KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

42 
 
Anjella  əlindəki  yaş  şokoladla  şəklin  sifətində  qəhvəyi  nöqtələr  düzərək  ev 
sahibinin  çopurluğunu  təzədən  bərpa  elədi.  –  Bax...  sən  əslində  beləsən!...  Tfu 
gözlərinin içinə! Əbləh! 
O,  bir  az  da  irəli  əyilib  hirslə  şəklə  tüpürəndə  müvazinətini  itirdi, 
yıxılmamaq üçün qollarını yana açdı və çərçivəyə toxunaraq onu yerindən oynatdı. 
Anjella aşağı hoppancaq, döşəməyə balaca, qara bir düyünçə düşüb cingildədi. Qız 
heyrətləndi.  Başını  qaldırıb  əvvəlcə  divarda  mıxdan  bir  böyrü  üstə  asılmış  zərli 
çərçivəyə,  sonra  da  qarşısındakı  qara,  məxmər  düyünçəyə  baxdı.  “Bu  nədir?!”  – 
deyə  ona  əlini  vurmağa  qorxurmuş  kimi  donub  qaldı.  Və  bir  anlığa  başına  gələn 
pisliyi unutdu... Sərxoşluqdan ayıldı. Lakin nə edəcəyini kəsdirə bilmədi. Bu dəm 
eşitdiyi  anlaşılmaz  bir  səs  otağın  divarlarında  əks-səda  tapdı.  Anjella  diksinərək 
geri  sıçradı.  Duruxdu.  Saat  idi.  Dördün  zəngini  vururdu.  O,  əllərini  sinəsində 
çarpazladı.  Sanki  bununla  çırpınan  ürəyini  sakitləşdirmək  istədi.  Barmaqlarının 
ucunda  ehtiyatla  irəliləyib  yavaşcadan,  lap  yavaşcadan  ara  qapını  açdı,  içəri 
boylandı. Arxası üstə uzanmış çopur kişi yorğun div kimi ağır yuxuda idi. Anjella 
qapını çəkdi. Tələsik irəli atılıb, düyünçəni qamarlayaraq yerdən qaldırdı; qulağına 
yaxınlaşdırıb şaxşaxsayağı cingildətdi. Bu dəqiqə özünü ən müdhiş bir vəziyyətdə 
hiss  edən  qaraçı  qızın  bütün  vücudu  əsirdi,  taqətsiz  dizləri  qatlanmaq  dərəcəsinə 
gəlirdi.  Düyünçənin  ağzı  nazik  ciyə  ilə  möhkəm  bağlanmışdı.  Anjella  onu 
dırnaqları ilə aça bilmədi; dişinə salıb, qırdı. Çopur kişinin xorultusu daha bərkdən 
eşidilirdi. Qıza elə gəldi ki, indicə ara qapı çırpılacaq, yataq otağından insan yox, 
vəhşi bir pələng üstünə atılıb, onu didəcək, parçalayacaqdır. 
Anjella  düyünçəni  başı  aşağı  edəndə...  ovcuna  tökülən  qızıl  pulların 
parıltısındanmı,  sevincdənmi,  yoxsa  vahimədənmi  gözləri  hədəqəsindən  çıxdı. 
Gördüklərinin həqiqətdə olduğuna inanmadı. Lakin bu yuxu deyildi. Qara məxmər 
düyünçədəkilər  eyzən  qızıl  idi!  Qızıl  onluqlar!..  Qızıl  beşliklər!..  Anjella  onları 
oyaqlıqda, öz ovcunda tutmuşdu! 
Artıq,  vaxtı  itirmək  olmazdı.  “Tezliklə  buranı  tərk  edib,  qaçmalıyam!”  – 
deyə  o,  ildırım  sürəti  ilə  fikirləşdi  və  düyünçənin  ağzını  bərk-bərk  bağlayaraq 
yaxasında  gizlətdi.  Qaraçı  qız  dəhlizə  atıldı.  Heyhat!!  Küçə  qapı  kilidlənmişdi! 
Anjella  sarsıldı,  daş  kimi  yerində  donub  qaldı.  Sonra  yenə  zala  cumdu.  Quş 
çevikliyi  ilə  sıçrayıb  pəncərəyə  hoppandı;  aşağıdan,  yuxarıdan  cəftələri  açdı.  Qız 
başını  çıxarıb  bayıra  ötəri  bir  nəzər  fırlatdı.  Küçəni  adamsız  gördü.  Sol  tərəf 
qaranlıq idi, sağ tərəf işıq. Anjella cəld səkiyə tullandı; arxaya baxmadan sol yana 
üz tutub qaçdı, uzaqlaşdı və tezliklə gecənin qaranlığında əriyib yox oldu... 
downloaded from KitabYurdu.org


43 
 
Həmin  əhvalatdan  bir  həftə  sonra  fikirdən  ürəyi  partlamış  çopur  kişinin 
cənazəsi  çiyinlərdə  qəbiristana  aparılanda,  Anjella  Bakıda  kirayə  etdiyi  otaqda, 
yumşaq çarpayıda uzanıb xumarlanırdı. 
Qaraçı  qızını,  onun  özü  kimi  küçələrdə  dolaşan  yurdsuz-yuvasız  rəfiqələri, 
əcnəbi  bir  filmdə  gördükləri  gözəl  aktrisa  Anjellaya  oxşatdıqları  üçün  belə 
çağırırdılar. Əslində isə adı Yeganə idi. 
 
 
ALTINCI NOVELLA 
 
 
Yeganə,  küçələrinə  ilk  dəfə  ayaq  basdığı  izdihamlı  şəhərdə  özünü 
nabələd  kimi  aparmadı.  Tinbaşı  ona  söz  atıb,  sataşan  cavanlara,  ardınca  düşərək 
cürbəcür  təkliflər  edən  cahillərə  əhəmiyyət  vermədən,  gəzə-gəzə  ucqar 
məhəllələrdən  birinə  gəldi.  Neçə  qapını  döydü,  otaq  kirayələmək  istədi...  tapa 
bilmədi. Nəhayət, axşamtərəfi Təzə pirin yaxınlığında əlahiddə kiçik həyət-bacanın 
sahibi olan Səltənətlə sövdələşməyə başladı: 
−Xanım,  tək  adamam,  mənim  üçün  daxma  küncündə  köhnə  bir  çarpayı  da 
qoysan,  bəsimdir.  Canım  canına  qurban!  İnan  ki,  sənə  xeyirdən  başqa  zərərim 
dəyməyəcək,  −  deyə  inildəyə-inildəyə  yalvardı.  Səltənət  imtahanedici  nəzərlərlə 
Yeganəni aşağıdan-yuxarı diqqətlə süzdü, sonra qayğıkeşliklə soruşdu: 
−Nə əcəb ərə getməmisən indiyəcən? 
Qız bütün məharətini toplayaraq, zavallı, məhzun bir görkəm aldı: 
−Getmişdim,  xanım...  Bəxtim  gətirmədi...  ayrıldım.  Elə  onunçun  da  avara-
sərgərdan qalmışam. 
−Bəs, kişinin əmlakından-zaddan heç nə çatmadı sənə? 
−Xeyr... Kəbinsiz yaşayırdım onunla. Ancaq... evdən çıxanda ürəyinə rəhm 
düşdü, bir az pul-para verdi. Sağ verməyəydi heç... Çopur köpəkoğlu!.. 
−Əslin haralıdır? Bakıda qohum-əqrəban yoxdur? 
−Yoxdu, xanım. Mən Daşkənddə doğulub, böyümüşəm. Atasız, anasız yetim 
qızam.  Bura  gəldiyim  cəmi  üç-dörd  gündür...  Xaraba  vağzalın  sement  döşəməsi 
üstündə  yatmaqdan  qol-qabırğam  sancır.  Allahı  sevirsənsə,  məni  qapıdan 
qaytarma... 
Məhəllədə  qonşular  Səltənəti  xeyirxah,  ismətli,  həlim  bir  qadın  kimi 
tanıyırdı.  Həyət  bütövlükdə  ona  məxsus  olsa  da,  aşağı  mərtəbədəki  iki  göz  otağı 
heç  vaxt  özününkü  bilməzdi.  Rayondan  instituta  oxumağa  gələn  qohum  uşaqları 
illərlə  orda  məskən  salar,  nəinki  pul  verməz,  üstəlik  arvadın  yorğan-döşəyini  də 
işlədərdilər. 
downloaded from KitabYurdu.org


44 
 
Səltənətin  yaşı  əllini  haqlamışdı.  Birçəkləri  yavaş-yavaş  ağarırdı. 
Girdəsifətli,  dolubədənli  bu  qadının  qalın,  çatma  qaşları, uzun,  xurmayı  hörükləri 
və iri döşləri vardı. Xırda, qonur gözlərinin ifadəsində hələ də gəncliyin əlamətləri 
sezilirdi. Ətli ağ buxağında mərmər parçası kimi bir xal qaralırdı. 
Cavan  yaşlarından  dul  qalan  Səltənət  mərhum  kişisinin  xatirəsini  əziz 
tutaraq  daha  ərə  getməmiş,  bütün  mehrini,  məhəbbətini  təkcə  qızı  Fəridəyə 
bağlamışdı. Qadın, fərzəndini böyüdüb köçürdükdən sonra neçə vaxt idi ki, ikinci 
mərtəbədəki üçgözlü mənzildə tənha yaşadığından darıxırdı. Onsuz da otaqlarından 
birini  dəyər-dəyməzinə  kirayəyə  verməyə  adam  axtarırdı.  Ancaq  tanımadığı  bu 
kimsəsiz cavan qızı evinə buraxmağa ehtiyat edirdi. 
Yeganənin  ərindən  təzəcə  boşandığını  eşidəndə,  Səltənətin  ürəyi  kövrəldi. 
“Taleyin üzü qara olsun!” – deyə fikrini dəyişdi: 
−Canım canına qurban, ay xanım... 
Onu  yola  gətirdiyinə  sevinən  qız,  darvazadan  həyətə  gircək  ətrafa  göz 
gəzdirdi. Hər yan təmiz və səliqəli idi. Yeganə Səltənətin ardınca ensiz pilləkənlə 
yuxarı qalxdı. Dəhlizin başında, mətbəxlə yanaşı bir otağı ona göstərən ev sahibəsi 
sözə başladı: 
−O daxma on dörd kvadratdır. Verəcəyəm sənə, yığışıb oturacaqsan içində. 
Adını da dəftərə bir aydan tez yazdırmayacağam. Bilirsən, neyçün? 
−Bəli, bilirəm, xanım... 
−Hə.. adam balası kimi əməlli aparsan özünü, qalıb yaşayacaqsan. Yox, əgər 
görsəm ki, oyan-buyanlıq elədin, deycəyəm: “Xoş gəldin!” 
−Siz nə danışırsınız, xanım?! Məndən elə şeylər gözləməyin! Oyan-buyanlıq 
nədir?..  Sabahdan  qulluğa  girib  işləyəcəyəm.  Amma...  Mən  istərdim,  aşağıdakı 
otaqlarda qalım. Sizi narahat eləməyim... 
−Onlara təzə həmxana köçüb. 
−Nə deyirəm ki... 
Həmin gündən Yeganə bu həyətdə kirayənişin oldu. 
 Bir  qapısı  işıqlı  aynabəndə,  digəri  küçəyə  açılan  parket  döşəməli  otağın 
divarlarına  çəhrayı  güllü  mavi  kağız  çəkilmişdi.  Əşyası,  əsasən,  bir  dəyirmi 
stoldan, üç kətildən və qoşa dəmir çarpayıdan ibarət idi. Hündür tavandan asılmış 
köhnə qəndilin üstünə yüngülcə toz qonmuşdu. 
−Bax...  elə  sən  də  mənim  balamsan.  Utanma,  nə  gərəyin  olsa,  istəynən,  − 
deyə  birinci  axşam  ilk  tanışlıqdan  sonra  Səltənət  Yeganədən  öz  xidmətini 
əsirgəməmişdi. 
Qaraçı qız düşdüyü şəraitdə yalqız keçinməyə darıxsa da, dözməyə məcbur 
idi.  Artıq  o,  fala  baxmağı  tərk  etmişdi.  İllərlə  yanında  gəzdirdiyi  ayna  parçasını 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə