Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

 
70 
Tərbiyəçi məharəti ondan ibarətdir ki, şagirdlə müəllim, tərbiyəçi 
ilə  məktəbəqədər  yaşlı  uşaqların  arasında  ittifaqın  yaranması,  bilik 
qazzanmanın  asanlaşdırılması  və  şagirdə  düşünmə  imkanının 
verilməsindən  əsasdır.  Məktəbəqədər  sahədə  yeni  təlim  metodlarının 
tətbiqi  problemini  xeyli  aktuallaşdırır.  Bu  gün  dünya  təcrübəsində 
müasir təlim metodlarından, o cümlədən interaktiv təlim metodlarından 
geniş istifadə olunur. 
Müasir sosial-mədəni problemlər uşaqları kosmik səviyyədə geniş 
düşünməyi  öyrətmək  kimi  tələblər  irəli  sürür.  Uşaqlara  bu  metodla 
öyrətməyi öyrənməyi bacarmaqdır. Onlara müəllimi diqqətlə dinləmək, 
müstəqil  işləmək, 
oxuduqlarını 
başa 
düşmək, 
tutuşdurmaq, 
qiymətləndirmək, təşəbbüskar və yaradıcı olmaq vərdişləri aşılamaq son 
dərəcə vacibdir. 
Fikir  mübadiləsindən  əvvəl  «Əqli  hücum»  metodikasından 
istifadə  edərək  uşaqlarla  birgə  müzakirə  aparmaq  qaydaları  plakatını 
hazırladıq. 
1.
 
Danışanı dinləmək 
2.
 
Danışanın sözünü kəsməmək. 
3.
 
Danışanın fikrinə mədəni şəkildə etiraz etmək. 
4.
 
Danışmaq istəyəndən əlini qaldırmaq. 
5.
 
Heç kimin fikrini lağa qoymamaq və s. 
 


 
71 
YENĠ PEDAQOJĠ TƏFƏKKÜRƏ ƏSASLANAN 
ĠNTERAKTĠV METODLARIN TƏTBĠQĠ TƏCRÜBƏSĠNDƏN 
ĠSTĠFADƏ ETMƏ YOLLARI 
 
Yeni 
pedaqoji 
təfəkkür 
dedikdə, 
ilk 
təhsilin 
demokratikləĢdirilməsi,  differsiallaĢdırılması  və  fərdiləĢdirilməsi 
nəzərdə tutulur. 
Pedaqoji  kollektivlərin  fəaliyyəti  bilavasitə  uşaqların mənafeyinə 
xidmət etmək istiqamətinə yönəldilmişdir. Biz pedaqoji işçilər çalışırıq 
ki, gün ərzində uşaqların həyatını maraqlı, məzmunlu quraq, diqqətimizi 
ilk  növbədə  onların  intellektual  və  yaradıcı  inkişafına,  məntiqi 
təfəkkürünün  formalaşmasına,  təhliletmə,  ümumiləşmə  aparma,  əqli 
nəticə  çıxarma  üzrə  bacarıq  və  vərdişlərin  təşəkkülünə  yönəldək, 
təfəkkürün  maksimum  dərəcədə  inkişafını  nəzərə  alaq,  təlim  prosesini 
onlar  üçün  tədqiqatçılıq,  araşdırmalar  sahəsinə  təcrübə  meydançasına 
çevirək. 
Uşaqların  öz  baxışlarını,  rəylərini  sərbəst  və  azad  ifadə  etmək 
informasiya almaq, ideyalar vermək, çalışmaların inkişafı üçün təhlükə 
törədə  biləcək  fəaliyyətdən  kobud  rəftardan,  mənəvi  və  fiziki 
zorakılıqdan qorunmaq və s. kimi hüquqları vardır. Bu hüquqlar «Uşaq 
hüquqları  haqqında»  Azərbaycan  Respublikasının  qanununda  təsbit 
olunmuşdur.  Biz  də  uşaqlara  münasibətdə  ayrı-seçkiliyə  yol  vermir, 
uşaq  hüquqlarına  hörmətlə  yanaşır,  onların  hüquqlarının  qorunmasını 
təmin etməyə çalışırıq. Yeni pedaqoji təfəkkürün məntiqi tələbi də məhz 
ondan  ibarətdir  ki,  hər  cür  tərbiyə  təlim  müəssisəsi  hüquqi  məkana 
çevrilməli,  orada  qanunların  aliliyi  təmin  olunmalıdır.  Təlim-tərbiyə 
prosesində  biz  mövcud  təlim  metodlarından  mahiyyətcə  əsaslı  şəkildə 
fərqlənən  müasir,  intensiv  metodlardan  geniş  istifadə  etməyə  çalışırıq. 
«İnteraktiv»  termini  dialoq  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərmək  kimi 


 
72 
izah olunur. İnteraktiv təlim metodlarının tətbiq edilməsi təlim prosesini 
xeyli intensivləşdirir, onu hər bir uşaq üçün daha əhəmiyyətli və maraqlı 
fəaliyyət  sahəsinə  çevirir,  məşğələlərdə  uşaq  fəallığının  maksimum 
artırılmasına zəmin yaradır. 
Təlim-tərbiyə prosesində bu metodların tətbiq edilməsi uşaqlarda 
müstəqil  düşünmək,  sərbəst  rəy  söyləmək,  hər  hansı  məsələ  barədə 
başqasının  fikrinə  münasibət  bildirmək  və  s.  xüsusiyyətlərinin 
formalaşmasına  bilavasitə  kömək  etmək  təfəkkürün  tənqidliyi, 
müstəqilliyi, çevikliyinə zəmin yaradır. 
Təlim-tərbiyə  prosesində  rollu-sujetli  oyunlar,  cütlər  və  qruplar, 
əqli  hücum,  habelə  suallar,  ümumi  diskusiya,  rəsm  etmə,  şəkil  və 
fotoşəkillər,  kollektiv  təlim  üsulu  kimi  interaktiv  metodlardan  istifadə 
edirik. 
Rollu-sujetli  oyunlar  uşaqlar  tərəfindən  böyük  maraq  və  həvəslə 
qarşılanıb.  Bu  oyunları  keçirməkdə  başlıca  məqsədimiz  uşaqlara  tanış 
olan  hər  hansı  hadisənin,  prosesin  əyani  canlandırması  vasitəsi  ilə 
qanunauyğunluqların,  səbəb-məqsəd  əlaqələrinin  daha  dərindən  dərk 
edilməsinə  kömək  göstərməkdən  ibarətdir.  Rollu-sujetli  oyunlardan 
«Mağaza», «Poçt», «Məktəb», «Kitabxana», «Xəstəxana» kimi oyunları 
uşaqlar böyük həvəslə oynayırlar. 
«Xəstəxana» oyunu zamanı uşaqların həkim, onun vəzifəsi, işinin 
nədən ibarət olması, xəstələrlə incə davranması haqqında olan bilik və 
təsəvvürləri  aşkar  edilir.  Bu  oyuna  belə  bir  yenilik,  yaradıcılıq  əlavə 
etmək  olar  ki,  həkimin  xəstələrə  yazdığı  dərmanlar  içərisində 
«Qorxuqluq»,  «Hiyləgərlik»,  «Xəbərçilik»  və  s.  əleyhinə  dərmanlar 
əlavə olunur. 
Göründüyü    kimi  bu  oyun  vasitəsi  ilə uşaqların  həm  həkimin  işi 
haqqında olan biliklərini möhkəmləndirir, həm reseptlə dərmanın alınma 


 
73 
qaydasını öyrənir, həm də onlarda doğruçuluq, xeyirxahlıq, cəsarət kimi 
əxlaqi keyfiyyətlərin formalaşmasına şərait yaranır. 
Məlumdur  ki, uşaqlara  məşğələlərdə  verdiyimiz  biliklər  müxtəlif 
fəaliyyət zamanı, həmçinin oyunlar prosesində təkrarlanarsa, onlar daha 
sabit və möhkəm olar. Rollu-sujetli oyunlardan başqa uşaqlarla yaradıcı 
oyunlar da keçirilir. Xeyirxahlıq, dostluq, şənlik və fantaziya şəraitində 
keçən yaradıcı oyunlar zamanı hətta həyatın ilkin çağlarından uşaqların 
yaradıcılıq  qabiliyyətlərinin  inkişafı  mümkündür.  Bu  baxımdan 
müəyyən  stolüstü  oyun  tərtib  etmək  mümkündür.  Kibrit  qutularından 
düzəldilən  «domino»  oyunu  iki  və  ya  üç  variantda  verilir.  Rəngli 
dominoda  yeddi  əsas  rəng  olur.  Oyunu  iki  və  ya  dörd  uşaq  arasında 
oynamaq  və  ya  təşkil  etmək  mümkündür.  «Nərd»  oyununn  da  da  həm 
rəngli  daşlardan,  həm  də  həndəsi  fiqurlardan  istifadə  etmək  olar. 
Məşğələlərdə təlim etdiyimiz rəng və forma anlayışı bu stolüstü oyunlar 
prosesində daha yaxşı mənimsənilir və möhkəmləndirilir. Eyni zamanda 
«Fanqram», «Özün düzəlt» kimi oyunlar keçirilir. «Fanqram» oyununda 
uşaqlar bir neçə eyni həndəsi fiqurdan müəyyən bir forma alırlar. «Özün 
düzəlt»  oyununda  uşaqlar  müxtəlif  həndəsi  formalardan  ev,  ev 
heyvanları, quşlar və s. düzəldirlər. «Nəqliyyat vasitələri» mövzusunda 
şəkillər tərtib edirlər.  
Söz  assosiasiyaları  yolundan  isə  uşaqların  hər  hansı  bir  mövzu 
haqqında  nə  bildikləri  və  ya  mövzunu  necə  mənimsədiklərini 
müəyyənləşdirmək  məqsədi  ilə  istifadə  edilir.  Gəzinti  zamanı  ağacları 
müşahidə edəndən sonra uşaqlara belə bir oyun oynamağı təklif edilir. 
Onlara ağac sözü deyilir, onlara eşitdikləri sözlə əlaqədar xatırladıqları 
sözləri demək xahiş olunur.  
Uşaqlar  bu  sözə  aid  müxtəlif  sözlər  deyirlər  və  ya  payız  sözünə 
uyğun gələn sözlər xatırladılır (soyuq, külək, qara buludlar, yağış, xəzan 
və s.) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə