K. Bünyadzadə Şərq və Qərb



Yüklə 2,52 Mb.
səhifə9/16
tarix05.10.2017
ölçüsü2,52 Mb.
#3121
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

Vəhdət əl-vücud
Elmdə sufi nəzəriyyəsi kimi məlum olan vəhdət əl-vücud əsasən sufi mütəfəkkiri Mühyiddin ibn Ərəbinin (1240) adı ilə əlaqələndirilməkdədir. Bununla yanaşı, bir sıra Azərbaycan alim tədqiqatçıları öz araşdırmaları nəticəsində belə bir qənaətə gəlmişlər ki, «Şərqdə vəhdət əl-vücud adlanan panteizm» [115, 21] İbn Ərəbidən daha əvvəl ilk dəfə azərbaycanlı filosof Eyn əl-Qüzat Miyanəci (1131) tərəfindən daha sistemli şəkildə tədqiq edilmişdir [Geniş bax: 19, 122-146; 20; 94, 185-205; 115 b.]. Bu tədqiqat əsərlərinin onların müəlliflərinin sufizmin panteist fəlsəfəsi kimi vəhdət əl-vücud haqqında maraqlı fikirlərinin hər birinin elmi ədəbiyyatda dəyərli yerini əhəmiyyətini qeyd etməklə yanaşı problemlə bağlı nisbətən fərqli düşüncələrimizi bildirməyi məqsədəuyğun hesab edirik.

Məlumat üçün qeyd edək ki, türk şərqşünas alimi, İbn Ərəbinin əksər əsərlərinin türk dilinə şərhli tərcüməçisi olan Əhməd Avnı Konuk bildirir ki, «vəhdət əl-vücud termini İbn Ərəbi tərəfindən istifadə edilməmiş» [54, XLVIII] və ilk dəfə İbn Ərədinin tələbəsi olmuş Sədrəddin Konəvinin (1274) «Miftəhu‘l-qeyb» (Qeybin açarı) və onun müasiri olmuş İbn Səbinin (1270) əsərlərində xatırlanmışdır [54, XLIX]. Tədqiqatçıların ümumi rəyinə görə, vəhdət əl-vücud bir nəzəriyyə kimi hələ ilk sufilərdə mövcud olmuşdur və bunların arasında Əbu Yəzid Bistaminin, Mənsur Həllacın adları xüsusilə çəkilir. Eyni zamanda, maraqlıdır ki, A.E.Əfifi belə hesab edir ki, «Cüneyd Bağdadi və Bəyazid Bistami vəhdət əl-vücuddan deyil, vəhdət əş-şühuddan (mövcudların və ya şahidlərin vəhdətindən) söz edirlər və onlar İbn Ərəbininkinə bənzər bir fəlsəfə formalaşdırmağa çalışmamışlar» [50, 24].

Problemin mürəkkəbliyini, tədqiqatçılar arasında fikir ziddiyyətinin mövcudluğunu nəzərə alaraq biz vəhdət əl-vücudu onun əsas nümayəndələri və baniləri hesab edilən Mənsur Həllacın, Eyn əl-Qüzat Miyanəcinin və Mühyiddin İbn Ərəbinin dünyagörüşləri əsasında, hər hansı «izm»dən kənar bir sufi prinsip kimi tədqiq etmək və yalnız bundan sonra hər hansı bir fikir söyləmək qərarına gəldik.



Məlum olduğu kimi, təsəvvüfün əsasında duran iki prinsipdən birincisi tövhiddir, yəni Allahın təkliyinin və yeganəliyinin ifadəsi. Sufi mütəfəkkirlərin dünyagörüşündə bu və ya digər dərəcədə öz əksini tapan tövhid başlıca olaraq iki aspektdən nəzərdən keçirilir: Allahın Zatı və Yaradan-yaradılan vəhdəti baxımından.

Birinci halda sufi mütəfəkkirlər Qurani Kərimə istinadən Allahı bənzərsiz, Mütləq və transendent, hər təfəkkür və mülahizələrdən kənar bir varlıq kimi müzakirə obyekti etməmişdirlər. Məsələn, Mənsur Həllac yazır: «Yaxınlıq Onu aydınlatmaz, uzaqlıq itirməz, cəm cəmləndirməz, varlıq (kənə - ﮐﺎﻦ) Onu yaratmaz, yoxluq (leysə - ﻟﻳﺲ) itirməz, Onun vəsfi Onun sifətsizliyidir, fəaliyyəti səbəbsizliyidir, Onun varlığı sonsuzluğudur, O, yaratdıqlarının halından ucadır, Onun yaratdıqları ilə bir qarışacağı yoxdur, Onun elədiklərinə çarə yoxdur, onlar Ondan öz yaradılmışlıqları ilə fərqləndikləri kimi, O da onlardan öz əzəliliyi ilə fərqlənir. Onun varlığı (vücudu) isbatıdır. Onun mə‘rifəti tövhididir (Onun tək olmasıdır). Onun təkliyi Onun Öz yaratdıqlarından seçilməsidir, vəhmlərdəki hər təsvir Ona ziddir. Ondan başlanan Ona necə qarışa (hülul) bilər? Onun yaratdığı Ona necə çata bilər? Gözlər Onu görmür, zənn Ona müqabil deyil, Onun yaxınlığı Onun kəraməti, uzaqlığıməhv etməsidir. Aliliyi ucalmaq deyil, gəlişi yerdəyişmə deyil…» [143, 31-32]. Eyn əl-Qüzat isə belə deyir: «Onun nuru Onun zatı deyil. Günəşin şüası sığal çəkir onu görmək mümkündür. Amma günəşin özünü görmək olmaz, çünki yandırıcıdır. Burada böyük bir məsələni bil[155, 304].

Oxşar düşüncələrə əksər sufi mütəfəkkirlərdə rast gəlmək müm­kündür. Deməli, Allah Allah olaraq, Zatı baxımından zaman-məkan, təsvir-şərh, tanıma-idrak anlamlarından ucada duran bir varlıqdır.

İkinci aspekt daha çox müraciət edilən və araşdırılan, haqqında fi­kirlər söylənən, mülahizələr irəli sürülən bir problemdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, mütəfəkkirlərin görüşlərində ikinci aspekt daha qabarıq olduğundan və geniş yer tutduğundan, tədqiqatçılar tərəfindən birinci mövqe ya kölgədə saxlanılır, ya da ümumiyyətlə yaddan çıxarılır, yəni Allahın zatı da Yaradan-yaradılan kontekstində araşdırılır.

«Mən gizli xəzinə idim, tanınmaq istədim və xəlqi yaratdım» qüdsi hədisində deyildiyinə görə Xaliq öz məxluqları ilə tanınır, Xaliq-məxluq vəhdətində tərəflərdən biri Yaradan, digəri Onu tanıdan vasitə olaraq bir-biri üçün zərurət təşkil edirlər. Təbii olaraq, Allahın tanınmaq istəyi olduğu kimi, məxluqun da tanıma imkanı və vasitələri mövcuddur.



Hər şeydən əvvəl vəhdət əl-vücud nəzəriyyəsinin qısa şəkildə mahiyyətinə nəzər salaq şərh edəcəyimiz məsələləri təyinləşdirək: Allah təala yeganə həqiqi varlıqdır, Onun yaratdıqları isə yoxluqdan ya­ra­nıb yoxluğa getdiklərinə, yaradılışlarında kənar iradəyə tabe olduq­la­rına, mahiyyət həqiqətlərini başqa varlıqdan aldıqlarına görə, nisbi, müm­kün, güzgüdəki əks kimi zata həqiqətə malik olmayan var­lıq­lar­dır. Həllac bildirir ki, «Kim təsdiqləyirsə ki, o, Allahı tək bilir, artıq şirk qoşmuş olur», çünki, mütəfəkkirin fikrinə görə, «əgər qul uca Rəbbinin təkliyini söyləyirsə özünü isbatlayır, özünü isbatladıqda gizli şirk qoşur. Allah Təala seçdiyi yaratdığının dili ilə özünün təkliyini bildirir. Əgər mənim dilimlə özünün təkliyini bildirirsə, bunu edən Odur Onun şənidir» [143, 93]. Miyanəci isə belə hesab edir ki, «Hər bir məxluqun var olmasına səbəb Allah Təaladır. Ondan başqa heç bir varlığın hə­qi­qə­tən zatı varlığı yoxdur» [153, 44]. Lakin Allah səbəbnəticə zən­ci­ri­nin bir halqası deyil, bu zəncirin yaradanıdır O, mütəfəkkirlər tə­rə­findən mümkün varlıqlara vücud verən vacib, onların mahiyyətini təşkil edən substansiyadır. Miyanəci deyir: «Ey dost, əsl cövhər kimi Allah da bütün şeylərin əsli köküdür. Öz işini iradə məhəbbətlə görür» [155, 181]. İbn Ərəbinin fikrinə görə isə: «Gözün gördüyü elə bir məx­luq yoxdur ki, onun «ayn» (mənbəyi) «zatı» Haqq olmasın» [139, 107]. Deməli, bütün mövcudat bir «vücudun» – Haqqın təzahürüdür, bü­tün kainatın mövcudluğu inkişafı həmin «vücudun» daxilində baş verir.

Bir termin kimi tərifindən və məfhum kimi şərhindən belə məlum olur ki, vəhdət əl-vücud tövhidin məhz ikinci aspektdən, yəni Yaradan – yaradılan vəhdətinin ifadəsidir. Mürəkkəb və çoxtərəfli bir nəzəriyyə olduğundan onun şərhini ontoloji və qnoseoloji aspektlərdən verməyi əhəmiyyətli hesab edirik.


Ontoloji təhlil. Mənbələrə əsasən, Haqqın təzahürü, yəni yaradılış prosesi beş və ya yeddi mərtəbədə baş verir: əhədiyyət, vəhdaniyyət (Məhəmməd həqiqəti), rübubiyyət (ayani sabitə), qeyb və ruhlar aləmi, misal aləmi və şəhadət aləmi. Müxtəlif mütəfəkkirlərdə bu aləmlərin sayı fərqli olsa da, hamısında eyni olan üç aləm var: əhədiyyət (ləhut), qeyb və şəhadət (nəsut, mülk aləmi, maddi dünya).

Problemin tam açılması aydınlaşdırılması üçün iyerarxiyanın mərtəbələrini mərhələ-mərhələ izləyək. Onu da xüsusilə vurğulayaq ki, aləmlərin sonuncusu istisna olmaqla hamısı maddiyyat fövqündə mövcuddurlar, deməli, irrasional xarakter daşıyırlar. Məhdud zaman-məkan kəsiyində var olan insanın təfəkkürü bu çərçivə daxilində dərk etmək qabiliyyətinə malikdir o, yalnız müqayisə edə bildiyi bu çərçivəyə sığdıra bildiyi bir şeyi dərk edir. Miyanəci dediyi kimi, «rifətdən olan hər məna yalnız bənzətmə ifadələrlə təsvir olunar» [153, 67]. Bunu nəzərdə tutaraq Vahid Vücudun irrasional mahiyyətli təzahür prosesini, müqayisəli şəkildə təqdim etmək, zənnimizcə, daha aydın məqsədəuyğun olar. Allahın bir çox keyfiyyətlərini özündə daşıyan, Onun yer üzündə xəlifəsi insan olduğundan, müqayisəmiz insan vasitəsilə olacaq.

Hər insan təkrarolunmaz bir fərddir. Bu, əhədiyyət (təklik, ye­ga­nə­lik) mərtəbəsidir. Yuxarıda da qeyd etdiyimiz kimi, həm Qurani Kərimdə, həm sufi mütəfəkkirlərin görüşlərində dönə-dönə təkrarlanır ki, Allah misli olmayan, bənzərsiz, hər bir xəyal təsvirin fövqündə duran varlıqdır. Həllac yazır: «AllahOna həmd olsunöz zatı üzərində dayanan vahid Zatdır. Özündən başqalarından əzəliliyi ilə seçilir, Özün­dən savayı olanlardan Öz rübubiyyəti ilə təklənir. Ona heç birləşməz, Ona başqası qarışmaz, Onu məkan sığdırmaz, Onu zaman dərk etməz, Onu təfəkkür bəlli etməz, Onu düşüncə təsvir etməz, baxış dərk etməz, za­man kəsiyi Onu əhatə etməz» [143, 29]. Miyanəci bildirir ki, «Allah əqlin gözündən günəşin hissi gözlərdən uzaq olmasından sonsuz dərəcədə uzaqdır. Onun ucalığı nurlanmasının kamalı Onun dərkini ağıl üçün qeyri-mümkün edir. Ağıl gözünün Onun idrakına nisbəti ya­ra­sa­ların gün işığının dərkinə nisbəti kimidir, ariflərin Onun dərkinə nisbəti insanın günəş diskinin dərkinə nisbəti kimidir» [153, 91]. İbn Ərəbi isə bunu belə ifadə edir: «İlahi əhədiyyətə bir kimsə üçün yol yox­dur. biri üçün, digəri üçün ondan bir şey yoxdur, çünki o, bö­lün­məz» [139, 90] ya «Əgər sən Ona səninlə baxsan, əhə­diy­yət olmaz, Onunla səninlə baxsan, yenə əhədiyyət olmaz» [139, 91], yəni əhə­diy­yət dünyasında sən, mən yoxdur, yalnız O var ki, bö­lün­məz vahid var­lıqdır ona heç bir yol yoxdur, dərkedilməzdir. Səd­rəd­din Konəvinin bil­dirdiyi kimi, «əhədiyyət Mütləqin deyil, təyin olun­mağın bir xü­susiyyətidir, çünki Mütləqin hər hansı bir ismi vəsfi yoxdur» [53, 75].

İnsan müəyyən keyfiyyətlərə, xüsusiyyətlərə, qabilliyyətlərə, istedada malikdir ki, onu tanıdır, haqqında təsəvvür yaradır və digərlərindən fərqləndirir. Onlardan bəziləri insanla zəruri olaraq əlaqəli və ayrılmazdır, onun bəşəriliyinin təyinidir, digərləri müəyyən şəraitlə bağlı yarana, dəyişə və itə bilər. Bu, Allah Təalanın bütün isim və sifətlərinin, o cümlədən, bir-birinə zidd olanların tək zat ətrafında birləşdiyi vəhdət aləminə bənzəyir.



Allahın Zatı vahid bölünməzdir. Mənsur Həllac deyir: «Mən Haqqam, Haqq Haqq üçün­dür, öz zatını bürüyən Haqdır. Onda bir zidd yoxdur» [143, 108]. Miyanəci yazır: «Allahın sifətləri Onun zatı ilə vəhdətdə deyil, çünki Onun sifətlərinin hamısı Onun zatı ilə bir olsa birlik təşkil edərdi (ikinci aləm olmazdıK.B.). Lakin Onun sifətləri zatından ayrı deyil. Belə olsa, Allahın bir neçə varlıq olmasını bildirərdi (aləmlər müstəqil varlıq olardıK.B.). Belə deyə bilərik: Onun sifətləri zatına bağlıdır» [155, 304]. İbn Ərəbinin izahı isə belədir: «Vahid Həqiqətdə müqayisə yoxdur. Belə halda «vücud»da müqayisə yoxdur «vücud»da zidd yoxdur. Çünki vücud vahid həqiqətdir. Halbuki, bir şey öz-özünə zidd ola bilməz» [139, 92]. Qurani Kərimdə deyildiyinə görə, Allah Təala zidd adlara sahibdir: batin zahir, ilk son, mükafat verən cəzalandıran s. Məlum hədislərin birində Məhəmməd peyğəmbər (s.) buyurur ki, «Allahın sifətləri barədə fikirləşin, amma Onun zatı haqqında fikirləşməyin» [155, 303]. X əsrin sufi mütəfəkkiri Əbu Səid Xərraz Allahı «Onun zidd sifətlərini cəm etməklə» tanıdığını bildirir. Onun sözlərini şərh edən İbn Ərəbi yazır: «O, zahir olan şeyin «ayn»ıdır. O, zühur halında olan batinin «ayn»ıdır» [139, 77]. Miyanəci yazır: «Ey dost, əgər Onun zatı birdirsə, bu müxtəlif səkkiz sifət nədir? Bu bir sifəti görsən (vahidliyiK.B.), onunla səkkiz sifətə çata bilərsən bu bir sifət o qədər keyfiyyətli kamildir ki, səkkiz xü­su­siyyət onda cəmləşmişdir. Deməli, bütün əlamətlər, onun barə­sin­də­ki dü­şüncələr təsvirlər sifətlərə aiddir. Onun zatı haqqında kim deyə bilər[155, 268-269] İbn Ərəbi bildirir ki, «Allah zatına görə əhəd, adlarına görə küldür (çoxdur[139, 90] «ilahi isimlər sonsuzdur, çünki o adlar onlardan vaqe olan şeylə tanınır onlardan vaqe olan şey­lər sonsuzdur» [139, 65]. Deməli, ən müxtəlif zidd sifətlərə malik olmasına baxmayaraq onlar vahid zata aiddirlər bu, Zatın bölünə biləcəyi ziddiyyətli olması demək deyil. Çoxluq zidlik yalnız adlardadır bu, ikinci aləmə xas xüsusiyyətdir. Bütün sifətlərin bərabər mövcud olduğu bu aləmə çatanın halı təsəvvüfdə «ayn əl-cəm» adlanır. Bu, bütün zidlərin vahid bir zat ətrafında birləşdiyinin şahidi olmaqdır.

İnsan öz xüsusiyyətlərinə və keyfiyyətlərinə müvafiq olaraq yaşayır, gəzir, yazıb-yaradır, düşünür və bütün bunlarla əlaqədar onun təfəkküründə müəyyən ideyalar doğulur. Sifətlər kimi ideyalar da bir-birilə əlaqəli olduğu kimi, zidd də ola bilər. Bunlardan bəzisi real, bəzisi isə reallıqdan çox uzaq olur və onların həyata keçib-keçməməsi ilk növbədə insanın istək və iradəsindən asılıdır, başqa sözlə desək, insanın həyata keçirtdiyi hər iş məhz bu ideyaların inikası, forma qazanması, maddiləşməsidir. İlahi iyerarxiyada bu mərhələyə rübubiyyət və ya, İbn Ərəbi kimi, sabit mənbələr (ayani sabitə) deyirlər.



Dediyimiz kimi, təzahür mənanı tam əhatə etmir, zahir qədər mükəmməl olsa da, mahiyyətin əks olunmayan tərəfləri qalır. Deməli, Al­lahın hələ reallaşmamış ideyalarının, maddi qeyri-maddi varlıqların mənbəyi olan bu aləminin tam təzahürü, həqiqətinin tam açılması müm­kün deyil. Qurani Kərimə görə, Allahın yer üzündəki xəlifəsi, rəh­man surətində yaradılan, hətta mələklər belə qulluğuna verilən, Allahın «i­deyaları» arasında ən gözəli, ən alisi insandır. Sufi mütəfəkkiri Səhl b. Tüs­təri deyir: «Rübubiyyətin bir sirri var, o sirr sənsən. Əgər o, zühur et­sə, rübubiyyət batil olar» [139, 90-91]. Həllac Allaha belə müraciət edir:
«Bir mənbədə bu mənbə Sənsən yoxsa mən?

Həm Sən, həm mən ikiliyin isbatından uzaq olaq[134]
Göründüyü kimi, Həllac özünün bu adəmdə üstünlüyünü xatırlat­ma yanaşı, hər şeyin yalnız Vahidin mülkündə var olduğunu da etiraf edir.

Eyn əl-Qüzat Allah [Ondan] qorxanı çıxardar (Quran 65/2) ayəsini şərh edərək yazır ki, «Allah onu bəşəriyyətdən (maddiyyatdanK.B.) çıxarar rübubiyyətə çatdırar, bəndəlik sahildir, rübubiyyətdəniz» [155, 179]. Rübubiyyət aləminə çata bilən insan varlıqların, özünün o cümlədən, mahiyyətləri mövcud olan bir aləmə çatır bütün yaradılışın həqiqətindən agah olur. Təsəvvüfdə tez-tez işlədilən «damlanın dənizə qovuşması» ideyası bir növ dediklərimizin bədii ifadəsidir. İbn Ərəbi bunu belə təsvir edir: «Haqqın öz-özünə öz uluhiyyətinə dəlil olması aləmin yalnız Onunla mümkün olan sabit mənbə formasında Onun təcəllisi olması haqqında sənə kəşf verilir» [139, 71]. Sabit mənbələr ilahi sifətlərdən doğan ideyalardır, bir növ onların inikasıdır: «Bizim adlarımız Allahın adlarıdır, çünki şübhəsiz bizim ehtiyacımız Onadır. Bizim mənbəyimiz özlüyündə Onun kölgəsindən başqa bir şey deyil. O, bizim mənliyimiz (
Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə