K. Bünyadzadə Şərq və Qərb



Yüklə 2,52 Mb.
səhifə10/16
tarix05.10.2017
ölçüsü2,52 Mb.
#3121
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
ﻫﻮﻴﺔ - huvıyyə) olmayan mənliyimizdir» [139, 106].

Beləliklə, rübubiyyət, ideyalar aləmi və ya sabit mənbələr birin daxilində çoxun doğulmasıdır, buradakı «varlıqlar» var ikən yoxdurlar, yəni Vahidin vücudunda var ikən maddi aləmdə yoxdurlar.



Doğulan ideyalardan bəziləri reallaşmamış qaldığı halda digərləri get-gedə dəqiqləşməyə və konkretləşməyə başlayır və həyata keçirmək üçün insan onları daha da yetkinləşdirib dolğunlaşdırır. Məsələn, rəssam çəkəcəyi mənzərəni, rəngləri, fırçanı, hətta zaman və məkanı da düşünüb dəqiqləşdirir, gələcək rəsminə «ruh verir». Bu, ruhlar aləminə bənzəyir.

Cüneyd Bağdadi «Misak kitabı»nda Qurani Kərimin Rəbbim Adəm oğullarının zürriyyətlərini bellərindən aldı onları Özünə şəhadət etdirdi: Mən sizin Rəbbinizəmmi? (Quran 7/172) ayəsinin təfsiri ilə ruhlar aləmini belə izah edir: «Beləcə Uca Allah onlar mövcud olmayanda, öz vücudunda onlara xitab etdiyini xəbər verir. Onlar orada Haqqı tanıdılar, ancaq öz vücudları ilə deyil. Onların öz vücudlarından xəbərləri yox idi. O halda orada Haqq Haqq ilə mövcud idi. Bu mövcudiyyətin mahiyyətini Özündən başqası bilə bilməz Ondan başqası tapa bilməz» [145, 44].

Ruhlar aləmi varlıq qazanacaq reallaşacaq məxluqlara «mahiyyətin», həqiqətin verildiyi məkandır. Eyni zamanda, həmin varlıqlarla onları Yaradan arasında əlaqənin qurulmasıdır. Burada vacib bir ana diqqət yetirək: ruhmaddiyyatın ilahi aləmlə əlaqəsidir varlığın həmin aləmə geri dönmək üçün vasitəsidir. Miyanəci yazır: «Belədir ki, ruh həm daxildədir, həm xaricdə, O da (Allah) həm aləmin daxilindədir (ruh vasitəsilə – K.B.), həm xaricində. Ruh nə daxildədir, nə xaricdə (o, yalnız Vahidin ideyasıdır – K.B.), O da, aləmin nə da­xi­lindədir, nə xaricində (O, transendentdir – K.B.). Başa düş ki, nə deyilir! Ruh bədənlə birləşməmişdir, lakin bədəndən ayrı da deyil. Rəbbimiz də nə aləmlə birləşməmişdir, nə də Ondan ayrı deyil» [155, 158].

İbn Ərəbi də bildirir ki, «Sən Onun üçün surətsən. Sən Onun üçün cismi (maddi) surət, O, sənin cisminin surəti üçün yönəldici ruh kimidir. Hədd sənin zahirini və batinini əhatə edir. Əgər əbədi surətdən yönəldici ruh itərsə, insan qalmaz» [139, 69]. Deməli, Haqq öz «ideyaları», verdiyi ruhla onların batini olduğu kimi, varlıqlar da onları var edən bu ruhu daşıyan surətdirlər. Maraqlıdır ki, Həllac: «Yazan Allahdır, Allahdan başqa ya­zan­mı var? Mən və əl sadəcə alətik, başqa bir şey deyilik» [140, 127-128], - söyləmiş, İbn Ərəbi isə «Haqqın zühuru mənim vücu­dumdadır. Biz Haqq üçün bir qab kimiyik» [139, 78] – deyə bildirmişdir.

İnsan həyata keçirəcəyi ideyanın əvvəlcə öz xəyalında bir bən­zə­rini yaradır, rəssamın çəkəcəyi tablonu bütün incəlikləri ilə düşüncəsində canlandırdığı kimi: «Öz təxəyyülü ilə hər bir insan öz xəyalında vücudu olmayan şeyi yaradır» [139, 88]. Bu aləm maddi aləmin qeyri maddi formasıdır, yəni misal (nümunə) və ya xəyal aləmidir.

İbn Ərəbi misal aləmini gerçək yuxu ilə müqayisə edərək yazır: «Bu, yuxuda yuxudur. Bu qəbildən olan hər şey xəyal aləmi adlanır» [139, 99]. Yaradılış iyerarxiyasının bu mərtəbəsi insan üçün məlumat mənbəyidir. İbn Ərəbi bildirir ki, «Onun (Allahın) nuru xəyal aləminə nüfuz edir və o, inayət əhlinin ilahi vəhyinin ilk başlanğıcıdır» [139, 99]. Misal aləmi maddi dünyadan öncəki bir dünya olduğuna və maddiyyatla məhdudlaşdırılmadığına görə maddi dünya üçün sirr olan bir çox həqiqətlər orada aşkardır. Miyanəci yazır: «Sirr sirr olana qədər həmişə sirdir, aşkar aşkar olana qədər aşkardır. Yalnız yolçunun hallarının dəyişməsi ilə dəyişər» [153, 96]. Mütəfəkkir ilahi iradə ilə sirrin aşkarlanmasına, yəni varlığın maddiyyat qazanmasına işarə etməklə yanaşı, əks istiqaməti də göstərir: insanın irrasional təfəkkürlə maddi aləmdən misal aləminə ucalmasını və bununla da maddiyyatın pərdələdiyi həqiqətlərdən agah olmasını.

Nəhayət, insanın düşüncəsindəki tablo kətan üzərinə köçürülür, ideya maddiləşir. Bu, şəhadət və ya mülk aləmidir.



Həllac yazır: «Onları ad, şəkil və əlamətlərlə pərdələyənə sübhan olsun! O, onları deyim halla, kamal camalla əzəli əbədi olandan pərdələyib. Ürək daxili orqandır, rifət orada yerləşə bilməz, çünki o, rəbbanidir» [142, 73]. Maddiyyat qazanmaqla varlığın həqiqətinin üzərinə sanki pərdə gəlir, onun mahiyyəti çərçivəyə salınır, müəyyən zaman-məkan, səbəb-nəticə qanunlarının hökm sürdüyü üç ölçülü dünyaya daxil edilir. Eyn əl-Qüzat deyir: «Mülk mələkutun varlığının Allahın sifətinə nisbəti güzgünün içindəki təsvirin çöldəki təsvirə nisbəti kimidir. Belə ki, mülk mələkutun varlığının həqiqəti yoxdur, hər ikisinin varlığı həqiqi varlığın var oluşuna tabedir» [153, 51].

İbn Ərəbi belə hesab edir ki, «hər bir xəlqdə Haqqın zühuru var. O, hər bir məfhumun zahiri, hər fəhmin batinidir. Aləm Onun surəti huviyyəsidir (mənliyidir). O, zahiri isimdir. Eyni zamanda, zahir olanın ruhudur O, batindir. Onun aləmin zühur olan surəti ilə nisbəti nizamlayıcı ruhun surətə nisbəti kimidir» [139, 68].

Həqiqətən, maddiyyat qazanmış hər bir ideya, tablo, sahibinin, rəssamın zühur etmiş mənliyidir, eyni zamanda, rəssam özü həmin tablonun ən gizli incə­liklərinin, hər kəsdən gizli mahiyyətinin, sirlərinin yaradıcısı kimi onun batinidir.



Qurani Kərim təsdiqləyir ki, O, ilkdir sondur, zahirdir batindir (Quran 57/3). Hər şey Onun mülkündə, Ona səbəb vardır məxluqat həm maddi vücud qazanmayana qədər, həm sonra Haq­qın batinindədirlər, yəni Onun ideyalarının təzahürüdürlər. Mənsur Həllaca görə: «Həqiqətin mənası zahiri batinidir, forma qəbul etməyəndir» [142, 26-27]. Şəms Məğribi isə belə deyir:
«Sənin zühurun mənimlədir.

Mənim vücudum da Səninlədir.


Əgər mən olmasaydım, Sən zahir olmazdın.

Əgər Sən olmasaydın bu vücud olmazdı» [139, 71].
İbn Ərəbi yazır: «Haqq zahirdirsə, xəlq Onda pərdəlidir. Əgər xəlq zahir olarsa, Haqq xəlqdə pərdəli olur batini olur Haqq xəlqin eşit­məsi, görməsi, əli, ayağı bütün qüvvəsi olur. Hədisdə deyildiyi kimi: «Mən sev­diyim qulumun eşidən qulağı, görən gözüoluram» [139, 81].

Belə məlum olur ki, Haqqın varlığı qırılmaz bir xətt kimi aləmləri bir-birinə bağlayır. Bu, bir nüvə üzərinə qabıqların gəlməsinə bu qabıqların mövcudluğunun, əhəmiyyətinin həmin nüvədən asılı olmasına bənzəyir. Mənsur Həllac qrafiki üsulla varlıq aləmini belə təsvir edir: . Rəsmdə birinci böyük da­i­ Allahın imkanları, ikinciyaratdıqları, «üçüncü isə tövhidin mənası, ma­hiy­­tidir» [142, 63]. Bununla mütəfəkkir göstərir ki, Allah yaratdığı kainatın əsası, mərkəzidir. Mütəfəkir yazır:
«Varlıqlarda varlığın yaradanının varlığı var.

Qəlbim Ona itaət edir, ona yönəlir, onu üstün tutur» [143, 52; 144, 64].


Miyanəci bildirir: «Əzəli mənliyin (huvıyyənin) vücudu varlığın vücudu ilə əlaqəlidir» [153, 67] «Allah Təalanın hər şeyə yaxınlığı növündən asılı olmayaraq bərabərdir, cisimlərdə , ruhlarda da eynidir. Belə halda deyirik: hər varlıq Haqqın varlığı ilə əlaqəlidir, mövcudatın Haqla uyğunluğunda heç bir fərq yoxdur» [153, 78]. Xatırladaq ki, Qurani Kərimdə buyurulur ki, Allah insana onun şah damarından daha yaxındır (Quran 50/16). Eyn əl-Qüzat da belə hesab edir ki, «heç bir varlıq Allahla bərabər ola bilməsə (O, transendentdirK.B.), O, hər bir varlıqla bərabərdir» [153, 63]. Deməli, Onun Özü, Zatı hər şeydən təcrid olunsa da, Onların Yaradıcısı kimi hər birinin mahiyyətində, varlığındadır.

Dediklərimizi daha aydın şəkildə təqdim etmək məqsədi ilə vəhdət əl-vücudun belə bir sxemini təqdim edirik:




– Вящданиййят алями

– Рцбубиййят алями

(сабит мянбяляр)



– Мисал (хяйаллар) алями

– Шящадят (мцлк) алями

(мяркяздя – Камил инсан)




– Ящядиййят алями (Зат)

– Гейб алями


Sxem bir növ Həllacın rəsminə yandan baxışdır. Bir daha xatırladaq ki, ayrı-ayrı mütəfəkkirlərdə aləmlərin sayı müxtəlif olsa da mahiyyət eynidir. Hər aləm Allahdan gələn «xətlə» bir-birilə əlaqəli olmaqla yanaşı Allahın özü ilə bilavasitə əlaqəlidir. Bu, mövcudatın hər zərrəsinin Onun ixtiyarında mülkündə olması deməkdir.
Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə