KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə29/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

83 
 
−Bəli,  siz.  O  yuxunun  xeyfi  hələ  də  başımdan  çıxmayıb.  Özünüz  də  elə 
mərhəmətli idiniz ki... 
−Mən, həqiqətən, eləyəm. Xəstələrimə qarşı çox həssasam. – Fəridə utana-
utana soruşdu. – Davadan qabaq siz məni görməmişdiniz? 
−Yavaş-yavaş yadıma düşür... Görmüşdüm. Ancaq adınızı eşitmişdim. Bir-
iki dəfə yoldaşınızla bura – anangilə gəlmişdiniz. Onda oğlunuz yox idi... 
−Bu yaxında dörd yaşı tamam olacaq... 
−Adını nə qoymusunuz? 
−Şahindir... Axı, atası təyyarəçi idi. 
−O zaman sizin qapqara saçlarınız vardı... 
−İndi ağarmağa başlayıb. 
−Uzun hörükləriniz topuğunuza dəyərdi... 
−İndi kəsdirmişəm. 
−Heyf onlardan! Niyə? 
−Müharibə dövrü əl-üz yumağa sabun tapılmırdı... Hörüklərin hayına qalan 
kimdi?! 
−Onu daha deməyin. 
Fəridə bu arada təəssüflü baxışlarla Əkrəmi süzdü. 
−Mən isə sizi subay vaxtınızdan tanıyıram. Bir dostunuz da vardı. Həmişə də 
cüt gəzərdiniz... 
−Elədir...  –  Əkrəm  Sərdarı  xatırlayınca  kövrəldi.  Demək,  sizin  əriniz  də 
qayıtmadı. 
Bir  an  susdular.  Beş  il  əvvəlki  Fəridənin  dumanlı  surəti  sanki  qaranlıqlar 
içərisindən Əkrəmə baxdı. Girdə, əsmər sifətli, məsud baxışlı, qonur gözlü ucaboy 
bir qız gördü. Qara, şahmar hörükləri zərif belinin ortasında qıvrılırdı. Boynu, qaz 
boğazı kimi hamar və yaraşıqlı idi. Qulaqlarında balaca sırğalar parıldayırdı. 
−Tələsmirsinizsə, əyləşin. Mən də təkəm, darıxıram.  – deyə Əkrəm qadına 
təklif etdi. 
Fəridə oturmadı. Qollarını sinəsində çarpazlayıb, divara söykəndi. 
−Yaxşıdır, narahat olmayın... 
−Bir  azdan  gedərsiniz.  Yolüstü  məni  də  korlar  klubuna  tərəf  ötürərsiniz. 
Küçədə xəndək qazıblar, tək keçə bilmərəm... 
Əkrəm stulu altına çəkdi. Cibindən papiros çıxarıb yandırdı. 
−Bu zəhrimara cəbhədə öyrəndim, tərgitdim, gəldim burda yenə başladım. 
−Sizi kim məcbur edir, atın getsin. Nikotin insan orqanizminin düşmənidir. 
−Eh!..  Adamın  o  qədər  dərdi-səri  var  ki!..  –  O,  ah  çəkib  əli  ilə  gözlərini 
göstərdi. – Nə edim?.. Taleyim belə imiş!.. İndi mən heç kimə lazım deyiləm. 
downloaded from KitabYurdu.org


84 
 
Fəridə mütəəssir oldu: 
−Anam deyir, davanın lap qurtarhaqurtarında bu hala düşmüsünüz. 
Əkrəm papirosunu sümürüb, başını tərpətdi. 
−Bəli.  Mən  hərbi  xəstəxanaya  gedəndən  dörd  gün  sonra  atışma  kəsildi, 
müharibə  bitdi.  Ona  qədər  də  iki  dəfə  yüngülcə  yaralanmışdım,  heç  Yeganəyə 
yazmamışdım.  Axırıncı  kərə  qiyamət  qopdu,  dəhşət  oldu...  Yer-göy  bir-birinə 
qarışdı.  Evlər  kibrit  qutusu  kimi  havaya  uçurdu.  Təsəvvür  etmək  çətindir.  Gərək 
gözünlə görəsən... Mayın beşi idi... Başınızı ağrıtmıram ki? 
−Xeyr.  Xahiş  edirəm,  danışın,  −  deyə  Fəridə  gəlib  onunla  üzbəüz  oturdu. 
Əkrəm,  xaraba  qalmış  qaranlıq  xanimanın  şüşəsiz  pəncərələrini  xatırladan 
gözlərini  işığa  zilləyib,  fikrə  getdi.  Xəyalən  özünü  cəbhədə,  barıt  qoxuyan  odun, 
alovun içində, güllə vıyıltıları arasında gördü... 
...Mayın beşi idi. Sovet qoşunları Berlinin yaxınlığında cəngəlliklərdən axan 
çayın  sahilində  dərin  səngərlərdə,  tranşeylərdə,  topdağıtmaz  zirzəmilərdə  məskən 
salmışdı. Artilleriya bir qədər arxada idi. Səhərdən axşamadək atışma ara vermirdi. 
Düşmən şəhəri nəyin bahasına olursa-olsun təslim etmək istəmirdi. Komandanlığın 
əmri ilə Əkrəmin piyada hissəsi fürsət tapınca köhnə qayıqlarla, sallarla çayı üzüb 
o  taya  keçmişdi.  Üçüncü  gündü  radiostansiyalar  zədələnib  sıradan  çıxdığından 
qərargahla  rabitə  pozulmuşdu.  Vəziyyət  dəqiqəbədəqiqə  gərginləşirdi.  Hərbi 
ləvazimat qurtarmaq üzrə idi. Ərzaq isə çoxdan kəsilmişdi. Əkrəm öz vzvodu ilə, 
düşmən  sularında  lövbər  salmış,  hər  cür  ehtiyatı  tükənən  tənha  bir  gəminin 
durbinsiz kapitanı vəziyyətində qalmışdı. Atışma aman vermədiyindən obaşdandan 
patron, çörək gətirməyə gedən iki əsgər də arxadan qayıda bilməmişdi. 
Artıq  hava  işıqlaşırdı.  Düşmənin  mövqeyi  hündürdə  olduğundan  çayın  hər 
qarışını aydın görürdü. Axşam qaranlığı düşənə kimi hissə ciddi təhlükə qarşısında 
durmalı  idi.  Aclıq,  ölüm  –  hər  ikisi  vəhşi  canavar  timsalında  dişlərini  qıcıyıb, 
addım-addım irəliləyirdi. 
Əkrəm, köməkçisi starşinanı çağırıb vzvodu ona tapşırdı: 
−Mən arxaya gedirəm, − dedi. – Gülləyə mümkün qədər qənaət edin. İndiki 
vəziyyətdə  qurğuşun  qızıldan  qiymətlidir.  Əcəl  imkan  versə,  nahara  kimi  sizə 
ərzaq da, patron da çatdıracağam. 
−Bu  çox  qorxulu  risqdir,  yoldaş  leytenant!  Günün  günorta  çağında  o 
enliliyində çayı necə keçəcəksiniz?! Orada görünən hər qaraltıya düşmən snaryadı 
dolu kimi yağdırır!.. 
−Başqa  çarə  yoxdur!  Mən  sualtı  üzməliyəm.  Döyüşçülərdən  iki  nəfərini  – 
nisbətən  qüvvətlilərini  yanıma  göndərin.  Deyin,  hərəsi  özü  ilə  möhkəm  kabel 
sarılmış dolu bir baraban gətirsin! 
downloaded from KitabYurdu.org


85 
 
Bakılı olmağı, Xəzər sahilində yaşamağı Əkrəmin köməyinə burada yetməli 
idi!  O,  üzməyi  yaxşı  bacarırdı.  Sualtı  getməkdə  yoldaşlarından  heç  biri  ona 
çatmazdı.  Yayda,  Pirşağı  dənizində  çiməndə  cavanlar  Əkrəmə  həsəd  aparırdılar. 
Suya  baş  vurdumu,  haradan,  nə  vaxt  çıxacağını  bilmək  çətindi.  Nəfəsi  də 
qaralmazdı. Sərdar zarafatla dostunu “Əkrəm Delfin” adlandırardı. 
İndi isə şərait tamam başqa idi; onlarca pənah, ümid gözləyən əsgərin taleyi 
qarşısında çox ciddi, hərbi bir imtahan verəcəkdi. Bu sınaqda o, ya salamat qalıb 
başqalarına həyat bəxş edəcək, ya da düşmənin qəfil gülləsindən qızıl qanı çayın 
sularına qarışacaq, həlak olacaqdı... 
Cəngəlliyin  qurtaracağında  sahilə  on  beş-iyirmi  addım  qalmış,  Əkrəm 
döyüşçüləri saxlayıb, onlara izahat verdi: 
−Siz burada oturacaqsınız. Mən hər iki barabandan kabellərin ucunu o taya 
çəkəcəyəm.  Gözünüz  qabaqda  olsun,  nə  vaxt  yaşıl  fişəng  atılsa  –  siqnaldır! 
Kabelləri  güllə  yeşiklərinə  və  ərzaqla  yüklənmiş  kiçik  qayığa  bağlayacağam! 
Ehtiyatla,  həm  də  yubanmadan  dartacaqsınız.  Qayıq  sahilə  çıxcaq,  içindəkiləri 
daşıyıb, starşinaya təhvil verəcəksiniz. Aydındırmı? 
−Aydındır,  yoldaş  leytenant!  –  deyə  hər  ikisi  bir  ağızdan  səsləndi.  –  Sizə 
müvəffəqiyyət arzulayırıq! 
−Çalışın barabanların diski rahat fırlansın, üzməyinə maneçilik törətməsin! 
−Oldu! 
Əkrəm soyundu. Kabellərin ucunu səliqə ilə belinə bağladı. Döyüşçülərlə əl 
tutub, zarafatla kürəklərinə şappıldatdı: 
−Bilirəm, acsınız. Eybi yoxdur. Bir az da dözün, − dedi və güldü. – Elə mən 
də sizinlə yeyənəm... 
Vzvod  komandiri  bu  sözlərlə  onlara  təkcə  təskinlik  deyil,  sanki  çörək  də 
verdi... 
Əkrəm kolların seyrəkləşdiyi yerə qədər gəlib dayandı; sağına, soluna baxdı. 
Bu tərəfdə atışma nisbətən azalmışdı. Uzaqlardan topların boğuq gurultusu gəlirdi. 
Günəşin  gözqamaşdırıcı  işığında  buludsuz,  mavi  göy  qübbəsi  tər-təmiz  silinmiş 
şüşə  təkin  parıldayırdı.  Çay  həzin-həzin  axaraq  sahil  qumlarına  astadan  sözsüz 
mahnı  oxuyurdu.  Qarşıdakı  təpəlikdə  kimsəsiz  kəndin  evləri  ağarırdı.  Arabir 
yaşıllıqlar da görünürdü. 
Əkrəm  yerə  yatdı, sürünə-sürünə qabağa irəlilədi. Suya  yenicə çatmışdı ki, 
arxadan döyüşçülərdən hansınınsa səsini eşitdi: 
−Yoldaş leytenant! Maxorka yadınızdan çıxmasın!.. 
O,  sinədolusu  nəfəs  çəkdi  və  çaya  baş  vurdu.  Bədənində  vicvicə  hiss  etdi. 
Bir-iki  qol  atıb,  nisbətən  dərinə  üzdü.  Ayaqları  daha  torpağa  dəymirdi.  Su  soyuq 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə