Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 
49 
Aşağıda bəzi pedaqoji texnologiyalarını təhlili verilir: 
1.«Fikirlərin hücumu» Məqsədlər: 
1)Şagirdlərin yaradıcı fikirlərini birləşdirməklə aləmi və ya təlim 
problemini həll etmək «kollektiv beyin» yaratmaq. 
2)Əməkdaşlıq  etmək  bacarıqların  qanuna  tabelik  vərdişlərini 
tərbiyə etmək; 
3)Şagirdlərin yaradıcılığını inkişaf etdirmək; 
Bu texnologiya məktəbdə sorğu zamanı, yeni materialı öyrənəndə, 
keçilmiş materialı təkrar edəndə və ümumiləşdiriləndə, problemləri həll 
edəndə,  sinfin  planlarını  tərtib  edəndə  və  s.  hallarda  tətbiq  edilir. 
Bundan  bütün  fənlərin  tədrisində  istifadə  etmək  olar.  Onun  ardıcıllığı, 
gedişi belədir: 
1.Şagirdlərə mövzu, məqsəd bildirilir v onlarda maraq yaradılır. 
2.Əməkdaşlığın ümumi qaydaları bildirilir.  
3.Qiymətləndirmə meyarları bildirilir.  
4.Elmi ekspertlər və katib təyin olunur (və ya seçilir).  
5.Müəllim və ya başqa aparıcı ilkin situasiyanı şərh edir.  
Uşaqların  rəyi  öyrənilir,  təkliflər  öyrənilir.  Hamısı  qeydə  alınır 
real  və  qeyri-real.  Fikirlər  söylənilir.  Katiblər  hər  şeyi  yazı  taxtasına 
yazırlar. Müəllimin və aparıcının davranışı xeyirxah olmalı, tənqidə yol 
verilməməlidir.  
6.Başlanğıc  informasiya  ilə  tanış  olunur.  Şagirdlər  onu  dinləyir, 
əgər nə isə aydın deyilsə, sual verib dəqiqləşdirirlər.    
7.Əlavə  informasiya  verilir.  Müəllim  əgər  lazım  gələrsə,  son 
nəticələri bir daha qeyd edir.  
8.Fikirlərin hücumu başlanır. Hər bir şagird qısa işgüzar təkliflərlə 
sərbəst formada çıxış edir. Hər bir təklif qısa formada lövhədə yazılır.  
Ekspertlər fikirləri qısa ifadə etməyə kömək göstərir, katiblər isə 
yazırlar.  Ekspertlər,  katiblər  fikirlərin  hücumunu  müntəzəm  olaraq 
müdafiə  edirlər.  Dinləyicilərin  təkliflərinə  heç  kəs  qiymətləndirmir, 
təhlil  etmir,  necə  deyilirsə,  yazı  taxtasına  elə  da  yazılır.  Hücumun 
müddəti 45 dəqiqədən çox olmur.  
9.Şagirdlərin  fəallığı  sönür,  təkliflər  gəlmir,  fikirlərin  hücumu 
başa çatır.  
10.Ekspertlər,  fikirlərin  hücumunu  təhlil  edirlər,  növbəti 
məşğələdə nəticələr bildirirlər. Nəticələri insenerovka qurtaran kimi də 
bildirmək olar.  
11.Müəllim  və  ya  aparıcı  yekunlaşdırır  və  ümummiləşdirmələr 
aparır.  


 
50 
Tədris  prosesində  fikirlərin  hücumu  texnologiyası  az  tətbiq 
olunur,  çünki  bu  çətin  texnologiyalardır.  Bu  texnologiya  danışmaq 
bacarığının,  emosiyaların,  şagirdlərin  müsbət  «Mən»  konsepsiyasının, 
əməkdaşlıq etmək bacarığının, qanuna tabe olmaq bacarığının inkişafına 
müsbət  təsir  edir.  Fikirlərin  hücumunda  müəllimin  davranışından  çox 
şey  asılıdır.  Əgər  o,  şagirdlərin  fəaliyyətinə  neqativ  qiymət  verərsə, 
onda bu texnologiyaların effektini heçə endirirlər.  
II-Binar dərs, məqsədlər
1)Fənlər üzrə bilikləri transformasiya səviyyəsində öyrənmək
2)Müəllimlərin əməkdaşlığını inkişaf etdirmək; 
3)Şagirdlərdə  fənlərin  bir-birilə  bağlılığı,  əlaqəsi,  dünyanın 
tamlığı barədə əqidələri formalaşdırır.  
Binar  dərsin  keçirilməsində  bir  neçə  müəllim  iştirak  edir.  Bu 
texnologiya  daha  çox  mühazirələri  oxuyan  zamanı  istifadə  olunur. 
Mühazirələri iki ayır-ayrı fənn müəllimi oxuya bilər. Məsələn, əvvəlcə 
fizika  müəllimi  ümumi  məsələləri  izah  edir,  sonra  isə  biologiya 
müəllimi  həmin  material  əsasında  nəfəsalma  sisteminin  işlənməsini 
göstərir.  
Bu  texnologiyadan  seminar  məşğələlərində  və  müsahibəni 
keçirəndə də istifadə etmək olar. Bu texnologiya müəllimlərdən hazırlıq 
tələb edir. O, çox vaxt apara bilər. 
III-Qarşılıqlı nəzarət, məqsədlər: 
1)Şagirdlərin biliyini yoxlamaq; 
2)Hər  bir  şagirdə  öz  müvəffəqiyyətləri  barədə  yoldaşlarına 
məlumat vermək imkanı yaratmaq; 
3)Zəif  şagirdlərin  güclü  şagirdlər  qarşısında  olan  inamsızlığını 
aradan qaldırmaq; 
4)Şagirdlərin nitqini inkişaf etdirmək; 
5)Sorğunu intensivləşdirmək; 
6)«Mən» konsepsiyasını tərbiyə etmək; 
Qarşılıqlı nəzarət müxtəlif yaşlı şagirdlərə keçirilə bilər. Sorğunun 
bu  növünü  tətbiq  etməzdən  qabaq  cavablara  qiymət  vermək  bacarığını 
inkişaf  etdirmək  üçün  şagirdlərlə  hazırlıq  işi  aparılır.  Bu  zaman  yaxşı 
olar  ki,  birinci  mərhələdə  şagirdlər  yalnız  müvəffəqiyyətə  diqqət 
versinlər.  Cavabın  düzgünlüyü,  tamlığı,  fikrin  dəqiqliyi  əsas  meyarlar 
kimi götürülür. Qarşılıqlı nəzarət aşağıdakı kimi aparılır.  
1.Müəllim müəyyən mövzu və məsələləri üzrə qarşılıqlı yoxlama 
aparılacağını  xəbər  verir.  Sinif  müəllimlərə  və  şagirdlərə  bölünür.  Bir 
parta arxasında oturalar müxtəlif rollarda çıxış edirlər.  


 
51 
2.«Şagirdlər»  öz  «müəllimlərinə»  cavab  verirlər.  Başqalarına 
mane  olmamaq  üçün  cavab  verənlər  astadan  danışmalıdır.  «Şagirdlər» 
cavab  verəndən  sonra  qiymət  verilir.  Qiymətlər  yazılı  da  ola  bilər.  Bu 
məqsədlə  fərd  uçot  vərəqi  açmaq  lazımdır.  Qiymət  verərkən  sinifdə 
münaqişəli vəziyyətin yaranmasına yol verilməlidir.  
3.Şagirdlər  rollarını  dəyişə  öilərlər.  Şagird  rolunda  edənlər 
müəllim  rolunda  çıxış  edirlər.  Şagirdlərin  yerini  də  dəyişmək  olar.  Bu 
cütlər arasında gərginlik yaranan zaman edilir. Hər dərsdə cütlərin yerini 
dəyişmək yaxşı olar. Bu ünsiyyət dairəsini genişləndirməyə kömək edir.  
Qarşılıqlı nəzarət korreksiya funksiyasını yerinə yetirir. Bu güclü 
şagirddən  zəif  şagird  soruşan  zaman  baş  verir.  Müəllimlər  rolunda  ən 
zəif şagirdlər də çıxış etməlidirlər. Bu onlara güclü təsir edir.  
Bu  texnologiya  müəllim  tərəfindən  yaxşı  hazırlanan  zaman  az 
vaxt tələb edir. Bunu yenilikçi pedaqoqlar tətbiq edirlər. Bu sorğu növü 
praktiki olaraq hər dərsdə tətbiq oluna bilər.                                               
Qarşılıqlı  nəzarətdən  həm  nəzəri  materialı  yoxlayan  zaman,  həm 
də  misalları  həll  edən  zaman  istifadə  etmək  olar.  Dərsdə  qarşılıqlı 
nəzarətlə  bərabər  sorğunun  aşağıdakı  başqa  növlərini  də  tətbiq  etmək 
lazımdır.  Yazı  taxtası  yanında  şifahi  cavab  vermək,  mətndəki  əsas 
fikirləri danışmaq, özünüqiymətləndirmək və s. buna misal ola bilər.  
Əgər  müəllim sinfi idarə edə, intizamı yarada bilmirsə, qarşılıqlı 
nəzarətdən istifadə etmək olmaz. İntizamsızlıq şəraitində şagirdlər başqa 
işlərlə məşğul ola bilərlər. Əgər texnologiya düzgün təşkil edilərsə, onda 
qayda-qanunu təmin etmək asan olar.  
IV.Qarşılıqlı imla. Məqsədlər: 
1)Şagirdlərə  müxtəlif  fənlər  üzrə  savadlı  yazmaq  bacarıqlarını 
öyrətmək; 
2)Çalışmalar  yerinə  yetirən  zamanı  əməkdaşlıq  bacarıqlarını 
formalaşdırmaq; 
3)Fənnə marağı inkişaf etdirmək; 
4)Müəllimi dəftər yoxlamaq işindən azad etmək
Qarşılıqlı  imla  ibtidai  siniflərdə  savad  təlimindən  sonra  və  bəzi 
dəyişikliklərə  yuxarı  siniflərdə  istifadə  oluna  bilər.  O,  aşağıdakı  kimi 
keçirilir.  
1.Hazırlıq dövrü. İmlalar üçün müxtəlif mətnlər hazırlanır. Köhnə 
qəzet  və  jurnallardan  4-12  sətir  həcmində  mətntlər  kəsib  götürürlər. 
Mətnlərin məzmunu şagirdlər üçün maraqlı olmalıdır. Onların çətinliyi 
sinfin hazırlıq səviyyəsindən asılıdır. İbtidai siniflərdə imla qısa yuxarı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə