim  bildirir  ki,  əsrlər  boyu  neft  ölkəmizin  iqtisadiyyatında 
böyük  rol  oynamışdır.    Müxtəlif  vaxtlarda  bu  təbii  sərvət  xarici  özəl 
sahibkarların, milli burjuaziya nümayəndələrinin mülkiyyəti olmuş, elə 
dövr  də  olmuşdur  ki,  neftin  çıxarılması  dövlətin  inhisarında  olmuşdur.  
Bizim  günlərdə  isə  neft  yataqlarının  işlənməsi  suveren  Azərbaycanın 
iqtisadiyyatının dirçəlməsində aparıcı rola malikdir. Muasir Azərbaycan 
Reəpublikasında  iqtisadiyyatın  inkişafı  müxtəlif  mülkiyyət  formalarına 
əsaslanır.  Azərbaycan  Respublikasının  neft  strategiyasının  işlənib 
hazırlanması da bu prinsipial müddəalara əsaslanır. 
Müəllim sinfi hərəsində 4-6 nəfər olmaqla 4 qrupa bölür. 
Qruplara  tapĢırıq.  Müəllim:  «Təsəvvür  edin  ki,  sizə  milli  təbii 
neft  sərvətlərinin  taleyini    həll  etmək  ixtiyarı  verilib.  Bu  sərvətlərin 
çıxarılmasını  kimə  tapşırardınız:  dövlətə,  Azərbaycan  özəl  sektoruna, 
yoxsa  ki  xarici  şirkətlərə?  Hər  bir  qrup  təklif  olunan  hər  üç  variantı 
nəzərdən  keçirir,  onlardan  hər  birinin  üstün  cəhətlərini  və 
çatışmazlıqlarını qeyd edir və yalnız bundan sonra müəyyən qərara gəlir 
– variantlardan birini seçir». 
 
Problem vatman kağızı üzərində belə verilir: 
 
İqtisadiyyatın yüksəldilməsi üçün neft ehtiyatlarının işlənməsi 
ixtiyarını  verərdiniz 
Dövlət sektoruna 
Azərbaycan özəl 
sektoruna 
Xarici özəl sektora 






Qərar: 
 
 
 


 
97 
Cavab «Qərar» xanasına yazılır, üstü örtülür. 
Hər  qrup  yazıları  oxuyur,  amma  gəldiyi  qərarı  bildirmir.  Bunu 
müəyyənləşdirmək  digər  qruplara  təklif  olunur.  Həmin  qruplar  qəbul 
olunan qərar haqqında öz fikirlərini bildirir.  
3-cü mərhələ. Yekun  
Müəllim  deyir:  həyatda  elə  vəziyyətlərimiz  olur  ki,  biz  çox 
düşünmədən dərhal bir qərara gəlməli oluruq. Bu zaman bütün mümkün 
variantları nəzərdən keçirmək, «lehinə» və «əleyhinə» olan məqamların 
hamısını  ölçüb-biçmək  və  yalnız  bundan  sonra  qərar  qəbul  etmək 
lazımdır.  Bizim  indicə  yerinə  yetirdiyimiz  tapşırıq  düşünülmüş  qərar 
qəbul etməkdə yardımçı oldu. 
Şagirdlərin qiymətləndirilməsi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə