KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

30 
 
−Ay balam, harda qaldınız? Çayınız soyudu ki!.. 
İçəri  keçəndə  Əkrəm  Yeganənin  qonşu  arvadı  çox  acıqlı  və  sərt  baxışlarla 
süzdüyünü gördü. Səltənət, qonaq yanında qıza cavab verməsə də, çox narazı halda 
otaqdan çıxdı. 
Üstünə  nişastalı  ağ  süfrə  salınmış  dəyirmi  stola,  büllur  vazada  alma,  iki 
stəkan  çay,  konfet,  mürəbbə  və  evdə  hazırlanmış  qurabiyyə  qoyulmuşdu.  Qızıl 
suyuna çəkilmiş balaca qaşıqlar və bıçaqlar qədim çini boşqabların içində par-par 
parıldayırdı. 
Qız Əkrəmə yuxarı başda yer göstərdi. Özü gedib küncdə qoyulmuş köhnə 
patefonun qapağını qaldırdı. 
−Bu  dəqiqə  sənin  üçün  nadir  bir  mahnı  çaldıracağam,  −  dedi.  Dolabçanın 
aşağı  gözündən  çıxardığı  valı  hərləncəyin  oxuna  keçirdi  və  patefonun  dəstəyini 
fırladıb  iş saldı.  Gurultulu,  cingiltili  musiqi  ardınca  kişi  səsli bir qadının  əvvəlcə 
bəmdən,  sonra  isə  zildən  oxuduğu  mahnı  otaqda  pərdə-pərdə  qanadlandı.  Elə  bil 
xarabalıqda  bayquş  uladı.  Yeganə  gəlib  Əkrəmin  çiyninə  dirsəklənərək  dayandı; 
bir müddət heç biri danışmadı. Qulaq asdılar. Müğənni qadının çığırtısı mahnının 
sonunda nida qoycaq, Yeganə də Əkrəmin kürəyini şappıldatdı: 
−Bəyəndinmi? 
Belə də... Köhnə qaraçı havasıdır. 
Qız patefonun iynəsini qaldırdı. Məyus halda stolun arxasında əyləşdi. 
−Eşitdiyimə  görə,  anam  tez-tez  bu  mahnını  oxuyarmış.  Yazıq  qadın!  Kaş 
indi sağ olaydı!.. 
Əkrəm stəkanını götürüb çaydan bir qurtum içdi. Qıza təskinlik verdi: 
−Neyləyəsən  ki!  Dünya  da  bir  növ  mehmanxanadır.  Qonaqları  gəlir... 
gedir...  heç  kəs  həyatda  əbədi  yaşamır.  –  O,  əlini  uzadıb  qızın  biləyini  oxşadı.  – 
Barı dumanlı da olsa, xatırlayırsanmı ananı? 
Yeganə kövrəldi: 
−Eh!..  Sən  nə  danışırsan.  O  mən  doğulandan  ikicə  gün  sonra  ölüb!  İyirmi 
beş yaşı varmış yazığın, ucaboylu, göyçək bir qadınmış. 
−Şəkli dururmu? 
Qız köks ötürdü: 
−Adından savayı heç nəyi qalmayıb. 
−Bəs atan? 
−Atam Daşkənddə yaşayan azərilərdən olub. Deyirlər, anamdan on beş yaş 
böyük, kobud bir kişi imiş. Yola getmədikləri üçün tez də ayrılıblar. – Yeganənin 
səsi  titrədi.  –  Mən  anamın  boynunda  ikən  atam  onu  atıb,  başqa  şəhərə  gedib. 
Vəssalam! Valideynlərim barədə ancaq bunları bilirəm. 
downloaded from KitabYurdu.org


31 
 
Süfrədəki  çaylar  soyumuşdu.  Yeganə  Səltənət  xalanı  səslədi.  Arvad 
yarıkönül, qapıda göründü. 
−Zəhmət çək bunları təzələ. 
Səltənət xala dinməzcə stəkanları götürüb gedəndə Əkrəm yavaşcadan xəbər 
aldı: 
−Bu qadın nəyindir? 
−Heç nəyim! Xala deməyimə baxma. Qohum-zad deyilik. Mənim heç kəsim 
yoxdur. Kimsəsizəm. Bircə sənsən yaxın adamım... 
Əkrəm istər-istəməz anasının sözlərini xatırladı: 
“Barı öyrənmisənmi, qız kimlərdəndir?” 
“Xeyr. Onu soruşmamışam...” 
İndi  soruşdu  da,  öyrəndi  də!  Son  zamanlar  teatrın  daimi  tamaşaçılarından 
olmuş Əkrəm, Yeganənin səhnədən dediyi sözləri dönə-dönə eşidib, əzbərləmişdi: 
“Mən  hələ  cocuq  ikən  atadan-anadan  yetim  qalmış  ərköyün  qaraçı  qızıyam!..” 
Gözəlliyinə dəlicəsinə vurulduğu gənc aktrisanın keçmişi ilə Əkrəm maraqlanmasa 
da, qaraçı qızı rolunda hərarətlə söylədiyi bu bircə cümlədə onun öz həyatından da 
danışılırmış!.. 
Səltənət  xala  çayları  təzələyib  gətirəndə  qonağı  çox  tutqun  gördü.  Lakin 
−−−−çalışsa da, bacarmırdı. 
Qəribə  həyatın  varmış  sənin.  Bu  vaxtacan  mən  bilmirdim...  –  Və  ürəyində 
öz-özünə təskinlik verdi. – “Atası, anası hər kim olubsa, bunun nə günahı?!” 
Yeganənin  teatr  texnikumundan  birdən-birə  səhnəyə  aparılması  və 
şansanetka  rolunun  ona  tapşırılması  da  əsassız  deyildi.  Tamaşanı  hazırlayan 
rejissor,  əsərdəki  qaraçı  qızını  hansı  aktrisanın  oynayacağı  barədə  çox 
fikirləşmişdi.  Lakin  teatrın  kollektivi  içərisindən  bu  rola  münasib  ifaçı  seçə 
bilməmişdi.  Əgər  bircə  nəfərə  ümid  bəsləmişdisə,  o  da,  təcrübəli  olmasına 
baxmayaraq,  nisbətən  yaşlı  idi;  şansanetkanın  həm  oxuyacağı,  həm  də  yüngül 
sıçrayışlarla oynayacağı səhnələrdə çətinlik çəkəcəyindən qorxurdu. Rejissor teatr 
texnikumuna  gedib,  düşündüyü  obrazın  əvəzliyini  axtarmış  və  nəhayət,  Yeganəni 
görəndə  sevinmişdi...  Qızı  yaxşı  hazırlamaq  üçün  əvvəlcədən  nəzərdə  tutduğu 
təcrübəli  aktrisaya  dublyor  vermişdi.  Bir  neçə  məşqdən  sonra  istəyinə  nail  olan 
rejissor  zarafatla  Yeganəyə  demişdi:  “Bizə  bir şıltaq  qaraçı  qızı  lazım  idi, onu da 
tapdıq!..” 
 Axşamdan  başlanan  söhbət  gecəyədək  uzandı.  Səltənət  xala  yatmışdı. 
Əkrəm evlərinə getməyə hazırlaşanda Yeganə buraxmadı: 
− Hələ tezdir, − dedi və gəlib onunla yanaşı stulda əyləşdi. − Məni çoxmu 
sevirsən? − Soruşdu. 
downloaded from KitabYurdu.org


32 
 
− Çox. 
− Nə qədər? 
− Onu demək çətindir. 
− Mən də çox sevirəm səni. Bilirsən nəyə görə? 
− Yox... 
− Ürəyin təmizdir, onunçünş Həm də səndə kişi sifəti var. Mənə elə gəlir ki, 
sən heç nədən, heç kimdən qorxmursan, mərd adamsan. Hətta istəyərdim bir az da 
kobud olasan. Şaqqalı... kürəkli... Özündən də papiros iyi gələydi. − Yeganə turac 
kimi qaqqıldadı. − Papiros nə üçün çəkmirsən, Əkrəm? 
− Nəsə, əvvəldən bu vərdişdən uzaq olmuşam. 
−  Zarafat  eləyirəm,  papiros  ürəyə  zərərdir.  Düz  demirəm?  Bir  ürəkdə  ki, 
mənim  məhəbbətim  var,  onu  niyə  zəhərləyəsən!..  −  Yeganə  döşlərini  irəli  verib, 
qollarını Əkrəmin boynuna doladı. − Yaxşı ki, bu gün yağış yağdı, evə gəldik! − 
Burnunu  az  qala  onun  burnuna  söykəyib  gözlərinin  içinə  baxdı.  Qızın  xoş  ətir 
qoxuyan ilıq nəfəsi oğlanın sifətində gəzdi. Və o, ixtiyarsız bir halda dilləndi. − Öp 
məni. 
Əkrəm Yeganəni qucaqladı; dodaqlarını onun odlu dodaqlarına yapışdırdı... 
Qızın qəlbi şiddətlə çırpındı və arada nə dediyini sanki özü də bilmədi. 
−  Elə  yox...  Bərk-bərk...  Lap  bərk!..  Qoy  dodaqlarım  qanasın...  nəfəsim 
qaralsın, ölüm... Bax... bax... Belə!.. 
Öpüş-duet  oldu.  İndi  də  Yeganə,  şəhvət  dolu  çılğın  bir  ehtirasla  Əkrəmi 
sinəsinə  sıxıb  onu  dəlicəsinə,  saysız-hesabsız  busələrə  qərq  etdi...  Utanmağın, 
çəkinməyin fərqinə varmadan, çoxdanın təşnəsi kimi ürəyinin yanğısını söndürənə 
qədər, doyunca öpdü. 
−  İndi  gördün  ki,  səni necə  sevirəm?!  −  dedi  və  sifətinə  dağılmış  saçlarını 
başının  çevik  hərəkəti  ilə  arxaya  atdı.  −  Canım  canına  qurban!  Bu gecə  səni  heç 
yana buraxmayacağam, onu bilirsənmi? 
Əkrəm güldü: 
− Dünyanın axırıdır? 
− Yox. Məhəbbətin əvvəlidir. 
Saat yəqin ki, on ikini ötmüşdü. Daha Əkrəm də tələsmirdi. Bu xoş, qənimət 
dəqiqələrin şövqündən sərməst kimi Yeganədən ayrılmaq istəmirdi. 
−  Kaş  heç  ərə  getmək,  evlənmək  olmayaydı!  Adam  ömrünün  axırına  kimi 
beləcə sevib-seviləydi, sonra da öləydi. 
Əkrəm razılaşmadı: 
− Məgər ərə gedənlər, evlənənlər sevib-sevilmirlər? 
− Hər halda, belə yox. Uşaq ki, oldu... eşqin kitabı bağlanır. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə