Sədərəyin Seyidlər ocağı
107
bənzər. Əgər səadət toxumu əksən, axirətdə onun
şirin meyvəsindən bəh rələnərsən”.
Mirsəccad ağanın kəramətlərindən biri bu
olub ki, onlar yay vaxtı yaylağa gedibmişlər.
Axşamdan onların suyu qurtarıb. Uşaqlar su
istəyirmişlər. Lakin bulaq çox uzaq imiş. Suyun
qurtarmasını evin xanımı Zəhra nənə bilirdi.
Uşaqlar ağlayanda ağa xanıma deyir ki, get
uşaqlara su gətir. Xanım gedib qayıdır və deyir
ki, su yoxdur, səhənglər boşdur. Səccad ağa
ikinci dəfə təkidlə deyir ki: “sənə dedim ki, get
su gətir”. Xanım sanki məcbur gedir səhəngi
gətirsin və göstərsin ki, su yoxdur. Ancaq gedir
görür ki, bu dəfə səhənglər ağzına qədər su ilə
doludur. Özü də elə soyuqdur ki, səhəngin sol
tərəfi tərləmişdi. Zəhra nənə çox sevincək öz
uşaqlarına su içirdir.
Mirsəccad ağa 1942-ci ildə Böyük Vətən
müharibəsinə gedir və bir daha geri dönmür.
Hacı Mirfazil
108
Oturanlar:
Sağdan: Qəzənfər Ağa,
Seyid Qasım Ağa,
Bəhlul Ağa
Ayaq üstdə
duranlar:
Soldan: Seyid Mehdi,
Seyid
Kazım,
Qonşu Firudin
Sədərəyin Seyidlər ocağı
109
* * *
M
M
irsəccad ağanın 6 övladı olmuşdur. Bö-
yük oğlu Bəhlul 1932-ci ildə Sədərək
kəndində dünyaya gəlir və orada boya-başa
çatır. Bəh lul əmim öz ailəsi ilə birlikdə 1946-cı
ildə Sədərəkdən Neftçalaya köçmüş və oradan
da Bərdə rayonunun Həsənqaya kəndinə gəl-
mişdi. Hal-hazırda həmin kənddə ya
şa yır.
Bəhlul əmim el arasında ağsaqqal kimi böyük
nüfuza malikdir. Onun 5 övladı var. Böyük oğlu
Mirhüseyn, Mirqafar, Novruz, Saqi və Ələddin.
Ağanın nəvələrindən Cey
hun, Emin, Ağası,
Rəşad və Bəhlul. Bu balalar Mirsəccad ağanın
Bəhlul əmim tərəfindən davam etdirilən nəslidir.
Hacı Mirfazil
110
* * *
M
M
irsəccad ağanın 2-ci övladı Mehdi
1934-cü ildə Sədərək kəndində
anadan ol
muşdur. Mehdi əmim Sədərəkdə
böyüyüb boya-başa çatıb. O, atasına təsərrüfat
işlərində kömək edərdi. Mehdi əmim çox
mülayim, qəlbən həssas və xoşxasiyyət bir
insan idi. O, xalq arasında gözəl rəftarı ilə
seçildiyi kimi, həmişə başqalarından öz əxlaqı
ilə fərqlənirdi. Atasından çox tez məhrum olan
Mehdi əmim həyatda çox çətinliklərlə üzləşir.
Başqa əmisi Qəzənfər ağa öz qardaşları ilə çiyin-
çiyinə verib kəndin kolxoz tarlasında pambıq
əkib becərməli olurlar. Əməkdə çox fədakarlıq
göstərdiyinə görə, Mehdi əmimi briqadir təyin
edirlər. O, həm də dinə çox bağlı idi. O, vaxtlı-
vaxtında namaz qılan, oruc tutan, insanlara
bacardığı qədər yardım edən bir insan idi.
Mehdi əmimin həyatında çox qəribə hadisələr
olub. Bunlardan biri də Ucar rayonunda baş
verib. Belə ki, Həsənqaya kənd sakinləri olan
Toflq və Sahib Ucar rayonunda avtomobil
qəzası keçirirlər. Onların işi məhkəməyə düşür.
İşi aparan hakim bunlardan 4 min manat pul
istəyir ki, bu işə son qoysunlar. Bunlar isə çox
kasıb idilər. Öz dərdlərini Mehdi əmiyə deyirlər
və ondan xahiş edirlər ki, onlara kömək etsin.
Mehdi əmim zəng edib Ucarda yaşayan Vilayət
Sədərəyin Seyidlər ocağı
111
Seyidovun qohumu olan Nofəldən xahiş edir
ki, getsin o hakimin yanına və ona desin ki: “O
uşaqlar çox kasıb ailədəndirlər. Onların işini
bir az yüngül etsin”. Nofəl gedib hakimə Seyid
Mehdinin xahişini deyir. Hakim isə Nofələ deyir
ki: “Sən nə danışırsan. Nə seyid, nə xahiş, artıq
bu iş tamamlanıb, qurtarıb. Şahidlər də hazırdır”.
Həmin günün axşamı hakim evinə gedir. Gecə
yatıb yuxuda görür ki, bunu ayağından “qır
qazanına” başı üstə salır, sonra yuxarı qaldırırlar.
Hakim yuxudan qışqırıb ayılır. Xanımı deyir,
sənə nə olub? O, yuxuda gördüklərini xanımına
danışır. Arvadı ona bir stəkan çay gətirir.
Hakim çayı içib yenə yatır və həmin yuxunu
yenə təkrar görür. Durub deyir ki: “Mən gərək
o seyid Mehdinin xahişini yerinə yetirəydim”.
Səhəri gün hakim öz maşınına minib gəlir Bərdə
rayonunun Həsənqaya kəndinə, Seyid Mehdinin
evinə. Ondan xahiş edir ki, ağa, məni bağışla,
mən sənin xahişini qəbul edib, cəddinin hörməti
xatirinə bu işə xitam edirəm. Ancaq sən də mənə
dua et ki, Allah məni bağışlasın.
Mehdi əmim 1997-ci ildə Həsənqaya
kəndində dünyasını dəyişib. Onun üç oğlan,
altı qız övladı olub - Məleykə, Mətləb, Gülüm,
Əsmər, Minayə, Mərdan, Zöhrə, Zərniyar və
Mehman. Oğlan nəvələrindən Səccad, Coşqun,
Süleyman və Mirəli. Bu balalar Mirsəccad ağanın
Mehdi əmim tərəfindən davam etdirilən nəslidir.
Hacı Mirfazil
112
Sədərəyin Seyidlər ocağı
113
* *
M
M
irsəccad ağanın 3-cü övladı Mirqasım
ağadır. O, 1936-cı ildə Sədərək
kəndində Seyidlər ocağında anadan olub.
Mirqasım ağanın həyatı çox keşməkeşli olub.
Belə ki, o, hələ uşaq ikən 5-6 yaşı olanda onun
atası Mirsəccad ağanı Böyük Vətən müharibəsinə
aparırlar. Bu ağrılı-acılı çətin günlər azmış kimi,
çətin illərin ardınca onların talelərində bir də öz
doğma yurdlarından, isti ocaqlarından məcburi
köçmək də varmış. O zaman zalım Stalinin
əmri ilə yüzlərlə, minlərlə azəri ailələri öz
yurdlarından deportasiya olunurdular. Taleyin
bu qara günləri Seyidlər ocağından da yan
keçmədi. Hökumət Mirqəzənfər və Mirsəccad
ağaların ailələrini də məcburi öz yurdlarından
köçürür. Bu hadisə 1946-cı ilin yaz günlərində
baş vermişdi. Bu illərdə Mirqasım ağa uşaq
olmağına baxmayaraq öz ailələrinə kömək olsun
deyə çobanlıq etməyə başlayır. Ağa öz ailəsi
ilə və əmisi Qəzənfər ağanın köməyi ilə Bərdə
rayonuna gələndən sonra kolxozda fəhlə kimi
işləməyə başlayır. Bir müddət davam etdikdən
sonra kolxoz sədri Zinyət arvad və rəhbərlik
görür ki, Mirqasım çox ləyaqətli, işinə düz və çox
namuslu insandır. Elə ona görə də onu kolxozda
anbardar qoyurlar. O, bu işdə 35 il - yəni kolxoz
dağılana qədər işləyir. Bu illərdə o heç kəsin
Dostları ilə paylaş: |