Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə20/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

 
İbrahim  Həbibov 
 
74 
lənmə diplomu ilə bitirərək neft hasılatı üzrə texnik ixtisasına yiyələnmişdir. Həmin 
ildə də texnikumu əla qiymətlərlə bitirdiyi üçün  onu M.Əzizbəyov adına Azərbaycan 
Neft və Kimya institutunun “Qazneftmədən” fakültəsinə imtahansız qəbul etmişdilər. 
 
 
 
Bakı neft texnikumunun tələbəsi O.Qurbanov dostları ilə birlikdə 
Oqtay müəllim 1959-cu ildə institutu bitirərək «Dag mühəndisi» adına layiq 
görülür və Orjonikidze adına neft qaz çıxarma idarəsinə  təyinatla göndərilir. O, 
1959-cu ilin iyul ayından 1960-cı ilin aprelinə kimi mədəndə operator və yerüstü 
avadanlıqlar üzrə usta vəzifələrində  işləmişdir. O,1960-cı ildə  Dəniz Neft layihə 
institunun «Uzən özüllər» şöbəsinə mühəndis  vəzifəsinə keçir. 
 
Mədən sınaqları zamanı 
 
Elm- tədqiqat laboratoriyasında 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
75 
Elmə  və  tədqiqat işlərinə xüsusi həvəsi olan Oqtay müəllim 1962-ci ilin 
dekabr ayından Azərbaycan Neft və Kimya institutunun aspiranturasının  əyani 
şöbəsinə  qəbul olur. Aspiranturada oxuduğu dövrdə «Qısaldılmış arxa divarlı 
mərkəzdənqaçma  nasoslarının tədqiqi» mövzusunda dissertasiya işi üzərində 
çalışır,  lakin səhhətindəki problemlərlə bağlı  bu  işi tamamlaya bilmir. 
1966-cı ildə ona Azər-
baycan Neft və Kimya institutu-
nun «Tərsimi  həndəsə» kafed-
rasında assistent vəzifəsində 
işləmək təklif olunur və  həmin 
ildən başlayaraq onun həyatı bu 
təhsil ocağı, bu kafedra ilə bağlı 
olmuşdur. Oqtay müəllim öz 
peşəsinin vurğunu idi. 
Tələbələri onu çox sevirdilər. Bu onun xarakterindən gəlmə bir iş idi, beləki 
onun üzündən təbəssüm heç vaxt əskik olmurdu. Ona istənilən vaxt yaxınlaşıb 
məsləhət almaq və kömək istəmək olardı. Həmişə onunla zarafatlaşaraq deyərdim: 
- Oqtay müəllim, görəsən bizi də  nə vaxtsa belə sevəcəklərmi?  
 
 
Oqtay müəllim tələbələri ilə  


 
İbrahim  Həbibov 
 
76 
Oqtay müəllim 1966-cı ildə ailə həyatı qurmuşdur. Onun xanımı - Bəylərova 
Almaz Rüstəm qızı 1939-cu ildə anadan olmuşdur. O bizim institutun ən hörmətli 
və savadlı riyaziyyatçılarından biri — Qoxmaz müəllimin bacısıdır. 
 
Oqtay və Almaz xanımın toyu 
Bu toy Neft və Kimya institutunun həyatında olduqca şən və yadda qalan 
toylardan biri olmuşdur. Burada kafedranın və institutun gənc alimləri, böyük 
müəllim kollektivi iştirak edirdi. 
B.Qutman, A.Abdullayev … 
 
Q.Qirimov, A.Cavadov və İ.Tsıbulski 
Almaz xanım həmişə Oqtay müəllimin «Muzası - İham Pərisi» olmuşdur.  
Onlar bir-birlərinə olan məhəbbətlərini açıq etiraf etməkdən çəkinmirdilər.  
Almaz xanım bizim akademiyanın məzunu olmuşdur. O, uzun müddət Dəniz 
neft layihə institutunda kimyaçı-mühəndis vəzifəsində  işləmişdir. Bu iki insan 
arasında yaşanan məhəbbət haqda saatlarla danışmaq olar. Almaz xanım bütün 
həyatı boyu Oqtay müəllimə  ən  əziz adamına olan duyğular bəsləmişdir. Çətin 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
77 
günlərdə, problemlərin aşıb-daşdığı bir vaxtda, eləcə  də xoş günlərdə  həmişə 
Oqtay müəllimin yanında olmuş və ona dəstək vermişdir.   
Yadımdadır, gün ərzində Oqtay müəllim bir neçə dəfə evə zəng edər və hal-
əhval tutardı. Almaz xanım da həyat yoldaşının qeydinə qalmaqdan zövq alardı.  
Oqtay saatlarla televizorun qarşısında oturub idman proqramlarına baxmağı 
və şahmat oynamağı xoşlayardı.   
1967-ci ildə onların yeganə övladları Nərminə dünyaya göz açmışdır. Oqtay 
müəllim tez-tez onu instituta gətirərdi.  Nərminə bizim kafedranın sevimli qızı idi.    
 
Tərlan və Nərminənin toyu 
Nərminə xanım  Azərbaycan Neft və 
Kimya institutunun “İqtisadiyyat” 
fakültəsini bitirmişdir. O, həmişə ka-
fedramızın sevimli qızı olmuşdur. 
Yüksək mədəniyyət  və  əxlaq sahibi 
olan bu xanım ata-anaya böyük 
hörmət bəsləyən, onları dünyalar 
qədər sevən bir övladdır. Onun həyat 
yoldaşı  Tərlan olduqca səmimi bir 
insandır.  
Oqtay müəllimlə onun arasındakı münasibət kürəkən-qaynata səviyyəsindən 
də yuxarıda dururdı.  
Tərlan ixtisasca hüquqşünasdır.  
Onların iki qızları vardır -  
Məryəm və Nurlanə. 
Oqtay müəllim bu qızlara 
dünyalar qədər məhəbbət 
bəsləyirdi.  
Oqtay müəllim 1972-ci ilin fevral ayında «Tərsimi həndəsə»  kafedrasının 
baş müəllimi vəzifəsinə seçilmiş və son günə qədər bu adı şərəflə daşımışdır. 
1977-ci ildə Oqtay müəllim Kiyev Universitetinin nəzdində olan 10 aylıq 
fransız dili kursunu bitirdikdən sonra Əlcəzair Xalq Demokratik Respublikasına 


 
İbrahim  Həbibov 
 
78 
ezam olunmuşdu. O 1977-1980-ci illərdə bu ölkənin Neft, qaz və kimya 
institutunda «Tərsimi həndəsə  və  rəsmxət»  kafedrasında müəllim vəzifəsində 
işləmişdir. Oqtay müəllim bu müddətdə pedaqoji təcrübə  və biliklərini artıraraq 
fransız dilində bir sıra dərs vəsaitləri çap etdirmişdir.  
 
Kafedradakı tədbirlərin birində 
Oqtay müəllim təbiətcə sadə, gözəl həmsöhbət, aktiv həyat tərzinə malik bir 
insan idi. Gənclik illərində  musiqi və  rəqsə xüsusi maraq göstərirdi.  Əlcəzairdə 
işlədiyi müddətdə institutun rəqs  ansamblının aktiv üzvü olmuş və ölkənin bir çox 
şəhərlərində keçirilən konsertlərdə müvəffəqiyyətlə  çıxışlar etmişdir. Onun 
aktivliyi institutun rəhbərliyi tərəfindən fəxri fərmanlarla qiymətləndirilmişdir.  
Akademiyada işlədiyi müddətdə 30-a yaxın dərslik, dərs vəsaiti, metodik 
göstərişlər və elmi-metodik məqalələr çap etdirmiş, bir sıra konfranslarda çıxış 
etmişdir. Akademiyanın müəllim kollektivi ilə  həmişə yaxşı münasibətdə 
olmuşdur. Kafedra ilə institutun tədbirlərində  və ictimai həyatında aktiv iştirak 
etmişdir.  İnstitutun axşam təhsil  şöbəsinin ümumtexniki fakültəsinin dekan 
müavini vəzifəsində çalışmış və kafedranın həmkarlar ittifaqının katibi olmuşdur.  
Oqtay müəllimin kafedranın bir çox müəllimi ilə dostluq münasibətləri  
vardı. Dosent İsmayılov Cahangir ilə bu münasibətlər daha yaxın olmuşdur. Onlar 
ailəvi dost idilər və yay tətilləri zamanı bir-birinin bağına getmək, avtomobillə 
ailəvi  şəkildə  səyahətə  çıxmağı çox xoşlayırdılar. Bu səyahətlərdə yerlərin tarixi 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə