Kafedra: Azərbaycan dili və pedaqogika; Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix20.08.2018
ölçüsü0,73 Mb.
#63756
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

206. 

 

Ədəbi dilin normalarının müəyyənləşdirilməsində əsas götürülən meyarlardan biri səhvdir: 



 

I) zərurilik 

I) təbiilik 

I) işləklik 

I) sabitlik 

I) könüllülük  

 

207. 


 

Verilənlərdən biri ədəbi dilin əlamətlərinə aid edilə bilməz. 

 

I) ədəbi dil milli dilin formalaşmasında heç cür rol oynaya bilməz. 



I) ədəbi dilin ədəbi-mədəni səciyyəliliyi onun yüksək əlamətlərindəndir. 

I) ədəbi dil normalaşdırılmış ünsiyyət vasitəsidir. 

I) ədəbi dil tarixən əldə olunmuş ümummədəni nailiyyətlərin saxlanılmasında xüsusi əhəmiyyət 

kəsb edir. 

I) ədəbi dil şifahi və yazılı formalara malikdir. 

 

208. 



 

Ədəbi və danışıq dili bütövlükdə nəyi əmələ gətirir? 

 

I) şivələri 



I) dialekti 

I) ümumxalq dilini          I) bədii dili      I) elmi dili 

 

209. 


 

Biri leksik normalara daxil deyil:  

 

I) terminlərdən istifadə 



I) sözün seçilib yerində işlədilməsi 

I) yeni sözlərin işlədilməsi 

I) düzgün yazı qaydaları  

I) alınma sözlərdən istifadə 

 

210. 


 

Fonetik, leksik, qrammatik və s. qayda-qanunlara əməl olunması nitq mədəniyyətinin hansı 

şərtinə aiddir?  

 

I) düzgünlük 



I) münasiblik 

I) yığcamlıq 

I) dəqiqlik 

I) ifadəlilik 

 

211.  


 

“Camaatlar meydana tərəf axışırdı”. Cümlədə ədəbi dilin hansı norması pozulub? 

 

I) Morfoloji 



I) Sintaktik 

I) Leksik 

I) Fonetik      I) Üslubi 

 

212. 



 

“Yarışa sən və Əsmər getməlidir” cümləsində ədəbi dilin hansı norması pozulub? 

 

I) Orfoqrafik 



I) Sintaktik  

I) Leksik 

I) Üslubi 

I) Orfoepik 

 

213. 


 


“Məlikməmməd bu üç almaları qızlara verdi” cümləsində ədəbi dilin hansı norması pozulub? 

 

I) Fonetik 



I) Leksik 

I) Üslubi 

I) Qrammatik     I) Orfoepik 

 

214. 



 

“Zülmə dözməyən ordu üsyan qaldırdılar” cümləsində ədəbi dilin hansı norması pozulub? 

 

I) Orfoepik     I) Leksik 



 I) Fonetik 

I) Üslubi 

I) Sintaktik  

 

215. 



 

“İpək tora halqa salma dəmirdən, 

Aydı, gündü, gəlib keçir ömürdən” (A.Alı). Misralarda ədəbi dilin hansı norması pozulub? 

 

I) Leksik 



I) Qrammatik  

I) Orfoepik 

I) Üslubi 

I) Fonetik 

 

216. 


 

“Yarpaqlar payızda tökülürlər” nümunəsində ədəbi dilin hansı norması pozulub? 

 

I) Fonetik 



I) Morfoloji 

I) Leksik 

I) Sintaktik        I) Üslubi 

 

217. 



 

Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulur? 

 

I) Orfoqrafik 



I) Morfoloji 

I) Fonetik 

I) Leksik 

I) Sintaktik  

 

218. 


 

Qrammatik normanın pozulduğu cümlə hansıdır? 

 

I) Gənc alim tribunaya qalxdı. 



I) Şirin bir xatirə tək qalacaqdır dünyada 

     Sevərək yaşayanlar, sevilərək ölənlər. 

I) Sənubər kəndə, babasıgilə qonaq gəlmişdir. 

I) Uşaqlar Səlim babadan çox şey öyrəndilər. 

I) Kəndin qərbindəki dərin dərələr yaz gələndə göy otlarla örtülərdi. 

 

219. 



 

“Mən, sən və müəllimlər iclasda iştirak edəcəklər” cümləsində ədəbi dilin hansı norması 

pozulub? 

 

I) Fonetik 



I) Leksik 

I) Morfoloji 

I) Sintaktik          I) Üslubi 

 

220. 



 

“O, mənə dostumdan narazıçılığını bildirdi” cümləsində nitqin hansı norması pozulub? 

 

I) Leksik, sintaktik 



I) Sintaktik 

I) Leksik 

I) Fonetik       I) Morfoloji  



 

221. 


 

“Çatışmamazlıq”, “görməməzlik” sözlərində hansı norma pozulub? 

 

I) sintaktik   I) morfoloji       I) fonetik 



I) leksik 

I) üslubi 

 

222. 


 

“Arzularım yuva salmış hər budaqda, hər yarpaqda” misrasında ədəbi dilin hansı norması 

pozulmuşdur? 

 

I) üslubi 



I) sintaktik  

I) leksik 

I) orfoqrafik 

I) orfoepik 

 

223. 


 

“Sırğa elə bunu, as qulağunda. Bildun?” Bu cümlədə ədəbi dilin hansı norması pozulub? 

 

I) sintaktik 



I) morfoloji, orfoepik 

I) sintaktik, orfoqrafik  

I) orfoqrafik 

I) leksik, orfoqrafik 

 

224. 


 

Morfoloji norma hansı cərgədə pozulmuşdur?  

 

I) Sözün qüdrəti 



I) Bağımızdakılardan yığmışam 

I) Çayın suyu 

I) Qapının cəftəsi 

I) Dilə düşmək 

 

225. 


 

“Şairim! Aç, payla söz xəzinəni, 

Şeiriyyət ilhama çağırır məni” (S.Vurğun).  ).   

 

Misralarda ədəbi dilin hansı norması pozulub? 

 

I) Üslubi 



I) Morfoloji 

I) Fonetik 

I) Leksik 

I) Sintaktik  

 

226. 


 

Ədəbi dilin qrammatik normasının əsas tələbini göstərin. 

 

I) Sözü düzgün tələffüz etmək və düzgün yazmaq 



I) Sözün mənasına bələd olmaq, onu düzgün işlətmək 

I) Milli sözləri daha çox işlətmək 

I) Sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulması  

I) Məhəlli, yerli sözləri nitqdə işlətmək 

 

227. 


 

Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu halda ədəbi dilin 

hansı norması pozulub? 

 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə