KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

36 
 
−Lap otuz altı da gələr! Getməyə tələsmə, dayan... Ənjillə, harda yaşayırsan? 
−Sənə nə! 
−Soruşuram da... Bəlkə qalmağa yerin, yurdun yoxdur? 
−Yurdum yoxdur, yerim var. Biz bu cür yaşamağa öyrəşmişik. 
−Biz deyəndə... siz neçə nəfərsiniz? 
Anjella utanmadan əlini uzadıb çopur kişinin bığını çəkdi. 
−Az  tamahkar  ol.  Sənə  biri  bəs  deyilmi?  –  Qız  öz  şıltaqlığından 
xoşhallanaraq,  qəşş  edib  ləzzətlə  güldü.  Sonra  boyunbağısını  oynada-oynada 
dilləndi: − Bir söz desəm, inciməzsən ki? 
Kişi donquldandı: 
−Dilinlə nə istəyirsən de, ancaq əlini mənə tərəf uzatma! 
Qarşısındakı şəxsi  qıyqacı  baxışlarla  uzun-uzadı, diqqətlə süzən  Anjellanın 
ürəyindən nə keçdisə, sustaldı. Kirpikləri sanki ağırlaşıb aşağı endi. 
−Kaş sənin kimi varlı bir atam olaydı! – dedi. Və razılıq almadan keçib onun 
yanında əyləşdi. 
Çopur kişi azacıq qırağa çəkildi. 
−Sənə ata yox, başqa şey ola bilərəm. 
Qız dinmədi. 
−Eşidirsən? – O, barmaqlarının ucu ilə Anjellanın çənəsini sığalladı. – Niyə 
susursan?..  Hə?..  Sən  hardan  bildin  mən  qazandığımı  arvadlara  xərcləyirəm?  – 
Çopur  kişi  qaraçının  çəkinmədiyini  görüb  əlini  onun  çənəsindən  hamar  boğazına 
sürüşdürdü,  sonra  da  oğrun-oğrun  aşağı  gəzdirərək  sinəsində  saxladı.  Qız 
müqavimət göstərmədən çiyinlərini boynuna qısıb sakit oturmuşdu. Kişinin kobud 
barmaqları əsə-əsə onun açıq yaxasından içəri uzananda Anjella qəfildən ürkərək 
geri sıçradı. 
−Sən  o  sərxoş  su  gədələrindən  də  həyasızsan!  –  dedi  və  qalxıb  kənarda 
dayandı. 
−Su gədələri kimdir? 
−Matroslar. 
−Onları harda görmüsən? 
−Həştərxanda. 
Çopur kişi irişdi. 
−Bura  bax,  qaçma.  Yaxın  dur,  mənə  qulaq  as.  –  O,  üzünü  qaraçıya  tərəf 
deyil, tamam başqa səmtə çevirərək fısıldaya-fısıldaya dedi. – Sən mənim xoşuma 
gəlirsən.  Yaman  istiqanlı,  yapışıqlı  qıza  oxşayırsan...  Ancaq  bizim  burada  belə 
danışmağımızdan ehtiyat edirəm. Şəhərdə məni tanıyanlar çoxdur. 
−Ona inanıram... 
downloaded from KitabYurdu.org


37 
 
−Düzü,  gözəlliyindən  də  keçə  bilmirəm.  İstəyirəm  bu  gecəni  səninlə  bir 
yerdə olum... 
−Bıy! – deyə Anjella heyrətləndi. – Gedib mənimlə quru yerdə yatacaqsan?.. 
Kişi əsəbiləşdi. 
−Elə  yox!..  Sən  nə  dilbilməz  uşaqsan!  Başa  düş,  təklifimdən  boyun 
qaçırmasan, sən gəlib mənim evimdə qalacaqsan. Yeyəcəksən, içəcəksən, sonra da 
ipək yorğan-döşəkdə xumarlanacaqsan. Anladın?.. 
−Pul da verəcəksən mənə? 
−Ondan  arxayın  ol.  İtə-qurda  ağız  açıb  neçə  aya  topladığını  bircə  gecədə 
qazanacaqsan. – Çopur kişi qoltuq cibindən çıxardığı dəst əsginasdan şax bir onluq 
ayırıb  ona  uzatdı.  –  Hələlik  bunu  götür.  Bu  gün  daha  bağlarda  gəzib,  fala-zada 
baxma. Xətrin nə istəsə, al yeginən. 
Mat-məəttəl qalan qaraçı təşəkkür etməyə başqa söz tapmadı: 
−Canım canına qurban, pəhləvan kişi! 
−İndi gedəcəyik, evimi sənə nişan verəcəyəm. Özün də məndən aralı, dalda 
gələrsən. Axşam hava qaralanda yolunu gözləyəcəyəm. Yaxşımı? 
Anjella gözlərini döydü. 
−Qapını arxadan bağlamayacağam, açıb içəri girərsən. 
Şəhərdə bütün günü Şeyxanaətaur bağında bekar oturan və həmişə də gözləri 
yol  çəkən  dəllal  Sərxanı  köhnə  daşkəndlilərin  çoxu  tanıyırdı.  Qızıl  pul  alıb-
satanlar,  həyət-bacasını  müştəriyə  satanlar,  mülkünü  dəyişmək  istəyənlər,  kirayə 
otaq  axtaranlar  birinci  növbədə  onun  yanına  gələrdilər.  Cah-cəlal  içində  firavan 
yaşamağın rahat yolunu tapmış Sərxan, əslində Şeyxanaətaur bağının gözətçisi idi. 
Hər il bu aylarda arvad-uşağını yaylağa göndərər, özü isə şəhərdə qalıb mənzilinin, 
mal-dövlətinin  keşiyini  çəkərdi.  Ailəsi  qayıdandan  sonra  o  da  istirahətə  gedib, 
dincəlməyi yaddan çıxarmazdı. 
İndi Sərxanın tək, evin xəlvət olduğu bir vaxtda gözəl qaraçı qızı onun girinə 
lap yerində keçmişdi. Ancaq gündüzün günorta çağı Anjellanı mənzilinə aparmağa 
ehtiyat  edirdi.  Məhəllədə  qonum-qonşulardan  görən  olsa,  söz  arvadının  qulağına 
çatacaq, qiyamət-həşir qopacaqdı. 
Təzə  tanışlar  xiyabanların  arası  ilə  dinməz-söyləməz  üzüyuxarı  qalxaraq 
bağın dəmir darvazasından geniş caddəyə çıxdılar. Bir az da getdikdən sonra sola 
buruldular. Şərtləşdikləri kimi qız on-on beş addım arxada gəlirdi. 
Darısqal və yoxuş bir küçədə yaşıl qapının  ağzında çopur kişi ayaq saxladı. 
Dönüb  o  tərəfə-bu  tərəfə  nəzər  yetirdi.  Ətrafı  sakit  və  kimsəsiz  görcək  ehtiyatla 
arxaya  çevrildi.  Əli  ilə  Anjellanı  çağırdı.  Qaraçı  qız  asta  addımlarla  irəlilədi. 
Sərxan  tez-tələsik  özünü  içəri  saldı.  Ancaq  qapını  tamam  örtmədi.  İkicə  dəqiqə 
downloaded from KitabYurdu.org


38 
 
keçməmiş  Anjella  astanaya  ayaq  basanda,  yarımqaranlıq  dəhlizdə  onun  titrək 
pıçıltısını eşitdi: 
−Görən olmadı ki?! 
Qız, qorxudan daha da eybəcərləşmiş çopur kişinin sifətinə heyrətlə baxıb, 
başını tərpətdi. 
−Yox..  –  Sonra  sadəlövhlüklə  soruşdu.  –  Bayaq  tapşırdın  qaş  qaralanda 
gəlim... Bəs, məni indi niyə çağırdın? 
Sərxan arxadan qapını kilidlədi. 
−Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır. Bir də... canım canına qurban, 
sənin üçün nə təfavütü?.. – O dönüb qızın saçlarını tumarladı. – Hə... indi nə qədər 
xətrin istəyir fala bax, danış, gül, şıltaqlıq elə... Lap mayallaq aş. 
Çopur  kişi  Anjellanı  geniş,  işıqlı  bir  otağa  gətirdi.  Qaraçı  evin  yağlı 
boyalarla  işlənmiş  bərbəzəkli  divarlarına,  hündür,  naxışlı  tavanına  və  qiymətli 
əşyalarına heyran qaldı. Yuxarı başda künclərdə, içərisi par-par parıldayan büllur 
qab-qacaqla  dolu,  şabalıd  rəngli  iki  əkiz  servant  qoyulmuşdu.  Qarşı  divarda,  tül 
pərdəli pəncərələrin arasında qədim, zəngli saat asılmışdı. Qapıdan sağda dolabça 
üstdə radioqəbuledici, solda isə ağ örtüyə geydirilmiş piano vardı. Evin ortasındakı 
dəyirmi mizin ətrafında altı-yeddi kreslo düzülmüşdü. 
Kişinin xırıltılı səsi qızı diksindirdi: 
−Bura bax... Adın nə oldu? 
−Anjella. 
−Hə! Ənjillə bala, qəribsilənmə, otur, dincəl. 
O,  arxadan  yaxınlaşıb  qaraçının  mərmər  kimi  hamar  çiyinlərindən  tutaraq 
sıxdı;  seyrək,  cod  tüklü  üzünü  qızın  yanaqlarına  yapışdırdı.  Anjella  boynunda, 
boğazında hərarətli bir nəfəs duydu. 
−Əyləş.  Mən  bu  dəqiqə  gəlirəm,  −  deyə  Sərxan  aralandı  və  pəncərələrin 
sumağı  məxmər  pərdələrini  örtərək  yan  otağa  keçdi.  İçəri  qaranlıq  çökcək, 
servantdakı büllurlar və tavandan asılmış iri qəndil qırmızımtıl  şölə saçdı; divarın 
yuxarısından  vurulmuş  köhnə  Səmərqənd  bazarını  təsvir  edən  ipək  xalçadakı 
rənglər dəyişdi. Sanki birdən-birə Səmərqənddə gün batdı, bazara axşam düşdü. 
Burada olan hər şeyə maraqla diqqət yetirən qaraçı qız həsrətlə köks ötürdü 
və  keçib  yorğun  halda  kreslolardan  birində  əyləşdi.  Ev  sahibinin  qalın  haşiyəli, 
zərli çərçivəyə salınmış fotoşəkli üzbəüz divardan ona baxırdı. 
“Bəh!  Bəh!  Bu  idbarı  nə  qəşəng  çəkiblər!..  –  deyə  istehza  ilə  güldü.  – 
Sifətindəki  çopurluğu  da  silib  yoxa  çıxarıblar.  Bəs  necə!  Pulun  gücünü  nə 
bilmisən?! Kasıb olsaydı, elə şəkli də özü kimi eybəcər düşərdi. – Anjella gözlərini 
məchul  bir  nöqtəyə  dikərək  fikrə  getdi.  –  Görəsən,  bu  köpəkoğlu  nəçidir?..  Hər 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə