KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

48 
 
Universiteti təzəcə bitirmiş Əkrəm toy tədarükündə idi ki, ortaya əngəlli bir 
məsələ çıxdı. 
Yeganə öz otağından əl çəkmək istəmirdi. 
−Gəl,  yığışaq  mən  olan  evdə  yaşayaq,  −  deyirdi.  –  Onsuz  da  yeriniz 
darısqaldır.  Arvadın  rahatlığını  pozmayaq.  Bir  də...  Mən  xasiyyətdə  gəlinlə, 
qaynana çətin yola gedər. 
−Niyə  elə  fikirləşirsən,  Yeganə?  Anam  mehriban  qadındır.  Sən  ondan  heç 
zaman yamanlıq görməzsən... 
Qız ipə-sapa yatmaq istəmirdi. 
−Hər şey bir yana dursun, axı...  mən özümlə gətirəcəyim cehizi sizin evdə 
hara sığışdıracağam? Alıb yığdıqlarımı geri qaytarası deyiləm ki... 
−Orası  elədir,  −  deyə  Əkrəm  vəziyyətdən  çıxmağa  bəhanə  axtarsa  da,  qızı 
bir növ haqlı sanırdı. 
İllərdən bəri canından şikayətlənən Cavahir yaman zəifləmişdi. Arvad neçə 
aylardı ki, bəstəri xəstə idi. Dava-dərman içməkdən zinhara gəlmişdi. 
Məcburiyyət  qarşısında  qalan  Əkrəm,  kənddə  yaşayan  dul  xalasını  gətirib 
anasına  baxmağı  ondan  xahiş  etmişdi.  Sabah  o,  evlənəndən  sonra,  doğrudan  da 
vəziyyət çətinləşəcəkdi. Öz işini yaxşı bilən Yeganənin isə bu cür hərəkət etməsi, 
əlbəttə,  əsassız  deyildi.  Bacısı,  Cavahirin  yanından  getsəydi,  qadının  əziyyətini 
çəkmək  onun  öhdəsinə  düşəcəkdi.  Üstəlik  toy  gecəsindəki  peşmançılıqdan  sonra 
rüsvay  halda  geri  qaytarılacağını  da  gözünün  qabağına  gətirmişdi.  Ona  görə  də 
Yeganə  oğlanı  dilə  tutub,  öz  otağına  gətirməyə  mütləq  razı  salmalı  idi.  Əkrəm 
məəttəl  qalmışdı,  nə  deyəydi?  Lakin  bu  tərəddüd  uzun  çəkmədi,  hər  şey  qızın 
qabaqcadan düşündüyü kimi oldu... 
Bir  səhər  əhvalının  fənalaşdığını  duyan  Cavahir  oğlunu  çağırtdırıb 
çarpayısının böyründə oturtdu və... rahatlıqla can verib, keçindi.. 
Arvadın hələ qırxı çıxmamışdı ki, müdhiş bir xəbər ildırım sürəti ilə aləmi 
bürüdü: qanlı müharibə başlanmışdı! 
Yaşıdları  kimi  Əkrəmi  də  hərbi  komissarlığa  çağırdılar.  Yeganə  ağladı, 
taleyindən şikayətləndi: 
−Mən bəxtiqara bu dünyada bir ağ gün görmədim!.. 
Əkrəm ona təskinlik verməyə söz tapmadı. 
−Olacağa  çarə  yoxdur,  −  dedi.  Həmin  axşam  Yeganə  çox  qəribə  bir  təklif 
irəli sürdü: 
−Məni sevirsənsə, getmə, Əkrəmcan! Odun, alovun içinə girmə!.. Mən adam 
taparam, səni saxlatdıraram.. 
−Sən nə danışırsan, ay qız?! Dəli olmusan, nədir?!. 
downloaded from KitabYurdu.org


49 
 
−Sözümə qulaq as... Pul barədə fikirləşirsənsə, onu da özüm düzəldərəm. Nə 
qədər istəsələr, verərik, sən getməzsən, mənim yanımda qalarsan... 
Əkrəm acı istehza ilə gülümsədi: 
−Yeganə, görünür, biz hələ bir-birimizi yaxşı tanımırıq. Əgər günahına göz 
yumub  səni  bakirə  qız  kimi  qəbul  etmişəmsə,  bu,  heç  də  o  demək  deyil  ki,  mən 
qeyrətsizəm! Bilsəm günü sabah öləcəyəm, yenə getməliyəm!.. 
 
Zifaf  gecəsindən  sonra  Əkrəm  Yeganə  ilə  üzülüşməyi  qət  etmişdi.  Eşqinə 
təmiz  qəlblə  bağlandığı  bir  qız  onu  aldatmışdı.  Məhəbbətdə  bundan  da  böyük 
xəyanət,  bundan  da  ağır  cinayət  olardımı?  “  –  Dur,  nə  qədər  hava  işıqlaşmayıb, 
geyin,  get  xarabana!  Sən  mənə  lazım  deyilsən!  –  deyə  Əkrəm  öz  hökmünü 
vermişdi. – Sən adda adamı tanımaq belə istəmirəm!” 
Yeganə onun ayaqlarına düşüb, göz yaşlarını sel kimi axıdaraq yalvarmışdı: 
“  –  Məni  bağışla,  Əkrəmcan,  keç  günahımdan...  Yanında  üzüqara  olduğumu 
deməyə  dilim  dolanmırdı.  Qorxurdum  məni  atarsan...  Səndən  ayrılmağa  heyfim 
gəlirdi. Axı, mənim heç kimim yoxdur. Atasız, anasız tək qızam... İnan, ancaq səni 
sevdiyim  üçün  həqiqəti  gizlətmişəm...  Bu  dərd  həmişə  mənə  əziyyət  verib.  Hər 
səninlə  görüşəndə  xəcalət  çəkmişəm.  Neyləyim  mən  bədbəxt,  neyləyim  ki, 
ağlıkəsməz  uşaq  olmuşam,  aldadıb  yoldan  çıxarıblar...  Sən  də  məni  atsan,  daha 
kimə  lazımam...  Öldür  məni,  geri  qaytarma,  Əkrəmcan.  Özün  bilirsən  ki,  səni  nə 
qədər  sevirəm...  Yadındadırmı,  deyərdin,  birimiz  od  olsaq,  gərək  o  birimiz  su 
olaq...  Söylə  mənə  heç  rəhmin  gəlmirmi?..  Aman  allah,  niyə  o  zaman  canımı 
almadın,  indi  məni  xəcil  elədin?..  Axı  bu  günü  görmək  istəmirdim.  Ah!  Kaş  bir 
udumluq  zəhər  olaydı,  içəydim,  biabırçılıqdan  qurtaraydım.  Sən  də  adamlar 
arasında xəcalət çəkməyəydin...” 
Əkrəmin bu yalvarışlardan ürəyi ağrımışdı. Yeganəyə nifrəti sönmüşdü, ona 
yazığı  gəlmişdi.  Gecəynən  evdən  çıxıb,  səhərə  kimi  tək-tənha,  yalqız  küçələrdə 
gəzişmişdi. 
Yeganəni  atmaq  həm  asan,  həm  də  çətin  idi.  Heç  şübhəsiz  ki,  qız,  başına 
gələn hadisəni əvvəllər demiş olsaydı, Əkrəm onu bağışlardı; lakin indilikdə bunu 
Yeganə  üçün  ikiqat  cinayət  sanırdı.  Onsuz  da  aldadılıb  bədbəxt  edilmiş  bir  qızı 
təhqirlə  geri  qaytarmağı  isə  vicdanına  sığışdıra  bilmirdi;  bir  halda  ki,  Yeganəni 
sevmişdi. 
Əkrəm Sərdargilə yollanmışdı. Dərdini çəkinmədən ona danışmışdı. 
“  –  Özüm  də  məəttəl  qalmışam.  Neyləyim?  Necə  hərəkət  edim?  Qovum 
getsinmi? Yoxsa...” 
downloaded from KitabYurdu.org


50 
 
Sərdar,  dostuna  təsəlli  üçün  söz  tapmaqda  acizlik  göstərmişdi.  Ortaya 
konyak, konfet gətirmişdi, içmişdilər. 
“ – Məsələdən Cavahir xala xəbərdarmıdır?” 
“ – Xeyr.” 
Sərdar susmuşdu. 
“ – Belə işdə adam məsləhət verməyə də çətinlik çəkir. Hər halda, Yeganəni 
özün  yaxşı  tanıyırsan.  Əgər  o,  doğrudan  da  səni  sevdiyinin  xətrinə  bunu 
gizlətmişsə, onda... səni bilmirəm, mən bağışlardım.” Əkrəmin üstündən sanki dağ 
götürülmüşdü... 
Sonralar Səltənət xala, evində Yeganə ilə yaşayan gənci yaxından tanıdıqca 
vaxtında onu ayıltmadığına heyfsilənirdi. Fəridə anasından da çox. 
İndi  Əkrəm  Yeganənin,  onu  əsgər  getməkdən  çəkindirmək  istədiyini 
görəndə  qadın  bir  daha  gözündə  ləyaqətsiz  oldu.  Həmin  söhbətdən  ikicə  həftə 
keçməmiş Əkrəm Bakıdan ayrıldı... qanlı-qadalı vuruş meydanlarına yola düşdü. 
Yeganə öz otağında əvvəlki təkin yalqız qaldı. 
 
Bakıya həzin bir payız axşamı çökürdü. Bayaqdan eyvanda oturmuş Əkrəm 
bunu  gözləri  ilə  görməsə  də,  havanın  ətrindən  duyurdu,  quşların  səsindən  bilirdi. 
Sürahiyə  sarılmış  meynə  xəzan  qoxuyurdu.  Küçədəki  çinarlara  qonan  sərçələrin 
cikkiltisi isə yavaş-yavaş kəsilməkdə idi. 
Payız axşamı... Yaz günü... Qış gecəsi... Həyata kor baxan insanlar üçün bu 
fəsillərdə  nə  ağacların  qızıl  yarpaqları,  nə  yamacların  qan  rəngli  lalələri,  nə  də 
pəncərə şüşələrinin naxışlı qırovları vardır; payız axşamları da, yaz günləri də, qış 
gecələri də günəşsiz, aysız, ulduzsuz qaranlıqlardan ibarətdir. 
Əkrəmin  beyninə  dolan  şübhələr  ona  rahatlıq  vermir,  bütün  varlığını 
sarsıdırdı.  Sanki  vəhşi  bir  caynaq  sərt  dırnaqları  ilə  ürəyini  insafsızcasına  didib-
parçalayırdı.  O,  aynabəndə  qalxarkən  qonşu  arvaddan  eşitdiyi  sözlər  hələ  də 
qulaqlarında  səslənirdi:  “Binamus  qızının  o  birilərdən  gözü  doymadı,  indi  də 
korları, şilləri evinə buraxır... Allah ona gözəllik əvəzinə azacıq həya versəydi, biz 
də bu həyətdə abırdan düşməzdik...” 
Axı,  ünvanına  təhqirlər  yağdırılan  həmin  əxlaqsız  kimdir?  Olmaya  Əkrəm 
orduya  gedəndən  sonra,  ev  sahibəsi  yuxarı  qatdakı  otaqlara  başqa  adam 
buraxmışdır?!  Axı,  bu  sözlər  kimə  aid  idi?!  O,  bu  dolaşıq,  sarsıntılı  fikirləri 
başından  qovmaq  istəyir,  ancaq  bacarmırdı.  –  Əgər  qonşuluqda  özgə  qadın 
yaşamırsa, bəs onda... Əkrəmi dəhşət bürüyürdü. “Yox! Yox! Yox! Mən necə də 
axmaq  xəyallara  düşürəm!  Burada  nə  isə  bir  anlaşılmazlıq  vardır...  Görəsən,  indi 
saat neçədir? Bir azdan Yeganə teatrdan gələcək, bu düyün açılacaqdır.” 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə