Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

 
61 
İnteraktiv  təlim  zamanı  müəllim  üçün  ən  yaxşı  iş  formalarından 
biri qruplar üzrə əməkdaşlıq təlimini təşkil etməkdər. Bu zaman qrupda 
uşaqları  ya  dairəvi,  ya  da  qrup  halında  yerləşdirmək  lazımdır. 
Məşğələnin  gedişində  tərbiyəçi  onlara  necə  işləmələri  barədə  məsləhət 
yerə bilər. Ancaq heç vaxt tərbiyəçi uşaqlara öz iradəsini, istəyini qəbul 
etdirə  bilməz,  bu  zaman  uşaqlara  sərbəstlik  vermək  lazımdır.  Ancaq 
uşaqlar  məşğələnin  gedişində  özləri  kollektiv  fəaliyyətin  fərdi  işdən 
üstünlüyünü  hiss  etməlidirlər.  Belə  olduqda  uşaqlar  dərk  edirlər  ki, 
kollektiv kiçik olsa dastanlar müəyyən problemləri müstəqil həll etmək 
qüvvəsinə  malikdir.  Məhz  burada  təlim  prosesində  həm  də  kollektiv 
tərbiyə  zərurəti  yaranır.  İnteraktiv  təlim  metodu  həm  də  tərbiyəyə  öz 
müsbət təsirini göstərir. Uzunmüddətli fəaliyyət zamanı uşaqlar həm də 
mövqelərinin doğruluğunu müdafiə etməyə yiyələnirlər. Azərbaycan dili 
təliminin ilk mərhələsi səslərin öyrənilməsi dövründən başlayır. Belə ki, 
ayrı-ayrı səslərin tələffüzü sözlərin tələffüzünə gətirib çıxarır.  
Sözlərin birləşərək cümlələr yaratmasına imkan  verir və bu dövr 
Azərbaycan  dilinin  hazırlıq  mərhələsidir.  Dilin  təlimi  isə  sait  və  samit 
sözlərindən, səslərin eşidilməsindən, hərflərin isə həm görünüb, həm də 
yazılmasından başlayır.  
Sait  və  samit  səslər  haqqında  uşaqlara  aşağıdakı  tapşırıqları 
vermək olar.  
1-ci  qrupdan  olan  uşaqlara  tapşırır  ki,  sait  səslə  başlanan  beş 
hərfdən ibarət söz deyin.  
2-ci qrupa samitlə başlanan beş hərfdən ibarət söz deyin. 
3-cü  qrupa  tapşırır  ki,  saitlə  qurtaran  bir  söz  deyin  və  həmin 
sözlərdə  sait  səsləri  qırmızı  dairələrlə,  samit  səsləri  isə  göy  dairələrlə 
işarə edin və sözlərdə neçə sait və neçə samit səsin olduğunu tapın. Sait 
səslərin çox və ya samit səslərin çox olduğunu göstərin. Sözdə neçə səs 
və ya neçə samit olduğunu rəqəmlərlə göstərin. Hər bir qrup özü izahat 
verir,  digər  qrup  isə  münasibət  bildirir.  Sonda  özünü  qiymətləndirmə 
gedir. Tərbiyəçi özü tapşırığı yekunlaşdırır.                                                            
 


 
62 
MƏKTƏBLİLƏRİN  TƏLİM  PROSESİNDƏ  İNTERAKTİV 
TƏLİM METODUNDAN İSTİFADƏ YOLLARI  
 
Qrupdakı uşaqların ayrı-ayrı mərkəzlərdə bölüb tapşırıqlar vermək 
olar.  
1-ci mərkəz nitq inkişafı. 
2-ci mərkəz riyaziyyat. 
3-cü mərkəz incəsənət. 
Hər mərkəz ana sözünə aid bildiyini söyləyir.  
1.Nitq inkiĢafı mərkəzi. 
«Ana mənə çox əzizdir» 
«Ana bizim zəhmətimizi çəkir» 
«Mən anamı çox sevirəm» 
«Ana hamıdan gözəldir» 
«Ana bizi böyüdür» 
Başqa bir uşaq ana haqqında şeir söyləyir.   
2.Riyaziyyat mərkəzi. 
 
Ana  sözünün  üç  səsdən  ibarət  olduğunu  söyləyir.  Ana  sözü  «a» 
saitinin və n samitinin köməyi ilə düzəldilib. Bu sözü 2 hecaya ayırmaq 
olar: a-na. Ona görə ki, burada iki sait var.  
3.Ġncəsənət mərkəzi. 
Uşaqlar  anaya  aid  şəkil  çəkirlər.  Digər  uşaq  ananın  yanında  öz 
şəklini  də  çəkir.  Sonra  hər  bir  mərkəzin  cavabı  dinlənilməli, 
qiymətləndirilməli, daha yaxşı cavab verən mərkəz alqışlanmalıdır.  
Ümumiyyətlə,  uşaqlara  hər  bir  öyrənilən  sözü  asanlıqla  hecalara 
bölməyin  yollarını,  hər  bir  hecanın  saitlə  düzəldiyini,  belə  hecaların 
saitlərlə müqayisə etməyin mümkün olduğunu öyrətmək lazımdır.  
İnteraktiv  təlim  metodlarından  biri  də  rollu  oyunlardır.  Süjetli-
rollu  oyunlar  uşaqlara  tanış  olan  hər  hansı  hadisənin,  prosesin,  əməlin 
əyani  canlandırılması  vasitəsi  ilə  səbəb  məqsəd  əlaqələrinin 
qanunauyğunluqlarının  daha  dərindən  dərk  edilməsinə  kömək 
göstərməkdən  ibarətdir.  Süjetli-rollu  oyunları  müxtəlif  məşğələlərin 
tədrisi  zamanı,  təlim  prosesinin  müxtəlif  sahələrində,  müxtəlif 
tədbirlərdə  tətbiq  etmək  olar.  Bu  məqsədlə  hər  bir  səsin  və  ya  hərfin 
rolundan, əhəmiyyətindən, qalın və incə saitlərdən məlumat verə bilər, 
sərbəst şəkildə heca, söz və cümlə qura bilərlər.  
«Əqli  hücum»  metodu.  Bu  metodvasitəsilə  dərs  və  məşğələ 
prosesində  uşaqların  fəaliyyətinin  rəğbətləndirilməsinə  və  onlar 
tərəfindən ideyaların surətlə irəli sürülməsinə imkan yaradır. Bu üsuldan 


 
63 
konkret  problemin  həlli  və  ya  hansısa  suala  cavab  axtarılması  zamanı 
istifadə olunur. Belə ki, «Əqli hücum» yeni mövzunun izahından əvvəl, 
habelə çevik yaradıcı çalışmaların yerinə yetirilməsi prosesində və digər 
bu kimi hallarda tətbiq olunur.  
Məktəbəhazırlıq  qrupunun  uşaqlarının  fonetik  təhlil  aparmaq 
bacarığını  yoxlamaq  məqsədilə  aşağıdakı  qaydada  suallar  tərtib  etmək 
olar: 
-Sözdə neçə səs var? 
-Sözdə neçə hərf var? 
-Səsdə hərfin sayı eynidirmi? 
-Sözdə neçə heca var? 
Təhlil üçün vətən sözü verilir.  
Suallar əsasında uşaqlar fikirləşirlər və biliklərinə istinadən cavbv 
verirlər.  
-Vətən sözündə neçə səs var? 
-Vətən sözündə beş səs var? 
-Yaxşı bəs neçə hərf var? 
-Sözdə beş hərf var? 
-Sözdəki səslərin sayı ilə hərflərin sayı uyğun gəlirmi? 
-Bəli, sözdə beş səs var və beş hərf var. 
-Deyin, vətən sözündə neçə heca var? 
-İki heca var. 
-Bu açıq hecadır, yoxsa qapalı hecadır? 
-Saitlə bitdiyi üçün açıq hecadır. 
-Bəs ikinci heca açıqdır, yoxsa qapalı? 
-Samitlə bitdiyi üçün qapalı hecadır.  
Bütün  bu  suallara  uşaqlar  cavab  verərkən  öyrəndikləri  biliklərə 
əsaslanıb nəticə çıxardılar. Şagirdlərin də kiçik yaşlı uşaqların hər birini 
düşünməyə  vadar  edən  sualların  əhəmiyyəti  çox  böyükdür,  çünki  bu 
zaman  onlar  başa  düşdükləri  formada  cavab  verir,  bilmədiklərini 
yoldaşlarından eşidir və təkrar edib öyrənirlər. 
Qeyd  olunduğu  kimi,  interaktiv  təlim  metodlarından  istifadə 
təlimin keyfiyyətini daha da yüksəldir. Yeni metrdlar əsasında keçirilən 
məşğələ hər bir mərhələdə imkan  verir ki, zəif uşaqlar öz qüvvələrinə, 
inam  hiss  etməkdə  qüvvətli  uşaqlarla  birlikdə,  hətta  onlarla  bərabər 
səviyyədə qruplarına xal qazansınlar.  
Təlim-tərbiyə  prosesində  müasir,  o  cümlədən  interaktiv  təlim 
metodlarının tətbiqi uşaqlara müstəqil düşünmək, sərbəst rəy söyləmək, 
hər  hansı  problem  barədə  başqalarının  fikrinə  münasibət  bildirmək, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə