Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

 
36 
- diktorun söylədiyi mətn üzrə sual-cavab, diktorun vermiş olduğu 
sözlər əsasında hekayə düzəltmə və s. Sualları   bir 
mövzu 
ilə 
əlaqələndirib  seçmək  lazımdır  ki,  şagirdlər  son  nəticədə  diktorun 
suallarından istifadə edərək danışa bilsinlər. 
Yuxarıda  qeyd  etdiklərimizdən  aydın  olur  ki,  təlimdə  texniki 
vasitələrdən  istifadə  mühüm  əhəmiyyətə  malikdir.  Lakin  texniki 
vasitələrdən  necə  gəldi  istifadə  etmək  olmaz.  Burada  bir  sıra  psixoloji 
pedaqoji tələblərə əməl olunmalıdır. 
Hər şeydən əvvəl, texniki vasitə tətbiq edilərkən şagirdlərin yaş və 
psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. 
Texniki  vasitələrin  tətbiqi  şagirdlərin  idrak    imkanlarına  uyğun 
olmalıdır. 
Texniki  vasitələrin  tətbiqində  məktəbin  mühitini  nəzərə  almaz  
zəruridir. 
Ehtiyac  olmadan  texniki  vasitələrdən  yerli-yersiz  istifadə  etmək 
düzgün  deyildir.  Belə  olduqda  şagirdlərdə  həmin  vasitələrə  qarşı 
laqeydlik, psixoloji doyumluluq yaranır. 
Görkəmli  pedaqoq  A.O.Gernayevski  təlim  prosesində  əyaniliyin 
mühüm  didaktik  prinsip  olduğunu  qeyd  edirdi.  İlk  növbədə  də  ibtidai 
məktəblərdə  onlardan  istifadə  olunmasını  xüsusi  vurğulayırdı.  O, 
uşaqlar üçün, «Vətən dili» kitabının I və II hissələrini elə tərtib etmişdir 
ki,  öyrənilən  material  ətraf  aləm,  təbiət  hadisələri  haqqında  bitgin  və 
əlaqəli təsəvvürlər əldə edilsin. 
Görkəmli  gürcü  pedaqoqu  J.S.Qoqevaşvili  dərslikləri  tərtib 
edərkən nəzərdə tutulması lazım gələn xüsusiyyətləri göstərirdi. O, qeyd 
edirdi  ki,  belə  bir  dərslik  bir  tərəfdən  əyaniliyə,  digər  tərəfdən  ana 
dilinin müntəzəm  köməyinə arxalanmalıdır, həm də bu kömək əvvəlcə 
müəllimin  canlı  dili  ilə,  sonra  isə  kitab  tərcüməsi  vasitəsilə 
göstərilməlidir. 


 
37 
A.O.Çernayevski  əyaniliyin  bir  cəhətini  də  qeyd  etmişdir.  O, 
yazmışdır… uşaq inamla susduğu, yaxud öz fikrini deyə bilmədiyi və ya 
deməyə qorxduğu yerdə əyani şey və şəkil ona, demək olar sehrli təsir 
göstərir  və  dərhal  onu  dilə  gətirir.  (Qoqebahvili.  Rus  dilinə  dair  tədris 
vasitələrinin  təhlili,  seçilmiş  pedaqoji  əsərləri.  M.1954,  səh.  192) 
Çernayayevski  göstərirdi  ki,  ortada  olmayan  bir  şeyir  nə  qədər  yaxşı 
təsir  və  ya  izah  etsən  də  şagirddə  aydın  təsəvvür  yaranmaz.  Lakin  bu 
şeyi və ya onun şəklini göstərmək, baxmağa vermək, həm də bu zaman 
mümükün  qədər  çox  xarici  hissi  işlətmək  kifayətdir  ki,  şagird    həmin 
şey haqqında dürüst təsəvvür alsın və onu təsvir edə bilsin. 
Bununla  yanaşı  Çernyayevskinin  fikrincə,  əşyaya  tamaşa  edən 
şagird  təkcə  onun  zahiri  görkəmi  ilə  deyil,  rəngi,  keyfiyyəti,  hansı 
materialdan  hazırlanması  ilə  də  tanış  olur,  yeni  əşya  haqqında  dolğun 
təsəvvür əldə edir və öz fikrini söyləyə bilir. Bunlardan əlavə əyanilik, 
müəllifin  fikrincə,  şagirddə  mənəvi  qabiliyyətin,  yəni  xarici  hisslərin 
diqqətin,  müşahidə  qabiliyyətinin  inkişafına,  təsəvvür  və  anlayışların 
ibtidai  əsaslarının  formalaşmasına  müsbət  təsir  göstərir,  təlimə  maraq 
oyadır və eyni zamanda şajirdlərin nitqninin inkişafına kömək edir. 
Çernyayevski  bir  tərəfdən    Y.A.Komenskinin  didaktikasına, 
xüsusilə də onun belə bir tələbinə də əsaslanırdı ki, qeyri-ana dilində ilk 
çalışmalar  üçün  uşaqlara  məlum  olan  material  götürülməlidir,  digər 
tərəfdən  o  bu  məsələ  barəsində  məşhur  alman  psixoloqu  F.Benekenin 
belə  bir  fikrini  əsas  tuturdu  ki,  uşaq  ana  dili  ilə  əlaqələndirilən 
ətsəvvürləri mənimsəməklə  özgə dilin əsasları haqqında  təsəvvür əldə 
edə bilər. Digər tərəfdən Çernyayevski assosasiya qanununa əsaslanırdı. 
Bu qanuna görə təlim sözlərin, xüsusən əşyaların assosasiyası əsasında 
baş  verir,  bu  zaman  xarici  dildən  olan  söz  ana  dilində  müvafiq  sözü 
yada salır.  


 
38 
Çernyayevski bununla əlaqədar olaraq yazırdı: « Bəzi müəllimlər 
belə  ümid  edirlər  ki,  uşaq  verilən  bütün  biliyi  yalnız  hafizə  vasitəsilə 
mənimsəyə  bilər.  Lakin  bu  yalnış  fikirdir.  Biliyin  mənimsənilməsində 
gərək düşüncə hdə iştirak etsin, hətta başlıca olaraq iştiirak etsin. Bilik 
topladıqca  bir-birinin  üzərinə  qalaqlanmadan  bölüşdürməli  və 
qruplaşdırılmalıdır». 
Biz  ətrfa  aləmdən  ilkin  informasiyaları,  məsələn,  havanın 
temperaturu,  güllərin  rəngi  və  iyi,  əşyaların  foroması,  quşların  səsi, 
çayların  şırıltısı,    yeməyin  dadı  və  s.  haqqında  informasiyaları  duyğu 
orqanlarımız vasitəsilə alırıq. İnsan qəbul etdiyi informasiyanın çoxunu 
görmə  orqanları  vasitəsilə  əldə  edir.  Biz  özümüzə  lazım  olan 
informasiyanı çalışıb yaddaşımızda saxlayırıq. 
Yaddaşımıza  etibar etmədikdə isə onu qeyd kitabçamıza yazırıq. 
Atədən,  aldığımız  informasiyalar    haqqında  düşünürük  müəyyən 
nəticələrə gəlirik və qərarlar qəbul edirik. 
Məsələn:  biz  radio  və  ya  televizorda  hava  haqqında  məlumatda 
yağış  yağacağı  barədə  eşitdikdə,  evdən  çıxarkən  hökmən  çətir 
götürürük. 
Müəllimin  dərsdə  verdiyi  informasiyalara  əsasən  tapşırıqları 
yerinə yetiririk. Başqa sözlə informasiyanı emal edirik. 
Bəzi  hallarda  aldığımız  bu  və  ya  digər  informasiyanı  sinif 
yoldaşlarımıza deyirik. Bu halda deyirlər ki, insan informasiyanı ötürür. 
İnsanlar minilliklər boyu informasiyaları şifahi olaraq ötürmüşlər. 
Lakin,  bu  zaman  informasiyanı  qəbul  edənlə  onu  ötürən  arasında 
bilavasitə  ünsiyyətin  olması  lazım  gəlirdi.  Sonralar  informasiyaları 
yadda  saxlamaq  və  gələcək  nəsillərə  ötürmək  üçün  müxtəlif 
vasitələrdən, o cümlədən materialdan istifadə etmişlər. 
Bu  gün  elm  və  texnikanın  surətlə  inkişaf  etdiyi  bir  zaman, 
ölkəmizdə  kompüterləşmə  həyatımıza  fəal  şəkildə  daxil  olduğu  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə