KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

65 
 
−Eh,  Yeganə!..  Yeganə!  Mən  hər  şeydən  xəbərdaram.  Yoxsa,  səndən  bu 
qədər soyuyardımmı? 
−Axı, kimdən nə eşitmisən? 
−Mənə  Zakir özü danışıb.  Bu  yaxınlarda yanıma  müalicəyə  gəlmişdi. Bax, 
elə  bu  divanda  oturmuşdu.  Səninlə  necə  tanış  olduğundan,  ta  sonralara  qədər 
hamısını açıb tökdü. 
−Yalandır! O dedi, sən də inandın?! 
−Şübhələnməyə əsas yox idi. Zakir bizim münasibətimizi bilmirdi. Təsadüf 
belə  gətirmişdi...  Axşam  restoranda  o  sənə  yaxınlaşanda,  xəcalətdən  gizləndim. 
Bizi  bir  yerdə  görsəydilər,  mən  də  onun  səviyyəsinə  enərdim,  alçalardım.  Eh!.. 
Qadınları tanımaq çətindir! Mən sənin haqqında tamam ayrı fikirdə idim... Keçdi!.. 
Yeganə  tutulmuşdu.  Qalxıb  bir  anda  təşəxxüslə  hər  şeyə  tüpürmək,  qapını 
çırpıb, evi tərk etmək istədi. 
−Keçənə güzəşt deyərlər! Mən sənə lazım deyiləmmi? – Xəbər aldı. – İndi 
neyləyim? Durum, gedimmi? Utanma, açıq danış, bir də bura gəlim, ya yox?!. 
Aslan sözün düzünü deməkdən çəkinmədi: 
−Gəlirsən gəl. Ancaq... bir məşuqə kimi. Səndən keçmək olarmı? 
Yeganə ikiəlli oğlanın boynundan yapışıb sinəsinə sıxdı. 
−Ona da razıyam! 
Ağladı. 
 
 
SƏKKİZİNCİ NOVELLA 
 
 
Müharibə  illəri  başsız  qalan  ailələr  dolanmaq  naminə  evlərinin 
qiymətli  şeylərini  dəyər-dəyməzinə  satır,  çörək,  yağ,  qənd  hayına  qalırdılar.  O 
zaman  Səltənətin  də güzəranı  ağırlaşmışdı. Kürəkəni  cəbhədə ölmüşdü. Fəridənin 
südəmər  uşağı  olduğundan  hələlik,  qulluğa  girə  bilmirdi.  Bazarda  qiymətlər 
gündən-günə qalxırdı. Fabrikdə toxucu işləyən Səltənətin maaşı ilə həmxanalardan 
topladığı ev kirayəsi onları görmürdü. 
Daşkəndin Şeyxanaətaur bağındakı təsadüfi tanışlıqdan sonra çopur dəllalın 
qızıllarını ələ keçirən Yeganə isə... bu çətinlikdən, qayğıdan uzaq idi. O, çoxlarının 
düşdüyü ehtiyac girdabının sahillərində asudə, rahat gəzib, dolanırdı. 
Bir  yol  Səltənətin  dəllal  çağırtdırıb,  mülkünə  müştəri  axtardığından  xəbər 
tutan Yeganə, alıcı quş təkin tez arvadın başının üstünü kəsdirdi: 
−  Ay  xala,  mən  ölmüşəm  bəyəm  sən  evini  satırsan?!  –  deyə  canıyananlıq 
elədi.  –  Qoymaram  heç  kəsi  bu  həyətə  ayaq  bassın!..  Pul  üçün  məəttəlsən,  mənə 
ağız aç. Qonşuları özümüzə güldürmək nəyə lazımdır?.. 
downloaded from KitabYurdu.org


66 
 
Bu sözlərdəki səmimiyyətə inanan Səltənətin gözləri yaşardı: 
−  Neyləyim,  qızım?  Kasıblığın  üzü  qara  olsun.  Ümidim  təkcə  bu  daş-
divaradır. Belə gündə kimdən borc alasan?.. Hərə özünü güclə dolandırır.... 
− Mən özgə deyiləm, Səltənət xala. Haçan bir şey gərəyinsə, məndən istə. 
Yeganə dəllala elə həmlə gəldi ki, kişi çaşıb qapı əvəzinə pəncərəyə cumdu. 
O, həmin axşam arvada bir bağlı pul gətirdi: 
− Al, beş min manatdır. Qaytarmağa da tələsmə. Mənim azdan-çoxdan yenə 
varımdır, birtəhər keçinərəm. 
Səltənət,  həmxanaları  ilə  davadan  qabaq  necə  danışmışdısa,  indi  də  kirayə 
haqqını eləcə alırdı. Daha başqaları kimi dükan-bazara baxıb, otaqların qiymətini 
təzədən artırmağı insafına sığışdırmırdı. 
Müharibə  uzandıqca,  vəziyyət  ağırlaşırdı.  Səltənətin  borcunun  üstünə  bir  o 
qədər  də  gəlmişdi;  artıq,  evini  satmağa  məcbur  idi.  Bu  dəfə  Yeganə  onu  müştəri 
axtarmağa  qoymadı.  Arvadla  sövdələşib,  həyət-bacanı  öz  adına  keçirdi.  Səltənət 
yuxarıdakı otaqlardan birində kirayənişin qaldı. 
− Ay xala, vallah, doğru sözümdür. Səndən bir qəpik almayacağam, − deyə 
Yeganə  bu  başdan  arvadı  şirnikləndirdi.  –  Nə  qədər  ömrün  var,  mənimlə 
yaşayacaqsan. 
Döşəməsinin  altında  qızıl  düyünçələri  gizlətdiyi  dolu  ev-eşiyi  nəzarətsiz 
qoymaq başısoyuqluq olardı. Bunun üçün Səltənətdən münasib adam yox idi. Bir 
ay  keçməmiş,  Yeganə  aşağı  mərtəbədəki  otaqların  kirayə  haqqını  üçqat  artırdı, 
həmxanalara da ciddi ultimatum verdi: 
− Kimə sərf eləmirsə, zəhmət çəkib evi boşaltsın! 
Gecələr  Səltənət  çox  zaman  qızının  yanında  qaldığından,  Yeganə  burada 
daha geniş qol-qanad açdı. Kirayənişinlər onun hərəkətlərinə göz yummaq istəsələr 
də,  bacarmırdılar.  Axır  vaxtlar  lap  cana  doymuşdular.  Arabir  qadının  üzünə 
bozarıb, əməllərini pisləyirdilər. 
Bu axşam Səltənət həyətə girəndə, qonşulardan... kor bir zabitin Yeganənin 
yanına getdiyini eşitcək, məsələni əlüstü başa düşdü. O, Əkrəmin iki gözdən şikəst 
olduğundan  xəbərdar  idi...  Arvad  həyəcandan  pilləkəni  necə  qalxdığını  bilmədi. 
Təngnəfəs  özünü  aynabəndə  saldı.  Hələ  uzaqdan  Əkrəmi  açıq  qapı  ağzında,  qara 
şüşəli çeşməkdə görəndə əti ürpəşdi. İrəli atılaraq onu doğma balası kimi bağrına 
basıb öpmək, sonra da Yeganəyə gözaydınlığı vermək istədi. Lakin nə düşündüsə, 
fikrini  dəyişdi;  cınqırını  çıxarmadan  sola  buruldu,  öz  otağına  keçdi.  Pəncərənin 
böyründə küncə qısılıb için-için ağladı. Yadına kürəkəni Əşrəf düşdü – Fəridənin 
əri.  Getdi,  qayıtmadı...  Qızı  cavan  ikən  dul  qaldı,  nəvəsi  yetim...  Arvad  əllərini 
yuxarı qaldırıb pıçıltı ilə göyə yalvardı, allahdan nə isə dilədi. 
downloaded from KitabYurdu.org


67 
 
Səltənət  gəncin  halına  yansa  da,  Yeganənin  evdə  olmadığını  bildiyindən 
onunla  təklikdə  görüşməyə  ehtiyat  edirdi.  Əkrəm  arvadının  barəsində  soruşsa, 
çıxılmaz  vəziyyətdə  qalacaqdı.  Yalan  danışmağa  dili  gəlməyəcək,  doğrunu  da 
söyləməyəcəkdi. “Onsuz da ürəyi sınıqdır. Bu dəqiqə gəlinin işdəklərindən duyuq 
düşsə, ürəyinə dağ çəkilər. Mən loxəbər olmaq istəmirəm. Sonra gərək Yeganə ilə 
ömrüm boyu qanlı bıçaq qalam...” Səltənət ehtiyatla çıxıb getdi... 
Əkrəm onun ayaq səslərini aynabəndə girəndə eşitmişdi. 
Stol  üstündəki  konyak  şüşələri...  boş  qədəhlər...  papiros,  siqaret  kötükləri... 
Yeganənin  haqqında çox  şeylər  deyirdi. Bunlar  Əkrəmin  barmaqlarına  toxunanda 
onun qəlbini ahar eləmişdi, tüstüsü beynindən çıxmışdı... 
Gecə  saat  ikini  vuranda  o,  soyunmadan  döşənəksiz  taxta  uzandı.  Srağa 
gündən yorğun və yuxusuz olduğuna baxmayaraq, yenə yata bilmədi... Vağzaldan 
faytonla  onu  evlərinə  gətirən  qadını  xatırladı.  Axı,  o  kim  idi?  Əkrəmi  küçələrinə 
ötürəndən sonra da getməmişdi, dayanıb gözləmişdi. 
“Yox, o, yad adama oxşamırdı. Səsi mənə tanış gəldi, haradasa eşitmişəm... 
Eh!.. Dünyada o qədər yaxşı insanlar var ki!.. Əlbəttə, pisləri də az deyil. Həyatın 
qəribəliyi,  ədalətsizliyi  çoxdur.  Bəzən  nəciblər,  xeyirxah  niyyətlərlə  yaşayanlar 
vaxtından tez ölür, xəbislər, bədxahlar isə elə hey ömür sürürlər.” 
Əkrəmin  yuxusu  ərşə  çəkilmişdi.  Qalxıb  eyvana  çıxdı.  Hava  sərinləmişdi. 
Uzaqlarda göy guruldayırdı... 
 
Obaşdana  yaxın  Aslan  telefonun  cingiltisinə  oyandı.  Dəstəyi  qaldırıb, 
qulağına tutdu. Onu xəstə üstünə çağırırdılar. 
−İyirmi dəqiqəyə ordayam! – deyib, tələsik geyinməyə başladı. Səsə Yeganə 
də gözlərini açdı. Tənbəl-tənbəl yerində qurcalanaraq, yuxulu tərzdə xəbər aldı: 
−Tez qayıdacaqsan? 
−Bilmirəm. O baxır naxoşun vəziyyətinə... 
Bəlkə... 
Yeganə sözünü yarımçıq kəsdi. 
−Bəlkə nə? – deyə Aslan arxaya döndü. 
−Hər çağırılan yerə getmək vacibdir? 
−Bəs necə? Bir halda ki, ümidləri mənədir... 
−Gecənin bu vaxtında? 
−Bəli. Xəstəlik vaxtla ayaqlaşmır. 
−Çox vacibdir “təcili yardım” çağırsınlar. 
−Onların rayonunda həkim azlıq edir. Çatdıra bilmirlər. 
Yeganə mızıldandı: 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə