KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

53 
 
−Aslancan, düzünü de, məndən doymusanmı? 
−Bu nə sualdır? 
−Xasiyyətimə az-çox bələdsən. Mən açıq danışmağı xoşlayıram... 
Aslan papiros yandırdı. 
−Sözlü adama oxşayırsan. 
−Bəli!  Harda  olursa-olsun,  özümə  qarşı  bir  balaca  soyuqluq,  etinasızlıq 
gördümsə, o dəqiqə ürəyim sıxılır. Elə bilirəm mən orada, artıq lazımsız adamam. 
−Axı, bunları nəyə görə deyirsən? 
−Sən əvvəllər belə deyildin. 
−Necə idim? 
−İstiqanlı idin. Deyib-gülən, zarafatcıl, şən... 
−Bəs indi? 
−Soyuqsan. Axır vaxtlar səndən kəlbətinsiz söz qoparmaq olmur. 
Aslan papirosunu sümürdü, tüstünü yana üfləyərək qımışdı. 
−Sən mənim ürəyimi öz əlinə alandan sonra, sözə, söhbətə nə ehtiyac? 
−Bunu əvvəllər desəydin, inanardım, indi yox! 
−Niyə? 
−Özün yaxşı bilirsən... 
Aslan irəli əyilib onun balaca, ağ  əlini ovcuna alaraq könülsüz sıxdı. 
−Biz bura giley-güzar eləməyə gəlməmişik, Yeganə. 
−Bəs nə üçün gəlmişik? 
−Vaxtımızı xoş keçirməyə, əylənməyə, musiqiyə qulaq asmağa. 
O, Yeganənin əlini buraxıb özünü doğrultdu. 
−Gördün?  Yenə  mən  deyəndir.  “Əylənməyə...  Vaxtımızı  xoş  keçirməyə.” 
Birinci  günlər  sən  tamam  ayrı  cür  danışırdın.  Mənimlə  görüşməyi,  yanaşı  oturub 
gözlərimə  baxmağı,  isti  nəfəsimi  duymağı  hər  şeydən  üstün,  hər  şeydən  qiymətli 
sanırdın.  Eh!..  Doğrudan,  həyatın  qəribə  qanunları  varmış!  Heç  nə  öz  halında 
qalmır. Çiçək kimi saralır, solur, ətrini itirir, axırda ayaqlar altına tullanır. 
−Düzü  başa  düşə  bilmirəm,  sənə  nə  olub?  Çiçək  kimi  saralıb-solan,  ayaq 
altına tullanan nədir, kimdir? 
−Mən! Yeganə!.. Axmaqlıq özümdədir! 
Bu vaxt oynaq, şən bir musiqi çalındı. Əynində ilan dərisinə oxşar qara xallı, 
zərli  parçadan  topuqlarına  qədər  dar  paltarı  olan,  ağ  sinəsi  döşlərinədək  açıq, 
nazikbədən,  cavan  bir  xanım  orkestrə  məxsus  kiçik  səhnədə  göründü;  adamların 
arasında  öz  məşuqunu  axtarırmış  təki  uzun  qaşlarını  oynadıb,  sürməli  gözləri  ilə 
yuxarıdan-aşağı restorandakıları nəzərdən keçirdi. Sonra sifətinə məmnun bir ifadə 
verərək musiqinin ahənginə qoşulub, məlahətli səslə oxumağa başladı: 
downloaded from KitabYurdu.org


54 
 
 
 
 
Boynuna qol salaram, ay oğlan, 
 
 
 
Mən qadanı alaram, ay oğlan. 
 
 
 
Anam qoysa, sabahdan köçərəm, 
 
 
 
Gəlib sizdə qalaram, ay oğlan... 
 
Aslan, müğənninin şərqisindən məst olmuş kimi, haçandan-haçana xəyaldan 
ayrılıb dilləndi: 
−Götür, içək! 
Badələr  bir-birinə  dəydi,  cingildədi,  uzaqlaşdı...  dodaqlara  yaxınlaşdı. 
Yeganə  boş  qədəhini  yerə  qoycaq,  yanaqlarını  ovucları  içərisinə  alaraq  süzgün 
baxışlarını qarşısındakı oğlanın sifətində gəzdirdi və şıltaq bir səslə pıçıldadı: 
−Aslan! 
−Bəli... Nə istəyirsən? 
Yeganə gözlərini qıydı, bic-bic gülümsədi və sonra özünü saxlaya bilməyib, 
ucadan qəhqəhə çəkdi: 
−Bilmirsən?.. Bir az mənə yaxın otur! 
−O da baş üstə! – deyə Aslan ona tərəf əyildi. 
Qadın uzun, qara kirpiklərini asta-asta endirib, şərabdan məst olmuş səmavi 
gözlərini qapadı və şəhvani, ətli dodaqlarını qabağa uzadıb titrətdi, yenə geri çəkdi. 
−Allah sənə insaf versin, ay Aslan!.. – dedi. – Barı əlimi tutmuşdun, onu da 
tez buraxdın. 
−Darıxma, indi gedirik. 
−Hara? 
Aslan ehmalca onun çiynini tumarladı: 
−Ya sizə, ya bizə. 
−Gecdir, − deyə Yeganə narazılıqla başını buladı. 
−Niyə tələsirsən? Evdə südəmər uşaq qoyub gəlməmisən ki! 
Aslan  nə  düşündüsə,  köksünü  ötürüb,  yerində  qurcalandı.  Qarşısındakı 
qadını  ilk  dəfə  görürmüş  kimi,  həsrətli  baxışlarla  onu  çox  diqqətlə  süzdü. 
Yeganənin  girdə,  ağ  sifətinə  şərabın  təsirindən  zəif  qızartı  çökmüşdü.  Ətli 
dodaqları  sanki  bir  az  da  şişmişdi.  Nazik,  qara  qaşları  daha  da  çatılmış,  yaquta 
bənzər badamı gözləri həddindən artıq xumarlanmışdı. Qətran qaralıqlı ipək saçları 
çiyinlərinə tökülmüşdü, qabaqdan alnında qıvrılmışdı. 
−Nə  baxırsan?  Görməmisən  məni?  –  deyə  Yeganə  ona  dikilən  nəzərlərdən 
utanırmış təki oğlanın çənəsindən tutub, üzünü yana çevirdi. Aslan atmaca dedi: 
−Eşitməmisən, bağda gülə baxarlar? 
downloaded from KitabYurdu.org


55 
 
−Eşitmişəm!  Sən  hər  dəfə  içəndən  sonra  gözündə  restoran  bağa-bağçaya, 
qızlar gülə-çiçəyə dönür. 
−Başqa qızlar yox, Yeganə! 
−Yalan demirsən ki?! 
Aslan  barmağının  işarəsi  ilə  o  başda  dayanmış  ağ  önlüklü  xörəkpaylayanı 
çağırıb stolun haqqını ödədi. 
−Qalxaqmı, Yeganə? 
−Ancaq,  məni  qapımıza  qədər  ötürüb,  ayrılacaqsan.  Bu  gecə  dincəlmək 
istəyirəm.  Dünən  sən  bizdən  gedəndən  sonra  ev  tör-töküntülü  qalıb,  heç  stolun 
üstünü də yığışdırmamışam... 
−Sən oğrunun yadına daş salırsan... 
Hər ikisi durdu. 
−Qabaqca  sən  çıx,  bizi  birlikdə  görməsinlər,  −  deyə  Aslan,  Yeganəni  irəli 
buraxdı.  Qadın  saçlarını  hamarladı,  üst-başını  səliqəyə  salıb,  stolların  arası  ilə 
qapıya  tərəf  addımladı.  Yeganənin  nazik,  mütənasib  bədəninə  biçilmiş  ağ  ipək 
paltarı; hündürdaban ağ tufliləri onu bir az da şux və uca göstərirdi. Dik döşlərini 
qabağa  verib,  şahanə  bir  tərzdə  vüqarla  yeriyən  bu  xanımın  qeyri-adi  görkəmi 
restoranda  oturanlardan  çoxunun  gözündən  yayınmadı.  Kişilər,  oğlanlar,  hətta 
qadınlar, qızlar belə, çevrilib nəzərləri ilə onu müşayiət etdilər. Yeganənin zil qara 
saçları,  girdə,  ağ  sifəti,  çatma  qələm  qaşları,  badamı  göy  gözləri,  qırmızı  ətli 
dodaqları,  uzun,  hamar  boynu  eyni  vaxtda  neçə-neçə  ehtiraslı,  həsədli  baxışın 
hədəfi oldu. 
Lakin  o,  heç  kəsə  əhəmiyyət  vermədən  zalı  tərk  edib  vestibülə  çıxdı;  açıq 
pəncərəyə dirsəklənərək Bakının işıqlarına baxdı. 
Xəzərin  köksündən  sıyrılıb  gələn  şor  su  qoxulu  sərin  yel  onun  yaxasından 
içəri dolaraq məhrəm bir əl kimi nəvazişlə yuxarıdan-aşağı sinəsini oxşadı. Elə bu 
zaman  arxadan  kimsə  ehtiyatla  yaxınlaşıb  Yeganənin  gözlərini  tutdu.  Qadın,  heç 
də halını pozmadan: 
−Aslan? Gəldinmi? – deyə dilləndi. Cavab verən olmadı. Bu dəfə o, titrək, 
həm də həyəcanlı səslə xəbər aldı: 
−Kimsən?! 
Yenə cavab gəlmədi. 
Yeganə  barmaqlarının  ucunu  gözlərini  qapayan  adamın  əllərində  gəzdirib 
onu tanımağa çalışdı. Və qəfildən: 
−Zakir?!  –  deyə  diksinərək,  çılğın  bir  hərəkətlə  geri  çevrilib  qarşısında 
gülümsəyən hündürboylu, enlikürəkli oğlana baxdı. – Sən burda nə gəzirsən?! 
−Elə restorandan tək çıxdığını görüb arxanca gəldim. Məni nədən tanıdın? 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə