Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

 
46 
psixi 
inkişafı 
psixi 
proseslərdə 
yeni 
psixi 
əməliyyatların 
formalaşdırılmasını nəzərdə tutur.  
Münasibətlər  təhsil-tərbiyənin  psixi  materialını  təşkil  edir. 
Münasibətlərin tərbiyə prosesinin materialı olması üçün onlar aşağıdakı 
göstəricilər üzrə ölçülməlidirlər; 
Həcminə  görə,  anlaşılan  olmasına  görə;  sabit  və  iüntəzəm 
olmasına görə; oyadıcı qüvvə olmasına görə.  
Münasibətlər  insanın  davranışında  təzahür  edəndə,  o  idarə 
olunanda tərbiyə prosesinin nəticəsi hesab olunur.  
Pedaqoji  texnologiyaların  yaradılması  və  tətbiqi  üzrə  spesifik 
prinsipləri  müəyyənləşdirmək  və  onların  pedaqoji-psixoloji  təhlilini 
vermək  olduqca  vacibdir.  Bu  prinsiplər  də  əsas  təlim  prinsipləri  üçün 
sistemaltı,  köməkçi  funksiyaları  təşkil  və tətbiq  edərkən  rəhbər tutulan 
əsas  müddəalardır.  Pedaqoji  ədəbiyyatda  müxtəlif  spesifik  prinsiplər 
verilmişdir. Aşağıda ən vacib prinsiplər təhlil olunur: 
1.Tərbiyəedici təlim prinsipi. Hər hansı pedaqoji texnologiyaların 
strateji  məqsədləri  şəxsiyyət  xarakteristikalarını  formalaşdırmaq 
olmalıdır.  Deməli,  burada  münasibətlər  tərbiyəedici  təlimin  psixi 
materialı  hesab  olunur.  Burada  üç  qrup  münasibətləri  fərqləndirmək 
olar:  
1)Qanuna tabelik münasibətləri;  
2)Əməkdaşlıq münasibətləri
3)«Mən»-konsepsiyası. 
Təlim  prosesi  şagirdlərin  psixikasına  təsir  edən  xarici 
konstruksiyadır.  Bu  proses  müəllimin,  şagirdlərin,  didaktik  materialın 
təsirindən ibarətdir.  
 
2.İnkişafedici təlim prinsipi: 
Pedaqoji texnologiyaları təşkil edən zaman tərbiyəedici səmərəni 
nəzərə almaqla yanaşı, onun inkişafedici tərəfini də layihələşdirmək və 
həyata  keçirmək  yaxşı  olar.  Şagirdin  psixi  əməliyyatlarında  artım  hiss 
olunmalıdır.  Emosional  və  intellektual  sferanın  ahəngdar  inkişafını 
təmin  etmək  lazımdır.  intellektual  sferanın  emosional  sferanın 
sıxışdırılması  insanda  soyuq  münasibətlərin  yaranmasına,  insanlara 
sevinc  bəxş  etmək  və  sevincə  şərik  olmaq  bacarıqlarının  olmasına 
gətirib çıxara bilər.  
 
3.Təlimdə müvəffəqiyyət qazanmaq prinsipi.  
 


 
47 
Müvəffəqiyyət  qazanmaqdan  ötrü  situasiya  yaratmaq  uşağı  daha 
böyük nəticələrə nail olmağa stimullaşdırır. Uşağın keçmişini öyrənmək 
üçün  böyük  əmək  sərf  etmək  lazım  gəlir.  A.S.Makarenko  uşağı 
koloniyada qəbul edəndə onun keçmişini öyrənməyə tələsmirdi. O, hər 
bir  şagird  üçün  səmərəli  olan  texnologiya  işləyib  hazırlamışdı.  Bu, 
müvəffəqiyyət qazanmaq üçün situasiya yaratmaqdan ibarət idi.  
Hamı  üçün,  o  cümlədən  şagird  üçün  psixi  enerji  mənbəyini 
yemək, istirahət, yuxu, nəfəs alma, fiziki hərəkətlər təşkil edir. Əgər bir 
uşaqda  enerji  lazımi  həcmdə  deyilsə,  psixikanın  qalan  sferaları  həmin 
çatışmazlığı  bərpa  edə  bilmir.  Əgər  enerji  yoxsa,  informasiyanın 
mənimsənilməsi  prosesi  effektli  olmur.  Ona  görə  də  uşaqda  enerji 
ehtiyatının tükənməsinə yol vermək olmaz.  
 
4.Bütün şagirdlərlə əks əlaqə prinsipi:  
 
Mühüm  vəzifələrdən  biri  hər  bir  dərsdə  bütün  şagirdlərə  öz 
müvəffəqiyyətləri  barədə  məlumat  vermək  imkanı  yaratmaqdır.  Başqa 
sözlə  desək,  hər  bir  şagird  materialının  mühüm  bilikləri  üzrə 
yoxlanılmalıdır.  
Bütün  şagirdlərlə  əks  əlaqədə  prinsipi  şagirdi  hər  dərsdə  zaxır 
gəlməyə  stimullaşdırır.  Seçmə  yolu  ilə  sorğu  aparanda  şagirdlər  oyun 
qaydalarını  tez  mənimsəyir  və  dərsə  hərdən  bir  hazırlaşırlar.  Beləliklə, 
sinifdə  tənbəllər  formalaşır.  Şagird  belə  fikirləşir;  əgər  məndən  işinin 
nəticələrini  soruşmurlarsa,  hər  dəfə  hazırlaşmağın  nə  əhəmiyyəti  var. 
şagirdlər  məktəbə  gələndə  bir  neçə  həftə  sonra  şüurlu  və  ya  şüursuz 
surətdə bu nəticəyə gəlirlər.  
Bu  prinsipi  lazımi  şərait  yaradıldığı  halda  həyata  keçirmək  olar. 
Hər  şenydən  əvvəl,  ev  tapşırıqlar  uşaqlara  gücünə  müvafiq  olmalıdır. 
Tapşırıqları  verən  zaman  başqa  da  nəzərə  alınmalıdır.  Çox  təəssüf  ki, 
məktəbdə  ev  tapşırıqlarının  dəqiq  həcmi  yoxdur.  Bu  işdə  müəllimlər 
müxtəlif cür hərəkət edirlər.  
Tədris  materialı  ilk  dəfə  tanış  olandan  sonra  onu  bir  neçə  dəfə 
təkrar etmək olar.  
Hər  iki-üç  dərsdən  bir  keçilmiş  materiala  qayıtmaq  onu  hərəkət 
etmək  lazımdır.  burada  sual  yarana  bilər;  bəs  vaxtı  haradan  tapaq,  axı 
çox  zaman  bu  proqramda  nəzərdə  tutulmur.  Problemi  həll  etmək  olar. 
Başlıca  diqqət  əsas  fikirlərə  «siqnallara»  verilərsə,  onda  vaxt  ehtiyatı 
yaranır.  İl  ərzində  keçirilmiş  materiala  dövrü  olaraq  qayıtmaq  və  əsas 
fikirləri təkrar etmək lazımdır.  


 
48 
Dərs  ilində  ötən  tədris  ilində  keçilən  materialınq  təkrarı  ilə 
başlamaq  lazımdır.  Yay  ərzində  çox  şey  şagirdlərin  yadından  çıxır. 
Normal  və  sağlam  psixika  belə  qurulubdur.  Təkrar  etmədiyimiz  şey 
şüurdan  çıxıb  şüuraltına  keçir  və  yaddan  çıxır.  Ona  görə  də  birlikdə 
aktuallaşdırmaq  üçün  tədris  ilinin  əvvəlində  onları  təkrar  etmək 
lazımdır.  
Optimal  psixi  gərginlik  həm  şagirdlər,  həm  də  müəllimlər  üçün 
zəruridir. Şagirdlər həm də həddən artıq yükləmək, həm də az yükləmək 
lazımdır.  Şagird  az  psixi  gərginlik  şəraitində  inkişaf  etmir.  Bu  tələbi 
müəllimlərə  də aid etmək  olar.  Əgər  müəllimlər  dərsdə  hər şeyi  özləri 
etmək istəyirlərsə, bu müəllimlərin psixi cəhətdən yüklənməsinə gətirib 
çıxarır. Odur ki, şagirdlərə daha çox səlahiyyətlər vermək yaxşı olardı. 
Onların  tədris  prosesinin  dairəsi  olunmasına  cəlb  etməyə  imkan  verən 
bir çox texnologiyalar vardır.  
Bu  prinsip  dərsdə  şagirdləri  müxtəlif  növ  fəaliyyətə  cəlb  etməyi 
nəzərdə  tutur.  Bu  məqsədlə  qarşılıqlı  sorğu  keçirilir,  yaranan 
problemlər, cavablardan kəm-kəsirlər aradan qaldırılır.  
Burda  prinsip  belədir:  şagirdlərin  görə  biləcəkləri  işi  müəllim 
görməlidir.  Bu  prinsip  müəllimi  artıq  yükdən  azad  etməyə  imkan 
verməyə çalışırlar. Şagird real fəaliyyətə cəlb etmək onu nəinki inkişaf 
etdirir,  həm  də  tərbiyə  edir.  tədris  prosesində  real  fəaliyyətində  uğur 
qazanmaq  stiuasiyanın  yaratmaqla  təlimin  tərbiyəedici,  inkişafedici 
məqsədlərinə müvəffəqiyyətlə nail olunur.  
Əgər uşaq çalışmanı yerinə yetirə bilmirsə, onda həmin çalışmanı 
uşağın  imkanları  səviyyəsinə  endirmək  lazımdır.  Əgər  şagird  özünün 
fəaliyyətindəki  qüsuru  düzəldə  bilmirsə,  ona  irad  tutmağa  ehtiyac 
yoxdur.  Çünki  bu  irad  onun  inkişafına  heç  bir  təsir  göstərməyəcəkdir. 
Əgər göstərmiş olsa da bu neqativ tərəfndən özünü təzahür etdirəcəkdir. 
İş  prinsipləri,  məqsədləri,  texnologiyaları  şagirdlərə  zorla  qəbul 
etdirilməməlidir.  Tədris  prosesini  təkmilləşdirmək  üçün  müzakirələr, 
beyin  hücumları  keçirmək  yaxşı  olar.  Təlim  prosesinin  texnologiyası 
müəllimlərin  və  şagirdlərin  birgə  fəaliyyətinin  məhsulu  olmalıdır.  Bir 
şagirdin  problemi  hamının  problemi  hesab  olunur.  Amerika 
məktəblərində aparılan sorğunun nəticələri göstərir ki, forma şagirdlərin 
xoşuna  gəlir.  Onlar  qayğı  hiss  edir,  müəllimlərin  öz  nailiyyətləri  üçün 
böyük  məsuliyyət  daşıdığını  görürlər.  Pedaqoji  texnologiyaların  təhlili 
məktəb  müəllimlərinə  və  psixoloqlarına  kömək  etməlidir.  Təlim 
prosesində ən səmərəli yol bu və ya digər situasiya üçün əlverişli olan 
pedaqoji texnologiyanı tətbiq etməkdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə