Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə18/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

 
İbrahim  Həbibov 
 
66 
Zahiri baxışdan super ciddi, ağır xasiyyətli, hər  şeyi bəyənməyən insan 
təəsüratı bağışlayan bu xanım sədaqətli həyat yoldaşı, mehriban ana, gözəl  əl 
qabiliyyəti olması ilə seçilirdi. Onun hazırladığı  şirniyyatlar və yeməklər o 
dərəcədə dadlı və ləzzətli olurdu ki, hər bir yığıncağımızın sonunda, imkan olanda, 
bir pay evə götürməyə çalışırdıq. 
Raisə xanım olduqca səliqəli bir qadın idi. Evində  həmişə  təmizlik və 
rahatlıq hökm sürürdü.    
Kafedra  əməkdaşları Raisə xanımın həyat yoldaşı ilə olan münasibətindən 
danışarkən onların çox mehriban və dost olduqlarını qeyd edirlər. Düşünürəm ki, 
bu başqa cürə ola bilməzdi, çünki Vladimir Filipoviç dövrünün ziyalısı, dövlət 
tərəfindən dəyərləndirilən  şəxsiyyət, çətin həyat yaşamış bir insan idi. Uzun 
müddət kafedraya rəhbərlik etmiş bu insan heç kəsin qəlbinə toxunmamış  və 
incitməmişdir. Raisə xanım öz növbəsində imkanlı ailənin qızı olmuş, ailədə 
yüksək tərbiyə görmüş,  şairlər vətəni Qazaxda doğulmuş, musiqiyə,  ədəbiyyata 
xüsüsi marağı olan bir qadın idi.  
Raisə xanım 1988-ci ildən sonra tez-tez kafedraya gələrək hamımızı 
sevindirərdi. 1994-ci ildə onun 70 illik yubileyində Raisə xanımın hamıya müraciət 
edərək dediyi sözlər indi də yadımdadır və mənim müəlliməm olmuş Raisə xanım 
haqda yazımı onun bizlərə verdiyi qiymətlə bitirmək istəyirəm:  
«Burada yığılan insanlar mənim yaxınlarım, qohumlarım və 32 il çalışdığım 
kollektivin üzvləridirlər. Mən bu kollektivə, bu kafedraya borcluyam. Gəncliyim 
burada, onlarla keçib. Həyat yoldaşımla burada tanış olub,  ailə qurmuşum. Həmişə 
hörmət və ehtiram görmüşəm. Bu xoşbəxtlikdir.» 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
67 
 
GÜLƏRÜZLÜ XANİM, SEVİMLİ HƏYAT YOLDAŞI,  
MEHRİBAN NƏNƏ 
 
 
Balakişiyeva Mina Mustafa qızı 
 
Hər  bir  kəs xarakterində, hərəkət-
lərində  və davranışında olan müəyyən 
xüsusiyyətlərlə yadda qalır. Həmin insan 
haqda düşündükdə  məhz onu digərlərindən 
fərqləndirən bu xüsusiyyətlər gözlərimiz 
qarşısında canlanır.  
Mina xanim mənim yaddaşımda və xatirələrimdə gülərüz, həyata nikbin və   
məhəbbət dolu nəzərlərlə baxan Azərbaycan qadını kimi qalmışdır. O, 1936-cı il 
26 fevral tarixində Bakı  şəhərində Mustafabəyov Mustafa Sadıx oğlu və 
Amxaniçka Bronislava Lvovnanın ailəsində dünyaya göz açmışdır. Valideynlərinin 
hər ikisi öz dövrlərinin aktiv gənclərindən olub, Bakı  şəhərinin rayon komsomol 
təşkilatlarında işləyirdilər.  
Mina xanımın atası Mustafa Sadıx oğlu çox erkən yaşlarından  yetim 
qalmısdır və ona Nəriman Nərimanovun silahdaşı olan atasının  əmisi oğlu  Əli-
Heydər Mustafabəyov himayədarlıq etmişdir.  Əli-Heydər Mustafabəyov XX əsrin 
əfsanəvi inqilabçılarından biri idi. Onun inqilabçılar arasında gizlin ləqəbi 
“Şirvani” olmuşdur. Mustafa müəllim uzun müddət onun yanında Moskvada 
yaşamışdır. Bakıya qayıtdıqdan sonra onu “Qırmızı kadetlər” məktəbinə  qəbul 
etdilər. Daha sonra o Azərbaycan Dövlət Universitetinin (ADU) “Tarix” 
fakültəsinə  qəbul olmuşdur. O, bütün həyatını xalqına, onun maariflənməsinə, 
gənclərin düzgün əqidədə böyüməsinə həsr etmişdir. 
Mustafa müəllimin 2 övladı olmuşdur: oğlu Lətif və qızı Mina. Bası daim islə 
qarışıq olmasına baxmayaraq övladlarının tərbiyəsi və tədrisini diqqətdə saxlayırdı. 
Oğlu Lətif həkimdir. Mina xanım bu ailənin çox sevilən usaqlarından olmuşdur.  


 
İbrahim  Həbibov 
 
68 
Mina xanım gənclik illərində inşaatçı olmağa hazırlaşırdı, lakin respublikada 
güclü kimya-istehsalat proseslərinin inkişafı onu bu fikirdən döndərərək 
Azərbaycan Sənaye institutuna gətirir.   
O, 1953-cü ildə 134 saylı rus qızlar orta məktəbini bitirərək, tərəddüd etmədən 
sənədlərini AzSİ-nin “Kimya texnologiyası” fakültəsinin “Neft və qazın texnologi-
yası” ixtisasına verir və müvəffəqiyyətlə ora daxil olur.  1958-ci ildə institutu bitirərək 
təyinatı üzrə “Neftzavod” birliyində əmək fəaliyyətinə başlayır. Bir müddətdən sonra 
o, Azneft birliyinin layihə institutuna mühəndis vəzifəsinə işə qəbul edilir. 
 
Nadir müəllim, Mina xanım və ilk övladları Gülnarə 
  
Mina xanimin 50 illik yubileyində 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
69 
1959-cu ildə Mina xanım Balakişiyev Nadir Ağa Dayı  oğlu ilə ailə  həyatı 
qurmuş, onunla 45 il xoşbəxt ömür sürmüşdir. Bir gün də olsa belə Nadir 
müəllimin cismani yoxluğu bu ailədə hiss olunmamışdır. Nadir müəllim çox yaxşı 
həyat yoldaşı, ata, baba və ulu baba olmaqla hamının xatirəsində  əziz və doğma 
İnsan kimi yaşayır.  
Balakişiyevlər ailəsi öz başçısını itirəndə Nadir müəllimin 19 yaşı vardı.  
Qardaşı Qabili və bacısı Böyükxanımı böyütmək, onların təhsil problemlərini həll 
etmək, həyat yollarını istiqamətləndirmək bu gənc oğlanın çiyinlərinə düşmüşdü. 
Böyük Yaradan Nadir müəllimə şərəfli bir yol açmışdı. İnstitutu bitirdikdən 
az sonra Nadir Balakişiyev Azərbaycan Dövlət Nəzarət komitəsinin energetika 
şöbəsində müdir müavini vəzifəsində çalışırdı. 1961-cı ildə çox cavan olmasına 
baxmayaraq, Sumqayıt  şəhər KP-nın I katibi vəzifəsinə  təyin edilmişdir.  Şəhər 
aktivistləri və  ağsaqqallarla görüşdə    Azərbaycan KP MK-nın I katibi Vəli 
Axundov onu təqdim edərək belə demişdir: “Cavan şəhərə - cavan katib! İsləmək, 
yaratmaq üçün hər bir şərait vardır. Sizlərə  uğurlar arzulayıram və xoş müjdələr 
gözləyirəm!”  
Həyat yoldaşının belə bir məsul vəzifəyə  təyin olunması onun xanımından 
və ailə üzvlərindən daha çox məsuliyyətli olmağı  tələb edirdi.    Eyni zamanda 
ailədə artıq iki uşaq var idi. Bu səbəbdən Mina xanım ürək ağrısı ilə 1962-ci ildə 
daxil olduğu aspiranturadan imtina etməli olur.  
Balakişiyeva Mina xanım 1974-ci ildən təqaüdə  çıxana qədər, indiki 
“Mühəndis qrafikası” kafedrasında çalışmışdır. Mənimlə söhbətində isə çıxdığı ilk 
günü böyük sevinclə yaşadığını xatırlayaraq demişdi: “Tələbə olarkən “Tərsimi 
həndəsə” fənnini dahi Puzırevski Vladimir Filipoviç aparırdı  və imtahanı ona  
vermisəm. Bu insan mənim yaddaşımda xoş xatirələrlə qalmışdı. Həmişə belə bir 
şəxsiyyətlə birlikdə işləməyi arzulayırdım və bu mənə nəsib oldu. Ümumiyyətlə bu 
kafedra, onun kollektivi zaman keçsə belə mənə doğmadır.”  
Mina xanım həmişə  tələbələrin sevimlisi olmuşdur. Xüsusən qizlar ona 
böyük bacı, ana məhəbbəti bəsləyirdilər. Çəkinmədən onunla məsləhətləşir və 
fikirləri ilə bölüşürdülər. Kafedranın əməkdaşları da onunla həmsöhbət olmaqdan 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə