Kafedra: Mehmanxana və Restoran biznesi


Konsultativ layihələrin yerinə yetirilməsinin təşkili



Yüklə 278,61 Kb.
səhifə13/21
tarix21.04.2022
ölçüsü278,61 Kb.
#85767
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
Hacılı Rahul

Konsultativ layihələrin yerinə yetirilməsinin təşkili. Konsultativ xidmətlər göstərən firmalar ilə müştərilər arasında əlaqə yaradılandan sonra təkliflərin hazırlanması başlanır. Təkliflərin hazırlanmasına başlamazdan əvvəl isə məsləhətçinin müştəri firma haqqında kifayət qədər müfəssəl məlumata malik olması zəruridir. Məsləhətçi üçün aşağıdakı məlumatların əldə edilməsi zəruridir: firma nə istehsal edir və konkret olaraq nə ilə məşğuldur, işçilərin sayı nə qədərdir və ixtisas dərsləri necədir. Ümumi kollektivdə idarəetmə personalının xüsusi çəkisi, istehsal edilən məhsul və xidmətlərin həcmi, xərclərin strukturu, mənfəətin həcmi və onun mənbələri, firmanın maliyyə vəziyyəti, müqavilələrin sayı, partnyorlarm (tərəf müqabillərinin) etibarlılığı göstərilir. Bundan sonra isə şərait, problemin mahiyyəti və onun dəyişmə dinamikası müəyyənləşdirilir. Daha sonra isə işlərin yerinə yetirilməsi ilə bağlı plan-qrafik tərtib edilir və bir sıra zəruri hüquqi sənədlər hazırlanır. Burada əsas diqqət işlərin yerinə yetirilməsinin plan-qrafikinə yönəldilir. Bu da işlərin yerinə yetirilmə müddətinin dəqiq müəyyənləşdirilməsini əhatə edir.

Konsultativ layihələrin hazırlanması zamanı işin hansı formada başa çatdırılacağının nəzərdə tutulması da müəyyənləşdirilir. Təbiidir ki, işlərin yerinə yetirilməsi zamanı sifarişçi - firmanın psixologiyasının nəzərə alınması da zəruridir. Sifarişçinin maraqlarının təmin edildiyi şəraitdə onun mənafeyinin qorunması ilə bağlı tədbirlər görülməlidir. Bunun üçün mənafelərin daha çox təmin olunması baxımından hər hansı aralıq variantdan istifadə olunması və onların reallaşdırılması məsləhət görülür. Bu sifarişçi firmanın rəhbərliyi üçün konkret təkliflərin hazırlanmasından, məsləhətçinin təkliflərinin xidmətlərin icrası zamanı müzakirəyə verilməsindən, ayrı-ayrı təkliflərin reallaşması üçün əmrlərin hazırlanmasından ibarət ola bilər. İşin sonunda təkliflərin siyahısı, layihələrin reallaşması ilə bağlı təkrar plan da daxil olmaqla hesabat hazırlanır. Bundan əlavə məsləhətlərin nəticələrinin sənəd- ləşdirilməsinin digər razılaşdırılmış növlərindən də istifadə edilə bilər.




Yüklə 278,61 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə