Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

 
67 
5.İşgüzar səs-küy –mövzu ətrafında dörd-beş dəqiqə ərzində bütün 
qrupla fikir mübadiləsinin aparılmasıdır.  
6.Layihələrin  hazırlanması  uşaqların  məntiqi  təfəkkürünün 
inkişafına,  müstəqil  düşünmə,  təhliletmə  və  əqli  nəticə  çıxarmaq 
qabiliyyətinin təşəkkülünə zəmin yaradır.  
İnteraktiv  təlim  metodlarına  habelə  ümumi  diskusiya,  suallar, 
rəsm çəkmək, şəkillər, müşahidə və digərləri aiddir. Bundan əlavə son 
20-25 ildə təhsil sistemində tətbiq olunan problemi təlim, inkişafetdirici 
təlim,  kollektiv  təlim  metodları  müasir  dövrdə  öz  aktuallığını 
itirməmişdir.  Bu  baxımdan  istifadə  tədris  prosesini  intensivləşdirir, 
uşaqların fəaliyyətinin artmasına zəmin yaradır.  
Doğrudur ki. mövzunun tədrisi zamanı bu metodların hamısından 
istifadə  etmək  çətinlik  törədir,  ona  görə  də  bu  metodlardan  ayrı-ayrı 
məşğələlərdə 
mövzuya 
uyğun 
tərzdə 
istifadə 
olunması 
məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, bu metodlardan istifadə ilə 
tədris  edilən  mövzuda  uşaqların  sərbəst  fikir  yürütmələri  də  yüksək 
nəticə  verir.  belə  məşğələlər  uşaqların  hər  biri  üçün  əhəmiyyətli  və 
maraqlı fəaliyyət sahəsinə çevrilir.  
Qrupların işi qrup otağının dəyişməsini tələb etdiyi üçün qrupda stollar 
elə  düzülməlidir  ki.  uşaqlar  üz-üzə  otursunlar.  Hər  qrup  üçün  bir  uşaq 
lider  müəyyənləşdirilir.  Bu  lider  qrupun  işinə  rəhbərlik  edir.  Uşaqlara 
qruplar üzrə verilən tapşırıqların çətin olmasına çalışmaq lazımdır ki, bu 
da onların birlikdə işləmələrinə səbəb olsun. Tapşırıqları uşaqların bilik 
səviyyəsini  nəzərə  almaqla  verməlidir. Məsələn,  oxudan  «Ördək,  balıq 
və xərçəng» nağılını danışdıqdan sonra uşaqlara güc birlikdədir ifadəsini 
işlədilir. Qrupların bilik səviyyəsinə görə «Aslan və iki ögüz», «Babək» 
mətnləri üzrə iş verilir. Qruplar işə başlayır, onların öz şəxsi təcrübəsi, 
qazandıqları  bilik,  bacarıq  və  vərdişlərə  əsaslanmaqla  fikir  mübadiləsi 
aparılmasına zəmin yaradılır. 
3-4  dəqiqə  ərzində  fikirlər  ümumiləşir.  Birinci  qrupun  liderinin 
fikri dinlənilir, qruplardan birinin lideri deyir: 
-Nə qədər ki, öküzlər bir yerdə idilər aslan parçalaya bilmədi. Elə 
ki, ayrıldılar, aslan onları asanlıqla parçaladı və s. 
Dördüncü qrupun fikri söylənilənləri möhkəmləndirdi. 


 
68 
-Babək  xalqın  gücünə  arxalandığı  üçün  20  ildən  artıq  bir  vaxtda 
ərəblərə qarşı mübarizə aparmışdı və s. 
4.  ĠĢgüzar  səs-küydən  dərsin  surətini  dəyişmək  üçün  istifadə 
edilir.  1-2  uşağa  problem  üzrə  mövzu  təklif  edilir.  4-5  dəqiqə  ərzində 
müzakirədən  sonra  gəldikləri  nəticəyə  aid  fikir  mübadiləsi  aparılır. 
Nəticədə danışılan məsələnin mahiyyəti dərk edilir. 
5.  Rollu  oyunlar  uşaqlar  tərəfindən  oynalan  kiçik  bir  sujetdir, 
məsələn: 
-
 
«Yaxşı  nədir,  pis  nədir»  bölməsinjə  uşaqlar  hər  bir  mövzunu 
səhnələşdirirlər.  «Qurd  və  quzu»,  «Ağacların  bəhsi»  kimi  mövzuları 
verərkən  uşaqlar  rollar  üzrə  öyrənir,  hadisələri  səhnələşdirir  və  bu 
zaman  dərs  daha  canlı  və  maraqlı  olur.  Sonra  onlar  fikirlərini 
yekunlaşdırır,  nəticə  söyləyir,  nəyin  yaxşı,  nəyin  pis  olduğunu  dərk 
edirlər. 
«Ətraf 
aləmlə 
tanışlıq» 
məşğələsində 
uşaqları 
dörd 
 
komandaya  və  ya  qrupa  bölürəm.  Hər  yaş  qrupunun  qavrama 
qabiliyyətinə  görə  sadədən  mürəkkəbə  prinsipinə  əsaslanaraq 
məşğələləri təkşil edirəm. 
Bağçanın  həyətindəki  3-4  ağacın  yarpağını  yığıram  və  həmin 
yarpaqları  
qarışıq  halda  nümayiş  etdirirəm.  Növbə  ilə  müxtəlif 
ağacların adını çəkirəm. Hər qrupdan bir uşaq həmin ağacın əlamətlərini 
deyir və seçir. 
Qrupun  başqa  üzvləri  müxtəlif  tapmacalara  cavab  verir,  şeir 
söyləyirlər. Tapşırığı düzgün və tez yerinə yetirən komanda qalib gəlir. 
Uşaqların  bu  oyunda  iştirakı  onları  fəallaşdırır.  Rollu  oyunlardan 
sinifdənxaric tədbirlərdə istifadə etmək mümkündür. 
Nitqin  inkişafı  üçün  ən  çox  istifadə  etdiyim  təlim  metodlarından 
biri  də  söz  assosiasiyasıdır.  Bu  metoddan  hər  hansı  bir  mövzunun 
öyrənilməsinə  başlamazdan  əvvəl  istifadə  edilir.  Müəyyənləşdirilir  ki, 


 
69 
həmin  mövzu  haqqında  nə  bilirlər,  mövzü  mənimsənildikdən  sonra 
onlar yeni nə öyrəndilər. Mövzunun əsas məğzini təşkil edən sözü qrupa 
söylənilir.  Uşaqlar həmin  söz  əsasında  xatırladıqları  sözləri  1-2  dəqiqə 
ərzində  həmin  söz  assosiativ  şəkildə    söylənilir,  həmin  söyləniləni 
dinləyib  müqayisə  edib  qiymətləndirilir.  Bəzən  uşaqlar  öz  fikirlərini 
rəsm  şəklində  bildirirlər.  Məşğələlərdə  yekunlaşdırıcı  diskusuyalar  da 
əhəmiyyətlidir.  Ona  görə  ki,  bəzi  uşaqlar  cavab  verməkdə  çətinlik 
çəkirlər. Diskusiya zamanı isə uşaq fikrini tam çatdırmağa səy göstərir. 
Doğrudur,  tədris  zamanı  bu  metodlardan  ayrı-ayrı  məşğələlərdə 
mövzuya  uyğun  tərzdə  istifadə  etmək  mümkündür.  Qeyd  edək  ki,  fəal 
təlim  metodları  üzərində  qrupları  məşğələ,  ənənəvi  məşğələlərdən 
fərqlənir. Bu məşğələlər tam sərbəstlik şəraitində keçir. 
Uşaqlar  özlərinin  bütün  bilik,  bacarıq  və  istedadlarını  nümayiş 
etdirir, zəif yoldaşlarını öyrətməyə çalışır, özləri də biliklərini artırırlar, 
lakin  fəal  təlim  metodlarının  tətbiqi  zamanı  bir  çox  çətinliklərlə 
qarşılaşılır. Fəal təlim metodları ilə iş prosesində bəzi hallarda uşaqlara 
fərdi yanaşma prinsipi pozulur. Bu metodlarla işləmək üçün tərbiyəçiyə 
yol  göstərən,  istiqamət  verən  metodik  ədəbiyyat  çox  azdır.  Bu  gün 
proqramlar da, dərs vəsaitləri də eyni metoda uyğun yazılmalıdır. 
Məşhur çin mütəfəkkiri Konfutsi 2500 il bundan əvvəl demişdir: 
«Müəllim  şajirdi  öyrədəndə,  tərbiyə  edəndə  də  onu  irəliyə  aparır, 
arxasınca  dartmır,  onda  maraq,  məcbur  etmir,  ona  yol  göstərir,  yolu 
sərbəst  getməyə  imkan  yaradır.  Nə  qədər  ki,  o  şagirddə  maraq  oyadır, 
məcbur etmir, deməli, şagirdin bilik qazanması asanlaşır. Nə qədər ki, o 
şagirdə yalnız yol açır, ona düşünmə imkanı verir». 
Müəllimlə  şagird  arasında  ittifaqın  yaranması,  bilik  qazanmağın 
asanlaşması  və  şagirdə  düşünmə  imkanının  verilməsi  məhz  bunlan 
müəllimlik məharəti deməkdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə