KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

45 
 
hələ  Daşkənd  vağzalında  qatara  minməzdən  qabaq  perrondakı  zibil  qutusuna 
tullamışdı. Çopur dəllalın evindən gətirdiyi qızılları isə döşəmədən çıxardığı parket 
taxtaların altında, xırda düyünçələrdə gizlətmişdi. 
Səhərlər iş axtarmaq bəhanəsi ilə şəhərə çıxan Yeganə günortayadək dükan-
bazarı ayaqdan salır, evinə lazım olan şeylərin ən yaxşısını alıb gətirirdi. Mətbəxdə 
kartof-soğan  təmizləmək,  ət  doğramaq  əziyyətinə  qatlaşmamaq  üçün  bəzən 
naharını və axşam yeməyini də restoranlarda, kafelərdə edirdi. 
İndi  keçmiş  qaraçı  qızını  –  Şeyxanaətaur  bağının  xiyabanlarında  dolaşan 
Anjellanı  tanımaq  çox  çətin  idi.  Yeganəni  hər  dəfə  həyətdə  təzə  qiyafədə  görən 
qonşu  qadınlar  pəncərələrini  açıb  həsədlə  ona  baxaraq,  öz  aralarında 
pıçıldaşırdılar: 
−Zalım qızı yaman varlı yerdəndir! 
−Mən bilən, təmiz azərbaycanlı deyil. Qarışıqdır. 
−Yeriyəndə necə də döşünü qabağa verir... 
−Nə əcəb bu çağacan müştərisi tapılmayıb?! 
Bircə  ay  sonra  Yeganənin  daxması  təzə  mebellərlə,  qiymətli  xalılarla  gəlin 
otağı kimi bəzəndi. Şkafda pal-paltarına, bufetdə qab-qacağına yer darısqallıq etdi. 
Bəli,  qonşu  qızın  söz-söhbəti  həyətdən  –  küçəyə,  küçədən  –  məhəlləyə, 
məhəllədən – şəhərə yayıldı. 
Hərdən  anasıgilə  gələn  Fəridə  aynabənddə  Yeganə  ilə  rastlaşıb,  görüşəndə, 
nədənsə,  qəlbində  ona  qarşı  gizli  bir  ikrah  oyanırdı.  Təzə  həmxanalarının 
danışığını, hərəkətlərini bəyənmirdi. 
−Ay arvad, sən bir az ayıq ol. Hamıya eyni gözlə baxma. Evə buraxdığın bu 
qız heç yaxşı adama oxşamır, − deyirdi. Səltənət isə Fəridə ilə razılaşmırdı. 
−Hələ  ki,  ondan  pis  iş  görməmişəm.  Bilmirəm  sən  nə  üçün  belə 
fikirləşirsən? Sirkə tünd olar, öz qabını çatladar... Mənə neyləyəcək?! 
Bir  axşam  qapısının  döyüldüyünü  eşidən  Yeganə  qramafonda oxutdurduğu 
qaraçı mahnısını yarımçıq kəsib, ayağa qalxdı. 
−Kimdir! – Xəbər aldı. Səltənət xoş sifətlə içəri girdi. 
−Mənəm,  göyçək  balam.  Salaməleyküm...  Evdə  tapılmırsan.  Çoxdandır 
üzünü görmürəm. Elə ürəyim istədi sənə bir baş çəkim... 
−Belə  xoş  gəlib,  səfa  gətirmisən,  xanım.  Buyur,  əyləş...  –  Yeganə  ona  yer 
göstərdi. – Vallah, səndən inciməyə haqqım var. Bura köçdüyüm, az qala üç aydır, 
cəmisi üç dəfə qapımı açmısan. Axı, mənim səndən savayı kimim var?.. 
−Onu düz deyirsən, bala. Ancaq gələndə o qədər xəcalət verirsən ki, adam 
heç  bilmir  neyləsin...  –  Səltənət  oturduğu  yerdə  fırlanıb  dörd  dövrəsinə  göz 
downloaded from KitabYurdu.org


46 
 
gəzdirdi.  –  Maşallah,  nə  əntiqə  şeylər  almısan  evinə...  Sağlığına  qismət!  Belə 
baxıram, yaxşı qulluğa girmisən. 
Yeganə  bufetdən  lələ-gülə  çıxararaq,  büllur  vazalara  töküb,  stolun  üstünə 
düzdü. 
−Xeyr,  hələ  işləmirəm.  Arabir  o  ayrıldığım  kişi  pul  göndərir.  İt  kimi 
peşmandır! Yazır ki, yığış gəl, barışaq... 
−Sən nə fikirdəsən bəs? 
−Gözüm atırdı onunçün! İki dünya bir ola, yenə razılıq vermərəm!.. 
−Deyəsən, varlıdır kişi. 
−Mənə heç nəyi lazım deyil. Qadam onun çopur sifətinə! 
−Neçə il yaşadınız bir yerdə? 
−Az. Lap az, − deyə Yeganə gülməkdən özünü güclə saxladı. 
Səltənət vazadakı kağız badamdan birini götürüb ovcunda dənələdi. 
−Qızım,  bilirsən,  qədəvü-qəza  insan  başına  gələr.  Axı,  ömrünü  tənhalıqda 
niyə  puç  eləyəsən?!  Nə  çoxdur  şəhərdə  oğlanlar...  Minnətləri  olsun  sənin  təkin 
cavanəzənə... 
−İstəmirəm ərə getmək. Adamlara etibar yoxdur. 
−Elə danışma! Sən yaşda qadın üçün tək keçinmək çətindir. 
Zahirdə  özünü  utancaq,  sadədil  göstərən  Yeganə,  batində  əməlindən 
qalmırdı.  Səltənət  ara-sıra  onun  evdə  gecələmədiyindən  duyuq  düşsə  də,  qızın 
üzünə vurmurdu. Bu minval ilə aylar dolandı... bir il, iki il keçdi. 
Artıq  kirayənişinin  ev  sahibinə  əvvəlki  münasibəti  dəyişmişdi.  Yeganə 
məskən  saldığı  həyətdə  yerini  möhkəmləndirmişdi,  daha  Səltənətlə  hesablaşmaq 
istəmirdi. Qadın bir deyəndə, o, iki cavab qaytarırdı. 
−Mən açıqxasiyyət bir qızam.  Yanıma hər cür adam gələ bilər. Bunun heç 
kəsə dəxli yoxdur. Əgər mənim həyat tərzimi bəyənmirsənsə, başına çarə qıl!.. 
Son  zamanlar  Yeganənin  bir  para  ləyaqətsiz  hərəkətlərinə  qarşı  narazılıq 
edən Səltənət, belə tənəli sözləri tez-tez eşidirdi. “Kaş onda ürəyim daşa dönəydi, 
bu  nacinsi  həyətin  qapısından  içəri  buraxmayaydım!  –  deyə  indi  Fəridəyə  haqq 
qazandıran arvad, dizinə döyərək, özünü danlayırdı. – Qonşular arasında həyadan-
abırdan getdim. Mən hardan biləydim ki, üzdə mələk görünən bu qız əslində ifritə 
imiş?!” 
Yeganə  Əkrəmlə  gəzib,  dolandıqdan  sonra,  oğlanın  onunla  evlənmək 
fikrində olduğunu yəqin etcək, təzədən Səltənətin qılığına girdi. 
−Ay  xala,  sən  hər  şeyə  görə  məndən  incimə.  Bilirəm,  bir-iki  dəfə  olub  ki, 
xətrinə dəymişəm. Axı, mən diliyanmış neyləyim?! Acığımı kimə töküm?.. – deyə 
downloaded from KitabYurdu.org


47 
 
arvadın  ürəyini  almağa  çalışdı.  –  Gərək  bağışlayasan.  Sabah  başqasının  evinə 
köçəndə dalımca qarğımayasan... 
Səltənət sevindi: “Sabah başqasının evinə köçəndə... Yoxsa, qız ərə getməyə 
hazırlaşır?! Allah ağzından eşitsin! O günü görsəydim, nəzir-niyaz verərdim...” 
−Açıq danışsana, bala. Sözlü adama oxşayırsan.. Olmaya istəyənin var?.. 
Yeganə əzilib-büzüldü: 
−Əlbəttə, səninlə açıq danışmalıyam. Özgəsi deyilsən ki... Mən səni həmişə 
anamın  əvəzi bilmişəm.  Düzdür, arabir  ərköyünlük eləsəm də, sonra peşmançılıq 
çəkmişəm. 
−Eybi  yoxdur,  qızım,  dava-dalaşsız  həmxana  olmaz.  Mən  elə  şeyləri 
ürəyimə salıb, kin-küdurət saxlamaram. 
Səltənəti yola gətirən Yeganə mətləbə keçdi: 
−Neçə vaxtdır Əkrəm adlı bir oğlanla görüşürəm. Mənimlə evlənmək istəyir. 
Ancaq... hələ razılıq verməmişəm. 
−Niyə?! Bəyənmirsən?.. 
−Bəyənirəm... Lap ürəkdən sevirəm onu. Ancaq... 
−Bəs kimi gözləyirsən? 
Yeganə azacıq susub, sözünə davam etdi: 
−Qorxuram... bura gələndə ağzından bir söz qaçırdasan, hər şey pozula... 
−Ay  qız,  dəli  olmusan  nədir?!  Mən  durub  daha  ona  deməyəcəyəm  ki, 
Yeganə filan gün filankəslə kinoya, teatra gedib. Uşağam nəyəm?.. 
−İndi ki, söhbət açıldı, səndən nə gizlin, − deyə qız, keçmiş işləklərini ört-
basdır  eləmək  üçün  arvadın  fikrini  yayındırdı.  –  Üzüm  ayağının  altında...  arada 
gecələr  evə  gəlməyəndə  də  elə  onunla  bir  yerdə  olmuşam...  Kinoya,  teatra  da 
həmişə Əkrəmlə getmişəm... 
−Sözündən belə çıxır ki, siz beş-altı aydır sevişirsiniz. 
−Bəli. Bəlkə bir az da artıq. 
Əslində isə bu doğru deyildi. Onlar üçüncü ay idi ki, görüşürdülər. 
Səltənət, Yeganənin haqqında nahaqdan başqa cür düşündüyünə görə özünü 
danladı. 
−Onda bəs, məndən niyə çəkinirsən, bala? Ağzımdan nə qaçıra bilərəm ki? 
−Ərdə olduğumu! Səndən xahiş edirəm, bu barədə o bilməsin! 
Kirayənişin qızın həyətdən köçüb getməsini ürəkdən arzulayan Səltənət belə 
fürsəti  göydə  axtarırdı.  Elə  ona  görə  də  yağışlı  gündə  Yeganə  Əkrəmi  evə 
gətirəndə qadın sevinmişdi... Hətta, başqa vaxtlar şəninə sığışdırmasa da, o axşam 
çay dəmləyib, qızın otağına aparmağa məcbur qalmışdı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə