Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 
39 
dövrdə təlim tədris prosesində dəyişikliklər baş verir, müxtəlif forma və 
metodları tətbiq edilir. Əgər dərsin fəal forması kimi əvvəllər müəllimin 
əyani  və  texniki  vasitələrdən  istifadə  edilməsidirsə,  bu  günkü  reallıq 
uşaqların  elmin  sirlərini  daha  mükəmməl  mənimsəməsi  üçün 
kompüterlərdən istifadədir. 
Hələ  ibtidai  məktəbdən  şagirdləri  elə  ilk  dərslərdə  kompüterlə 
tanışlıq, onun qurğusunun izahı ilə başlayırlar. Əlbəttə, ilk əvvəl onların 
yaş  xüsusiyyətlərini  və  meylini  nəzərə  alaraq  adi  oyun,  şəkil 
nümayişlərindən  başlanır,  daim  şagird  və    müəllim  bu  mürəkkəb  eyni 
zamanda  maraqlı  texnikadan  informasiya  alır,  informasiyalarla 
işləyərkən insan beyni əsasən iki funksiyasını yerinə yetirir. 
1) informasiyanın yadda saxlanması; 2) informasiyanın emalı. 
İnsan  beyni  informasiyaları  duyğu  orqanları  ilə  qəbul  edir,  nitq 
yolu  ilə  hərəkət  sistemi  vasitəsi  ilə  ötürür.  Beləliklə,  informasiyalarla 
işləyərkən insan əsasən dörd hərəkəti icra edir. 
1.
 
İnformasiyanı qəbul edir; 
2.
 
İnformasiyanı emal edir; 
3.
 
İnformasiyanı yadda saxlayır; 
4.
 
İnformasiyanı ötürür. 
Kömpüter  də  insan  kimi  informasiyanı  qəbul  edir,  yaddaşda 
saxlayır,  emal  edir  və  ötürür.  Ona  görə  də  kompüteri  informasiyaların 
qəbulu,  saxlanılması,  emalı  və  ötürməsi  üçün  universal  qurğu 
adlandırırlar. 
İnformasiyaların  qəbulu,  saxlanılması,  emalı  və  ötürməmsini 
həyata  keçirmək  üçün  bütün  ixtisas  sahibləri  istifadə  edir.  Ona  görə 
məktəblərdə uşaqları kompüterlərin mahiyyəti, həyatımızdakı rolu, onun 
qurğuu ilə tanış etdikdən sonra kompüter sinfi ilə onun tərkib hissələri 
və  başlıca  vəzifələrini  izah  edir  və  göstərirlər.  Uşaqlar  praktik  işdə 
kompüter  sinifdən  istifadə  qaydalır  ilə  tanış  olur.  Hərəkət  qaydaları 


 
40 
öyrədilir ki, klaviaturada işlədikdə barmaqlar düzgün hərəkət edə bilsin. 
Şəkil,  rəsm  əsəri  çəkdikdən  sonra  onun  bu  və  ya  digər  elementlərinin 
dəyişməsi və ya ləğv edilməsi lazım gəlir. Belə proseslər redaktə prosesi 
adlanır.  Şəkildə  müəyyən  hissələri  pozmaq  üçün  rezin  pozanlardan 
istifadə  edirik.  Alətlər  panelində  isə  pozan  aləti  var  və  o  dəqiq  pozan 
kimi  işləyir.  Əşkildəki  müəyyən  hissəni  pozmaq  üçün  pozan  aləti 
aktivləşdirirlər  və  kursoru  lazımi  yerə  gətirdikdən  sonra  mausun  sol 
düyməsi  basılır,  silinəcək  hissə  üzərində  hərəkət  etdirilir  və  nəticədə 
həmin  hissə  silinir.  Alətlərin  saxlanılması  qutusu  vasitəsilə  pozanın 
ölçülərini dəyişmək olar. 
Təsvirin  lazım  olmayan  hissələrini  pozmaq  üçün  bu üsul  yeganə 
üsul  deyil,  digər  üsullar  da  vardır.  Praktiki  işdə  şagirdlərin  hər  biri  öz 
arzusuna  uyğun  olaraq  ilk  rəsm  layihəsi  işləyir.  Bu  zaman  alətlər  və 
rənglər  qutusundakı  bütün  elementlərdən  istifadə  etməklə  redaktə  işi 
aparır və hər kəs öz adı ilə həmin rəsmi yaddaşda saxlayır. 
Ümumiyyətlə,  şagirdlərin  informasiyaları  ilə  işləmələri,  artıq 
müasir  texniki  tədris  avadanlıqlarından  istifadə  onlarda  təlimə  marağı 
artırır, hətta zəif şagirdlər belə istər-istəməz fəallaşmağa başlayır. 
Müəllimlər  şagirdlərin  əqli  əməkdən  üz  döndərmələri  məqsədilə 
qeyri-standart  dərslərdən  istifadə  etmişlər.  Məqsəd  şagirdlərdə  tədris 
əməyinə maraq oyatmaq və o marağı saxlamaqdır. Qeyri-standart tədris 
əməyinə  maraq  oyatmaq  və  o  marağı  saxlamaqdır.  Qeyri-standart 
dərslər  əstandart  strukturu  olmayan  improvizə  edilmiş  tədris 
məşğələlərdir.  Ən  çox  yayılmış  qeyri-standart  dərs  tipləri 
aşağıdakılardır: 
1)Dərslər – işgüzar oyunlar; 
2) Dərslər – mətbuat konfransı; 
3) Yarış dərsləri
4) Məsləhət dərsləri; 


 
41 
5) Kompüter dərsləri; 
6) Qarşılıqlı təlim dərsləri; 
7) Yaradıcılıq dərsləri; 
8) Məqbul dərsləri; 
9) Fantaziya dərsləri; 
10) Dərslər oyunlar; 
11) Həqiqəti tapma dərsləri; 
12) Dərslər –konsertlər; 
13) Dialoq dərsləri; 
14) Dərslər – rollu oyunlar; 
15) Dərslər – konfranslar; 
16) Dərslər – seminarlar; 
17) Dərslər – ekskursiyalar; 
18) İnteqral-dərslər 
19) Məhkəmə – dərsləri 
Ümumiyyətlə,  yeni  pedaqoji  ədəbiyyatda  36-1a  qədər  qeyri-
standart dərs tipi göstərilir.   
  
Göründüyü  kimi  qeyri-standart  dərslər  siyahısına  bəzi  məşğələ 
tipləri düşmüşdür ki, onlar təsnifatlarda təlimin köməkçi sinifdən xaric 
təşkili  formaları  hesab  olunurdular,  lakin  bu  cür  dərslərin  daima 
keçirilməsi səmərəsizdir.  
Şagirdlərin  evlə  müstəqil  işi  məktəbdənkənar  əsas  və  stabil 
məşğələ motivlərindəndir. Bu iş növü təlim prosesinin tərkib hissəsidir. 
Onun başlıca məqsədi şagirdlərin dərslərdə aldıqları bilik və bacarıqları 
genişləndirmək,  dərinləşdirmək,  unutmanın  qarşısını  almaq  və  həm  də 
onların fərdi meyllərini, istedad və qabiliyyətlərini inkişaf etdirməkdir. 
Müstəqil ev-işi tədris proqramlarının tələblərini, həmçinin məktəblilərin 
maraq  və  tələbatlarını,  onların  inkişaf  səviyyəsini  nəzərə  almaqla 
qurulur.  Sinifdən  xaric  müstəqil  iş  şagirdlərin  müstəqilliyinə, 
şüurluluğuna, fəallığına və təşəbbüskarlığına istinad edir, düzgün təşkil 
edilmiş  sinifdən  xaric  fəaliyyət  şagirdlərin  inkişafında  sinifdəki  fəal 
işdən heç də az əhəmiyyət kəsb etmir.  


 
42 
Şagirdlərin  evdə  müstəqil  işi  aşağıdakı  didaktik  funksiyaları 
yerinə yetirir: 
1)Dərsdə əldə olunmuş bilik və bacarıqları möhkəmləndirmək; 
2)Sinifdə  keçirilmiş  tədris  materialını  genişləndirmək  və 
dərinləşdirmək; 
3)Çalışmaları müstəqil yerinə yetirmək üçün bacarıq və vərdişləri 
formalaşdırmaq; 
4)Proqram materialı çərçivəsində fərdi tapşırıqları yerinə yetirmək 
yolu ilə təfəkkürün müstəqilliyini inkişaf etdirmək; 
5)Fərdi  müşahidələr  və  təcrübələr  aparmaq,  dərslərdə  yeni 
mövzuları  öyrənmək  üçün  material  toplamaq  və  tədris  vəsaitləri 
hazırlamaq  (təbiət  nümunələri,  şəkillər,  qəzet  və  jurnallardan  kəsilib 
götürülmüş materiallar və statistik materiallar əsasında). 
Son  illərdə  şagirdlərin  evdə  müstəqil  işinin  roluna  və 
funksiyalarına yenidən baxmaq təşəbbüsləri olmuşdur. Xüsusilə, ibtidai 
siniflərdə ev tapşırıqları vermədən işləmək fikri irəli sürülmüşdür. Çox 
əsrlik  praktika  və  pedaqoji  dəyərlər  sübut  edir  ki,  dərsdə  əldə  edilən 
biliklər  evdə  təkrar  olunmayanda  onlar  yaddan  çıxır.  Evdə  müstəqil 
işdən istifadə təlimin keyfiyyətinə də müsbət təsir göstərir. Müəllim ev 
tapşırıqlarından imtina etməməli, bu işə bacarıqla rəhbərlik edərək, onu 
optimallaşdırmağa  çalışmalıdır.  Məktəblilərin  maksimum  yük 
normasına  əməl  etmək,  onların  ev  yükünü  diqqətlə  diaqnostlaşdırmaq, 
proqnozlaşdırmaq və planlaşdırmaq lazımdır.  
Pedaqoji 
texnologiya 
dedikdə 
qabaqcadan 
verilmiş 
xarakteristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal 
didaktik proseslər başa düşülür. Bundan başqa praktiki planda pedaqoji 
texnologiya  müəllimin  hər  hansı  bir  texnoloji  cəhətdən  işlənib 
hazırlanmış  metodlar  və  priyomlar  sistemini,  nəhayət,  tərbiyə  işinin 
metodikasını və metodlarını da ifadə edə bilər.  
Texnologiyanın  köməyi  ilə  həll  olunan  başlıca  problem  təlim 
prosesinin  idarə  olunmasıdır.  Ənənəvi  qeyri-texnologiji  təlim 
metodikalarının  nöqsanları  vardır.  Qeyri-müəyyənlik  öyrənmə 
əməliyyatlarının az  idarə  olunması,  mənimsəmənin  əməliyyatlarının  az 
idarə  olunması,  mənimsəmənin  yoxlanılmasının  subyektiv  və  epizodik 
xarakter daşıması buna misal ola bilər.  
Ənənəvi yanaşmada müəllim teoremi öyrətmək şeri təhlil etmək, 
kvadrat  tənlikləri  həll  etmək  və  s.  məqsədləri  qoyur.  Bu  məqsədlər 
şagirdin fəaliyyətini təsvir etmir. Texnologiyaya görə təlimin fikirlərini, 
hisslərini,  davranışını  dəyişməkdir.  Texnologiyanın  vəzifəsi  təlimedici 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə