İbrahim Həbibov
8
Gürcüstanda, Qazaxıstanda, Almaniyada, Yunanıstanda, Ukraynada, Belarusda
nəşr etdirilmişdir.
Kafedrada ardıcıl olaraq dissertasiya işləri müdafiə olunur və bu istiqamətdə
fəaliyyət genişləndirilməkdədir.
Kafedranın kadr bazasının gücləndirilməsi istiqamətində daim böyük işlər
görülür. Son illərdə kafedraya işə qəbul olunan gənc mütəxəssislərin sırasında
dosentlər R.Məlikov və O.Mirzəyev, assistentlər E.İsmayılov və G.Bağırovanı
göstərmək olar.
Hal-hazırda kafedrada 1 professor, 7 dosent, 3 baş müəllim və 2 assistent
çalışır.
İllər boyu kafedrada tədris prosesinin yüksək səviyyədə təşkil edilməsində
onun texniki işçilərinin də böyük zəhmətləri olmuşdur. Kafedranın əyani vasitələr
bazasının genişlənməsində və tədris prosesinin texniki təminatının yüksəldil-
məsində böyük xidmətləri olan M.S.Qorbunov, N.Mahmudzadə və V.Yejkovanı
göstərmək olar. Hal-hazırda tədris prosesinin maraqlı keçməsində yaxından iştirak
edən T.Sadıqova, R.Nəcəfquliyeva, L.Əliyeva, A.Qafarova, G.Qafarova və H.Əh-
mədova bu sıradan olan əməkdaşlardır.
Azərbaycan Dövlət Neft Akademiyasının «Mühəndis qrafikası» kafedrası 80
illik şərəfli yol keçmişdir. Onun tədris, elmi və elmi-metodiki işlərinin nəticələri
təkcə ölkəmizdə deyil, onun sərhədlərindən çox-çox uzaqlarda tanınır.
ADNA-nın aparıcı kafedralarından biri olan «Mühəndis qrafikası» kafedra-
sının professor-müəllim heyətini bu yubiley münasibəti ilə təbrik edirik.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
9
KAFEDRANIN YARADICISI, BÖYÜK TƏŞKİLATÇI VƏ ALİM
Puzırevski Vladimir Filipoviç
Bu kitabın hazırlanması ilə əlaqədar
işləri başlamazdan əvvəl kafedranın
arxivində saxladığım köhnə qovluqları
araşdırarkən əlimə Vladimir Filipoviç
Puzırevski ilə bağlı sənədlər düşdü. Onların
birində bu böyük şəxsiyyətin səhifə
yarımlıq tərcümeyi-halı yazılmışdı.
Bir anlığa gözlərimin önünə bu insanın Azərbaycanda «Tərsimi həndəsə»
elminin inkişafındakı rolu, yazdıqları kitablar, dərsliklər, metodiki tövsiyələr,
ümumiyyətlə gördüyü işlər və yaratdığı qurğular canlandı. Əgər bütün işləri
siyahıya alsaydıq onların həcmi avtobioqrafik yazıdan qat-qat çox olardı.
V.F.Puzırevski 1904-cü ilin may ayında Leninqrad vilayətinin Yanburq
şəhərində kəndli ailəsində anadan olmuşdur. Filip Puzırevski ailəsini arı
saxlamaqla və onun payına düşən balı satmaqdan əldə etdiyi gəlirlə saxlaya bilirdi.
1912-ci ildə atası balaca Vladimiri Bakıda yaşayan və övladı olmayan
bacısının yanına göndərir. Həmin il o, Bakıdakı məşhur 2 saylı «Realnoe
uçilişeyə» daxil olur. (Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra bu təhsil
ocağı 13 saylı məktəb kimi fəaliyyət göstərməyə başlamışdır). 1922-ci ildə
V.F.Puzırevski orta təhsilini başa vurur.
Məktəbdə təhsil almaqla bərabər o 1920-1922-ci illərdə Bakıda fəaliyyət
göstərən kontorların birində çalışır. 1922-1925-ci illərdə Azərbaycan SSR Xalq
Komissarlığının katibliyində çalışır.
1923-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olur və 1930-cu ildə bu
ali məktəbi mühəndis-mexanik ixtisası üzrə bitirir. Həmin il Bibi-Heybət NQÇİ-də
mühəndis-konstruktor kimi çalışmağa başlayır, eyni zamanda, artıq Azərbaycan
İbrahim Həbibov
10
Neft İnstitutu adlanan doğma ali məktəbində müqavilə əsasında dərs deməyə
başlayır.
1931-ci ilin payızında institutda tam əmək fəaliyyəti ilə məşğul olmağa
başlayır. 1932-ci ildə müstəqil «Tərsimi həndəsə və rəsmxət» kafedrasının
yaranması ilə əlaqədar olaraq, bu kafedraya rəhbərlik etmək ona həvalə olunur.
Onun gərgin fəaliyyəti nəticəsində kafedranın maddi-texniki bazası dövrün
tələblərinə uyğun formalaşmağa başlayır, dərsliklər, metodiki tövsiyələr işlənib
hazırlanır. Onun kafedraya rəhbərlik etdiyi dövrdə xüsusiləşdirilmiş auditoriyalar
və laboratoriyalar təşkil olunur, dərs prosesləri coxlu sayda əyani və texniki
vasitələrlə təchiz olunur. Respublikada tanınmış mühəndis və gənc mütəxəssislər
kafedrada işləməyə dəvət olunurlar.
1938-ci ildə V.F.Puzırevskinin metodiki fəaliyyəti nəzərə alınaraq SSRİ Ali
Attestasiya Komissiyasının qərarı ilə ona kafedra üzrə dosent elmi adı verilir.
1940-cı ildə Ə.Məmmədov, V.F.Puzırevski və K.Məmmədov tərəfindən
azərbaycan dilində «Tərsimi həndəsə» adlı ilk dərslik hazırlanııb nəşr olunur.
Tükənməz enerji sahibi olan Vladimir Filipoviç 1942-ci ildə namizədlik
dissertasiyası müdafiə edərək texnika elimlər namizədi alimlik dərəcəsi alır.
Q.M.Bağırzadə və V.F.Puzırevski
V.F.Puzırevskinin geniş elmi və tədris
fəaliyyəti, yaradıcılıq uğurları qısa bir
müddətdə onu respublikanın tanınmış şəxs-
lərindən birinə çevirir. Ali məktəblər onu dərs
deməyə dəvətlər göndərir.
O, 1934-1942-ci illərdə Azərbaycan
Dölət Universitetinin fizika-riyaziyyat fakül-
təsində, 1942-1944-cü illərdə Ali hərbi-də-
nizçilik məktəbində, Dəmiryol mühəndisləri
institutunda «Tərsimi həndəsə» fənni üzrə
dərslər aparır. V.F.Puzırevskinin olduqca gözəl
əl qabliyyəti vardı. O, lövhədə çertyojları elə
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
11
səliqə ilə çəkirdi ki, onlara yaradıcılıq əsəri kimi baxmaq olurdu. Muhazirələri
xüsusi tərzdə aparardı. Tələbələr onu maraqla dinləyərdilər.
1965-ci ildə ona professor elmi adı verilmişdi. Bu adı o qürür hissi ilə
daşıyırdı.
Vladimir Filipoviç kafedrada çalışan Rəisə xanım Əyyubova ilə ailə
qurmuşdu. Onların bir övladı var — Eldar. O həkimdir.
İnstitutun ictimai həyatında aktiv iştirak edirdi. 1942-ci ildən Elmi Şuranın
üzvü olmuşdur. Ali məktəbin rəhbərliyi onun fikirlərinə və təkliflərinə xüsusi
hörmət və ehtiramla yanaşırdılar.
«Vışka» qazetinin 03.11.2006-cı il tarixli nömrəsini oxuyanda Geologiya
institutunun direktoru, akademik Akif müəllim Əlizadənin müsahibəsində bir
qeydə rast gəldim. (Akif müəllim bizim institutu bitirmişdir.) Jurnalist ona belə bir
sual verir: « Sizə ali məktəbdə dərs deyən müəllimlərdən ən çox kimləri
xatırlayırsınız?» Akademik bu suala geniş cavab verir, lakin mən bir bəndini
göstərmək istəyirəm — « … ilk kurslarda “Tərsimi həndəsə” fənnindən bizə
Puzırevski Vladimir Filipoviç adlı bir müəllim dərs deyirdi. Olduqca yadda
qalan şəxsiyyət idi. Öz fənnini gözəl bilirdi və tələbələrdən təxminən bunu da
tələb edirdi. Puzırevskidən keçmək, “Tərsimi həndəsə”dən məqbul almaq o
demək idi ki, sən AzSİ-də təhsilini davam etdirə bilərsən…»
V.F.Puzırevskinin böyük əmək fəaliyyəti dəfələrlə müxtəlif səviyyəli dövlət
təltifləri ilə qiymətləndirilmişdir. Bu gün də onun yetirmələri şərəflə müəllim-
lərinin yolunu davam etdirirlər.
Dostları ilə paylaş: |