KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

56 
 
Yeganə  əzgin  vəziyyətdə  boynunu  yana  əyib,  qorxurmuş  kimi,  astadan 
pıçıldadı: 
−Barmağındakı üzükdən. 
Bayaqdan  qıraqda  dayanmış  Aslan  onların  hər  bir  hərəkətini  izlədikcə, 
hirsindən dodaqlarını çeynəyirdi. 
Aslan  mətbəxdə  qəhvə  hazırlayırdı.  Qollarını  başının  altında  çarpazlayıb, 
arxası  üstdə  divanda  uzanmış  Yeganə  gözlərini  tavana  zilləyərək  fikrə  dalmışdı. 
Beş-altı il əvvəlki qayğısız, sevdalı günləri xatırlayırdı. Növrəstə, dəcəl bir qız idi. 
Teatr texnikumuna təzəcə girmişdi. Cavanlar  Yeganəyə  rahatlıq vermirdilər;  kimi 
məktub yazıb tanış olmaq istəyir, kimi kinoya, parka dəvət edir, kimisi də dərsdən 
sonra onu evlərinə ötürməyə can atırdı. Bəzən tanımadığı oğlanlar belə, yolda bir 
söz  soruşmaq  bəhanəsi  ilə  Yeganəni  yubatmağa  çalışırdı.  Qız,  hərdən  xoşladığı 
tələbələrlə gəzməyə, əylənməyə çıxsa da, bu ünsiyyət uzun sürmürdü. 
Lakin sonra  hər  şey  dəyişdi. Sevginin nə demək  olduğunu  da Yeganə onda 
bildi! 
O zaman hələ Əkrəmi tanımırdı. 
Axşam  idi.  Xoş,  təravətli  bahar  axşamı.  Texnikumdan  çıxan  Yeganə  evə 
çatmağa  az  qalmışdı  ki,  boz  kostyum  geymiş  hündürboylu,  yaraşıqlı  bir  oğlan 
ehtiyatla  yaxınlaşıb  onun  qabağını  kəsdi.  Qızın  ürəyinə  qorxu  doldu,  ancaq 
qaçmadı. Bəlkə də yaşadığı küçəyə çatdığı üçün bir növ təsəlli tapdı. 
−Siz  kimsiniz?!  Nə  istəyirsiniz?!  –  deyə  qaşqabağını  sallayıb  təkəbbürlə 
dilləndi.  Oğlan  danışmadı.  Yeganənin  qarşısından  çəkilib,  səkidən  aşağı  endi. 
Sanki  bu  hərəkəti  ilə,  qızın  hürkdüyünü  görüb,  onu  öz  ixtiyarına  buraxdı. 
Haçandan-haçana enli, qara bığlarının altında gülümsəyərək, sakit bir səslə, həm də 
çox təmkinlə dedi: 
−Yeganə xanım, xətrinizə dəyməsin, siz bu sualı mənə indi niyə verirsiniz?.. 
Mən ki, bir aydan artıqdır hər addımınızı izləyirəm. 
−Çox nahaq yerə! Mən sizi tanımıram... birinci dəfədir görürəm... 
−Heç tanımaq da istəmirsiniz, eləmi? – deyə oğlan onun sözünə əlavə etdi. – 
Ancaq  mən  bunun  üçün  sizdən  əsla  incimirəm.  Çünki  elə  əvvəldən  də  bu  cavabı 
eşidəcəyimi bilirdim... 
Qız  gözünün  üstünə  tökülmüş  saçlarını  əlinin  sərt  hərəkəti  ilə  dala 
hamarladı. 
−Siz mənim adımı hardan öyrənmisiniz?! 
−Mən  təkcə  adınızı  yox,  sizin  barənizdə  çox  şey  öyrənmişəm.  Evinizi  də, 
texnikumunuzu da, yoldaşlarınızı da tanıyıram... 
downloaded from KitabYurdu.org


57 
 
−Əslinə  qalsa,  bu  da  bir  cür  oğurluqdur.  Özgəsinin  şəxsi  həyatı  ilə 
maraqlanmağı  sizə  məsləhət  görməzdim.  Bir  də...  axı,  məni  niyə  yubadırsınız?.. 
Sözünüzü deyin... 
−Mən də bu suala cavab almağı bu gün sizə məsləhət görməzdim. Əvvəla, 
tələsirsiniz. Sonra çox acıqlısınız. Sağ olun. 
−Xoş getdiniz!.. 
Yeganə ayrılıb, cəld addımlarla evlərinə tərəf yollandı və küçə qapılarından 
içəri  girəndə  sövq-təbiiliklə  başını  döndərib  çiyninin  üstündən  geriyə  baxdı.  O, 
hələ də yerində dayanmışdı. 
Sabahısı rəfiqələri ilə dərsdən çıxanda da Yeganə həmin oğlanı gördü; qarşı 
səkidə  divara  söykənib  durmuşdu.  Qız  onu  vecinə  almadan,  saymazyana  ötüb 
keçdi.  Üçüncü...  dördüncü  kərə  də  belə  etdi...  Ancaq  bir  sirr  var  idi  ki...  indi 
Yeganə  də  oğlanla  maraqlanırdı:  adını,  kim  olduğunu  öyrənmək  istəyirdi.  Hətta, 
bunu  rəfiqələri  bilməsə  də, o,  texnikumdan  çıxanda  bir  bəhanə  ilə  yoldaşlarından 
ayrılaraq  evə  tək  gedirdi.  Belə  vaxtlarda  həmişə  də  arxadan  ehtiyatlı  ayaq 
səslərinin ona yaxınlaşacağını gözləyirdi. 
Nəhayət...  bir  səhər  dərsə  gedəndə  oğlanla  yenə  küçələrində  qarşılaşdı.  Bu 
gün  o,  başqa  kostyumda  idi.  Çox  səliqəli  geyinmişdi.  Sifətində  nə  isə,  özündən 
razı,  xürrəm  bir  ifadə  vardı.  Sanki  bu  dəfə  sözünün  yerə  düşməyəcəyini,  rədd 
edilməyəcəyini  qabaqcadan  bildiyindən  şadlanırdı.  Yeganə  oğlanın  yanından 
ötəndə  ürəyində  anlaşılmaz  bir  narahatlıq,  sıxıntı  duydu;  yerişini  itirdi,  dizləri 
titrədi. Bu dəqiqə az qala ayaqları bir-birinə dolaşacaq, səntirləyib yıxılacaqdı. 
−Yeganə xanım! 
Qızın vücudunu sarsıdan bu həyəcanlı nida qəflətən onu dabanlarından yerə 
mıxlayıb dayandırdı. 
Oğlan asta-asta irəli gəldi. Yenə də həmin təmkinli, tanış səs eşidildi: 
−Bağışlayın... sizdən artıq dərəcədə üzr... 
−Çox  nahaq  yerə!  Bilmirəm  küçənin  ortasında  mənim  qarşımı  niyə 
kəsirsiniz?! 
Yeganə özü də dərk etmədən dediyi bu sözlərə peşman kimi ixtiyarsız halda 
başını  qaldırıb,  gözlərini  onun  sifətinə  dikdi;  məlul  baxışları  ilə  sanki  verdiyi 
cavabı geri istədi. 
Oğlanın qalın dodaqlarında istehza qarışıq xəfif bir təbəssüm gəzdi: 
−Burda təəccüblü nə var ki?! Küçənin ortasında adamların qabağını kəsmək 
oğruların şakəridir. 
Nəyə işarə vurulduğunu Yeganə başa düşsə də, özünü sındırmadı: 
−Oğru pullu, dövlətli adamın qabağını kəsər. Məndən nə aparacaqsınız? 
downloaded from KitabYurdu.org


58 
 
−Sizdən – ürəkaçan gözəllik... Xoş, gülümsər baxış... iki kəlmə şirin söz... 
Qız başını aşağı saldı, yoluna düzəldi. Oğlan da onunla yanaşı addımladı. 
−Keçən dəfəki kimi bu gün də məndən onların heç birini gözləməyin. 
−Mən çox səbrli oğruyam. Sabahın ümidi ilə yaşayıram... 
Yerində deyilən bu sözlər Yeganənin ürəyinə yatdı. Çevrilib bir daha gəncə 
nəzər  yetirəndə,  istər-istəməz  güldü;  sədəf  dişləri  parladı,  yanaqları  çökükləndi. 
İndi nədənsə, o, tanımadığı yad adamın deyil, özünə yaxın, məhrəm bir şəxsin tanış 
sifətini gördü. Oğlan da qımışdı. Və barmağındakı dördkünc yaqut qaşlı üzüyü ona 
göstərməyə  çalışırmış  kimi,  sol  əli  ilə  xeyli  vaxt  çənəsini  ovuşdurdu;  enli  qara 
qaşlarının altından nüfuzedici baxışlarla Yeganəni süzdü. 
−Mən istədiklərimdən birini özünüzdən xəbərsiz sizdən oğurladım... 
−Nəyi? – deyə qız, düşünmədən soruşdu. 
−Xoş, gülümsər baxışınızı. 
Sonrakı söhbətlər daha əyləndirici oldu. 
... Yeganə bir də başını qaldıranda təəccüb elədi. O, yolunu texnikuma tərəf 
deyil, tamam başqa səmtə salmışdı. Həm də dərsə gecikmişdi. 
İkinci  görüşdə  adını  Zakir  söyləyən  gənc,  qızdan  “oğurlamaq  istədiyi” 
ürəkaçan gözəlliyi də, xoş, gülümsər baxışları da, şirin sözləri də əsir aldı. Yeganə 
büsbütün  təslim  oldu.  Xəbər  tutmadı  Zakir  nə  vaxt  onun  qəlbinə  yol  tapdı, 
məhəbbətini apardı... Özü isə yoxa çıxdı. 
Yeganə kor-koranə, ağılsızcasına sevdiyi oğlanı çox axtardı, yerini, ünvanını 
öyrənə bilmədi. Təəssüf hissi uzun zaman rahatlığını pozdu. Bir ay ötməmiş Zakiri 
teatrın  foyesində  gözəl  bir  qızla  qol-qola  gəzərək  pıçıldaşan  gördü.  Yanaşmaq 
istədi, ayaqları getmədi... 
Sonralar  isə...  Əkrəm  cəbhədə  olduğu  müddətdə  təsadüf  elə  gətirdi  ki,  o, 
şəhərdə  “xozeyin  zərgərin  oğlu”  ləqəbi  ilə  tanınan  Zakirlə  yenə  tapışdı,  köhnə 
münasibətlər təzələndi, macəralar təkrarlandı... 
Bu  axşam  restoranın  vestibülündə  arxadan  əlləri  ilə  gözlərini  qapayan 
adamın  barmağındakı  üzüyə  toxunanda,  Yeganənin  bədənindən  soyuq  bir  gizilti 
keçmişdi. Bu isə onun üçün gələcək həyatı, bəxtəvərliyi itirmək deməkdir. Ancaq 
Zakirlə danışa bilmədiyinə də heyfsilənmişdi. 
Yeganə  ilə  Aslanın  arasında  yaranan  məhəbbətin  də  qəribə  bir  tarixçəsi 
vardı. 
Yanvar  ayı  yenicə  girmişdi.  Havalar  gündən-günə  soyuyurdu.  Bir  səhər 
yerindən  qalxan  Yeganə,  pəncərədən  baxanda  küçələri,  damları,  ağacları  tənzifə 
bürünmüş  kimi  ağappaq  qarla  örtülü  gördü.  Nazik  yataq  paltarında  olan  qızı 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə