KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

33 
 
− Sən nə danışırsan?! Övlad məhəbbətin ən şirin bəhrəsidir. 
− Baxır kimin üçün. Mənim əliuşaqlı analara yazığım gəlir. Özüm də onlara 
oxşamaq istəmirəm! 
Əkrəm qulaqlarına inanmadı. Bu gün Yeganəyə nə olmuşdu?! Danışığında, 
rəftarında  qəribə  bir  dəyişiklik  vardı. Özünü də  çox  ərköyün  aparırdı. Ancaq  yeri 
deyildi. İndi onun xətrinə dəymək, bütün nəşəsini korlamaq demək idi. 
Otağa sakitlik çökdü. 
−  Mənə  nəsə  danışacaqdın,  −  deyə  haçandan-haçana  qız  xatırlatdı.  − 
Yadından çıxmayıb? 
Əkrəm  fikrə  getdi.  Söhbəti  nə  cür  başlayaydı  ki,  Yeganənin  qəlbinə 
toxunmayaydı. 
−  Bilirsən...  səndən  niyə  gizlədim...  Mənim  anamın  təbiəti  bir  az  başqa 
cürdür.  Sənin  teatr  texnikumunda  oxuduğunu,  səhnədə  oynadığını  eşitsə,  bizim 
işimizə pəl vura bilər. 
− Aydındır... 
− Çox xahiş edirəm, ürəyinə ayrı şey gəlməsin... Ona demişəm, sən dərsini 
qurtarandan  sonra  mədəniyyət  sahəsində  çalışacaqsan.  Elə  olmasın  ki,  sabah 
yalanımı  çıxardasan...  −  O,  qızın  tellərini  tumarlayıb,  sözünü  tamamladı.  −  Bu 
günlərdə səni evimizə aparacağam, anamla tanış edəcəyəm. Nə deyirsən? 
− Mən sevgimizin xatirinə hər güzəştə getməyə hazıram! 
Əkrəmin  Yeganə  ilə  tanışlığı  üç  aya  yaxın  idi.  Bu  müddət  ərzində,  demək 
olar  ki,  hər  gün  görüşmüşdülər.  Şəhərdə  gəzmədikləri  yer  qalmamışdı.  Bəzən 
özləri  ilə  yemək-içmək  götürüb  dənizə  çimməyə  gedəndə,  saatlarla  plyajda  yan-
yana  uzanmışdılar.  Danışıb  gülmüşdülər,  dərdləşmişdilər.  Artıq  arada  elə  bir 
ünsiyyət  yaranmışdı  ki,  Əkrəm  həyatını  Yeganəsiz  təsəvvür  edə  bilmirdi. 
Məhəbbətin gücü müti varlığına hakim kəsilmişdi. Ürəyini tam mənası ilə sevdiyi 
qızın sərəncamına vermişdi. 
− Mən səndən  mehribanlıq və sədaqətdən başqa heç nə istəmirəm. Ailənin 
möhkəmliyi,  xoşbəxtliyi  üçün  bu  iki  şey  kifayətdir,  −  deyə  indi  başını  sinəsinə 
qoymuş Yeganəni pişik balası kimi tumarladı. – Ayrı nə nöqsanın olsa, keçərəm. 
Qız dinmədi. Gözlərini yerdəki xalçanın naxışlarına zilləyib susdu. Sonra nə 
üçünsə, dərindən köksünü ötürüb, udqundu. 
−Doğrudanmı nə günahım olsa, bağışlarsan? 
−Mən çox həlim adamam. Hər xırda qüsuru üzə vurub qan qaraltmağı  
xoşlamıram. 
−Əlbəttə!  –  deyə  Yeganə  başını  qaldırdı.  –  Gərək  birimiz  od  olanda,  o 
birimiz su olsun. 
downloaded from KitabYurdu.org


34 
 
−Amma elə od da var ki, onu su söndürə bilmir. Aləmi yandırıb-yaxır. 
Qız Əkrəmin saçlarını qarışdırdı. 
−Şeytan! O mənəm?.. 
 
Əkrəm sevinc qarışıq bir utancaqlıqla Yeganəni yanına salıb evlərinə apardı. 
Onu  anası  ilə  tanış  elədi.  Cavahir  qızı  qucaqlayıb  üzündən,  gözündən  öpdü. 
Özlüyündə,  belə  boylu-buxunlu,  yaraşıqlı  bir  gəlinə  qayınana  olacağı  ilə 
qürrələndi. Lakin... 
Bu fərəh uzun sürmədi. Barmağına nişan üzüyü taxılandan sonra Əkrəmgilə 
ayaq açan Yeganə getdikcə arvadın nəzərində dəyişdi. Cavahir ona yaxınlaşdıqca, 
ondan  uzaqlaşmaq  istədi.  Qızın  gözəlliyi  də,  Əkrəmə  göstərdiyi  məhəbbəti  də, 
evdəki münasibəti də anaya saxta, qondarma göründü. Cavahir bu sevdada oğlunun 
yanıldığını aşkar hiss etsə də, dərdini heç kəsə demədi, pünhan saxladı. 
Kaş elə sonrakı peşmançılıq da ananın düşündüyü qədər olaydı!.. 
Zifaf gecəsindən sonra... yer yarılsaydı, Əkrəm yerə girərdi!.. 
Yeganə − onun məlaikə təkin pak, müqəddəs sandığı qız ismətsiz çıxmışdı! 
 
 
BEŞİNCİ NOVELLA 
 
  
Min doqquz yüz otuz doqquzuncu il... 
Qızmar  yay  ayı,  günortaçağı  idi.  Daşkənddə,  Şeyxanaətaur  bağının 
xiyabanlarında cavan bir qaraçı qızı dolaşırdı. O, kölgəliklərdə oturmuş adamlara 
yaxınlaşaraq yalvarıcı bir tərzdə fala baxdırmalarını xahiş edib, talelərindən doğru 
xəbər  verəcəyini  inandırmağa  çalışırdı. Ovcunda  ayna  qırığı  tutmuş  qaraçını  kimi 
təhqirli,  söyüşlü  ibarələrlə  qovur,  kimi  atmacalar  deyərək  ələ  salır,  kimisi  də 
cibinin dibini araşdıraraq, qəpik-quruşunu verib, öz bəxtini sınamaq istəyirdi. 
Qız, cökə ağacları altındakı tənha skamyada əyləşib mürgü vuran, qara, milli 
ağ  kostyum  geymiş,  həsir  şlyapalı,  tosqun,  çopur  bir  kişiyə  yan  alanda,  o,  alnını 
ovuşdurdu  və  nazik  çal  bığlarını  sığallayaraq  gülümsündü.  Bu  əlverişli  fürsətdən 
istifadə edən qaraçı tez onun biləyindən yapışıb dil-dil ötməyə başladı: 
–Sənin, qurban olum,  işıqlı,  qara gözlərinə,  ay  pəhləvan kişi. Təki, həmişə 
döşünə  yatan  göyçək  arvadların,  qızların  üzünə  belə  şadlıqla  güləsən.  Onlar  da 
sənin üçün əldən-ayaqdan getsinlər. Heç bir arzu-kamın ürəyində qalmasın. Allaha 
inanırsansa,  mənim  dediklərimə  şəkk  eləmə.  Bir-iki  şahı  ilə  kasıb  olmazsan,  pul 
ver, falına baxım... – Qız ovcundakı ayna parçasını kişinin qarşısında tutaraq sağa-
sola  gəzdirdi  və  sanki  bununla  özünə  inamı  artırmaq  istədi.  –  Canına  canım 
downloaded from KitabYurdu.org


35 
 
qurban, pəhləvan kişi, xəsislik sənə yaraşmır. Onsuz da qazandığın pulların çoxunu 
keflərdə,  əyləncələrdə,  dağıdırsan,  xanımlara  xərcləyirsən.  Heç  zaman  da 
heyifsilənmirsən.  Mənə  verəcəyin  qəpik-quruşu  da  gözəl  balalarının  başına 
dolandır, onlara xoşbəxtlik, sənə uzun ömür arzulayım... 
Çopur  kişi  qarşısındakı  qızın  dediklərinin  fərqinə  varmadan,  yerində 
qurcalanıb, onun sözünü kəsərək dilləndi: 
–Sən nə gəvəzəsən! Dilotu yemisən, nədir?! 
–Canına canım qurban, pəhləvan kişi, allah haqqı, hələ bu vaxtadək dilimə 
heç nə dəyməyib... 
–Niyə? 
Qaraçı səğir bir görkəm alıb şikayətləndi: 
–Səhərdən üç fala baxmışam cəmisi... Onların da birindən pul əvəzinə təpik 
qazanmışam... 
Çopur kişi barmaqlarını qarnının üstə daraqlayıb, skamyanın söykənəcəyinə 
dirsəkləndi. Təpədən-dırnağa, həm də tamahkar bir hərisliklə onu süzdü. 
Qulaqlarında  qızıl  aypara  sırğaları  olan  qaraçı  qızının  çoxdan  daranmamış 
qara  saçları  pərakəndə  halda  çiyinlərinə  səpələnmiş,  qabaqdan  isə  alnı  aşağı 
tökülərək  girdə,  ağ  sifətinin  yarısını  örtmüşdü.  Gilas  kimi  ətli  dodaqları,  balaca 
sivri  burnu,  qaranquş  qanadına  bənzər  qaşları  və  badamı,  səmavi  gözləri  vardı. 
Nazik,  mütənasib  bədəninə  biçimli  gödəkqollu,  sarı  ipək  köynəyinin  yaxası  şiş 
döşlərinin  ayrıcına  qədər  açıq  idi.  Xırda  dənəli  boyunbağısı  da,  barmağındakı 
gümüş üzüyün qaşı da göy idi. Ayaqlarındakı  yastıdaban, nimdaş çəkmələri onun 
qəşəng  baldırlarına  əsla  yaraşmırdı.  Arxası  tərəf  dayanmış  qızın  tünük  yubkası 
içərisində lap  yuxarıya  qədər  apaydın  görünən biçimli,  totuq qıçları  çopur kişinin 
nəzərindən  yayınmadı.  Bu  qapalı  tamaşanın  vaxtını  uzatmaq  məqsədi  ilə  o, 
qaraçını əyləndirməyə bir bəhanə axtardı: 
−Adın nədir? 
Xeyli yubandıqdan sonra ona pul deyil, yersiz bir sual verildiyini görən qız, 
dönüb uzaqlaşmaq istədi. Lakin nə fikirləşdisə, könülsüz ayaq saxladı. 
−Adım nəyinə gərəkdir, pəhləvan kişi? – deyə əzgin tərzdə xəbər aldı. 
−Lazım olmasa, soruşmaram ki! 
−Anjelladır. 
−Çox gözəl. Neçə yaşın var? 
−Onu neyləyirsən? – Qız bezikmiş kimi acıqlandı. – On altı desəm, xoşuna 
gələr? 
Çopur kişi ehtiyatla dönüb ətrafa boylandı; boynu albuxara kisəsi kimi qat-
qat oldu. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə