KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

59 
 
üşütmə götürdü. O, pəncərədən aralanıb özünü yenə çarpayıya atdı və isti yorğanı 
başına çəkib, əlləri ilə sinəsini qucaqlayaraq büzüşdü. 
“Bu  tufanda  teatra  necə  gedəcəyəm?  –  fikirləşdi.  –  Mənim  geyinib, 
hazırlaşmağıma azı bir saat vaxt lazımdır...”. 
Yeganənin  çətinlik  qarşısında  aciz  qaldığı  yadına  gəlmirdi.  İndi  də  rayon 
poliklinikasına zəng çalıb, soyuqladığını bəhanə edərək, üstünə həkim çağırtdırdı. 
Günortaya yaxın aynabəndin qapısı döyüləndə, Səltənət dəhlizə çıxdı. 
−Xəstə  hardadır?  –  deyə  şaxtadan  sifəti  qızarmış,  qaşları,  kirpikləri  buz 
bağlamış  həkim  içəri  gircək,  kiçik  çamadanını  yerə  qoyub,  qarlı  ayaqlarını 
döşəməyə çırpdı. 
−Bu tərəfdədir, oğlum. – Səltənət başı ilə Yeganənin otağı səmtə işarə elədi. 
– Görünür, soyuq lap kələyini kəsib... 
−Zərər yoxdur, ana. Bir stəkan çay verərsən, canım qızar. Elə deyilmi? 
−Mənim bu gözlərim üstə, ay bala. 
Həkim  paltosunu,  xəz  papağını  çıxarıb  qarşı  divardakı  maral  buynuzundan 
asdı;  cib  dəsmalı  ilə  sifətini  quruladıqdan  sonra,  çəkmə  ayağını  sıxırmış  kimi, 
axsayan tərzdə Səltənətin ardınca addımladı. Otağın qapısından girəndə, adəti üzrə, 
hər ehtimala qarşı xəbər aldı: 
−Gəlmək olar? 
İçəridən məlahətli qadın səsi eşidildi: 
−Buyurun, buyurun... 
Qara-qırmızı  güllü,  tiftikli  ağ  xalat  geymiş  Yeganə  onu  gülərüzlə 
qarşılayanda  ürəyindən  keçirdi:  “Dayan,  indi  mən  bülletenimi  alım,  özün  də 
tamaşa elə.” 
−Xoş  gəlmisiniz,  əyləşin,  doktor.  Sizə  əziyyət  verdiyim  üçün,  gərək 
bağışlayasınız. 
Həkim keçib oturdu. 
−Xəstə  kimdir?  –  deyə  bir  növ  təəccüblə,  əvvəl  Səltənətə,  sonra  da  gənc 
qadına baxaraq soruşdu. Yeganə gümrah səslə qaqqıldadı: 
−Guya mənəm... doktor... Oxşamıram naxoşa?.. 
−Xeyr,  hələlik  heç  nə  deyə  bilmərəm.  Xəstəni  müayinəsiz,  üzdən  tanımaq 
çətindir.  –  O,  kiçik  çamadanından  telendeskopunu  çıxarıb  hazırladı.  –  Nədən 
şikayətlənirsiniz? Nə olub sizə? 
Yeganə gəlib həkimlə üz-üzə, çarpayının qırağında əyləşdi. 
−Mənə  allaha  şükür,  hələ  heç  nə  olmayıb.  Şikayətim  bayırdakı  qardan, 
şaxtadandır, doktlor. Qorxuram evdən çıxam, gəlib yorğan-döşəyə yıxılam. 
downloaded from KitabYurdu.org


60 
 
−Başa düşmədim, − deyə həkim, bu gənc qadının odlu, cazibədar gözlərinə 
baxmaqdan  ehtiyat  edirmiş  təki,  nəzərlərini  ondan  yayındırdı.  Bayaqdan  qapı 
ağzında  dinməzcə  dayanmış  Səltənət,  Yeganənin  sərsəri  danışmağından  bezikib, 
otaqdan çıxdı. 
−Bağışlayın, adınız nədir, doktor? 
−Adım... Aslandır. 
−Çox gözəl! – deyə qadın məxsusi maraqla həkimə nəzər yetirdi. – Burada 
başa  düşülməyəsi  nə  var  ki,  ay  Aslan  yoldaş?..  İşə  çıxmamışam,  mənə  bülleten 
lazımdır.  –  O,  bir  an  ara  verib  sözünə  əlavə  elədi.  –  Siz  istərsiniz  mən 
naxoşlayım?.. 
−Xeyr, allah eləməsin... 
Qadın yenə şadlıqla qəhqəhə çəkdi. 
−Onda bəs, bu fikirləşmək neyçündür? 
Çıxılmaz  vəziyyətdə  qalan  həkim  üzünü  Yeganəyə  tutub,  ixtiyarsız  olaraq 
güldü: 
−Düzü, birinci dəfədir belə xəstəyə rast gəlirəm... 
−Hələ cavansınız. Bundan sonra çox qəribə xəstələr görəcəksiniz... 
İlk  baxışdan  Yeganənin  diqqətini  özünə  cəlb  edən  həkim  ortaboylu, 
qarabuğdayı, girdəsifət şumal bir oğlan idi. Parlaq, şabalıdı saçları pərakəndə halda 
alnına tökülmüşdü. Kaman kimi gərilmiş ensiz qaşları, düşüncəli gözləri ona ciddi 
bir  görkəm  verirdi.  Sıx,  uzun  kirpiklərinə,  yəqin  ki,  çoxları  həsəd  aparardı.  Ətli 
çənəsinin  ortasında  balaca  bir  çökək  vardı.  Dodaqlarında  sanki  bu  dəqiqə  demək 
istədiyi kəlmələr donub qalmışdı. 
Səltənət  padnosda  bir  stəkan  çay,  dilimlənmiş  lumu  və  qənd  gətirib 
çarpayının baş tərəfindəki dolabçanın üstünə qoydu. 
−Axı, mən sizə necə bülleten verim, xanım?.. Orada nə yazım? – deyə Aslan 
öz-özü ilə danışırmış kimi tərəddüdlə dilləndi. 
−A...  bəs  bu  tufanda,  çovğunda  sizi  nəyə  görə  çağırmışam?..  Yazın  ki, 
Yeganə  adlı  dəymədüşər  bir  gəlin  soyuqlayıb,  vəssalam.  Qələm  lazımdırsa, 
verim?.. 
−Xeyr, varımdır. 
Bu  açıq-saçıq  danışıqdan  xoşlanmayan  Səltənət  başını  bulaya-bulaya  otağı 
tərk etdi. 
Həkim könülsüz halda əlini qoltuq cibinə aparanda, qadın qoymadı: 
−Xahiş edirəm, əvvəlcə çayınızı için, sonra. Hara tələsirsiniz?.. 
Yeganə lumudan bir dilim onun stəkanına salanda, saçlarının bihuşedici ətri 
Aslanı vurdu. 
downloaded from KitabYurdu.org


61 
 
−Harda işləyirsiniz? 
−Mən? 
−Bəli. Burada sizdən başqası yoxdur ki... 
−Aktrisayam. Necə bəyəm? 
−Heç. Elə bülleten yazmaq üçün soruşuram. Adınız? 
−Yeganə. Tanımırsınız məni? 
−Xeyr. Yəqin teatrdan, incəsənətdən geri qalmışam. 
Həkim çayını içəndə, araya çökən sükutu Yeganə pozdu: 
−Görəsən, bu saat bayırda neçə dərəcə şaxta var? 
Aslan stəkanı dodaqlarından ayırıb, çeçədi: 
−Əlli, altmış... 
Həkimin bu zarafatından xoşlanan qadın yenə dilini saxlamadı: 
−Doğrusu,  bilmirəm  siz  doktorlar  nə  üçün  bu  qədər  əzazil  ,  qəddar 
olursunuz?.. 
−Niyə axı? 
−Həmişə istəyirsiniz adam naxoşlasın, sonra bir parça kağız yazıb verəsiniz. 
Məncə, bülleten xəstələnmənin qabağını almalıdır. 
−Yəqin mən hələ gəncəm, təcrübəsizəm... 
−Olar da... otuzu haqlamışam. 
−Amma mən sizə iyirmi beşdən, iyirmi altıdan artıq verməzdim... 
Həkim stəkanı padnosa qoydu. 
−Siz çox səxavətli adama oxşayırsınız... 
−Səhv etmirsiniz... 
Oğrun  baxışlar  qarşılaşdı.  Aslan  bülleteni  dolduranda,  Yeganə  yenə  dilini 
saxlamadı: 
−Əcəb  qəşəng  xəttiniz  var...  Görünür,  qızlara  tez-tez  məktub  yazırsınız, 
ondandır. 
−Xeyr. Bu barədə səhv edirsiniz. 
−İnanan daşa dönsün! 
...Həkim ayağa qalxıb getməyə hazırlaşanda Yeganə soruşdu: 
−Demək,  üç  gündən  sonra  özümü  yaxşı  hiss  etməsəm  bir  də  sizi 
çağırmalıyam? 
−Bəli. Yeganə xanım. Qayda belədir. 
−Yenə mən zəng çalım, adres qoyum, yoxsa... özünüz gələrsiniz? 
Həkim deməyə başqa söz tapmadı: 
−Zəhmət çəkməyin, özüm gələrəm... 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə